«Qarajın divarlarına rəsm

çəkərkən yaxalandım»

 

Vasif Səftərov: «Qarajın yiyəsi olan qonşum «bəsdir» deyib məni rəssamlıq kursuna apardı»

 

«Bacarıqlı əllər» rubrikasının növbəti qonağı gənc heykəltəraş-rəssam Vasif Səftərovdur. 1988-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1994-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. Bakıxanov qəsəbəsindəki 84 saylı orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra 2003-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Kollecinə daxil olub. 2007-ci ildə həmin məktəbinin rəngkarlıq ixtisasını bitirib. Hazırda «Hədəf» kurslarında rəssam işləyir.

Vasif danışır ki, uşaqlıqdan rəssamlıq işlərinə maraq göstərməyə başlayıb. Onun atası Qara Səftərov 30 ildən çoxdur ki, memarlıqla məşğul olur: «Yaxşı yadımdadır, hələ 4-5 yaşımda ikən atamın çəkdiyi binaev proyektlərinə, rəsm işlərinə maraqla baxaronlara həsəd aparardım. İstəyirdim ki, mən də atam kimi rəsmlər çəkim. Anam Nadejda Mustafayevanın modelyer olması, tərtibatçı-rəssam kimi fərdi şəxslər üçün geyimlər hazırlaması da mənim rəssamlığa həvəsimi artırmışdı. Hələ orta məktəbə getmədiyim dövrlərdə kitabların içərisindəki şəkillərə baxır, onları karandaşla vərəqlərin üstünə çəkərdim. Uşaqlıq illərimdə Azərbaycanın bayrağını, gerbinisair şəkilləri çəkirdim».

 

«Bu günədək 40 mükafat aldım»

 

Vasif deyir ki, 5 yaşında ikən təbaşirlə qonşunun maşın qarajının divarlarına hər gün rəsm çəkirmiş. Əsasən uşaqlar üçün nəzərdə tutduğu şəkillər böyüklərin də marağına səbəb olurdu: «Divarların üstünə mənzərələr, heyvanlaruşaqlar üçün maraqlı olan digər maraqlı şəkillər çəkirdim. Amma bir dəfə divara şəkil çəkəndə qarajın yiyəsi məni yaxaladı. Məni maşınına otuzdurub Bakıxanov qəsəbəsində yerləşən Adil İsgəndərov adına Mədəniyyət Sarayına apardı. «Bəsdir, divarlarıma şəkil çəkdiyin» deyib məni tanınmış rəssam Hacı Rzayevə təqdim etdi. Həmin gün Hacı müəllimin rəssamlıq qrupuna üzv götürüldüm və rəssamlığın sirlərini öyrənməyə başladım».

5-6 aydan sonra Atatürkün portretindən və Heydər Əliyevin şəklindən ibarət əl işlərini Türkiyənin İzmir şəhərində keçirilən sərgiyə təqdim edib. Bu sərgidə azərbaycanlı rəssamlar qrupunun birinci yeri tutmasında Vasifinrolu olub: «7-ci sinifdə oxuyarkən əl işlərimi UNİCEF-in təşkilatçılığı ilə ABŞ və Azərbaycan rəssamlarının iştirakı ilə «Azərbaycan, rəssamların gözü ilə» adlı sərgiyə göndərdim. Kompozisiyam Azərbaycan xəritəsi üzərində dayanmış və qarşısında planet olan bir uşaqla göyərçinlərin Azərbaycan Bayrağını uçurması səhnəsini özündə əks etdirirdi. Həmin kompozisiyam birinci yerə layiq görüldü. 9-cu sinifdə oxuyarkən Almaniyada bu ölkə ilə Azərbaycan arasındakı dostluq əlaqələrinə həsr olunmuş sərgidə də iştirak etdim və əl işimə görə mükafat aldım. 9-cu sinifdə oxuduğum müddətdə İsveçrədə keçirilmiş sərgiyə də əl işimi göndərdim və mənə təşəkkürnamə verdilər».

Bu günədək həm respublikamızda, həm də xarici ölkələrdə keçirilən sərgilərdə dəfələrlə əl işləri təqdim olunan rəssam-heykəltəraşın 20 Yanvar və Xocalı faciələri, eləcə də narkomaniya ilə mübarizə ilə bağlı çəkdiyi əl işləri ən yüksək mükafatlara layiq görülüb: «Bu günədək əl işlərimi təqdim etdiyim müsabiqə və sərgilərdən 40 mükafat almışam. Onlardan 18-i birinci, biri ikinci dərəcəli diplomlar, yerdə qalanları isə təşəkkürnamələrdir. Onu da deyim ki, bu günədək yalnız 2011-ci ildə Adil İsgəndərov adına Mədəniyyət Sarayında fərdi sərgimi keçirmişəm».

