İnternet xidmətində qiymət

və keyfiyyət tənzimlənməsi 

 

Osman Gündüz: «Azərbaycanda İKT-nin inkişafına ciddi dəstək olduğu halda internetin qiyməti və keyfiyyəti arzuolunan səviyyədə deyil»

 

Hazırda dünya əhalisinin təxminən 80 faizi genişzolaqlı internet şəbəkəsi ilə təmin olunub. Hətta elə ölkələr var ki, mövcud sistemin təkmilləşdirilməsinə hər il milyardlarla manat vəsait xərcləyir. Məsələn, 2014-cü ildə Avropa Parlamenti genişzolaqlı rabitə və elektron xidmətlərinin inkişafı layihələrinin maliyyələşdirilməsi büdcəsini 1 milyard avro məbləğində təsdiqləyib. Parlament tərəfindən genişzolaqlı rabitənin inkişafına ümumi büdcənin 15 faizi ayrılıb və bu məbləğin üçdə bir hissəsi məlumatların 100 Mbit/saniyə və daha çox sürətlə ötürülməsini nəzərdə tutan layihələrə sərf olunacaq.

Mövcud tələblərə görə, dövlət dəstəyini almağa namizəd olan digər layihələr ən müasir səviyyəyə cavab verən texnoloji həllər nümayiş etdirməli və ya innovativ biznes modellər və kütləvi istifadə üçün hazır həllər təqdim etməlidir. Avropa İttifaqının rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroesin sözlərinə əsasən, ilk növbədə baza servislərinin – elektron identifikasiya, imzahesab və avtomatlaşdırılmış pulköçürmələrinin rəsmiləşdirilməsi sistemlərinin yaradılması üzrə layihələr nəzərdən keçiriləcək. Avropa Komissiyası layihələr müstəqil ekspertlər tərəfindən qiymətləndirildikdən sonra qrantların verilməsinə başlayacaq. Layihələrin həyata keçirilməsi qrafiki pozulduqda, maliyyələşmə dayandırılacaq.

Yeri gəlmişkən, bu il Azərbaycanda internetə genişzolaqlı çıxışın inkişafı üzrə fəaliyyət planının ilkin mərhələsinin maliyyələşdirilmə həcmi 100 milyon manat təşkil edəcək. Həmin vəsait Azərbaycan Respublikası Dövlət Neft Fondunun tərəfindən ödəniləcək. Layihə 2014-2016-cı illəri əhatə edəcək. Layihənin ümumi dəyəri 450 milyon manatdan artıq məbləğdə qiymətləndirilir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, artıq Bakı, Naxçıvan və digər bölgələrdə əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış layihəyə start verilib. Layihənin icrası nəticəsində ölkədə genişzolaqlı İnternet istifadəçilərinin sıxlığının 85 faizə çatacağı gözlənilir.

Nazir vurğulayıb ki 2015-ci il ərzində ölkənin ucqar kənd yerləri belə genişzolaqlı internetlə təmin olunacaq. Onun sözlərinə əsasən, layihə çərçivəsində 2015-ci ilə qədər və sonrakı dövrdə əhali Bakı şəhərində 30-100 Mbit/saniyə, digər iri şəhərlər və rayon mərkəzlərində 10-30 Mbit/saniyə, qəsəbə və kənd yerlərində isə 10 Mbit/saniyə və daha çox sürətli genişzolaqlı internetlə təmin ediləcək. Ümumilikdə isə 2017-ci ilin sonunadək Azərbaycanın bütün yaşayış məntəqələrinin internet şəbəkəsinə genişzolaqlı çıxışla təmin edilməsi nəzərdə tutulur.

 

Provayderlər müştərilərə “yalançı” trafik satır

 

Xatırladaq ki, sözügedən layihə üzrə yaxın illərdə və sonrakı dövrdə «Hər evə optika» prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı İnternet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə və magistral şəbəkədə ATS-dən 2 km-dən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiyatransmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmayan yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyaların tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, strukturtarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlərin həlli planlaşdırılır.

Bəs, hazırda Azərbaycanda internetin vəziyyəti necədir? İstifadəçilər keyfiyyətli internetlə təmin olunurmu?

