Onlayn fikir bankı
Osman Gündüz: «Azərbaycanda belə layihələrin həyata keçirilməsi gənclərin innovativ düşüncəsini inkişaf etdirməyə təkan verir»
Hazırda İKT sahəsində
inkişafın dövlətin əsas prioritetlərindən
olması gənclərin də bu sahəyə
marağını artırıb. Artıq Azərbaycanda
gənclər yeni ideyalarını «Online fikir bankı»nda yerləşdirə
bilirlər. Ötən ildən fəaliyyətə başlayan "Online fikir bankı" layihəsi 2013-cü ilin “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan
edilməsi çərçivəsində “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq həyata
keçirilir.
"Onlayn fikir bankı"nda 12 bölmə fəaliyyət
göstərir. Onlar "Sosial Xidmətlər",
"İqtisadiyyat", "Təhsil",
"Əyləncə", "Media",
"Rabitə və Telekommunikasiya",
"Tibb və Sağlamlıq",
"Ətraf Mühit", "Nəqliyyat",
"Milli-Mədəni İrs", "Turizm" və "Mədəniyyət"
bölmələridir.
Veb-saytda əlavə olaraq
"Ayın qalibi" adlı xüsusi bölmə də yaradılıb ki, burada qalib
olan gənclər Gənclər
və İdman Nazirliyinin
və tərəfdaş təşkilatların diplomları və
qiymətli hədiyyələri ilə
mükafatlandırılırlar.
«Hər şey ideyadan başlayır»
Bu
deviz altında fəaliyyət göstərən
fikir bankına 14 yaşından başlayaraq Azərbaycan vətəndaşı
olan yeniyetmə və gənclər öz fikir və
ideyalarını göndərə bilər. İstifadəçilər
tərəfindən göndərilən fikir
və ideyalar təmənnasız xarakter daşıyır.
Başqa sözlə, istifadəçilər
öz fikir və
ideyalarını təmənnasız olaraq
bölüşürlər. Saytda yalnız qeydiyyatdan keçən
gənclər öz fikir
və ideyalarını bölüşə, sosial
şəbəkələrdə qeydiyyatdan
keçmiş istifadəçilər isə
istənilən fikir və ideyaya
münasibətlərini bildirə bilərlər. İstənilən
kateqoriyadan birini əhatə
edən fikir və ideyalar
sayt vasitəsilə, müvafiq
formanı dolduraraq və ya DOC, PPT, PDF, AVİ sənəd formasında
(DOC və PDF sənəd - A4, 12 şrift,
ARİAL, 2-4 səhifə, PPT sənəd – 6-20 slayd) qəbul edilir.
Veb-sayta göndərilən fikir
və ideya ilk növbədə
xüsusi Ekspert
Şurası tərəfindən nəzərdən keçirilir və öz
təsdiqini tapdıqdan sonra saytın müvafiq səhifəsində yerləşdirilir.
Sayta daxil edilən fikir və ideya Ekspert Şurası tərəfindən 1-6 gün ərzində yoxlanıla bilər. Ekspert Şurası tərəfindən qəbul
edilməyən və bununla əlaqədar
olaraq veb-saytda yerləşdirilməyən
fikir və ideyanın qəbul
olunmaması səbəbləri müəllifə
açıqlanmaya bilər.
YouTube-dan hər kəs qazansın
Məlumat üçün bildirək ki,
“Onlayn fikir bankı”na
daxil olan ideyaların bir istiqaməti də “Rabitə və telekommunikasiya” sahəsidir. Bu
kateqoriya üzrə bankda
yer alan maraqlı ideyalardan biri “YouTube-dan tək mən yox,
hər kəs qazansın” mövzusunda “Eldar Ahmads” adlı internet istifadəçisindən daxil olub. Fikir və ideyanın geniş təsvirindən söz
açan müəllif mətbuata
açıqlamasında qeyd edib ki, sözügedən
ideyadan daimi əmək
fəaliyyəti ilə məşğul olmayan
işsizlər faydalana bilərlər:
“İnternetdə gəlir əldə etməyin müxtəlif
yolları var. Bunlardan
biri və çox sərfəlisi,
mən deyərdim ki, “YouTube”
kanalıdır. Təəssüflər olsun
ki, burada qazanc əldə etməyin necə mümkün olması çoxuna
məlum deyil”.
Ümumi strukturu təsvir edən
ideya müəllifi mərhələləri
sadalayaraq ilk növbədə
“YouTube”-da qeydiyyatdan keçməyin vacib
olduğunu deyib: «Daha sonra istifadəçi
özünə kanal açır. İkinci addımda “www.Google.com/Adsense”
saytında özünüzə “Adsens” hesab açırsınız. Nəhayət, kanala daxil olub
“Ayarlar” bölümündən “Pul qazanma”nı aktiv edirsiniz və “Adsens”
hesabınızı kanala
bağlayırsınız. Hər videoda
10 saniyədən sonra reklamlar
çıxır. Bu reklamları verənlər,
məsələn, hər klikə görə reklam
şirkətinə 5 sent ödəyirsə,
“YouTube” bunun 2 sentini kimin kanalından “klik” olunubsa, həmin şəxsə
verir. Videoya nə qədər
çox baxış sayı olarsa, reklamların kliklənmə ehtimalı o qədər artır, yəni “nə qədər
çox baxış o
qədər çox “klik”
o qədər çox
qazanma”.
