Azərbaycanda «İKT ili» uğurla başa çatıb 

 

İltimas Məmmədov: «Ölkəmiz beynəlxalq reytinqlərdə bir neçə pillə yüksəlib»

 

Hər il olduğu kimi, 2013-cü ildə də böyük layihələrin icrası, aparılan islahatların genişlənməsi nəticəsində Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilib. İqtisadiyyatın bütün sahələri üzrə qeydə alınan müsbət meyllər rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində də öz əksini tapıb. Ötən il sözügedən sektorun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər görülüb, müsbət uğurlara imza atılıb.

 

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovla söhbətimizdə «İKT ili» kimi tarixə düşən 2013-cü ildə görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat almağa çalışdıq.

- Yenicə yola saldığımız «İKT ili» çərçivəsində bu sektorda görülən işlərin yekun nəticələrini qənaətbəxş sayırsınızmı?

- Əvvəlcə xatırladım ki, 2013-cü ilin ölkəmizdə «İKT ili» elan edilməsi haqqında ölkə prezidentinin sərəncamına əsasən, hələ ilin əvvəlində Tədbirlər Planı hazırlanmışdı. Ona görə də dövlət proqramlarının icrası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən diqqət mərkəzində saxlanılıb və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər həyata keçirilib. Həmçinin nazirlik tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən «2013-cü ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə» ayrıca Tədbirlər Planı da olub. Bundan əlavə, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın və «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icra müddətinin başa çatması ilə əlaqədar tədbilərin monitorinqi aparılıb. «2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «Elektron hökumət»in inkişafına dair Dövlət Proqramı», «Elektron hökumət» portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı» və «İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin «Elektron hökumət» portalına qoşulması üçün texniki tələblər”in layihələri hazırlanıb. Onlar aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub. Eyni zamanda «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafi üzrə 2013-2020-ci illər üçün Milli Strategiyanın layihəsi» hazırlanıb və hazırda dövlət qurumları ilə razılaşdırılıb. Bu layihə rəy və təkliflər nəzərə alınmaqla Nazirlər Kabinetinə göndərilib. Bir sözlə, «İKT ili» çərçivəsində görülmüş işləri sadalamaqla bitməz. Mən sadəcə onlardan bir neçəsinə toxunmaq istərdim. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş «Mən azərbaycanlıyam» online bilik yarışmasına start veriliborada 95 minə yaxın şəxs yarışmada iştirak edib. Qaliblər müxtəlif növ hədiyələrlə mükafatlandırılıb. «İKT ili» üzrə daxili Tədbirlər Planına uyğun olaraq, «İKT ili» çərçivəsində görülən işlərin geniş ictimaiyyətə çatdırılması, həyata keçirilən tədbirlərdə və müsabiqələrdə əhalinin aktiv istifadəsinin təmin edilməsi, eləcə də ictimai rəyin öyrənilməsi məqsədilə «www.iktili.az» saytı istifadəyə verilib. Dövlət başçısının 2013-cü il 5 mart tarixli 833 nömrəli fərmanı ilə RİTN-in yanında yaradılmış «Elektron Təhlükəsizlik Mərkəzi»nin Əsasnaməsi təsdiq edilib. Hazırda mərkəz fəaliyyət göstərir. Ölkə prezidentinin 2013-cü il 1 fevral tarixli 2688 nömrəli sərəncamı ilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb. Universitetə 2013/2014-cü tədris ili üzrə 60 tələbə qəbul olunub. Bundan əlavə, ötən il mobil nömrə daşınması xidmətinin tətbiqi üzrə bütün hazırlıq işləri tam başa çatdırılıb və cari ilin 1 fevralından xidmət istifadəyə verilib. Mobil Cihazların Qeydiyyat Sistemi isə 2013-cü ilin may ayının 1-dən etibarən fəaliyyətə başlayıb. Bundan başqa, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli iclasında telefon rabitəsi tarifləri üzrə bir sıra qərarlar qəbul edilib. Yeni tariflər 2014-cü ilin yanvar ayının birindən tətbiq olunmağa başlanır. Sözügedən tarif dəyişikliyi telefon rabitəsi xidmətlərinin əhali üçün əlçatan olmasının təmin edilməsinə və sərfəli qiymətlərlə istifadəsinə şərait yaradılmasına yönəldilib. Azərbaycan əlifbası ilə domen adlarının onlayn qeydiyyatı sistemi isə 02.10.2013-cü il tarixdən etibarən istifadədədir.

