«Dilmanc onlayn» lüğətlər sistemi yaradılıb 

 

Əbülfət Fətullayev: «Bu il insan nitqinin başa düşülməsi üzrə yeni layihəmizi təqdim edəcəyik»

 

Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətli inkişafında yeni avadanlıqların vətexnologiyanın tətbiqi də əhəmiyyətlidir. Həyata keçirilən texnoloji proseslər isə bir sıra problemlərin həllində mühüm rol oynayır. Xüsusilə də «kompüter-insan modeli»nin bir nümunəsini özündə əks etdirən «Dilmanc» maşın tərcümə sisteminin (MTS) yaradılması istər bəzi materialların tərcümə edilməsində və nitqin səsləndirilməsində böyük rola malikdir.

 

«Dilmanc» layihəsinin rəhbəri Əbülfət Fətullayev “Həftə içi”nə müsahibəsində bu sistemin sisteminin ölkəmizdə və xarici dövlətlərdə təbliğatı və gələcək perspektivlərdən danışıb:

- Azərbaycan dilində tətbiqi linqvistik texnologiyaların tətbiqinə 2003-cü ildən başlanılıb. Onda biz ilk dəfə olaraq Azərbaycan dilindən ingilis dilinə ilk maşın tərcüməsi düzəltdik. Bu, türk dilləri arasında ilk və yeganə maşın tərcümə vasitəsi idi. Maşın tərcümə sistemini yaratmaq üçün ilk texnologiya yaratdıq ki, ondan istənilən sistemdə tətbiq oluna bilər. Amma «Dilmanc» MTS-in yaradılmasına rəsmi olaraq 2005-ci ildən başlanıldı. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində «Dilmanc» yaradıldı. Həmin vaxt bu sistemin 3 istiqamət, yəni Azərbaycanngilis, İngilis-Azərbaycan, Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə edən versiyası hazırlanmışdı. Sistemin söz bazalarında 250 mindən çox sözsöz birləşməsi vardı. Bu söz bazalarından əlavə maliyyə-iqtisadi və İKT terminləri lüğətlərinin maşın tərcüməsi sistemində istifadə edilə bilən variantlarının ilk versiyaları da yaradılmışdı. 6 Dekabr 2007-ci ildə «Dilmanc» tərcümə sisteminin İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə həyata keçirən versiyasının təqdimatını keçirdik. Həmin ilin dekabrın 27-də «Dilmanc»ın təkmilləşdirilmiş 2.0 versiyası istifadəyə verildi. O, İngilis - Azərbaycan, Azərbaycan - İngilis, Türk - Azərbaycan istiqamətləri üzrə idi. Həmin dövrdə bir ay ərzində «Dilmanc» sisteminin 2.0 vesiyasının 25 mindən yuxarı kompüter istifadəçisi tərəfindən köçürülməsi qeydə alındı. Biz 11 mart 2008-ci ildə isə «Dilmanc»ın təkmilləşdirilmiş 2.2 versiyasını, 15 noyabr 2008-ci ildə «Dilmanc»ın təkmilləşdirilmiş 2.5 versiyasını istifadəyə verdik. Hər yeni versiyada əvvəlki versiya ilə müqayisədə yeni imkanlar əlavə edilirmövcud olanlar təkmilləşdirilir. Çünki məqsədimiz Azərbaycan dili üçün daha keyfiyyətli linqvistik texnologiyalar yaratmaqdır. Bundan əlavə, yeni versiyalar www.dilmanc.az saytında yerləşdirilir. Saytdan «Dilmanc» tərcümə sisteminin beta-versiyasını kompüterə ödənişsiz yükləmək mümkündür. Proqram təkmilləşdirilmə mərhələsində olduğundan vaxtaşırı istifadəçilərin təklifləri nəzərə alınmaqla yenilənir. İnternetdən istifadə etmək imkanı olmayan istifadəçilərin də bu tərcümə sistemindən istifadə etdiyini nəzərə alsaq istifadəçilərin sayı hər il on minlərlə artır. Üstəlik, layihənin elektron poçtuna daxil olan məktublar göstərir ki, «Dilmanc» tərcümə sistemi təkcə Azərbaycanda deyil eyni zamanda Türkdilli ölkələrdə, AvropaAmerikada da tanınır və istifadə edilir. Bu hadisə «Dilmanc»ın istifadəçilər tərəfindən böyük maraqla qarşılandığını göstərir. Ona görə də, MTS Azərbaycanda istifadəçi sayına görə analoqu olmayan proqram təminatına çevrilib. Onu da bildirim ki, «Dilmanc» layihəsi akademik Əli Abbasovun rəhbərliyi altında həyata keçirilir.

- Rəhbərlik etdiyiniz layihə çərçivəsində yaradılmış tezlik lüğəti barədə nə deyə bilərsiniz?

