Gənclər danışmağa deyil, hərəkət

etməyə daha çox meyllidirlər”

 

2 fevral Gənclər günüdür

 

1996-cı ildən etibarən 2 fevral ölkədə Gənclər Günü kimi qeyd olunur. Bu gün münasibətilə ölkənin ən iri gənclər birliyi olan "İrəli" ictimai birliyinin sədri Rauf Mərdiyev Hafta.az-ın qonağı oldu. Onun bu günlə bağlı bizimlə danışdıqlarını təqdim edirik:

- Azərbaycanda Gənclər Günü ilə bağlı keçirilən tədbirlər sizi qane edirmi? - Ümumiyyətlə, Gənclər Günü nədir?

- Gənclər gününün Azərbaycanda qeyd olunması birbaşa ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu günün yaranma tarixi Azərbaycan Gənclərinin I Forumuna təsadüf edir. Həmin forumda Azərbaycanın ən fəal gəncləri ilk dəfə bir araya toplandı, ölkədə gənclərin vəziyyəti və gəncliyin qarşısında duran vəzifələr müzakirə olundu və həmin gündən Azərbaycan gəncliyinin tarixində yeni səhifə açıldı. İndiki Heydər Əliyev Adına Sarayda keçirilən forumda tədbirin başlamasından sonuna qədər ümummilli lider özü səhnədən gənclərin bütün çıxışlarını diqqətlə dinlədi. Bununla o nümayiş etdirdi ki, Azərbaycan gənclərinin potensialı böyükdurbu potensialdan faydalanmaq üçün gəncləri dinləmək, onlara diqqət yetirmək lazımdır. Bu Azərbaycan gəncliyinin inkişafında dönüş nöqtəsi oldu.

- Bəs yaradılan şəraitdən gənclər doğru şəkildə bəhrələnə bildilərmi?

- Düşünürəm ki, Azərbaycan gəncliyi ona miras buraxılan bu irsə layiqincə sahiblənir. Eyni zamanda, bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışır. Ancaq bir həqiqət də vardır ki, gəncliyin fəallığının hansısa bir qənaətbəxş nöqtəsi yoxdur. Onlar nə qədər çox çalışsalar, uğur qazansalar bir o qədər yaxşıdır. Ümummilli lider tərəfindən əsası qoyulan gənclərə diqqət və qayğı ənənəsi indi cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz bu uğuru sadəcə rəqəmlərlə, statistikalarla deyil, gündəlik həyatımızda da görürük. Hazırda Azərbaycan əhalisinin 30 faizini gənclər təşkil edir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan gənclər ölkəsidir. Çox müsbət haldır ki, Azərbaycanda gənclər ayrıca təbəqə kimi qəbul edilir. Dövlət gənclərin potensialını dəyərləndirir, onların özlərini reallaşdırması üçün lazım olan bütün şəraiti yaratmaqla yanaşı, eyni zamanda, gənclərin problemlərinin həlli ilə yaxından məşğul olur. Biz öz təcrübəmizdən də görürük ki, hər ötən il Azərbaycanın dünyada gücü, iqtisadi göstəriciləri artır, cəmiyyət nəzərəçarpacaq dərəcədə inkişaf edir. Eləcə də gənclərin fəaliyyətinin, uğurlarının ilbəil daha da artmasının şahidi oluruq.

- Son zamanlar gənclərin vəzifələrə təyin olunması əvvəlki illərlə müqayisədə xeyli artıb. Bu proses hansısa dövlətin xüsusi proqramı əsasında həyata keçirilir, yoxsa QHT-lərin də rolu var?