- 2013-cü ili Azərbaycanın elektronlaşdırılması baxımından necə qiymətəndirirsiniz?

- Hesabat dövründən mobil identifikasiya sistemi istifadəyə verilib. Artıq smartfon digər tablet tipli mobil qurğulardanElektron hökumətportalına təhlükəsiz girişlərin təmin edilməsi üçün vətəndaşlara mobil ID sertifikatları verilir. Elektron hökumətportalına 45 qurum fiziki olaraq qoşulub Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən 280-i vahid portal vasitəsilə əhaliyə təqdim olunur. 270 xidmət Vətəndaşlar üçün Elektron Xidmətlər Portalında, 313 xidmət isə Dövlət qulluqçuları üçün Elektron Xidmətlər Portalında yerləşdirilib. «Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması» layihəsi üzrə işlər davam etdirilir.

- Yaradılması nəzərdə tutulan «Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi»nin qurulması istiqamətində hansı addımlar atılır?

- Şəbəkənin qurulması işləri mərhələlər üzrə davam etdirilir. Artıq Mehdiabad Yeni Günəşli yaşayış massivlərində planlaşdırılmış radiomonitorinq məntəqələri tikilib müvafiq radiomonitorinq, yer istiqamət təyini, idarəetmə mərkəzi, anten sair avadanlıqlar, server proqram təminatları quraşdırılıb, istismara verilib. Şəbəkənin qurulması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Mövcud radiomonitorinq şəbəkəsi ilə müqayisədə yeni qurulan şəbəkə respublikada ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsinə, yüksəktezlikli radiosiqnalların qəbuluna, efirə qeyri-qanuni müdaxilə edən tezlik siqnallarının avtomatik aşkarlanmasına imkan verir, mülki məqsədlər üçün nəzərdə tutulan tezlik spektrinə nəzarəti təmin edə bilir avtomatik idarə olunur.

- «İKT ili» ilə əlaqədar Azərbaycanın İKT sektorunun inkişafına verilən beynəlxalq qiymət barədə deyə bilərsiniz?

- Dünya İqtisadi Forumunun «The Global Information Technology Report 2013» hesabatında Azərbaycan «Şəbəkələşmə hazırlığı indeksi»nə (Networked Readiness Index) görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib. Hesabata əsasən, Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB orta Asiya ölkələri arasında liderdir eləcə , 144 ölkə arasında «İKT- dəstəkdə hökumətin uğurları» indeksi üzrə 8-ci, «Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi» indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşıb. Həmçinin, Dünya İqtisadi Forumunun «The Global Competitiveness Report 2013-2014» hesabatında «Qlobal rəqabətqabiliyyətlilik indeksi» üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutub əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək yenə MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib. Beynəlxalq Telekommunikasiya İttifaqının «Measuring the Information Society - 2013» adlı hesabatında «İKT inkişaf indeksi» üzrə əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 157 ölkə arasında 61-ci yeri tutub.

- Bir sıra dövlət proqramları artıq yekunlaşıb. Bəs, 2014-cü il üçün Rabitə İnformasiya Texnologiyaları Nazirliyi qarşısına hansı vəzifələri qoyub?

- Bu il əsas mühüm tədbirlərdən biri bütün ölkə üzrə genişzolaqlı internet infrastrukturunun yaradılmasını nəzərdə tutan layihənin tətbiqinə başlanılmasıdır ki, bu da sektorun hərtərəfli inkişafı üçün güclü təkanverici vasitə olacaq. Hesab edirəm ki, bu layihənin yekunu olaraq, genişzolaqlı internet istifadəçilərinin sayının 85 faizə çatdırılması Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək. Bununla yanaşı, kosmik sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi yeni layihələrin icrasına başlanılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji elmtutumlu məhsulların hazırlanması üzrə Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili, İKT İnkişafı Dövlət Fondu tərəfindən kredit qrantların verilməsi sair qarşıda duran vəzifələrdəndir. Bunlardan əlavə, RİTN bu il ümumi islahatlar çərçivəsində ölkədə İKT sahəsi üzrə müstəqil tənzimləyici orqan yaratmağı nəzərdə tutub. Bu qurumun hazırda nazirliyin strukturunda fəaliyyət göstərən müvafiq departamentinin nəzdində yaradılması planlaşdırılıb. Yeni qurum sərbəst şəkildə öz nizamnaməsi əsasında bazarda tənzimləyici fəaliyyət göstərəcək. Biz çalışacağıq ki, yeni qurumun maksimal dərəcədə nazirlikdən asılılığını azaldaq.

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 15-17 fevral.- S.6.