İKT sektoru ilə bərabər inkişaf 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 10 illik fəaliyyəti İKT-nin kütləvi tətbiqinə güclü təkan verib

 

Fevralın 20-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 10 ili tamam oldu. Bu qurum Prezident İlham Əliyevin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə Rabitə Nazirliyinin bazası əsasında təsis edilib. Baxmayaraq ki, ölkəmizdə rabitə sahəsində ilk nazirlik 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının təşəkkülündən sonra yaradılıb. O zaman bu struktur PoçtTeleqraf Nazirliyi adlanıb.

RİTN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «Həftə içi»nə bildirir ki, təmsilçisi olduğu nazirliyin yaradılması informasiya texnologiyalarının yüksək templi inkişafından və insanların vacib ehtiyaclarının birinə çevrilməsindən irəli gəlib. Onun dediyinə görə, ölkəmizin son 10 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələr və möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik, eyni zamanda, dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirib. Azərbaycanın müasir, güclü, qüdrətli ölkəyə çevrilməsi istiqamətində dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlərin müsbət nəticələri bütün sahələrdə, o cümlədən, rabitə və informasiya texnologiyaları sahəsində də hər an özünü büruzə verir.

 

«Heydər Əliyev İKT-nin inkişafına xüsusi diqqət ayırıb»

 

Xatırladaq ki, 1993-cü ildə ümummilli liderulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna xüsusi diqqət ayırıb və bu sahə də sürətlə inkişaf etməyə başlayıb. Bundan başqa, ölkəmizdə informasiyakommunikasiya texnologiyaları seqmenti genişlənib. Belə ki, Heydər Əliyev tərəfindən «Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012-ci illər)» qəbul edilməsi ölkəmizdə İKT sektorunun inkişafının başlanğıcı sayılır. Dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsində genişmiqyaslı beynəlxalq münasibətlərin qurulmasına başlanıldı. Azərbaycanın yüksək texnologiyalar sektorunun imkanları və perspektivləri nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliğ edildi və hazırda da bu proses davam etdirilir. Məhz regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan son 10 ildə İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malik olduğunu bütün dünyaya sübut edib.

Rabitə sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu günPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son 10 ildə telekommunikasiyainformasiya texnologiyaları sektorunda nəzərəçarpacaq işlər görülüb, İKT sahəsində qəbul olunmuş Dövlət Proqramları və həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində sektorda məhsul və xidmət istehsalının həcmi əhəmiyyətli dərəcədə artıb.

 

«İKT ili Azərbaycan üçün çox uğurlu olub»

 

Nazirlik rəsmisi bildirir ki, İKT sektorunun inkişafına göstərilən diqqət və qayğı, qəbul edilən qərarlar və 2013-cü ilin ölkəmizdə «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan olunması haqqında danışılan sektorun uğurlarını daha da artırıb. Onun sözlərinə görə, bu istiqamət ölkədə prioritet elan edilməklə İKT-nin inkişafına böyük diqqət yetirilir: “Azərbaycan hökumətinin, xüsusilə RİTN-in fəaliyyəti nəticəsində son illər ərzində respublikanın İKT sektoru yüksək templə inkişaf edir. Bunun bariz nümunəsi kimi bu müddət ərzində informasiya texnologiyaları sektorunda həyata keçirilən nəzərəçarpacaq işlər, İKT sektorunda qəbul edilən Dövlət Proqramları, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin buraxılması, ötən dövrdə reallaşan irimiqyaslı layihələr çərçivəsində məhsul və xidmət istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasını qeyd etmək olar. Nazirliyin yaradılması Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı və tətbiqinə təkan verib. 2013-cü ilin dövlət başçısı tərəfindən Azərbaycan Respublikasında «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi bu sektorun daha sürətli inkişafı və vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində qabaqcıl texnologiyaların tətbiq edilməsinə gətirib çıxarıb».

