Biometrik texnologiyalar
Artıq
inkişaf etmiş ölkələrdə təhlükəsizlik
biometrik texnologiyalara əsaslanan sistemlərlə
təmin olunur
Bu gün dünyada
İKT sektorunun sürətlə
inkişaf etməsi təhlükəsizlik sahəsində
yeni texnologiyaların meydana çıxmasına
səbəb olub. Məsələn, artıq inkişaf etmiş ölkələrdə
təhlükəsizliyin yüksək
səviyyədə təmin
olunması üçün
biometrik texnologiyalara əsaslanan sistemlər tətbiq edilir. Hətta əvvəllər
biometrik sistemlərlə
ilk növbədə aeroportlar,
böyük ticarət
mərkəzləri təchiz
edilirdisə, sonradan bu sahəyə artan tələbat tədqiqatların genişləndirilməsi
və daha müasir texnologiyaların
yaranmasına gətirib
çıxardı. Biometrik
qurğular bazarının
artımı onlarla məşğul olan şirkətlərin sayının
yüksəlməsinə, bu
yüksəliş onlar
arasında rəqabətin
formalaşmasına, rəqabət
isə informasiya təhlükəsizliyi təminatının
biometrik sistemləri üzrə qiymətlərin
olduqca əhəmiyyətli
şəkildə azaldılmasına
səbəb oldu.
Yeri gəlmişkən, bu il
Madrid Politexnik Universitetinin
İT mütəxəssisləri tərəfindən yeni biometrik identifikasiya texnologiyası hazırlanıb.
Bu texnologiya bədənin
qoxusuna görə insanları tanımağa
icazə verir. Alimlərin sözlərinə görə,
hər bir insan yalnız ona məxsus qoxuya malikdir ki, bu da
kütlə içərisində
insanı 85 faizdən
çox dəqiqliklə
tanımağa icazə
verir. Ekspertlərin qənaətinə görə, yeni hazırlanan texnologiya biometrik identifikasiyanın imkanlarını daha da yaxşılaşdıracaq.
Bəs,
görəsən, Azərbaycanda
biometrik texnologiyaların
tətbiqi sahəsində
hansı işlər görülüb? Ümumiyyətlə, bu texnologiyalar dahp çox hansı qurğular əsasında işləyir?
Bəri
başdan deyək ki, dünyada biometrik texnologiyalar inkişaf etdikcə bu texnologiyalar əsasında işləyən
müxtəlif qurğular
yaradılır. Bu tip müasir
qurğulardan biri də biometrik köşkdür. Biometrik köşk
şəxs haqqında
biometrik və şəxsi məlumatların
alınması və eyniləşdirilməsi üçün
yaradılmış universal bir qurğudur. Bu qurğu sensorlu
monitordan, 3D skanerdən,
barmaq izi skanerindən, rəqəmsal
kameradan, RFID kartların,
şəxsiyyət vəsiqəsi
və ya pasportların oxuma qurğusundan və xüsusi proqram təminatı ilə təchiz edilmiş kompüterdən ibarətdir.
Biometrik köşk hansı üstünlüklərə malikdir?
Biometrik köşkün
imkanlarına gəlincə,
sensorlu monitorun toxunmaqla idarə edilməsi, 3D skaner vasitəsi ilə şəxsin üzünün
biometrik 3D modelinin yaradılması, barmaq izi skaneri vasitəsi
ilə biometrik standartlara cavab verən barmaq izinin oxunması, rəqəmsal kamera vasitəsi ilə şəxsin biometrik standartlara cavab verən şəklinin çəkilməsi, RFID oxuyucusu
vasitəsi ilə RFID
kartların və biometrik pasportların oxunması mümkündür.
Belə ki, qeydiyyat rejimində
biometrik və şəxsi məlumatlar götürülür və
biometrik məlumatlar bazasına yazılır.
