Yolların vahid informasiya sistemi olacaq 

 

Yaxın gələcəkdə bu məlumatları Ünvan Reyestri İnformasiya Sistemindən əldə edə biləcəyik

 

Azərbaycanda avtomobil yollarının vahid dövlət reyestri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq. Bununla bağlı Nazirlər KabinetiÜnvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”ndə dəyişiklik edib.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi Ünvan Reyestri İnformasiya Sistemi ilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasını təmin edir.

Nəqliyyat Nazirliyi tərəfindən yaradılacaq avtomobil yollarının vahid dövlət reyestrində isə mülkiyyət növündən əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında Azərbaycan dilində bütün məlumatlar öz əksini tapacaq. Belə ki, avtomobil yolu haqqında məlumatlar avtomobil yolunun məlumat vərəqəsi ilə bağlı müəyyən edilmiş qaydaya uyğun tərtib ediləcək. Bu məlumatlar sırasına avtomobil yolunun mülkiyyətçisi sahibi, avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən nömrəsi uzunluğu, avtomobil yolunun xəritəsi, avtomobil yolunun onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu, avtomobil yolunun faktiki vəziyyəti, avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü vəziyyəti yol nişanlarının dislokasiyası daxildir.

 

Hər bir məlumat toplusunun reyestr nömrəsi olacaq

 

Reyestrin əsas bölməsi reyestrə daxil edilməsi üçün göndərilən məlumat vərəqələrinin qeydiyyatı jurnalı, reyestrdən çıxarışların qeydiyyatı jurnalı, məlumat xəritələrinin yolun mülkiyyətçisi sahibi tərəfindən təsdiq edilərək, məlumat vərəqəsinə əlavə edilən surətlərin yerləşdiyi qovluqdan ibarətdir. Avtomobil yolları haqqında məlumatların yerləşdiyi hər bir qovluğa reyestr nömrəsi veriləcək.

Reyestrin arxiv bölməsinə isə avtomobil yolunun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilərək, göndərilmiş məlumatlarda dəyişikliklər edilməsi nəticəsində aktuallığını itirmiş bu səbəbdən reyestrin əsas bölməsindən arxiv bölməsinə köçürülməsi tələb olunan işlər daxildir. Arxiv bölməsinin hər bir qovluğuna reyestrin əsas bölməsindəki nömrəyə uyğun «arxiv» sözü yazılmış nömrə veriləcək. Avtomobil yolları istismardan çıxarıldığı, bir neçə yerə bölündüyü ya bir neçə yolun bir yol kimi birləşdirildiyi hallarda avtomobil yolunun köhnə indeks nömrələrinə uyğun qovluqlar bağlanılacaq reyestr arxiv bölməsinə təhvil veriləcək. Reyestrin sənədləri daimi olaraq qorunmalıdır. Reyestrdən hər hansı bir sənədin götürülməsi ya məhv edilməsi qadağandır. Reyestr qovluqlarının daimi saxlanılması üçün dövlət arxivlərinə verilməsi mövcud qanunvericiliyə uyğun aparılacaq.

Reyestr kənar şəxslərin daxil olması mümkün olmayan, məlumatların oğurlanmasının, korlanmasının, dəyişikliklər edilməsinin qarşısını almağa imkan verən xüsusi yerlərdə saxlanılacaq. Elektron daşıyıcılarda olan reyestr məlumatlarının itirilməsinin qarşısını almaq məqsədi Nəqliyyat Nazirliyi tərəfindən elektron daşıyıcılarda olan məlumatların ehtiyat surətləri yaradılır xüsusi yerlərdə saxlanılmalıdır. Dövlət kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla, reyestrə daxil edilmiş digər məlumatlar Nəqliyyat Nazirliyi tərəfindən reyestrdən çıxarış hər bir maraqlı şəxsə qanunda nəzərdə tutulmuş qaydada veriləcək.

