Londonda azərbaycanlı cazmenin konserti olub

 

Londondakı “Pizza Express” caz klubunda Azərbaycanın Əməkdar artisti, dünya şöhrətli cazmen Şahin Növrəslinin solo konserti keçirilib.

Konsertdə Böyük Britaniya ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, incəsənət ustaları, diaspor təmsilçiləri iştirak ediblər.

Ş.Növrəsli konsertdə Azərbaycan Avropa cazmenlərinin əsərləri ilə yanaşı, özünün bəstələdiyi musiqi parçalarını da ifa edib.

Ş.Növrəsli indiyədək Uday Mazumdar, Alison Miler, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin başqa tanınmış musiqiçilərlə eyni səhnəni bölüşmüş albomlar yazdırıb.

Azərbaycanlı cazmen, həmçinin Türkiyə, Fransa, Kanada, Rusiya digər ölkələrdə uğurlu konsert proqramları ilə çıxış etmiş, həmin ölkələrin aparıcı universitetlərində məktəblərində ustad dərsləri vermişdir.

Londondakı konsert proqramı qonaqlarda böyük maraq doğurub.

 

Banıçiçək Məmmədli

 

Həftə içi.- 2014.- 15-17 fevral.- S.8.