“Azercell”
illik hesabatını açıqladı
Şirkət ötən il sosial layihələrə 400 min manat vəsait xərcləyib
Fevralın 27-də «Azercell Telekom» MMC ölkədə
“İKT ili” elan olunmuş 2013-cü ilin nəticələrinə
həsr edilən ənənəvi mətbuat konfransını
keçirdi. Şirkətin prezidenti Kirill Qaburiç bildirib ki, «Azercell»in
2013-cü il üçün
əsas nailiyyəti kimi bu
müddət ərzində müxtəlif xidmətlərə,
xüsusilə də mobil internetə
görünməmiş həcmdə artan
tələbatın müqabilində, şəbəkəsinin
20 faizə gədər rekord səviyyədə
gücləndirilməsi hesab edilir.
Bu baxımdan, 2013-cü il ərzində
«Azercell Telekom» 1200-dən artıq yeni baza stansiyası
quraşdırıb ki, bunlar da bütün ölkə boyu səs
xidmətləri və internet-rabitənin yüksək keyfiyyətini
təmin etməkdədir. Beləliklə, 2013-cü ilin sonuna
«Azercell Telekom» MMC-nin şəbəkəsi 5500 baza stansiyadan
ibarət olub ki, onların da 260-dan çoxu məhz Bakı və
Abşeron yarımadasını əhatə edən LTE (4G)
şəbəkəsinə xidmət göstərir.
Özü də yüksək internet sürəti ilə bərabər,
CSFB sistemi üzərindən səsli rabitəni dəstəkləyir.
2013-cü ildə «Ookla Net İndex»
tərəfindən aparılan araşdırmaların nəticələrinə
əsasən, Azərbaycanda ən yüksək mobil internet sürətini
məhz «Azercell» təmin edir.
Bundan əlavə, hər ikinci
abunəçinin fəal mobil internet istifadəçisi olduğu
halda, «Azercell» abunəçiləri
arasında mobil internetdən istifadənin
artım göstəricisi 120 faizdən artıq olub.
Ötən
il ərzində şəbəkənin
genişləndirilməsinə yönələn səyləri
və sərmayələri şirkət həm mövcud, həm də bu
yaxınlarda qüvvəyə minən Mobil
Nömrə Daşınması xidmətinin nəticəsində
4,5 milyon abunəçi ailəsinə qoşulan yeni müştərilərəgöstərilən
xidmət səviyyəsinin qorunmasına və keyfiyyətinin
artırılmasına olan daimi
ehtiyacla əsaslandırır.
2013-cü il «Azercell» üçün,
həmçinin, bir sıra digər
yeniliklərlə də yadda qalıb.
Onların arasında ölkəmizin telekommunikasiya
bazarında mobil telefon
vasitəsilə sənədləri imzalamağa
və müxtəlif əməliyyatlar həyata keçirməyə
imkan verən ASAN-İmza
platformasının mobil cihazlarla
inteqrasiyası kimi əhəmiyyətli
hadisəni qeyd etmək olar.
Bundan əlavə,
keçən ilki Bakutel
sərgisində «Azercell» evdəki bütün məişət proseslərini məsafədən,
mobil telefon vasitəsilə
idarə edilməsini mümkün edən
və M2M texnologiyası əsasında fəaliyyət göstərən
“Ağıllı Ev” adlı unikal bir yeniliyi
nümayiş etdirmişdir.
Ötən il ərzində şirkət 3G və 4G üzrə yeni və daha sərfəli
paketlərlə bərabər, region üçün kampaniyalar,
daimi, sərfəli regional
tarif planı, müxtəlif endirim kampaniyaları və rominq
endirimləri kimi bir
sıra digər maraqlı təklifləri abunəçilərinə
təqdim edib. Xüsusi
olaraq bu faktı qeyd etmək lazımdır ki,
yalnız 2013-cü il ərzində Azercell dünyanın 100-dən artıq operatoru ilə rominq tariflərini
endirib.
