Bəşəriyyətin
kabusu - zəlzələ
Günəş və Ay Yer kürəsində zəlzələlərin yaranmasına birbaşa təsir göstərir
Bu günlərdə Hacıqabul yaxınlığında baş verən təxminən 6 bal gücündə zəlzələ hər bir Azərbaycan vətəndaşı kimi bizi də qorxutdu. Əslində dünyanın hər yerində tez-tez baş verən bu cür yer titrəmələri adiləşsə də, Azərbaycanda insanların açıq-aşkar duya biləcəkləri gücdə - Rixter şkalası üzrə 5 baldan güclü zəlzələlər, belə demək mümkündürsə, adi sayıla bilməz. Çünki ən azından Azərbaycan Alp geosinklinalı qurşağında yerləşsə də, belə yer titrəyişlərinə çox öyrəncəli deyil…
Səbəb günəşdəki aktivliyin artmasıdır
Maraqlıdır ki, ölkəmizdə zəlzələ baş verən günlərdə Günəş
səthində də nəhəng partlayış olub. Ona görə də
elmdən başı çıxan və çıxmayan hər
kəs Hacıqabulda yaşanan yer titrəmələrini məhz günəşdəki
hadisə ilə əlaqələndiriblər. Əslində bu nə qədər
inandırıcıdır? Milli Elmlər
Akademiyasının (AMEA) Nəsrəddin Tusi
adına Şamaxı Astrofizika Rəsədxanası
bu suala belə
aydınlıq gətirib: «Günəş aktivliyi
ilə proqnozlar arasında statistik
asılılıq müşahidə olunur.
Amma bu
asılılıq hansı formadadır, fizikası nədir, bunu bilən yoxdur.
Hazırda Günəşdə aktivlik maksimum həddədir, Yer
kürəsində də zəlzələlərin sayı
artıb. Deməli, Günəşdə aktivlik
çoxdursa, zəlzələlərin də
sayı artır, azalanda o
da azalacaq. Bütün zəlzələlərin
statistikasını ümumiləşdirib günəşin aktivliyi ilə müqayisə edəndə, birbaşa asılılıq olduğu
təsdiqlənir. Amma bunun
səbəbləri bilinmir. Günəşin
yerə birbaşa təsiri olmasa da, dolayısı yolla var. Görünür,
Günəş aktivliyi maqnit
sahəsini silkələyir, Yerin daxilində
baş verən proseslərin
dinamikasına təsir edir, sonra bu, artaraq
güclənir, yığılan enerji
çoxalır, nəticədə təkanlara səbəb olur”.
Maraqlıdır ki, Yer kürəsindən
cəmi 392 min kilometr
aralıdan yerləşən Ay da planetimizə mütəmadi təsir göstərir.
El dili ilə desək,
adicə Ayın bədirlənməsi Yerdə insanlara
mənfi emosiyalar gətirir. Planetə birbaşa təsirinə gəlincə, Astrofizika Rəsədxanası bildirir
ki, Ayın yerə təsiri qabarma və çəkilmə nəticəsində
olur. Bəs qabarma-çəkilmə hadisəsi
ilə zəlzələlər arasında asılılıq
varmı? Bu suala da alimlər cavab
axtarmaqdadırlar: “Ayın yerə təsiri istisna
olunmur. Qabarma və
çəkilmə qüvvələri birbaşa
yerin nüvəsində gedən proseslərə,
onların sürətinə təsir edə bilər. O da son nəticə etibarilə
enerjinin yığılması və sonra da səthə
çıxması nəticəsində zəlzələ ilə
nəticələnə bilər”.
Zəlzələ nədir?
Alimlər qeyd edir ki,
əslində zəlzələ yerüstü
təbii zərbələr və yerin üst qatının titrəməsi nəticəsində
ortaya çıxır. Bu
həm tektonik proseslərlə
müşayiət edilən, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə
müşayiət olunan süni
şəkildə baş verir.
Vulkanların püskürməsi zamanı da
kiçik yeraltı təkanlar baş verə bilər.
Ümumilikdə isə
zəlzələ Yerdə baş verən
dinamik proseslər nəticəsində baş verir. Bunun nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və
qabığı arasındakı litosfer laylar zəlzələlərin yaranmasında böyük rol
oynayırlar. Zəlzələlər əsasən bu layların sərhəd zonalarında əmələ
gəlirlər. Müxtəlif layların bir-birinə nəzərən
sürüşməsi və toqquşması yeraltı təkanlara
səbəb olur. Yeraltı daşların
kəsicilik möhkəmliyi həddi keçdikdə onlar burada yaranan
gərginliyi sıçrayışla boşlayır və nəticədə
yeraltı tektonik təkanlar baş verir. Bu zaman yaranan
enerjinin gücü isə
hidrogen bombasının gücündən
100 dəfə çox olur.