Barmaq izi skaneri vasitəsi
ilə barmaq izi götürülür
və onun biometrik standartlara uyğunluğu yoxlanılır.
Götürülmüş barmaq izi biometrik standartlara uyğundursa, həmin məlumat biometrik bazaya yazılır. Əks halda barmaq izi
yenidən götürülür.
Bu qaydada şəxsin
bütün barmaqlarının
izləri qeydiyyatdan keçirilə bilər.
Şəxs rəqəmsal kameraya
baxarkən isə avtomatik olaraq onun üz şəkilləri
çəkilir və
bu şəkillərin
içərisindən biometrik
keyfiyyətinə görə
ən keyfiyyətlisi seçilir və biometrik bazaya yazılır. Daha sonra
3D skaneri şəxsin
üzünün üç
ölçülü modelini
yaradır və üzün şəklini
model üzərində əks
etdirir. Yaradılmış üç ölçülü
model biometrik standartlara
uyğundursa, o biometrik
məlumatlar bazasına
yazılır. Əks halda,
3D skaner vasitəsi ilə şəxsin üç ölçülü
biometrik modelinin yaradılması proseduru təkrarlanır. Şəxsin RFID kartının qeydiyyatdan keçirilməsi üçün
RFID kart oxuma qurğusuna
yaxınlaşdırıldıqda, oxuma qurğusu həmin kartı oxuyur və oxunan biometrik və şəxsi məlumatlar məlumatlar bazasına daxil edilir. Şəxs haqqında şəxsi
məlumatlar şəxsiyyət
vəsiqəsi və pasportların oxuma qurğusu vasitəsi ilə oxunaraq məlumatlar bazasına daxil edilir.
Eyniləşdirmə
rejimində isə şəxsin biometrik və şəxsi məlumatları götürülərək
məlumatlar bazasında
olan mövcud məlumatlarla müqayisə
edilir. Barmaq izi
üzrə eyniləşdirmə
zamanı, şəxs
barmağını skanerə
qoyduqda, barmaq izi götürülür
və müvafiq məlumatlar bazasında axtarılır. Əgər bazada
bu məlumatlar tapılarsa, şəxsin kimliyi haqqında məlumat monitorda əks etdirilir. Üz şəkli üzrə eyniləşdirmə zamanı,
şəxs rəqəmsal
kameraya baxdıqda, şəxsin biometrik üz şəkli götürülür və
müvafiq məlumatlar
bazasında axtarılır.
Əgər bazada tapılarsa,
şəxsin kimliyi haqında məlumat monitorda göstərilir.
Sifət
üzrə üç
ölçülü eyniləşdirmə
zamanı, şəxs
3D skanerə baxdıqda,
şəxsin üç
ölçülü biometrik
sifət modeli yaradılır və müvafiq məlumatlar bazasında axtarılır,
əgər bazada bu məlumatlar tapılarsa, şəxsin kimliyi haqqında məlumat monitorda əks etdirilir. Şəxsi məlumatlar üzrə eyniləşdirmə zamanı
isə şəxs şəxsiyyət vəsiqəsini
və ya pasportunu oxuma qurğusuna daxil etdikdə, bu sənədlərdən şəxsi
məlumatlar oxunur və müvafiq məlumatlar bazasında axtarılır. Əgər bazada
bu məlumatlar tapılarsa, şəxsin kimliyi haqqında məlumat monitorda əks etdirilir.
Azərbaycanda biometrik sistemə
keçid
Adətən, biometrik
köşkdən mühüm
dövlət tədbirlərində
qeydiyyat məsələləri
və girişə məhdudiyyət, strateji əhəmiyyətli obyektlərin
girişinə nəzarət,
bankların, binaların
və qəbul imtahanlarında girişə
nəzarət, biometrik
viza və pasportlar almaq istəyənlər haqqında
məlumatların alınması,
sərnişin nəqliyyatında
və VİP sərhədkeçmədə,
eləcə də
polis məntəqələrində saxlanılmış şəxslərdən
biometrik məlumatların
alınmasında istifadə
edilir.