Bir gün ərzində bu yolla təxminən nə
qədər qazanc əldə etməyin
mümkünlüyünə də toxunan
gənc öz şəxsi təcrübəsinə
əsaslanaraq 8-14 avro qazanmağın mümkün olduğunu bildirib: “Şəxsən mənim 3 ədəd
kanalım var. Üçünə cəmi
gün ərzində təxminən 25-30.000 baxış olur və bu
baxışlardan da orta
hesabla 400-550 “klik”
yaranır. Bəzən isə daha çox, məsələn, 700 olur.
Bu gedişlə bir
günə 8-14 avro arası qazanmaq mümkündür.
Pullar isə aybaay
ödənilir. Hər ayın 15-dən sonra
“Adsens” hesabınızda qeyd
etdiyiniz poçt
adresinizə “Google” çek
göndərir. Bu çeki
poçtdan götürdükdən sonra “Bank Standard”
və digər bir neçə bankda nağdlaşdıra bilərsiniz”.
Maraqlı ideyalar bir yerdə toplanır
Mövzu ilə bağlı fikirlərini
bölüşən Azərbaycan İnternet
Forumun prezidenti Osman Gündüz «Həftə
içi»nə deyib ki,
Azərbaycanda bu cür
fikir banklarının olması xüsusi əhəmiyyət
daşıyır. Onun sözlərinə görə,"Onlayn fikir bankı"ı gənclərə
açıq şəkildə yeni ideya və təkliflərini onlayn
şəkildə təqdim etmək imkanı qazandırır
Layihə gənclərin fikirlərinin bir
məkanda toplanaraq daha
böyük müstəviyə yol açmasına şərait yaradır:
«Demək olar ki, son iki ildə Azərbaycanda
İKT sahəsində dinamik inkişaf müşahidə olunur.
Təbii ki, bu sahə
dövlət üçün prioritetli olduğundan
ayrı-ayrı qurumlar da
İKT-nin inkişafına dəstək
verməyə çalışırlar. "Onlayn fikir
bankı"nın yeni addımlarından
biri isə ölkəmizdə fəaliyyət
göstərən böyük şirkətlərlə
birgə əməkdaşlığa başlamasıdır ki, bu da
gənclərin ideya və təkiflərinin
biznes sektorlarında həyata keçirilməsinə
daha böyük şərait
yaradacaq. Çünki
hazırda bu məsələ həm aidiyyəti
qurumların, həm də müxtəlif vətəndaş cəmiyyəti
institutlarının əsas hədəfidir”.
Osman Gündüz deyir ki, Startup-Azərbaycan
Müsabiqəsində iştirak edən startup komandaları üçün
7 iyun tarixdən etibarən Yüksək Texnologiyalar Parkında xüsusi
təlimlər təşkil olunacaq. Təlimdə
startup komandaları üçün
biznes-planların yazılması, onların İnvestorlar
üçün təqdimatlar
hazırlaması, komanda ilə işləmək
qaydaları, bazarın dəyərləndirilməsi sahəsində
bilik və bacarıqlar əldə edəcəklər.
Təlim prosesində beynəlxalq ekspert Paul Warren
və yerli ekspertlər iştirak
edəcək.Təlimlərdən sonra
1-ci mərhələ qiymətləndirmənin yekunu olaraq yarımfinala
çıxan startuplar yenidən biznes-planlar hazırlayaraq Müsabiqəyə
təqdim edəcəklər. 2-ci mərhələ səsvermədə
startupların Ekspertlər qarşısında öz layihələri ilə bağlı təqdimatlarla
çıxış etmələri nəzərdə tutulub. Startup-Azərbaycan tədbirlərinin yekununda finalçıların investorlarla
qapalı görüşləri təşkil olunacaq.
Əsas məqsəd isə ondan ibarətdir
ki, innnovativ gəncləri
biznes institutları ilə tanış olmaq imkanı qazansın.
Osman Gündüz onu da qeyd
edib ki, Azərbaycanda
hökumətin Elm Fondu,
Bilik Fondu və
İKT-yə Dəstək Fondu yaratmaqla bu sahəyə xüsusi diqqət ayırması yerli investorların da
marağını artırıb. Onun
sözlərinə görə, artıq bu
sahədə müsbət ənənə
formalaşmaqdadır: “Hətta bəzən elə hallar olur ki,
investorlar özləri bizimlə əlaqə
yaradıb innnovativ ideyalarla
maraqlanırlar. Bu mənada “Online fikir bankı” layihəsinin
də xüsusisi əhəmiyyəti var. Belə layihələr
ölkənin inkişafı yönümündə gənclər
tərəfindən irəli sürülən fikir
və ideyaları bir yerə toplamağa, gənclərin ölkə daxilində
daha da inkişaf
etdirmək istədikləri sahələri müəyyənləşdirməyə,
onların fikir və ideyalarını
düzgün istiqamətləndirərək
mümkün inkişaflarına zəmin yaratmağa, yeni, innovativ fikir və ideyalara malik gəncləri
və bu fikir və
ideyaların axtarışında olan potensial investorları bir araya gətirməyə imkan
yaradır. Güman edirəm ki, bu cür
layihələr nəticəsində gənclərin innovativ düşüncəsi daha
da inkişaf edəcək
və ortaya maraqlı ideyalar
çıxacaq».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 7-9 iyun.- S.6.