Bu gərginlik boşalması layların sərhəd
zonalarında baş verdiyi
kimi, onların orta
hissələrində, möhkəmliyi zəif zonalarda
da yarana bilər.
Günəşin Yerə təsiri
Türkiyəli
professor Övgün
Əhməd Ərcan da bu
qənaətdədir ki, Yerin
nüvəsi qatılaşmış mayedən ibarətdir və
istilik enerjisi həmin
kütləni daima çalxalayır. Çalxalanan kütlə isə nisbətən
qurumuş, qaysaq
bağlamış yer səthini – Yerin qabığını təkanlar güclü olan hissələrdə yırtır. Bu da yer
qabığının titrəməsi, qırılması, yəni
zəlzələ ilə nəticələnir. Professor
qeyd edir ki, 1 il ərzində Yer kürəsində hiss
olunan və olunmayacaq
gücdə 3,5-dən 4 milyonadək yer
titrəyişləri baş verir. Bunun da
təxminən 3-6 faizi Türkiyə, Azərbaycan
və İranı əhatə edən bölgənin
payına düşür. Türkiyəli
alim də bu qənaətdədir
ki, bəli, Günəşdə yaşanan partlayışlar, hətta Günəşin
tutulması halları yerdə zəlzələ yarada bilər. O, dediklərini bir
sıra misallar göstərməklə isbatlamağa çalışır. Professorun dediklərindən: «Türkiyədə
1894-cü ildə baş vermiş
dəhşətli yer titrəyişlərindən
bir neçə gün
öncə, 1953-cü ilin fevralında yenə
Türkiyədə, 1957-ci ilin aprelində
Rodos adasında, eləcə də
hamının xatırladığı 1999-cu il
17 avqust zəlzələsindən 4 gün əvvəl günəş səthində
anomal hadisələr
yaşanmışdı və sonra Günəş
tutulması baş vermişdi.
Bundan başqa, 2005-ci il
oktyabrın 5-də Pakistanın Müzəffərabad şəhəri
yaxınlığında baş verən
7,6 bal gücündə zəlzələdən
5 gün, 2004-cü ildə Sumatra adasında yaşanan
9 ballıq zəlzələ olayından isə 3 gün əvvəl də Günəş səthində
anomal vəziyyət yaranmışdı».
Ümumiyyətlə isə professor
Ərcan deyir ki, Qəndilli
Rəsədxanasında son 100 ildə baş verən zəlzələlərin
statistikası araşdırılıb. Məlum olub ki, onların 45 faizi Günəş səthində olan partlayışlardan 6 gün
əvvəl və ya sonra,
60 faizi isə 15 gün
əvvəl və ya sonra
baş verib.
Alim qeyd edir
ki, məhz bu
müqayisələri aparanda insanları
Günəşdə baş verən hər
hansı partlayış və ya tutulma halları qorxu
yaradır. Amma Nyuton
qanunlarına görə, Yerlə Ay
arasındakı cazibə qüvvəsi Günəşlə yer arasındakına nisbətdə 3 qat artıqdır. Ona
görə də Ayın cəzbetmə qüvvəsi Yerdə
təbii fəlakətlərin yaranmasına daha
çox səbəb ola
bilər.
Zəlzələnin yaranma şəraiti
Professor zəlzələ ocağının
yarandığı yerin mərkəzində
nəyin baş verdiyini
də elmi dillə izah
etməyə çalışır. Onun
faktlarından: «Yerin
yaşadığımız səthindən nüvəsinədək
olan məsafə 6372 kilometrdir.
Yerin təxminən
2900 kilometr dərinliyində başlayan nüvənin sərhədində
2400 kilometr qalınlığında
3500-4000 dərəcə temperaturda,
sıxlığı hər 1 kubsantimetrdə 10-12,3 qram, daxili təzyiqi
1350-3340 barometr olan maye şəklində dəmir və nikeldən
ibarət qat yerləşir. Yerin orta hesabla
sıxlığı isə hər bir
kubsantimetrdə 5,52 qram, üzərində
yaşadığımız qabıqda isə bu
rəqəm 2,53 civarındadır. Nüvənin xarici qatında daşlaşmış maye yüksək elektrik
keçirmə qabiliyyətinə malikdir.
Yerin öz oxu ətrafında
saniyədə 465, Günəş ətrafında isə saniyədə
30 kilometr (saatda 107 min kilometr) kilometr
sürətlə fırlanması dərindəki çəyirdəyin
xarici qatında illik
0,1 dərəcəlik sürətlə sovuraraq
daxili axıcının çevrimini
yaratdığı düşünülür.
Bu çevrim isə səthdə
yerin maqnitləşmə sahəsinin ildə
11,1 kilometr qərbə doğru
əyilməsinə səbəb olub.
Maqnitləşmə sahəsində fəaliyyətin 94 faizi isə Yerin mərkəzinin,
qalan 6 faizi kosmik, o cümlədən,
Günəşin təsiri altındadır».
