Əmircanda infrastruktur yenidən qurulur
Dövlət proqramlarının icrası
istiqamətindəki tədbirlər
qəsəbədəki sosial problemləri minimum endirib
Suraxanı rayonunun digər
yaşayış sahələrində olduğu
kimi, Əmircan qəsəbəsində də
abadlıq, quruculuq və tikinti
işləri uğurla həyata keçirilir. Payonun mərkəzi
sayılan Əmircan gün-gündən böyüyür,
abadlaşır və tikilən yeni sosial binalar, müasir tələblərə uyğun infrastruktur qəsəbənin
simasını tamamilə dəyişib. Belə ki, qəsəbədə tarixi
abidələr, təhsil müəssisələri müasir tələblər səviyyəsində
əsaslı təmir edilib, yollar tamamilə asfaltlanıb.
Rayon icra hakimiyyəti
başçısının Əmircan qəsəbəsi
üzrə nümayəndəsi Hacıbala Eyvazov
“Həftə içi”nə bildirib ki, son illər rayonun mütün
yaşayış məntəqələrində irimiqyaslı
abadlıq və quruculuq işləri həyata
keçirilir. Onun sözlərinə görə, “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində
qəsəbədə su, kanalizasiya
xətləri çəkilir, yollar
salınır, enerji və qaz
təminatı yaxşılaşır və digər
irimiqyaslı işlər aparılır: “Bu gün ölkəmizdə
gedən sosial-iqtisadi inkişaf
Əmircan qəsəbəsində kommunal
xidmətin səviyyəsinin yüksəldilməsinə, əhaliyə
verilən suyun, təbii qazın, elektrik enerjisinin keyfiyyətinin
yaxşılaşdırılması və fasiləsizliyinin təmin
edilməsinə birbaşa təsir
göstərir”.
Tarixi abidə turizm kompleksinə çevrilib
Əmircanda kompleks abadlaşma və
yenidənqurma işlərinin həyata keçirdiyi
ünvanlardan biri də
“Atəşgah” tarixi-memarlıq abidəsinin ətrafıdır.
Belə ki, ölkə
başçısı Suraxanı rayonunda
“Atəşgah məbədi” ərazisinin “Atəşgah məbədi”
Dövlət Qoruğu elan
edilməsi haqqında 18.12.2007-ci il tarixli sərəncamın icrası nəticəsində
bu ərazisi turizm
kompleksinə çevrilib. YUNESKO-nun dünya
irsinin ilkin
siyahısına daxil edilən “Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun
bərpası üçün layihə-smeta
sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin
aparılması və muzey mərkəzinin
yaradılması istiqamətində işlər başa çatdırılıb.
Adıçəkilən abidə və onun
ətraf əraziləri abadlaşdırılıb. Həmçinin
Heydər Əliyev prospektini məbədlə
birləşdirən Səttar Bəhlulzadə, Vladimir Balandin küçələri
yenidən qurulub. Bu məqsədlə
Qoruğa yaxın məsafədə yerləşən
bəzi fərdi yaşayış evləri köçürülüb,
fasadlarda isə təmir işləri
aparılıb.
İcra nümayəndəsi deyir
ki, Suraxanı Rayon Polis İdarəsinin yeni inzibati binasının və Gənclər Mərkəzinin
də tikintisi artıq başa
çatmaq üzrədir. Həmçinin
Mirmehdi Seyidzadə küçəsində
tutumu 2000 nömrə olan
ATS, Cəfər Cabbarlı küçəsində tikilən
mini- futbol
meydançası da artıq sakinlərin
istifadəsindədir. Bundan əlavə, qəsəbə ərazisində fəaliyət
göstərən114 saylı orta məktəb
təmir olunub və 40 əlavə sinif otağı tikilib, həyətdə
və ətraf ərazidə böyük
abadlıq işləri aparılıb. 84 saylı məktəbin
isə tədris korpusunun yenidən
inşasına başlanıb. Eləcə də 19 və
324 saylı uşağ
bağçası və körpələr evi,
əsaslı təmir olunub və yeni avadanlıqlarla təchiz olunub:
“Dövlət Proqramı çərçivəsində
8 saylı Birləşmiş Uşaq Xəstəxanası
və 3 saylı Doğum Evi,
o cümlədən 4 saylı Tibb Sanitat Hissəsi
binalarında da əsaslı təmir
işləri aparılıb və yeni
avadanlıqlarla təmin edilib.
Hazırda Q.Qasımov adına körpələr evi-uşaq bağçası da
əsaslı təmir olunur”.