- Bu proseslərin kökündə neft kapitalının insan kapitalına çevrilməsi siyasəti dayanır. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan gələcək inkişafını özünün insan resurslarında görürinsan resurslarının inkişafına çox böyük investisiya edirik. İnsan kapitalının inkişafının mərkəzində isə gənclər dayanır. Peşəkar mütəxəssislər, hansısa sahəni bilən, yeniliklər gətirən insanların çox zaman gənclər olması onların irəli getməsinə səbəb olan əsas məqamdır. Gənclər yeniliyə, araşdırmaya, hansısa təşəbbüsün irəli sürülməsinə, danışmağa deyil, fəaliyyət göstərməyə daha çox meyillidirlər. Bu gün Azərbaycanda hansısa gənc istəsə, dünyanın istənilən nüfuzlu təhsil ocağında dövlət hesabına təhsil ala bilər. Bu gün Azərbaycan özəl, istər dövlət sektorunda sərbəst fəaliyyət göstərə bilər. Bu gün Azərbaycan gənci imkanlarla əhatələnmiş gəncdir və onun özünü peşəkar olaraq yetişdirməsi üçün dövlət geniş imkanlar yaradıb və biz bu imkanlardan lazımınca faydalanmış gənclərimizin ən müxtəlif sahələrdə önə çəkilmələrinin şahidi oluruq. Azərbaycan gəncləri bu gün yalnız ölkə daxili məsələlərlə deyil, regionaldünya miqyaslı məsələlərlə məşğuldur. BU çox sevindirici haldır.

- Danışdığınız məsələlərlə bağlı “İrəli”nin nə kimi rolu olub? Nələri planlaşdırırsınız?

 

- "İrəli" Azərbaycanın ən böyük və fəal gənclər təşkilatlarından biridir. Fəaliyyətimiz bir çox sahələri əhatə edir. Bu illər ərzində ən müxtəlif sahələrdə 750-dən artıq layihələr icra etmişik. Bu rəqəm bəzilərinə kiçik görünə bilər. Amma bu layihələrdən bütün Azərbaycan üzrə yüz minlərlə insan faydalanıb. Ancaq deyim ki, düşünüb həyata keçirə bilmədiyimiz layihələr də olub. Çünki zaman çox sürətlə dəyişir və yeni trendlər meydana gəlir. Gənclər elə bir kütlədir ki, hansısa yenilik yarandıqda onu cəmiyyətə ilk gətirən onlar olur. Bu səbəbdən gənclərin fikirləri ilə səsləşən layihələr ortaya qoymaq böyük diqqət və sürət tələb edir. Çalışırıq ki, bu sürətlə ayaqlaşaq.

- Bəzən “İrəli”ni hakimiyyətə yarınmaqda ittiham edirlər. Bu ittihamlar nə dərəcədə doğrudur?

- Biz QHT-yik və qanunvericiliyə görə Azərbaycanda QHT-lər siyasi fəaliyyətlə məşğul ola bilməzlər və biz də təşkilat olaraq siyasətlə məşğul olmuruq. Sadəcə hər bir Azərbaycan vətəndaşı kimi bizlərin də siyasi baxışlarımız ola bilər və var. Biz yarandığımız ilk gündən bəyan etmişikindi də fəxrlə hər yerdə bəyan edirik ki, "İrəli" ictimai birliyi cənab prezidentin siyasətini dəstəkləyir. Bu fikrimizi qətiyyən gizlətmirik, aşkar və fəxrlə hər yerdə bəyan edirik. Bizə çox suallar verirlər ki, siz siyasətlə məşğul olursuz. Bizim siyasi mövqeyimiz ola bilər bu o demək deyil ki, biz siyasətlə məşğuluq. “İrəli” qanundan kənar heç bir görmür.

- Müxalifyönlü gənclərlə münasibətləriniz necədir? Sosial şəbəkələrdən göründüyü kimi daha çox mübahisələriniz son zamanlar Nidaçı gənclərlə düşür. Problem nədir?

- “İrəli” uzun illərdir ki, ölkədə gənclər arasında gedən siyasi debatların ən fəal iştirakçılarındandır. Yaxın keçmişə nəzər salsaq, bunu aydın görərik ki. Ən müxtəlif vaxtlarda "Dalğa" təşkilatı, "Ol" hərəkatı ilə üz-üzə gəlmişik. İndi də "Nida" hərəkatının adını çəkirlər. Təcrübə göstərir ki, təşkilatın uzunmüddətli və uğurlu fəliyyəti üçün sağlam prinsiplər, sağlam əqidə lazımdır. Yuxarıda adını çəkdiyim təşkilatların mahiyyəti qaranlıq olduğu üçün onların fəallığı, bəzən mövcudluğu belə mövsümi xarakter daşıyır. “Nidada digərləri kimi “İrəli” qarşısında yoxa çıxacaq”. Biz alternativ fikirlərin mövcudluğunu qəbul edirbuna müsbət yanaşırıq. Amma gənclərin siyasi oyunlarda vasitəyə çevrilməsinə qarşı daima mübarizə aparmışıq və müxalifət gənclər təşkilatlarını ifşa etdiyimiz üçün hər zaman onların hədəfində olmuşuq.