 

«Bir türk əl işimi 4600 dollara satın aldı»

 

Müxtəlif sərgilərə təqdim olunan əl işləri təkcə azərbaycanlıların deyil, sərgiyə qatılmış xarici ölkə vətəndaşlarının da diqqətini həmişə cəlb edib. Onun dediyinə görə, əcnəbilər daha çox onun imperializm janrında çəkdiyi şəkillərə maraq göstəriblər: «Yağlı boya, kətan, rəngbərəng karandaşlar digər materiallardan istifadə etməklə ərsəyə gətirdiyim əl işlərimin böyük əksəriyyətini pay vermişəm. Amma satdıqlarım da çox olub. Sərgilərin birində bir türk əsərlərimə baxırdı. Rəsmlərdən biri xoşuna gəldi onu 4600 dollara satın aldı. Gözləməzdim, mənim üçün xoş bir sürpriz idi. Onun aldığı abstrakt bir rəsm əsəri idi. İndi həmin əsər İsveçrədə muzeydə saxlanılır. Türkiyənin İzmir şəhərində «Azərbaycan-Türkiyə dostluğu» adlı sərgidə satılan əsərlərim olub. Bundan başqa, bir neçə rəsm əsərim Almaniyada, ABŞ-da, İsveçrədə şəxsi kolleksiyada saxlanılır. 500-1000 manata satdığım kompozisiyalarım da çox olub. Təbii ki, materiallarımın hamısını öz hesabıma aldığım üçün qiymətləri mənə sərf edən məbləğdə müəyyənləşdirirəm. Ancaq dediyim kimi, əksər əl işlərimi hədiyyə etmişəm».

Heykəltəraşlıq fəaliyyəti barədə danışan həmsöhbətimiz qeyd edir ki, bu sənəti Hacı Rzayevin rəssamlıq qrupunda təhsil alarkən öyrənib. Gil, taxta dəmir materiallarından itsifadə etməklə bu günədək 30 heykəltəraşlıq nümunəsi yaradıb: «İlk əl işim Səməd Vurğunun büstü olub. 30 əl işimin arasında büstlər modellər çoxdur. Taxta üzərində oyma işlərim, müxtəlif dəmirlərdən düzəltdiyim avanqard modellərim çoxdur. Dəfələrlə sərgiyə qatılmışam, mükafatlar almışam. Amma heykəltəraşlıq işlərimi satmamışam».

 

«Xocalı faciəsinə aid rəsm işləri hazırlayıram»

 

Vasif bildirir ki, hər oxuyan molla Pənah Vaqif olmadığı kimi, hər kəs də peşəkar rəssam, istedadlı heykəltəraş ola bilməz. Onun fikrincə, hər iki sənət bir-biri ilə əlaqəli olduğu üçün qabiliyyət, istedad və bacarıqla yanaşı, başqa şeylər də tələb olunur: «Məsələn, rəssam və ya heykəltəraş olmaq istəyinin duyma qabiliyyəti, intellektual səviyyəsi yüksək olmalıdır. Onun musiqi duyumuna malik olması mütləq vacibdir. Gözəllikdən, təbiətdən, bir sözlə hər bir şeydən ilham almağı bacarmalıdır. Məktəb müəyyən üsulları praktiki cəhətdən öyrədir, nəzəriyyəni, bilikləri verir. Ancaq heç bir akademiya insan təxəyyülünü yarada bilməz. Rəssam üçün ən yaxşı məktəb həyatdır, gördükləri, duyduqlarıdır, fantaziyasıdır. Rəssamlıq elə bir sənətdir ki, o digər sahələrlə də sıx əlaqəlidir. Məsələn, hər hansı bir fiquru çəkərkən insan anatomiyası, insan psixologiyası və sair barədə hökmən məlumatlı olmalıdır. Bir sözlə, istər rəssamlıq, istərsə də heykəltəraşlıq sənətinə kamil yiyələnmək üçün güclü komantikafantaziya, hərtərəfli və geniş dünyagörüş də tələb olunur».

Hazırda bir sıra yeni layihələr üzərində işləyən Vasif Səftərov gələcək planları barədə də bunları deyir: «Qarşıdan Xocalı faciəsinin növbəti ildönümü gəlir. Yeni layihələrim arasında bu faciəni özündə əks etdirən kompozisiyalar, rəsm işlərim olacaq. Bundan əlavə, Samil Sadiqin Mübariz İbrahimova həsr etdiyi yeni kitabının rəssamı kimi illüstrasiya çəkirəm. Bütün bunlar yaxın zamanlarda «Hədəf» nəşrlərinin köməkliyi ilə isiq üzü görəcək».

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2014.- 13 fevral.- S.8.