«Ağıllı telefon»lara virus təhlükəsi 

 

"Kasperski laboratoriyası" Android əməliyyat sistemləri ilə çalışan cihazların istifadəçilərinə xəbərdarlıq edib

 

Azərbaycan Android əməliyyat sistemləri ilə çalışan cihazların istifadəçilərinin troyan virusuna məruz qalması ilə bağlı risk qrupuna düşən ölkələr sırasına daxil olub.

“Həftə içinin məlumatına görə, bu barədə "Kasperski laboratoriyası"nın yaydığı xəbərdə bildirilir. Məlumatda göstərilir ki, şirkətlərin məhsullarında aşkar olunan təhlükəli proqram bir ay əvvələ yaxın şəbəkədə peyda olub və artıq dünyanın 13 ölkəsində kompüterlərin yoluxdurulmasına 2 min dəfədən artıq cəhd edilib. Əsas zərbə RusiyaUkraynaya dəyib, amma daha 10-dan artıq ölkə, o cümlədən Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Kanada, Almaniya, Yunanıstan, Cənubi KoreyaSinqapur da risk qrupuna düşüb.

 

Bu virusun əsas vəzifəsi smartfonun yaddaş kartının tərkibinin şifrələnməsidir. Proqram məşhur qrafik və mətn formatlarında media fayllarına və sənədlərə tuşlanıb. Zərərli proqram özünü məlumatlara girişə qayıtmaq üçün istifadəçidən pul tələb edən fırıldaqçı proqram kimi aparır.

Şifrələnmənin başlanmasından dərhal sonra proqram qadağan edilmiş məzmuna baxış üçün cihaza girişin bloka salınması barədə xəbəri ekrana çıxarır. Xəbərdə cinayətkarlar "cərimə" ödəməyi tələb edərək əks təqdirdə istifadəçinin məlumatlarını açıq mənbələrdə dərc etməklə hədələyirlər. Şifrələyici əsasən videofaylların səsləndirilməsi bəhanəsi ilə saxta porno saytlardan yayılır. Həmçinin troyan virusunun Android üçün oyunlarya faydalı proqramlar altında maskalanması halları da qeydə alınıb.

Bəs, görəsən, son illərdir məşhurlaşan Android sistemi nədir? Bu sistemlə çalışan cihazların virusa yoluxmasının qarşısını almaq üçün hansı addımlar atmaq olar?

Əvvəlcə ondan başlayaq ki, artıq dünyanın bütün qitələrində ən çox üstünlük verilən Android əməliyyat sistemi bazasında hazırlanmış texniki cihazlardır. Yəqin ki, bu cihazları hər birimiz görmüşük, məsələn, ekranına toxunmaqla hərəkətə gələn telefonlar, kompyuterlər, bankomatlar, müxtəlif ödəniş terminalları s. Mobil əməliyyat sistemləri içində ən çox istifadə edilən Android əməliyyat sistemi hər keçən gün bazardakı payını artırır. Belə sürətli bir böyümə reallaşdıraraq bazarın hakimi mövqeyinə çevrilən Androidin tarixinə nəzər salmaq maraqlı olar.

 

Hər saniyədə 2 ədəd Android satılır

 

Məlumat üçün bildirək ki, Android ilk dəfə 22 oktyabr 2008 tarixində T-Mobile G1 ilə Amerikada başladı. 3.2 düymlük slider kapasitiv ekranı Android 1.0 əməliyyat sistemi ilə satışa çıxarılan ilk Android telefon indiki Android cihazlarda olan bir çox xüsusiyyətdən məhrum idi. Məsələn, sensor klaviatura, multitouch ya pullu tətbiqləri yox idi. Hər qədər indiki versiyalara görə çox əskikləri olsa da Android 1.0 tamamilə boş bir sınaqdan ibarət deyildi. Aşağı doğru sürüşən məlumatlandırma pərdəsi ilə gələn Android 1.0 inqilab xüsusiyyətində bir xüsusiyyət ilə gəlmiş idi. Bu pərdə ilə sms-lər, mail-lər yeniləmələr kimi bir çox şeyi ekranda asanca görmək mümkün idi. Bu asanlıq hələ Androidlərdə istifadə edilir.

İlk Android telefon T-Mobile G1 bazara çıxarıldıqda Google-un Gmail-i onsuz da mobil platformalar üçün POP IPAM dəstəyini təmin edirdi. Ancaq Android əməliyyat sistemi çıxana qədər arxivləmə markalanma xüsusiyyətlərini istifadə etmək mümkün deyildi. Android 1.0 bu əskiklikləri aradan qaldırdı mobil platformadakı ən yaxşı Gmail tətbiqi halına gəlmiş oldu. Daha sonra isə Android cihazların funksionallığını artıran, tətbiqlər yazan geniş bir sistem qrupu da yaradıldı. Android üçün hazırda 150 mindən çox tətbiq var. Bu tətbiqləri yalnız Android Market-dən əldə etmək olar. Android Market isə Android əməliyyat sistemi tətbiqlərinin müxtəlif saytlardan endirilməsini təmin etməklə yanaşı, həm Google tərəfindən işlədilən təşkilati tətbiq mağazasıdır. İstehsalçılar ilk olaraq cihazı, “Google”un Java kitabxanası vasitəsilə “Java dili”ndə yaziblar. Yeri gəlmişkən, hazırda dünyada Android bir gündə 160 min ədəd, yəni hər saniyədə 2 ədəd satılır. Bu rəqəm iPone-4 ilə müqayisədə az qala 3 dəfə çoxdur.