Mövzu ilə bağlı fikirləri bölüşən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman GündüzHəftə içi”nə bildirib ki, rəhbərlik etdiyi qurumun araşdırmalarına görə hazırda Azərbaycanda yaşı 14-dən yuxarı olan əhalinin 70 faizinin internetə çıxışı var. Onun sözlərinə əsasən, 70 faiz internet istifadəçisi arasında mobil internet xidmətindən istifadə edənlər var. Amma ümumi istifadəçiliərin 70 faizi genişzolaqlı) internetdən istifadə edənlərdir: "Keyfiyətli internet məhz genişzolaqlı internetdir. Eyni zamanda son vaxtlar mobil operatorlar da "data kart"lar vasitəsilə genişzolaqlı internet pakelərini təklif edirlər bu da müsbət bir haldır. Amma qiymətlərə nəzər yetirəndə görürük ki, tariflər bahadır. Düzdür, provayderlər bildirir ki onların Delta Telecom-dan aldığı internetin qiyməti toplam internet sürətinə uyğun olaraq müəyyən edilir. Yəni, kim çox alırsa ona daha ucuz verilir. Bu isə bildirildiyinə görə 1 Mb/s üçn 20-40 manat arasında, bəziləri üçün isə 10 manat civarındadır”.

Osman Gündüz deyir ki, 1 Mb/s adətən 4-5 müştəri arasında bölünür bu normal hesab olunur. O, təəssüflə əlavə edir ki, Azərbaycan provayderlər bu təmiz 1Mb/s-i onlarla, bəzən isə 20-30 müştəri arasında bölürlər. Nəticədə istifadəçi müqavilədəki sürəti son nöqtədə əldə edə bilmir. Yəni provayderin aldığı toplam internet tutumu müştərilərin sayına uyğun olmur istifadəçi aldadılır».

Ekspert onu da vurğulayıb ki, Delta Telecom topdansatış olaraq qazanır qiyməti diktə edir. Onun fikrincə, bu proses Delta Telecom üçün həm o deməkdir ki, ehtiyac olduğu halda o ölkəyə gətirdiyi interneti son müştəriyə tam olaraq sata bilmir: “Çünki provayderlər müştərilərəyalançıtrafik satır. Güman ki provayderlərin qədər qazanc əldə etdiyini təxminən hesablayan Delta Telecom topdan satdığı İnternet qiymətlərini endirməkdə maraqlı deyil. Beləliklə, nəticə ondan ibarət olur ki əslində bu prosesdə iştirak edən bütün tərəflər az-çox qazanırlar itirən yalnız istifadəçi- müştəridir. İtirən həm Azərbaycan olur. Çünki zəif bahalı internet həm dolayısı ilə ölkənin sürətli inkişafını əngəlləyir, innovasiyaların inkişafını ləngidir dolayısı ilə cəmiyyətin bütün sahələrinin inkişafına tormozlayıcı təsir edir. Azərbaycanın beynəlxalq imicinə mənfi təsir edir».

 

Tarifləri endirmək mümkündürmü?

 

Osman Gündüz deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir neçə dəfə provayderlərlə toplantı keçirib qiymətlərin endirilməsini təklif etsə də provayderlər razılaşmayıb. Onun sözlərinə görə, onlar bunu xərclərinin çox olması ilə izah ediblər: “Amma real vəziyyət tam əksini göstərir. Provayderlər sadəcə nazirliyə yalan rəqəmlər və yalan informasiyalar təqdim edirlər. Əlbəttə, əgər provayderlər "yalançı" trafik satmasalar, 1 Mb/s interneti onlarla müştəri arasında bölməsələr onda, xərclər çox olacaq. Ona görə də nazirlik və digər dövlət qurumları daha sərt tədbirlərə əl atmalıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri tərəfindən təcili internet bazarında mövcud vəziyyətlə bağlı araşdırma aparılmalıdır. Biz bu məsələdə RİTN-ə köməklik göstərməyə hazırıq. Artıq Azərbaycan İnternet Forumu tərəfindən RİTN-ə bu istiqamətdə təkliflər də təqdim edilib».

Ekspert vurğulayıb ki, indiki halda internet qiymətlərinin xeyli endirilməsinə imkanlar var. Osman Gündüz hesab edir ki, «Delta Telecom” tərəfindən də topdan internet qiymətlərinin endirilməsi çox vacibdir. Xüsusilə də hazırda optik internetin xeyli baha olmasının səbəbləri məhz bu qiymətdən çox asılıdır. O cümlədən ATS-lərdə provayderlərdən toplanan ödənişlər bir daha nəzərdən keçirilməli, qeyri-qanuni ödənişlərə imkan verilməməli, bu sahədə ciddi islahatlar aparılmalıdır: “Bundan başqa internetin qiyməti və keyfiyyəti ilə bağlı ölkədə İKT sahəsində, internetin inkişafı istiqamətində, elektron hökumət quruculuğu sahəsində aparılan uğurlu siyasətlə uzlaşmayan bir situasiya yaranıb. Dövlət tərəfindən İKT-nin inkişafına qonşu ölkələrlə müqayisədə qat-qat ciddi dəstək olduğu halda internetin qiymətləri və keyfiyyəti ilə müqayisədə vəziyyət heç də xoşagələn deyil. Ona görə də bu məsələ xüsusi diqqət mərkəzində olmalıdır».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 

Həftə içi.- 2014.- 4 mart.- S.5.