Nyu Yorkda “Cavad xan“
filminin təqdimatı
keçirildi
ABŞ-ın Nyu York şəhərində
Sultan Əyyub Mədəniyyət
Mərkəzində "Cavad
xan" filminin nümayişi keçirilib.
Azərbaycan
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Hafta.az-a verilən
məlumata görə,
tədbiri giriş sözü ilə açan Nyu York-Azərbaycan Assosiasiyasının
sədri Ercan Yerdələnli qonaqları
salamlayaraq film haqqında
məlumat verdikdən
sonra mərasimə Azərbaycandan qatılan qonaqlara söz verilib.
"Cavad xan"
filminin quruluşçu
rejissoru Rövşən
Almuradlı, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və təqdimatın təşkilatçılarından biri, Mədəni İnkişaf Mərkəzi
İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov çıxış
ediblər. Çıxışlardan sonra filmə
baxış keçirilib.
Qeyd
edək ki, 2009-cu ildə lentə alınan "Cavad xan" filmi 19-cu əsrin əvvəllərində
öz oğlanları
ilə birlikdə Vətən uğrunda rus qoşunlarına qarşı mübarizə
aparmış və mərdliklə həlak olmuş cəsur sərkərdə Cavad xan haqqındadır.
"Cavad xan"
filmini maraqla izləyən qonaqlar arasında Azərbaycan Respublikasının ABŞ-da
fəaliyyət göstərən
diplomatik nümayəndələri,
Azərbaycanın BMT-dəki
nümayəndəliyinin əməkdaşları,
türk dövlətləri
səfirliklərinin təmsilçiləri
və Nyu-York şəhərində yaşayıb
çalışan həmyerlilərimiz
də olub.
Filmə baxışdan
sonra Nyu York-Azərbaycan Assosiasiyasının
rəhbəri Ercan Erdərənli və Nyu York Mədəniyyət
Mərkəzinin rəhbəri
Telman Cəlil filmin yaradıcılarını
təşkilatın fəxri
diplomu ilə təltif ediblər
Həftə
içi.- 2014.- 11 fevral.- S.8.