 

İstifadəçilərdən diqqət olmaq tələb edilir

 

Bütün bunlara baxmayaraq, «Kasperski laboratoriyası" ilə yanaşı, dünyanın digər aparıcı antivirus şirkətləri Android sistemi ilə çalışan cihazların istifadəçilərinə virusla bağlı xəbərdarlıq edirlər. Məsələn, Finlandiyanın “F-Secure” antivirus şirkətinin əməkdaşları mobil virus təhdidləri haqqında hesabatında göstərilib ki, Android smartfon planşetlər üçün ən təhlükəli əməliyyat sistemi olaraq qalır. Belə ki, bu ilin ilk üç ayının nəticəsinə görə informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər 277 adda mobil virus hesaba alıblar. Onların arasında 275 zərərli proqram təminatı Android platforması üçün nəzərdə tutulub.

Mobil təhdidlərin ən yüksək səviyyəsi Böyük Britaniyada qeydə alınıb, orada 10 min istifadəçiyə təxminən 15-20 bloklanmış zərərverici fayl düşür. ABŞ, Hindistan Almaniyada bu göstərici 5-10 fayla bərabərdir. İlk üç ayın nəticəsinə görə ekspertlər Səudiyyə Ərəbistanı Hollandiyada 10 cihaz sahibinə 2-5 təhdid bloklayıblar. Bunu nəzərə alan Google şirkəti isə smartfon planşet kompüterlərdə əlavələri mütəmadi yoxlayacaq yeni servisi işə salmaq niyyətindədir. Hazırda proqramları yalnız quraşdırılma zamanı skan etmək mümkündür.

Google Verify Apps funksiyasının ən etibarlı hesab edilməsinə baxmayaraq Android əməliyyat sistemində zərərli proqramlar üçün boşluqlar daha çox aşkar olunur. Belə ki, virusların 97 faizindən çoxu məhz bu sistemin payına düşür. Bundan başqa, qısa müddət ərzində istifadəçilər arasında populyarlıq qazanan son Virus Shield pullu antivirus əlavəsi saxta çıxıb.

AVAST şirkətinin mütəxəssisləri Google Play əlavələr mağazasında istifadəçilərin pulunu oğurlayan Camara Vision Nocturna adlı zərərli proqram aşkarlayıblar. Bildirilir ki, proqram vasitəsilə qaranlıq yerdə işıqlandırıcı olmadan gecə diqqət çəkmədən şəkillər çəkmək mümkündür. Əslində isə əlavə ödənişli SMS-bildirişlərdə qeydə alınaraq hesabdan pul çıxarır. Google bəyan edir ki, zərərli proqramların yalnız bir faizi Verify Apps təhlükəsizlik sistemini keçmək imkanına malikdir. Lakin şirkətdə güman edirlər ki, bu, yetərli deyil. Çünki Google bu rəqəmi sıfıra endirmək Androidi daha təhlükəsiz sistemə çevirmək niyyətindədir. Mütəxəssislərin fikrincə, yeni servisin antivirus bazasının daima çoxalması səbəbindən o, ilkin yoxlama zamanı tanımadığı virusları aşkar edə biləcək.

Mövzu ilə bağlı fikirlərini «Həftə içi» ilə bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, hazırda texnologi sistemlərin təkmilləşdirilməsinə baxmayaraq virusların qarşısını tam almaq mümkün deyil. Onun sözlərinə görə, viruslarla mübarizə aparmaq üçün istifadəçilər cihazlarına lisenziyalı antivirus proqrammı yükləməlidirlər: «Hələlik Google Androidi daha təhlükəsiz əməliyyat sisteminə çevirməyə nail olmayıb. İndi bu yöndə müvafiq addamlar atılır ki, boşluqlar aradan qaldırılsın. Amma bu məsələdə Android platformasında olanlar da diqqətli olmalıdırlar. Hazırda insanların çoxu smartfon tipli telefonlardan istifadə edir ki, bu cahazların çoxfunksiyalı olması istifadəçiyə internet üzərindən müxtəlif təkliflərin gəlməsi ilə müşahidə edilir. Təbii ki, əksər istifadəçilər bəzən həmin təklifin virus olduğunu anlamır və nəticədə sistemə virusa yoluxur. Bu baxımdan Android platformasında olan istifadəçilər daxil olan təklifləri saf-çürük etməli və məlumatlı olmadıqları təklifləri de-aktiv etməlidirlər».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 12 iyun.- S.6.