Bakıda «Wi-Fi» şəbəkəsi genişlənir
2015-ci ilədək marşrut avtobusları dayanacaqlarında da “Wi-Fi” zonası yaradılacaq
Hazırda dünyanın bir
çox iri şəhərlərində
azad «Wi-Fi» şəbəkəsi
mövcuddur. Azərbaycanda isə bu sistemi bəzi
mobil operatorla, istirahət iaşə obyektləri yaradıblar. Yeri gəlmişkən, bu yaxınlarda Çinin
"Huawei" şirkəti
Barselonada keçirilən
"Mobile World Congress" (MWC 2014) mobil sənaye sərgisində
"LTE Cat6" rabitə standartını
dəstəkləyən yeni
"Wi-Fi" marşrutlayıcısını
təqdim edib. "Huawei E5786" qurğusu məlumatların
300 Mbit/saniyə sürətində ötürülməsini
təmin edir.
Yeni qurğuya eyni anda onadək
"Wi-Fi" qurğusunu qoşmaq
mümkündür və
300 milliamper/saat tutumlu quraşdırılmış
akkumulyator batareyası
"LTE" şəbəkəsindən
istifadə rejimində
10 saat, gözləmə
rejimində 500 saatadək
işi təmin edir. Marşrutlayıcı smartfon və
digər mobil qurğular üçün
adapter rolunda da çıxış edə
bilər. Çin istehsalçısı
"E5786" modelini dünyanın
ilk "Wi-Fi 802.11ac 2x2 MIMO" və ikidiapazonlu (2.4G/5G) cüt antenanı dəstəkləyən
"Mobile Wi-Fi" marşrutlayıcısı
kimi qələmə verir.
Marşrutlayıcı
bircə toxunuşla aktivləşmə funksiyasına
və SMS-bildirişlərə,
məlumatların ötürülmə
statistikasına baxmağa,
batareyanın vəziyyətini
izləməyə imkan
verən interfeysə,
eləcə də akkumulyatorun enerjisini saxlamaq üçün avtomatik ayrılma parametrlərinə malikdir. Bütün bu funksiyaları smartfonda quraşdırılan
"Huawei Mobile Wi-Fi" əlavəsinin
köməyi ilə idarə etmək olar. Bundan başqa, qurğu
möhkəm ekranla təchiz edilib, "microUSB 3.0" çıxışını
dəstəkləyir, üç
saat ərzində enerji toplayır və 5 saniyəyə yüklənir.
Bəs,
görəsən, paytaxtda
konkret hansı istiqamətlərdə «Wi-Fi» zonası
mövcuddur? Ümumiyyətlə, «Wi-Fi»
nə deməkdir?
Qeyd
edək ki, “Wi-Fi” kompüterlərin lokal şəbəkəyə birləşdirilməsi
və onların internetə qoşulmasının
müasir simsiz texnologiyasıdır. Məhz bu
texnologiya sayəsində
internet daha mobil olur və istifadəçiyə
nəinki bir otaq daxilində, həmçinin bütün
dünya üzrə sərbəst yerdəyişmə
edə bilməyə imkan verir.
Mobil istifadəçilərin
sayı artdıqca isə onlar arasında operativ kommunikasiya yaradılması,
verilənlər mübadiləsi,
informasiyanın daha cəld əldə edilməsi məsələləri
ciddi surətdə meydana gəlir. Buna görə də,
təbii olaraq, simsiz kommunikasiyalar texnologiyasının intensiv
inkişafı baş
verir. Bu, xüsusilə simsiz şəbəkələr və
ya “WLAN-şəbəkələrdə
(Wireless Local Area Network-Simsiz lokal şəbəkələr)
daha aktualdır.
“Wireless LAN” şəbəkələri – bu simsiz şəbəkələrdir
(orada adi məftillər əvəzinə
radiodalğalardan istifadə
edilir). Bu cür şəbəkələrin
quraşdırılması yalnız o yerlərdə tövsiyə olunur ki, orada kabel
sisteminin quraşdırılması
ya mümkün olmur, ya da
ki, iqtisadi cəhətdən məqsədəuyğun
deyildir.
Simsiz şəbəkələr
harada effektiv olur?
