Öz qanı ilə rəsm çəkən rəssam
«Qeyri-adi məşhurlar» rubrikasında budəfəki
qonağımız fitri istedadı ilə
hər kəsi heyran qoyan
Vasif Səftərovdur. Bu
dəfə həm rəssam, həm oymaçı, həm də
heykəltəraş kimi tanınan Vasifin qeyri-adi xüsusiyyətindən
danışacağıq.
Təkcə
Azərbaycanda deyil, bir
çox xarici dövlətlərdə
də əl işləri ilə kifayət qədər
populyarlaşmış qonağımız bu
günədək həm respublikamızda, həm də xarici ölkələrdə keçirilən
sərgilərə qatılıb. Onun əl işləri
ən yüksək mükafatlara layiq görülüb. O,
indiyədək əl işlərini təqdim etdiyi
müsabiqə və sərgilərdən 40 mükafat
alıb. Onlardan 18-i birinci,
1-i ikinci dərəcəli diplomlar, yerdə qalanları isə təşəkkürnamələrdir.
Vasifin indiyədək yalnız 2011-ci ildə
Adil İsgəndərov adına Mədəniyyət
Sarayında fərdi sərgisini keçirib.
Rəssamlığı dəlilik adlandıran Vasif
Səftərov bu sənətin qurban tələb etdiyini deyir. O, özünü də
bu qurbanlardan biri hesab edir:
«Çünki mən bədənimin bəzi
yerlərini cızıram və oradan
çıxan qanla şəkil çəkirəm.
Qanın rəngi daha şəffaf olur. Düzdür, qan çıxan yerlərdə ağrılar olur. Amma qanımla çəkərək
ərsəyə gətirdiyim əl işləri mənim çox xoşuma gəlir».
Vasif həmçinin ayağı ilə rəsm
çəkməyi çox
xoşlayır. Bildirir ki,
ayaqla rəsm çəkməyə
uşaqlıqdan başlayıb: «Uşaqlıq illərimdə
rəsmləri həm sol, həm də sağ əlimlə çəkməyi öyrənmişdim.
Amma bir dəfə televiziya
kanallarından birində istedadlarla
bağlı yayımlanan verilişdə əlil rəssamın
ayağı ilə şəkil çəkməsini gördüm və insanın nələrə
qadir olacağını uşaqkən
düşünərək ayağımla rəsm çəkməyi
məşq elədim. Hazırda həm hər iki əlimlə, həm də hər iki ayağımla eyni vaxtda müxtəlif rəsmləri çəkirəm».
Vasif Natiq adlı bir tanışının rəsmini
ayağı ilə çəkə biləcəyini deyib və onun mərcə
girib. Rəsmi çəkdikdən sonra Natiq portretini
bəyənib: «Əl işimi çox bəyəndi. Xahiş
etdi ki, ayağımla
və əlimlə ora imza
qoyum. Mən də onun
xahişini yerinə yetirdim
və portreti Natiqə
bağışladım».
Təbriz Vəfalı
Həftə
içi.- 2014.- 26 fevral.- S.8.