 

Beynəlxalq əməkdaşlıq güclənir

 

Müşfiq Əmirov vurğulayır ki, 2004-2014-cü illər ərzində adıçəkilən nazirliyin xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən, ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər görülmüş, dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə əməkdaşlıq memorandumları, müqavilələr, müxtəlif sazişlər imzalanıb. Nazirnazirliyin digər məsul şəxsləri dünyanın bir neçə ölkəsində keçirilmiş beynəlxalq tədbirlərdə iştirak ediblər: «Son 10 il ərzində artıq ənənəyə çevrilmişregion üçün geniş əhəmiyyətə malik olan telekommunikasiyainformasiya texnologiyaları üzrə «Bakutel» sərgiləri keçirilib. Hətta ölkə başçısının himayəsi ilə 19-cu dəfə Bakıda təşkil olunmuş «Bakutel-2013» 19-cu Telekommunikasiyaİnformasiya Texnologiyaları sərgi-konfransı respublikamızın İKT sahəsində böyük inkişaf potensialına malik olduğunu, region əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına uğurla reallaşdırdığını bir daha təsdiqləyib. Bir sözlə, istər beynəlxalq əməkdaşlıq, istərsə də sözügedən sərgilər Azərbaycanda rabitə və İKT sektorunun inkişafını sürətləndirib. Sözügedən sahənin inkişafında 2004-2014-cü illərdə illər ərzində RİTN tərəfindən qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işlər də öz bəhrəsini verib. Nazirliyin təşəbbüsü ilə «Poçt rabitəsi haqqında», «Elektron imzaelektron sənəd haqqında», «Telekommunikasiya haqqında» və «Elektron ticarət haqqında» Azərbaycan Respublikasının qanunları qəbul olunub, qeyd olunan qanunlardan irəli gələn müxtəlif qaydalar hazırlanıb və təsdiq edilib».

2013-cü ilin fevral ayının 8-də ölkəmizin ilk milli telekommunikasiya peykinin orbitə göndərilməsi ilə Azərbaycan dünya kosmik ailəsinin fəal üzvlərindən birinə çevrildikosmik sənayenin inkişafı istiqamətində uğurlu işlərə imza atdı. Belə ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülən «Trans-Avrasiya Super İnformasiya Magistralı» layihəsi BMT-nin ən üst qurumları tərəfindən dəfələrlə yekdilliklə dəstəklənib və bu layihənin icrası istiqamətində real işlərə başlanıb. İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar ParkınınElektron Təhlükəsizlik Mərkəzinin yaradılması ilə bağlı Prezident sərəncamları isə gələcəyə hesablanmış işlərin həyata keçirilməsinə stimul yaradıb.

 

Əhaliyə 820 mindən artıq elektron xidmət göstərilib

 

Nazirlik rəsmisi vurğulayır ki, bu gün ölkədə göstərilən elektron xidmətlərin sayı və çeşidi durmadan artır. Onun sözlərinə görə, «Elektron hökumət» saytında təqdim edilən xidmətlərdən ay ərzində təqribən 50 mindən çox insan istifadə edir. Həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmət növündən 249-u «Elektron hökumət» və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilib. İndiyədək əhaliyə təxminən 820 mindən artıq elektron xidmət göstərilib. Artıq ölkə əhalisinin 98 faizi rəqəmli yayımla əhatə olunub ki, bu texnoloji göstərici üzrə də ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək «Genişzolaqlı internetin inkişafı layihəsi»nin reallaşdırılması, 4-cü nəsil rabitə və informasiya texnologiyalarının tətbiq olunması, milli informasiya resurslarının həcminin sürətlə artması isə uzunmüddətli inkişafın sadəcə başlanğıcı sayılır.

 

«Dünya birliyinə inteqrasiya ən başlıca vəzifəmizdir»

 

Müşfiq Əmirov deyir ki, cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. Bu yüksək nəticələrin arxasında təkcə İKT sektorununinformasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər İKT-nin ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətlərində kütləvi tətbiqi və istifadəsi durur: «Bunun nəticəsidir ki, bu gün ölkəmiz İKT sektoru üzrə regionda lider mövqeyini qoruyub saxlayıb. Həyata keçirilən işlərin uğurlu nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq qurum və təşkilatların reytinq cədvəllərində İKT sahəsində bir çox göstəricilərinə görə liderlər sırasındadır: «Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun «Qlobal informasiya texnologiyaları 2013» adlı hesabatına görə, Azərbaycan 144 ölkə arasında İKT-ni ölkədə prioritet sahə hesab edən dövlət kimi 9-cu, internetin əlçatanlığı göstəricisinə görə 20-ci, mobil rabitə tariflərinə görə 28-ci, internet tariflərinə görə 16-cı, sosial şəbəkələrdən istifadəyə görə isə 41-ci sırada qərarlaşır və internetin 70 faizlik istifadəçi sıxlığı ilə MDB və Mərkəzi Asiya ölkələri arasında liderlik mövqeyini qoruyub saxlayır».

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 21 fevral.- S.6.