Ekspertlərin fikrincə,
simsiz şəbəkələr
xüsusilə müəssisələrdə
effektiv olur ki, orada işçilər
iş günü ərzində müştəriləri
yola salmaq və ya informasiya
toplamaq üçün
müəssisə ərazisi
daxilində (iri anbarlar, agentliklər, satış ofisləri, səhiyyə idarələri
və s.) aktiv yerdəyişmə edirlər.
Daxil olma nöqtələri arasındakı rouminq sayəsində istifadəçilər
birləşməni qırmadan,
“Wi-Fi” şəbəkə təsiri altında olan ərazi boyunca yerdəyişmə
edə bilirlər.
“WLAN-şəbəkələri”
adi kabel şəbəkələri ilə
müqayisədə bir
sıra üstünlüklərə
malikdir. Məsələn,
“WLAN-şəbəkəni” çox tez bir zamanda quraşdırmaq
mümkün olur ki, bu da
prezentasiya aparılmasında
və ya ofisdən kənar iş şəraitində
çox rahatdır. Mobil qurğular istifadəçiləri
simsiz lokal şəbəkələrə qoşulduqda, şəbəkənin
təsir etdiyi zona çərçivəsində
çox yüngül
bir şəkildə yerdəyişmə edə
bilirlər. Digər tərəfdən
müasir şəbəkələrin
sürəti kifayət
qədər yüksək
olur (108 Mbit/san) ki, bu da
onlardan geniş spektrli məsələlərin
həllində istifadə
etməyə imkan verir. Əgər adi şəbəkə
üçün kabelin
quraşdırılması mümkün deyilsə, o zaman “WLAN-şəbəkədən”
istifadə edilməsi
yeganə çıxış
yolu olacaq.
Bununla
bərabər simsiz şəbəkələrin qoyduğu
məhdudiyyətlər də
mövcuddur. Bir
qayda olaraq, burada sürət az olur,
əngəllərin təsiri
daha çox olur və ötürülən
informasiyanın təhlükəsizliyinin
təminatı üçün
daha mürəkkəb
sxemdən istifadə olunur. “Wi-Fi-şəbəkənin”
seqmenti ya müstəqil şəbəkə
kimi, ya da ki, həm
simsiz, həm də adi simli
seqmentlər tərkibində
istifadə edilə bilər. “Wi-Fi-şəbəkə”
istifadəçilərin şəbəkəyə
simsiz qoşulması üçün, altşəbəkələrin
kabellə birləşdirilməsi
mümkün olmadıqda
və ya arzu olunmadıqda, məsafə cəhətcə
bir-birindən ayrı
olan altşəbəkələrin
bir ümumi şəbəkə şəklində
birləşdirilməsi üçün,
ayrıca ayrılmış xətdən
və ya adi modem birləşməsindən
istifadə etmək əvəzinə, şəbəkəyə
İnternet-xidməti göstərən
provayderin şəbəkəyə
qoşulması üçün
istifadə oluna bilər.
Bulvarda
«Wi-Fi» təkmilləşdirilir
Hazırda
paytaxtda əsas «Wi-Fi»
zonaları Dənizkənarı
Milli Parkda və İçərişəhər
Dövlət Qoruğunun
ərazisindədir. Artıq Azərbaycanın hər üç mobil rabitə operatoru ("Bakcell", "Azercell"
və "Azerfon")
Dənizkənarı Milli
Park İdarəsinə bulvar
ərazisində «Wi-Fi» çıxış
nöqtələrinin quraşdırılması
üzrə təkliflərini
təqdim ediblər.
İdarədən verilən məlumata
görə, mobil rabitə operatorları
internet şəbəkəsinə pulsuz giriş xidməti üçün
öz şəbəkə
infrastrukturlarını təqdim
etməyə hazırdırlar.
Hazırda
Bakı bulvarı tamamilə simsiz Wi-Fi şəbəkəsi ilə
əhatə olunub. Dənizkənarı Milli Parkda quraşdırılan Wi-Fi nöqtələrinin
sayı 30 ədədi
keçir.