 

İnternet istifadəçilərinin işi asanlaşacaq

 

Yeri gəlmişkən, bu ilin martın 1-dən etibarən Azərbaycanda yeni ünvan sistemi tətbiq edilir. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələsi olaraq Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov Nizami rayonları üzrə müvafiq işlər aparılıb. Yeni ünvan sisteminin ilkin mərhələdə əhatə etdiyi küçə prospektlərin adları da məlumdur. Bunlar Heydər Əliyev prospekti, Əziz Əliyev küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, Niyazi küçəsi, Yusif Səfərov küçəsi, Lermontov küçəsi, İstiqlaliyyət küçəsi, Üzeyir Hacıbəyli küçəsi, Parlament prospekti, Xaqani küçəsi, Nizami küçəsi, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti, Rəsul Rza küçəsi, Tbilisi prospekti, Yusif Məmmədəliyev küçəsi, Bülbül prospekti, Hüseyn Cavid prospekti, Səməd Vurğun küçəsi, 28 May küçəsi, İnşaatçılar prospekti, Tərlan Əliyarbəyov küçəsi, Hacı Zeynalabdin Tağıyev küçəsi, Məmməd Əmin Rəsulzadə küçəsi, Həzi Aslanov küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Şeyx Şamil küçəsi, Cəfər Cabbarlı küçəsi, Ayna Sultanova küçəsi, Təbriz Xəlilbəyli küçəsi, İslam Səfərli küçəsi, Zivərbəy Əhmədbəyov küçəsi, Mirzə İbrahimov küçəsi, Əhməd Cəmil küçəsi, Hənifə Ələsgərov küçəsi, Təbriz küçəsi, Fuad İbrahimbəyov küçəsi, Məhəmməd Naxçıvani küçəsi, Sübhi Salayev küçəsi, İbrahim Əbilov küçəsi, Balababa Məcidov küçəsi, Afiyəddin Cəlilov küçəsi, Sabit Orucov küçəsi, Eldar Tağızadə küçəsi, Hüseynqulu Sarabski küçəsi, Xətai prospekti, Ağa Nemətulla küçəsi, Ceyhun Hacıbəyli küçəsi, Həsənoğlu küçəsi, Fətəlixan Xoyski küçəsi, Atatürk prospekti, Məmməd Araz küçəsi, Vaqif prospekti, Mərdəkan prospekti, Zuğulba prospekti, Səxavət Quliyev küçəsi Universitet küçəsidir.

Mövzu ilə bağlı fikirlərini «Həftə içi»nə bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, Nazirlər Kabinetinin "Ünvan reyestri ilә inteqrasiya olunacaq digәr dövlәt orqanlarının informasiya sistemlәrinin dairәsi"nin tәsdiq edilmәsi barәdә müvafiq qərarı mövcuddur. Həmin qərara əsasən, təxminən 34 istiqamət üzrə məlumatlar Ünvan Reyestri İnformasiya Sisteminə inteqrasiya etməlidir: «Bu addımın atılması internet istifadəçiləri üçün mühüm bir addımdır. Çünki istifadəçilər ayrı-ayrı istiqamətlər üzrə məlumatları vahid bir sistemdən əldə edə biləcəklər. Eyni zamanda, bu sistem aidiyyəti dövlət qurumlarının da işini asanlaşdıracaq».

Hökumətin 24 dekabr 2012-ci il tarixli 318 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin Dövlət Reyestri, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri, "Vətəndaşlıq Vəziyyəti Aktları" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi, Notariat Sənədlərinin Elektron Məlumat Bankı, "Qeyri-kommersiya hüquqi şəxslərin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Altsistemi, "Elektron hökumət" portalı, abunəçi kartotekasının formalaşdırılması və yenilənməsi üzrə İnformasiya Sistemi Ünvan Reyestri İnformasiya Sisteminə inteqrasiya etməlidir. Bundan başqa, küçələr üzrə məlumat bazasının (şifrator) formalaşdırılmasına və yenilənməsinə dair İnformasiya Sistemi, respublikanın ərazisində təşkilatlara aid məlumat bazasının formalaşdırılması və yenilənməsi üzrə İnformasiya Sistemi, Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi - "Colvir", Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), elektron xidmətlər portalı, «Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazası, BİMAS- Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Avtomatlaşdırılmış Sistemi, "Vətəndaşların Elektron Sağlamlıq Kartı" Sistemi, Nümunəvi Tibbi İnformasiya Sistemi, "Tibbi Müayinə Kartı" Sistemi, Tibbi Kadrların Vahid Registri, Turizm Məqsədli Coğrafi İnformasiya Sistemi (www.gomap.az), monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin Dövlət Reyestris. bu sistemə inteqrasiyası vacib sayılır.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 11 iyun.- S.6.