Qaz, su və enerji təchizatı yaxşılaşır
Hacıbala Eyvazov qəsəbədə qaz
və elektrik enerjisi təzhizatının
yaxşılaşdırılması məqsədilə
görülən işlərdən də danışıb. Onun sözlərinə görə, Dövlət
Proqramı çərçivəsində Əmircanda
müxtəlif diametrli borularla
9250 p/metr qaz xətti çəkilib. Qəsəbə ərazisində
8 ədəd Qaz Tənzimləyici Məntəqə
quraşdırılıb, mexaniki sayğaclar “smart-kart tipli elektron qaz sayğacları ilə əvəz olunub və hazırda bu iş davam etdirilir.
Eləcə də qaz xəttinin əsaslı
təmiri, korroziyaya uğramış xətlərin
dəyişdirilməsi və yenilərinin
quraşdırılması da həyata keçirilir. Qəsəbədə elektrik enerjisinin
yaxşılaşdırılması məqsəsilə şəbəkənin
balansında olan yararsız 101 saylı Transformator Məntəqəsi sökülərək,
yerində ikimərtəbəli məntəqə inşa edilib. Məntəqənin
binasının fasadı aqlay daşla üzlənib, müasir
standartlara cavab verən”eleqaz”açarlarla
bütün avadanlıqlar yenidən qurulub, 2 ədəd yeni trasnsformator quraşdırılıb.
Həmsöhbətim
qəsəbənin Ə.Sumbatzadə və E. Həsənov
küçələrinin su təchizatının
yaxşılaşdırılması məqsədilə yeni su xəttinin çəkildiyini
vurğulayıb. Onun sözlərinə görə, Dövlət
Proqramına əsasən, “Atəşgah məbədi”nin ətrafında
müxtəlif diametrli borularla
yeni kanalizasiya şəbəkəsi
quraşdırılıb və bu işlər
qəsəbə üzrə davam etdirilir. İl ərzində
magistral xətt üzərində 46 quyu, ev birləşmələri
üçün 57 ədəd quyu quraşdırılıb, 44 mənzilə
kanalizasiyaya birləşmə xətti verilib. Həmçinin N.Tusi
küçəsində sel
sularının axması üçün
50 metr kanalizasiya
boruları quraşdırılıb.
Qaranlıq küçələr işıqlandırılır
Məhəllədaxili
yollarda aparılan abadlıq işlərindən
danışan Hacıbala Eyvazovun sözlərinə
görə A.Rzayev və Bəhlulzadə
küçələri boyunca hasarlar, fasadlar
ağardılıb, həmin əraziyə yaxın yerlərdə
divarlar suvanıb, pəncərə və
qapılar yenisi ilə əvəzlənib. Həmçinin ötən il E.Həsənov və M.Mustafayev
küçələrində yerləşən çoxmərtəbəli
binaların həyətlərinə 110 min
kvadratmetr asfalt örtüyü salınıb: “Su və kanalizasiya xətlərinin
çəkilişi tam başa
çatdıqdan sonra qəsəbə ərazisində
maqistral yolların bərpası və
yenidən salınması, eləcə də məhəllədaxili
yolların asfaltlanması işlərinə başlanacaq.
Qəsəbədə uzun illər sakinlərin
narahastlığına səbəb olan
problemlərdən biri də küçələrin
işıqlandırılması idi.
Hazırda küşələrin işqlandırılması
işinə başlanıb. Bu məqsədlə
Vaqif, Cabir Əliyev, Zahid Əliyev, Hasil Bayramov küçələrində 50 ədəd
yeni dirək basdırılıb və
çil-şçıraqlar quraşdırılıb. Elxan Həsənov, Zülal
Tağıyev, Mirmehdi Seyidzadə, Zakir, Neftçi, Park küçələrinə , eləcə
də İlham Şükürov
küçəsindən “Şəhidlər xiyabanına” gedən
yola da küçə
işıqları quraşdırılacaq”.
Yeni parkların, yaşılıq
zolaqlarının salınması, mövcud
parkların bərpası və qorunması istiqamətində
həyata keçirilən tədbirlərlə yanaşı problem yaradan səbəblərin
aradan qaldırılması da xüsusi önəm kəsb
edir. Bu baxımdan ekologiya proqramında sahəsi 120 hektar olan Əmircan və
Bülbülə qəsəbələrini əhatə edən
Şor gölünün
yaratdığı problem və
fasadların da tez bir zamanda aradan
qaldırması da nəzərdə tutulub. Hacıbala Eyvazov deyir ki, aparılan
araşdırmalıardan sonra bu gölə 189 mənbədən çirkli su
axıdıldığı müəyyən edilib.
Onun
sözlərinə görə, göldə suyun
səviyyəsini aşağı salınması, suyun ekoloji cəhətdən
təmizlənməsi, bütün sahil boyu istirahət
zonasının yaradılması, müxtəlif idman komplekslərinin tikilməsi üçün kompleks
layihələşdirmə işlərinə artıq
başlanıb: “Bizim tərəfimizdən
Şor gölü ətraf
gölməçələrə 3000 maşın torpaq tökülüb”.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2014.- 7 fevral.- S.7.