- Bu lüğətin tərtibi üçün Azərbaycan dilinin bütün üslubları təmsil olunmaqla təxminən 50 milyona yaxın söz-formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunub. Elmi, bədii, publisist, rəsmi, məişət və sair üslublara dair materialların elektron variantlarının mövcudluğu tədqiqatın hərtərəfli olmasına və statistik seçmə baxımından etibarlılığına imkan yaradıb. Lüğət 12 minə yaxın söz kökünü əhatə edib. Leksikanın statistik modeli kimi tezlik lüğətləri nəzəri və tətbiqi dilçiliyin, ümumi leksikologiyanın, dil tədrisinin bir çox problemlərinin həlli üçün əvəzsiz mənbədir. Danışıq kitabçalarının hazırlanması, tədris materiallarının seçimi prosesində tezlik lüğətlərindən faydalanmaq olar. Tezlik lüğətləri dilin sözəmələgətirmə tiplərinin, sözdəyişdirmə imkanlarının araşdırılması, orfoqrafiya və qrafikanın təkmilləşdirilməsi baxımından da böyük səmərə verə bilər. Lüğətdən dil mütəxəssisləri, ortaali məktəb müəllimləri, mətbuat işçiləri istifadə edə bilərlər.

- Bəs, «Dilmanc onlayn» lüğətlər sistemi ilə bağlı hansı yeniliklər var?

- İstifadəçilərin lüğətdən istifadəsini asanlaşdırmaq və tezləşdirmək məqsədilə «Dilmanc onlayn» lüğətlər sistemi yaradılıb. İlk versiyada yaratdığımız bu lüğətdə də Rus-Azərbaycan lüğətinə analoji olaraq, yalnız sözlərin kökləri üzrə deyil, bütün söz-formalar üzrə axtarış aparmaq mümkündür. Lüğətə həmçinin sözün işləndiyi cümlələr və onların tərcümələrinə də baxmaq imkanı əlavə olunub. Yeni yaradılmış alqoritmlər vasitəsilə gerçəkləşdirilmiş bu funksiyalar söz-formanı lüğətə daxil etdikdə tərcümə istiqamətini avtomatik müəyyən etməyə və istənilən söz birləşməsini, hhətta bütöv cümləni də sözbəsöz tərcümə etməyə imkan verir. Bundan əlavə, lüğətin söz bazaları da yenilənib. Başqa elektron lüğətlərdən fərqli olaraq «Dilmanc onlayn» lüğətinin Rus-Azərbaycan və İngilis-Azərbaycan tərcümə modulları vasitəsilə yalnız sözlərin köklərini deyil, həm də söz-formaları tərcümə etmək mümkündür. Biz zaman keçdikcə lüğətlərin təkmilləşdirilməsi və yeni tərcümə istiqamətlərinin yaradılması üzrə işlər davam etdirdik. Son mərhələdə sözügedən lüğətlər sisteminə Azərbaycan-ingilis və Azərbaycan-rus istiqamətləri də əlavə edildi. Yeni lüğətlərdə də əvvəlki lüğətlərdə olduğu kimi, yalnız sözlərin kökləri deyil, bütün söz formalar üzrə axtarış aparmaq olar. Həmçinin, yeni lüğətlərdə də istənilən söz birləşməsini və ya bütöv cümləni sözbəsöz tərcümə etmək imkanı verilib. Eyni zamanda lüğətlərin söz bazaları da yenilənib.

- «Dilmanc»ın mobil versiyasının yaradılması mobil telefon istifadəçiləri üçün gözlənilməz bir sürpriz oldu...

- Bir müddət əvvəl Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rusingilis dillərinə və əksinə tərcümə edən proqramı istifadəyə verdik. «Dilmanc» layihəsi çərçivəsində yaradılmış «Dilmanc» mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür. Proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilib. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və sair göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. «Dilmanc Conversation» - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir. Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da «Dilmanc Translator» axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər. Bu ilin fevral ayında «Dilmanc»ın istifadə verilmiş yeni versiyasında mətnləri Azərbaycan, ingilisrus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilib. Yeni versiyanın imkanlarından biriodur ki, onu mobil qurğulara yükləmək mümkündür. Android əsasında işləyən telefon və planşetlərə «Dilmanc Mobile Translator» proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, ingilisrus dilləri arasında tərcümə etmək olar. Bu proqram istifadəçilər arasında böyük populyarlıq qazanaraq, «Play Store»-da istifadəyə verildiyi gündən 2 ay müddət ərzində 40 min dəfəyə yaxın yüklənib. Proqramın yeni versiyası dilmanc.az saytında onlayn tərcümə portalı kimi istifadəyə verilib və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu həmçinin bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə edilə bilmə baxımından əlverişlidir.

- 2014-cü ildə «Dilmanc» layihəsi çərçivəsində hansı yeniliklərin şahidi olacağıq?

- Biz yeni bir layihə üzərində işləyirik. Həmin layihə insan nitqinin kompüter vasitəsilə başa düşülməsi prosesinin reallaşdırılmasını əhatə edir. Biz həmin layihəni bu il keçirilməsi planlaşdırılan «Bakutel -2014» sərgisində ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq. Sözügedən sərgiyə gələn ziyarətçilər kompüterlər vasitəsilə «Bakutel-2014» barədə ətraflı məlumat ala biləcək və kompüterlərlə sorğu-sual edə biləcəklər. Məsələn, istənilən ziyarətçi yeni layhəmizin tətbiq edildiyi kompüterlərə sərgidə iştirak edən şirkətlər, mal və məhsullar və sair barədə suallar verə və ətraflı cavab ala biləcəklər.

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 28 fevral.- S.6.