- Qısa müddətə qazanılmış uğurlarınızın arxasında nə dayanır?

- Bizim uğurlarımızın kökündə dayanan bir çox səbəblər varbunlar kompleks şəklində bir-biri ilə bağlıdır. İlk öncə sağlam prinsiplər və sağlam əqidə, səmimiyyət və aşkarlıq. Daha sonra qeyd edim ki, yarandığı zaman "İrəlic yeni növ təşkilat idi. Hətta İrəli adı belə insanlarda, gənclərdə böyük marağa səbəb oldu. İrəli zamanın tələbi ilə ayaqlaşan işlər gördükcə və təşkilat daxilində şəffaf mühit, hər bir gəncə yaradılan şərait, yenilikçilik və ailə ruhu imkan verdi ki, biz qısa müddət ərzində böyük uğurlar qazanaq.

- Belə bir fikir var ki, “İrəli” sədrləri sonda millət vəkili olmaq üçün çalışır. Bu fikir doğrudurmu?

- Ümumiyyətlə, indiyə kimi “İrəli”nin rəhbərliyindən yalnız bir nəfər - Ceyhun Osmanlı millət vəkili olub. Ceyhun Osmanlı öz karyerası ərzində Azərbaycan gəncliyinin sahib ola biləcəyi bütün uğurlara imza atmağı bacarıb. Belə bir şəxsin millət vəkili seçilməsi çox təbiidir. Bir nümunəni isə bütün təşkilat üçün mütləq qəbul etmək olmaz. İrəli sıralarında minlərlə gəncimiz cəmləşdirib ki, onlar ən müxtəlif sahələrdə Azərbaycanın inkişafı üçün çalışırlar.

- Hazırda problemlərdən biri də Suriyaya gedən və son zamanlar intihara meyillənən gənclərimizdir. Siz bu qayğını yaşayırsınızmı və ümumiyyətlə bu problemin həlli istiqamətində hansısa layihə düşünürsünüzmü?

- Suriya məsələsi cəmiyyətdə çox böyük narahatlıq doğurur. Həmin proseslərə qoşulan gənclərin hamısı eyni bir radikal dini qruplaşmanın cənginə düşən gənclərdir. Bu hal təəssüf doğurur və biz müxtəlif vasitələrlə, keçirdiyimiz görüşlərdə, sosial şəbəkələrdə öz fikirlərimizi və yanaşmamızı ortaya qoyuruq. Bu problemlərin həllini maarifləndirmədə görür və bu istiqamətdə işlər aparırıq.

- Hazırda gəncliyimizin başında Avropada təhsil alan gənclərimiz dayanır. Sizcə təhsilimizdəki problem bu qədərmi çox ciddidir?

- Şübhəsiz ki, Avropa və ya Amerika təhsili ilə Azərbaycan təhsilini müqayisə etmək doğru olmaz. Çünki arada hər kəsin qəbul etdiyi reallığa dayanan fərqlər var. Xarici təhsil Dövlət Proqramının qəbul olunması icrası məhz bu səbəblərə bağlanır. Buna görə dövlət öz gənclərini hər cür dəstəkləyir ki, onlar xaricdə daha yaxşı təhsil ala bilsinlər. Lakin son zamanlar Azərbaycanda yeni nəsil təhsil ocaqlarının fəaliyyətə başlaması təqdirəlayiq haldır. Bu təhsil ocaqları təhsilin keyfiyyətinə görə heç qərbdəki univeritetlərdən geri qalmır onların sayı artmaqdadır. Mən təhsilimizin gələcəyi barəsində çox nikbinəm. Çünki son dövrlər təhsil sahəsində əsaslı yenilikləri həyata keçirilməsi ümumi təhsil səviyyəsinin yüksəldilməsi Avropa standartlarına yaxınlaşmasına gətirəcək. Bunun üçünsə bir qədər zaman lazımdır.