Müştəriyə
göstərilən xidmətin səviyyəsini daim təkmilləşdirən «Azercell», 2013-cü ildə də paytaxtda və regionlarda öz xidmət mərkəzləri şəbəkəsinin
genişləndiriməsini davam etdirib. Hazırda müştəriyə abunə
xidmətlərinin bütün çeşidini təqdim etməyə
hazır olan 560-dan çoxmüxtəlif
xidmət məntəqəsi fəaliyyət göstərir. Bü gün şirkətin
mobil rabitə şəbəkəsi
ölkə əhalisinin 99,8 faiz əhatə
edir, abunəçilərin sayı isə
4,5 miyon nəfərə çatıb.
2013-cü
ildə «Azercell» dövlət büdcəsinə
təqribən 111 milyon manat,
ölkədə fəaliyyət göstərdiyi 17 il ərzində isə 1 milyard
manat vəsait ödəyib. Ötən il ərzində Azərbaycanda
telekommunikasiyanın inkişafına təqribən 84,5 milyon manat, 17 il ərzində isə 1 milyard
manat sərmayə yatırıb. Ötən
illər ərzində olduğu kimi, «Azercell» bu gün də ölkənin
qeyri-neft sektorunun ən
böyük sərmayədarıdır.
2013-cü il ərzində şirkət öz əməkdaşlarının peşəkar
inkişafına 1 milyon manat
sərmayə yatırıb. «Azercell»,
həmçinin, sosial layihələrin də
həyata keçirilməsinə xüsusi
diqqət ayırıb və bu istiqamətə
400 min manat vəsait xərcləyib.
Digər təşəbbüslərlə bərabər,
şirkət ölkənin internatməktəbləri üçün mahiyyətçə yeni bir layihə həyata keçirib. Gənc nəslə dəstək
çərçivəsində «Azercell»in Barama İnnovasiya
Mərkəzi gənc sahibkarlar üçün iki
irimiqyaslı beynəlxalq Start-up
müsabiqələri reallaşdırıb.
Müştərilərə
göstərilən on-line xidmətlər
üzrə ən yüksək göstəricilərlə bərabər,
«Azercell» 2013-cü ildə də sosial şəbəkələrdə ölkənin
ən populyar brendi
adını (“Socialbakers” şirkətinin
reytinqinə əsasən) qoruyub saxlaya bilib. «Azercell Telekom» MMC Mobil Nömrənin Daşınması xidmətinin
tətbiqinin başlanması ilə mövcud
və yeni abunəçilərin
faydasına istiqamətlənmiş müxtəlif endirimli kampaniyalar, eləcə
əd tariflər təqdim etməklə, 2014-cü ildə öz fəaliyyətini uğurla
davam etdirir.
1996-cı ildə təsis
edilən «Azercell Telekom»
MMC fəaliyyətinin ilk illərindən bazarda lider mövqeyini
saxlayır. Bir sıra innovativ
texnologiya və konsepsiyaları ilk dəfə Azərbaycana «Azercell»
gətirib: GSM texnologiyası, öncədən ödəmə
mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam
xidmət göstərən «Azercell Ekspres» ofisləri, mobil elektron xidməti “ASAN İmza”
və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53 faiz olan «Azercell»in şəbəkəsi ölkə əhalisinin
99,8 faizini əhatə edir.
2012-ci ilin
sonuna Azercell abunəçilərinin sayı
4,5 milyon nəfər təşkil edib. 2011-ci ildə «Azercell» 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi
olan LTE xidməti göstərməyə başlayıb. «Azercell»
Azərbaycanın mobil
rabitə sənayesinin
lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. «Azercell» dünyanın 20 ölkəsində fəaliyyət
göstərən, ümumilikdə
186 milyon abunəçiyə
xidmət edən və 27 min əməkdaşı
olan TeliaSonera şirkətlər qrupunun
bir hissəsidir.
Vüsal
Tağıbəyli
Həftə
içi.- 2014.- 28 fevral.- S.8.