Hazırda
Azərbaycan da biometrik texnologiyaların tətbiq olunduğu əsas ölkələrdən
sayılır. Respublikamızda bu sahəyə keçidin əsası isə təxminən
2007-ci illərdən başlayır.
Belə ki, ölkə prezidentinin
2007-ci il 13 fevral tarixli sərəncamı ilə
“Azərbaycan Respublikasında
biometrik eyniləşdirmə
sisteminin yaradılması
üzrə 2007-2012-ci illər
üçün Dövlət
Proqramı” təsdiqlənib.
Proqram milli təhlükəsizlik
sisteminin təkmilləşdirilməsi,
terrorçuluğa, qanunsuz
miqrasiya və insan alverinə qarşı mübarizənin
gücləndirilməsində, eyni zamanda informasiya
cəmiyyətinin qurulmasında
xüsusi əhəmiyyət
kəsb edib. İki mərhələ üzrə aparılan işlərə uyğun olaraq, ilk mərhələdə
(2007-2009-cu illər) bu
sahənin qanunvericilik
bazasının təkmilləşdirilməsi
və biometrik eyniləşdirmə sistemi
ilə bağlı yeni normativ hüquqi
aktların hazırlanması
və qəbul edilməsi məsələləri,
miqrasiya proseslərinə
dövlət tərəfindən
nəzarətin gücləndirilməsinə
dair tədbirlər, o
cümlədən sərhədkeçmə
sənədlərinin fərdiləşdirilməsi
üzrə informasiya resurslarının formalaşdırılması
və təkmilləşdirilməsi
həyata keçirilib.
İkinci mərhələdə
(2010-2012-ci illər) biometrik
texnologiyaların tətbiqi
sahələrinin genişləndirilməsi
və onların təkmilləşdirilməsi nəzərdə
tutulmuşdu. Proqramın vəzifələrindən
biri də biometrik texnologiyalar əsasında biometrik pasport-viza və şəxsiyyəti təsdiq
edən digər sənədlərin istehsalı
və tətbiqinin təşkili olub ki, bu prosesə
də ötən ilin sentyabrından start verilib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Həftə içi”nə bildirib ki, biometrik
pasportlar müasir texnologiyalara əsaslandığından saxta sənədlərlə sərhədi
keçmək qeyri-mümkündür. Onun sözlərinə görə, biometrik pasportlar şəxsiyyətin
avtomatik identifikasiyası, miqrasiyaya
sürətli nəzarət, sərhədlərin daha yaxşı mühafizəsi və təhlükəsizlik
kimi üstünlüklərə malikdir. Eyni zamanda, bu pasportların əsas
üstünlüklərindən biri fərdlə
bağlı bütün məlumatların
sənədə yerləşdirilən xüsusi
cipə daxil edilməsidir: “Adətən,
yaxın adamları əsasən, məhz bu
texnologiyaların köməyi ilə sifət quruluşuna,
səs tempinə, yerimək tərzinə görə
tanıyırıq. Hazırda informasiya
texnologiyalarının mühüm hissəsinə
çevrilən biometrik texnologiyalar
bioloji və davranış
xarakteristikaları əsasında fərdin avtomatik
eyniləşdirilməsi üçün
müxtəlif üsullar təklif edir. Elmi tədqiqat və praktik tətbiqlərdə
sınaqdan çıxarılmış biometrik
xarakteristikalara barmaq izi, gözün torlu qişası, gözün
qüzehli qişası, sifət şəkli,
əlin həndəsəsi, ovucun şəkli,
bədənin qoxusu, qulaqların
forması, termoqramlar, DNT, səs, əl imzası,
dodaqların hərəkəti, klaviatura xətti,
yeriş və s. aiddir ki, yeni
nəsil pasportlarda bunlar
nəzərə alınıb».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 3 iyun.- S.6.