- Son günlər müxalifyönlü gənclər sizin hərbi salamı səhv verdiyiniz şəkili paylaşaraq bildirdilər ki, Rauf Mərdiyev hərbi xidmətdə olmadığı üçün salamdan xəbərsizdir. Hərbi xidmətdə olmusunuzmu?

- Bəli, mən 2008-ci ilin iyulun 9-dan 2009-cu ilin iyul ayının birinə qədər həqiqi hərbi xidmətdə olmuşam. Hərbi salam verməyin qaydalarını sizə izah edə bilərəm (Hərbi salamın qaydalarını sadalayır). Həmin fotonu mən öz Instagram səhifəmdə paylaşmışdım yenə müxalifətçi gənclər bunu qalmaqala çevirməyə çalışdılar.

- Sizin bir zamanbuna twitterdə cavab verəcəm” cümləniz də trendə çevrilmişdi. O zaman həmin suala cavab tapmayıb belə demişdiniz, yoxsa təsadüfən elə alınmışdı?

- (Gülür). Bir neçə il öncə müxalif fikirli gənclərin təşkil etdiyi tədbirdə mənim tvitterdə yazdığım müraciəti səsləndirmişdi və buna açıqlama verməyimi istəmişdilər. Mənsə bildirmişdim ki, bu məsələni isə tvitterdə yazdığım üçün suallarınızı ünvanlayın, suallara tvitterdə cavab verəcəm. Qısa müddət ərzində bu ifadə trend olmuşdu. Bu hadisəni indi təbəssümlə xatırlayıram.

- Bəzi gənclər düşünür ki, hazırda texnologiya dövrüdür və informasiyanı, kitablar vasitəsi ilə deyil, elektron materiallar hesabına əldə etmək lazımdır. Sizin fikrinizcə, gənclər maariflənmək üçün kitablara, yoxsa internetə üz tutmalıdır?

- Online vasitələrə bizim üstünlük verməyimiz zamanın tələbidir. Bununla ayaqlaşmalıyıq. Lakin bu o demək deyil ki, kitablar və mütaliə unudulmalıdır. Xeyr, kitab da başqa bir dünya, başqa bir maarifləndirmə vasitəsidir. Biz mütləq və mütləq mütaliənin növbəti nəsilə ötürməliyik. Çünki son dövrdə texnologiyalar o qədər həyatımıza daxil olub ki, biz bu ənənəni unurmağa başlamışıq. Gəlin bir misala baxaq. Bizim valideynlərimizin nəzər salsaq, özləri üçün kiçik kitabxanaları olub. Bir çox hallarda başqa yerlərə qonaq gedəndə öz kitablarımızı görürdük orda. Yəni sovet dövründə senzura olduğundan demək olar ki, hər kəsin evində eyni kitablar idi. Bu bizim valideynlərimizin kitabları. İndi gəlin bugünkü nəsilə baxaq. Bugünkü formalaşan ailələrimizin, gənclərimizin evlərində kitabxana saxlamaq mədəniyyəti varmı? Demək olar ki, yoxdur. Bu isə onu göstərir ki, bundan sonra gələn nəsildə də bu olmayacaq. Buna görə deyirik ki, biz kitab oxumanı dəb halına salmalıyıq. Cəmiyyətdə fikir formalaşdıran insanlar bu istiqamət üzrə çoxlu işlər görməlidir. Biz də bu istiqamət üzrə fəaliyyət göstəririk. Gənc yazarların kitablarını çap edirik, sosial şəbəkələrdə “öz kitabını bölüş” adlı layihələr edirik, gənclərə kitablar paylayırıq və s. Kitab oxumaq çox önəmli mövzudur. Biz çalışmalıyıq ki, gənclik kitabdan qorxmasın. İnformasiya almağa gəlincə təbii ki, internetdən də faydalanmaq lazımdır. Kitab və internet arasında qızıl ortanı tapmaq lazımdır.

- Hərbi xidmətinizdən danışdız az öncə. Ötən il orduda əsgərlərimizin ölməsi ilə bağlı müxalif gənclər tərəfindən aksiyalar keçirildi. Sizin bu aksiyalara və əsgər ölümlərinə münasibətiniz necə oldu?