İdarədən
“Həftə içi”nə
bildiriblər ki, mövcud şəbəkə
infrastrukturunun 10 minədək
istifadəçinin internet şəbəkəsinə qoşulmasını
təmin etməyə
gücü çatır. Amma bayram və
istirahət günlərində
bu göstərici xeyli artır ki, nəticədə internetə çıxışın
keyfiyyətinə mənfi
təsir edir: “Bununla əlaqədar olaraq, şəbəkə,
eyni zamanda, maksimum sayda qoşulmaları təmin edə bildikdən sonra istismara verilə bilər. Buna görə də
şəbəkənin davamlılığını
təmin etmək üçün layihəyə
bir neçə
internet xidməti tədarükçüsünü
cəlb etmək planlaşdırılır. Bu barədə qərar
İqtisadiyyat və Sənaye Nazirliyi səviyyəsində qəbul
ediləcək".
Simsiz
şəbəkə bulvarın
ziyarətçilərinə bəzi internet resurslarına
(sosial şəbəkə,
bəzi dövlət strukturlarının saytları
və digərləri)
pulsuz çıxış
əldə etməyə
imkan verəcək. Şəbəkənin bütün üstünlüklərindən
istifadə etmək arzusunda olan istifadəçilərə kommersiya
paketlərinin təklif
edilməsi istisna edilmir.
Yeri
gəlmişkən, yaxın
vaxtlarda marşrut avtobusları dayanacaqlarında
“Wi-Fi” şəbəkəsi yaradılacaq. Nəqliyyat
Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Namiq Həsənov bildirib ki, 2015-ci il Avropa
Olimpiya Oyunlarının
keçirilməsinə kimi
bütün dayanacaqlarda
bu sistem quraşdırılacaq. Onun
sözlərinə görə,
yeni quraşdırılacaq
sistem Nəqliyyatın
İntellektual İdarəetmə
Mərkəzi tərəfindən
idarə olunacaq: “Əsas məqsəd Avropa Olimpiya Oyunlarında əhaliyə
və turistlərə
xidmət etməkdir. Artıq turistlər istənilən
vaxt dayanacaqda sərbəst şəkildə
internetə qoşula biləcək və məlumatları asanlıqla
əldə edib ötürə biləcəklər”.
Namiq
Həsənov deyir ki, “Wi-Fi” şəbəkəsinin
eyni zamanda avtobuslarda da tətbiq edilməsi nəzərdə tutulur. Artıq bir sıra avtobuslarda
quraşdırılan monitorlarda
“Wi-Fi” işarəsini görmək
mümkündür. Onun sözlərinə
görə, Bakıda
fəaliyyət göstərən
“London” taksiləri və
“189 qaynar xətt”i ilə fəaliyyət göstərən taksilər
artıq pulsuz “Wi-Fi”
internet sistemi ilə təmin olunub. Bundan başqa hazırda ölkədə
fəaliyyət göstərən
kitabxanalarda da «Wi-Fi”şəbəkəsinin yaradılması
üzərində iş
gedir”.
Mədəniyyət və
turizm naziri
Əbülfəs Qarayev isə mətbuata
açıqlamasında deyib ki, regionlardakı mövcud
imkanlar bu tədbirləri
həyata keçirməyə əsas verir:
“Bizim regionlarımızdakı kitabxana-informasiya mərkəzlərində bu imkanlar mövcuddur.
Artıq Bakının bir neçə
kitabxanasında bu işə
başlamışıq və bunu
genişləndirəcəyik. Nəinki kitabxanalar
internetlə təmin olunmalıdırlar, biz
hesab edirik ki, onlar yalnız kitabxana funksiyasını
daşımamalıdırlar. Kitabxanalar eyni zamanda kitab
klubları olmalıdır, insanlar həmin
məkanlarda görüşüb fikir mübadiləsi aparmalıdırlar”.
Əbülfəz Qarayev əlavə edib ki, parklarda «Wi-Fi» şəbəkəsinin
quraşdırılması da gündəmdədir.
Onun sözlərinə görə, “Wi-Fi” şəbəkəsi insanların
gündəlik yığışdıqları yerlərdə
olmalıdırlar: “Bizim nəzərimizdə
olan bəzi istirahət məkanları var, amma onların
adını sizə konkret olaraq
deyə bilmərəm. Çünki bu iş yalnız proqram şəklindədir. Layihə təsdiq
olunandan sonra məsələni
bütün parametrlər üzrə
danışa bilərik”.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 27 fevral.- S.6.