Günəşdə qara ləkələr
Günəşdə
baş verən hər bir
partlayış bu böyük
ulduzun səthində yaranan
qara ləkələr formasında
görünməkdədir. Partlayışların izi olan qara
ləkələr isə hər 10-11 ildə bir
dəfə artım rekordu vurur.
Məsələn, son 100 ildə ən
Günəş səthində ən çox
partlayışlar 1907, 1918, 1928, 1948, 1954, 1970, 1981, 1992, 2003 və
2014-cü illərdə baş verib. Rəqəmlər arasında fərqə
fikir verin, təxminən
10-11 il. Yerdə zəlzələlərin
sayı isə təxminən 30 ildən bir
artım göstərməkdədir. Elmi
araşdırmanın nəticələrinə baxaq: 1912, 1945, 1975 və 2005-ci illər.
Növbəti artım rekordu isə 2035-ci
ildə olacaq.
Ümumilikdə
isə bizim erada baş verən tarixi yaddaşlara qeyd edilən
zəlzələ və Günəşdə baş
verən anomal hadisələrin tarixini diqqətə çatdıraq. 29-cu il noyabrın 24-də Günəş tutulub, həmin gün də
7,2 bal gücündə zəlzələ
baş verib. 447-ci il dekabrın 23-də Günəşdə anomal olaylar, 28 dekabrda zəlzələ, 1344-cü il oktyabrın 7-də Günəşdə
partlayış, 2 həftə sonra 7,2 bal gücündə zəlzələ, 1719-cu il fevralın 19-da günəş hadisəsi,
10 gün sonra dəhşətli
yer titrəmələri, 1803-cü il avqustun 17-də Günəş
hadisəsi, cəmi 8 gün
sonra dəhşətli zəlzələ,
1870-ci il dekabrın 10-da Günəş
hadisəsi, 10 gün sonra
zəlzələ, 1894-cü il iyulun 31-də Günəşdə
partlayış, 10 gün sonra
zəlzələ, 1999-cu il avqustun 11-də Günəşdə hadisə,
6 gün sonra 8 bal gücünə yaxın zəlzələ
və sair.
Bir çoxları Günəşdəki qara ləkələrin artımı ilə
yerdə zəlzələlərin baş
verməsi arasında elə böyük əlaqə
görmədiklərini deyirlər. Elə isə niyə məhz
30 illik periodla zəlzələlərin
sayı artır? Buna cavab
hələ tapılmasa da, fakt
odur ki, zəlzələlərin
artım səbəbini maqma kütləsində
baş verən dəyişiklikdə axtarmaq lazımdır.
Ay və Yerdə zəlzələ
Bayaq qeyd etdik
ki, Yer kürəsindən
həcmcə çox kiçik
olmasına baxmayaraq, Ay
da planetimizə təsir göstərir. Yerin peyki sayılan Ayla planetimiz arasında məsafə
dəyişkən olub 365-407 min kilometr arasında dəyişir.
Ona görə də açıq demək
mümkündür ki,
Yer günəşlə müqayisədə
daha çox Ayın təsiri
altındadır. Elə planetimizlə Ay
arasında məsafənin dəyişkən olması da buna sübutdur.
Əlbəttə, Günəş Aydan həcminə
görə 400, kütləsinə görə isə 27 milyon dəfə böyükdür.
Amma Günəşin Ayla
müqayisədə yerdən təxminən 380 dəfə uzaqda yerləşməsi onun
təsiretmə imkanlarını azaldır.
Yerə ən çox Ay və Günəş
eyni istiqamətdə olduqda
(mərkəzdənqaçma qüvvələrinin
toqquşması) təsirə məruz qalır və o vaxt planetimizdə dəhşətli
zəlzələlərin olması qaçılmazdır. Hətta
ayın bütövləşməsi ilə el
dili ilə desək, yeni
doğmasının da yerə təsiri fərqlidir.
Məsələn, ay yeni
görünən zamanlar yerdə təxminən
gündə 8-10 zəlzələ baş verdiyi halda, o bütövləşən zamanlar
Yer titrəmələrinin sayı gündə
25-lə 40 arasında dəyişir.
Türkiyədəki Astrofizika Araşdırmalar Mərkəzinin müdiri, professor Osman Dəmircan da iki üç öncə
– noyabrda baş verən
Günəş partlayışlarının təsirinin yerə
indi çatdığını qeyd edir: «Günəş
səthində baş verən
partlayışlarda sürətlə artım nəzərə
çarpır. Önümüzdəki 6 il
içində Günəşdə elə güclü
partlayış olacaq ki,
onun təsiri planetimizdə çox ciddi iz buraxacaq. Həmin
partlayışdan sonra isə
partlayışlar tədricən səngiməyə başlayacaq».
Vüsal Tağıbəyli
Həftə içi.- 2014.- 14 fevral.- S.4.