- Ötən ilin seçki ili olduğunu nəzərə alaraq ilin əvvəlindən ilk baxışdan siyasi donu olmayan, ancaq dərinliyinə vardıqda kökündə siyasi maraqlar dayanan aksiyaların keçirildiyini görə bilərik. Bu yalnız Bakıya deyil, bölgələrdə baş verən hadisələrə də aiddir. Sadə insanlar məsələlərin dərinliyinə varmır və hadisələrə emosional yanaşırlar. Ancaq baş vermiş hadisələri araşdırdıqda görə bilərik ki, bu ssenariləri çox gözəl hazırlanmış siyasi gedişlərdir. Hadisələri araşdırdıqca ortaya suallar çıxır və bu sualların cavabını axtardıqda görürük ki, həmin aksiyalar hansı məqsədlərə qulluq edirdi. Bizim məqsədimiz ilk baxışdan görünməyən məqamları gənclərə çatdırmaq və onları vasitə olmaqdan qurtarmaq idi. Sosial şəbəkələrdə müzakirələr aparıldıqda bir çoxları anladı ki, bu kimi proseslər əslində dövlətçilik əleyhinə yönəlib. Cəmiyyətdə elə bir qrup olmalıdır ki, baş verən hadisələrin əsl mahiyyətini araşdırıb insanların, xüsusilə gənclərin diqqətinə çatdıra bilsin. Biz həmin dövrdə bilinməyən bəzi məqamları sosial şəbəkələr vasitəsilə qabardıb insanlara həqiqəti anlatmağa çalışırdıq. Və görürdük ki, bundan sonra bir çox insanlar hadisələrin əsl mahiyyətini başa düşür.

- Fəaliyyətinizlə eyni istiqamətdə oan gənclər təşkilatlarında rəqib gördüyünüz varmı?

- Hal-hazırda Azərbaycanda adı İrəli ilə bir çəkilən təşkilatlar var. Lakin biz onları rəqib deyil bir həmkar kimi görürk. Ola bilər ki, üzvlərimiz hansısa məqamda onları rəqib kimi görə bilərlər ancaq bizim üçün deyərdim ki, onlar həmkarlarımızdır. Biz Azərbaycan gəncliyinə tövhə vermək istəyən hər bir təşkilatla əməkdaşlıq etməyə hazırıq.

- Gənclər Günü ilə bağlı Azərbaycan gənclərinə nə töhfə edəcəksiniz?

- Gənclər Günü ilə bağlıİrəli“ninİnnovativ həllərkonsepsiyasını elan edəcəyik. Bu bizim təşkilatın yaxın gələcəkdə keçirəcəyi işlərlə bağlı baxış konsepsiyasıdır. Bu Azərbaycan gənclər təşkilatı arasında bir ilkdir. Biz ilk dəfə öz fəaliyyətimizin vahid konsepsiyasnı hazırlayıb ortaya qoymuşuq. Burada bildirilir ki, biz Azərbaycan gəncliyini,bu müddət ərzində necə görmək istəyirik nələr edəcəyik. Ümumilikdə bu konsepsiya içində 60-a yaxın layihə olacaq. Biz öz peşəkar fəaliyyətimizi sözlə, konsepsiya ilə deyil, nəticə ilə ortaya qoyuruq. Bu konsepsiyanın da nəticəsini görəcəksiniz.

- Sonda gənclərə sözünüz?

- Azərbaycan gənclərini, özünü gənc hiss edənləri, ruhu gənc olanları 2 fevral Gənclər Günü münasibətilə təbrik edirəm. Belə bir deyim var, gələcək arzularının gözəlliyinə inananlara məxsusdur. Arzu edirəm ki, hər bir gəncimiz öz arzularının ardınca getsin həyat məqsədlərinə nail olmaq üçün çalışsın. Çünki gənclər ölkənin gələcəyidir gənclərin uğurları, eyni zamanda, Azərbaycanın uğurları, daha parlaq gələcəyin təminatıdır.

Həmçinin, Hafta.az ümumilikdəHəftə içikollektivinə Gənclər Günü ilə bağlı fikirlərimizi bölüşməyə bizim təşkilatı seçdiyiniz səmimi söhbət üçün təşəkkürümü bildirirəm.

 

Əli Rais

 

Həftə içi.- 2014.- 1-3 fevral.- S.5.