Din və dövlət münasibətləri
milli maraqlar kontekstində
Çoxmillətli və fərqli dinlərin bərqərar olduğu Azərbaycanın milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Konstitusiyanın 25-ci maddəsinin III bəndinə görə «Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və bütün vətəndaşlar eyni hüquqlara malikdir».
Cinayət
Məcəlləsinin 109-cu maddəsinə əsasən «Siyasi, irqi, milli,
etnik, mədəni, dini,
cinsi və ya beynəlxalq
hüquq normaları ilə
yasaqlanmış digər əsaslara görə müəyyənləşdirilmiş
hər hansı bir qrupu
və ya təşkilatı izləmə,
yəni qrupa və ya
təşkilata mənsub olduqlarına görə insanların əsas
hüquqlarını kobudcasına tapdama,
bəşəriyyət əleyhinə digər cinayətlərlə
əlaqədar olduqda – 5 ildən 10 ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır».
Azərbaycanda
dini azlıqların hüquqlarının
qorunması və təminatı sahəsində də müstəqillik
illərində də çox mühüm addımlar atılıb. 1992-ci ildə
«Dini etiqad
azadlığı haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilib, 1996 və
1997-ci illərdə müvafiq düzəlişlər
edilib.
Həmin qanuna görə,
Azərbaycanda vətəndaş hüququna
malik «Hər bir kəs
dinə münasibətini müstəqil müəyyənləşdirir,
hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar
əqidəsini ifadə etmək və yaymaq
hüququna malikdir».
Azərbaycan dövləti
dini etiqad
azadlığının təmin edilməsi, din-dövlət
münasibətlərinin tənzimlənməsi sahəsində
də bir sıra islahatların həyata
keçirilməsini məqsədəuyğun sayır. Bu baxımdan Azərbaycanın ümumilli
lideri, mərhum prezident
Heydər Əliyev 21 iyun 2001-ci il tarixdə, 512 saylı fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) yaradılmasını təsdiqlədi. Həmin fərmanla müəyyən edildi
ki, yeni yaranmış
Dövlət Komitəsinin əsas vəzifəsi konstitusiyanın
dini əqidə azadlığını təmin
edən 48-ci maddəsinin icrası üçün
müvafiq şəraitin
yaradılmasından, dini etiqad
azadlığı ilə bağlı digər qanunvericilik
aktlarına riayət olunmasına nəzarəti təmin
etməkdən, dini qurumlarla
dövlət arasında münasibətləri daha
ciddi tənzimləməkdən ibarətdir.
DQİDK ölkədə dini
durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin
yüksəlməsinə yol verilməməsi,
dini mərasim adı altında müxtəlif
antidövlət meylli şəxs və
qrupların qarşıdurma yaratmaq cəhdlərinin
qarşısının alınmasını həyata keçirir. Eləcə də ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması,
din-dövlət münasibətlərinin normal
səviyyədə tənzimlənməsi üçün
mövcud dini duruma lazımi nəzarəti həyata keçirir və bu yolda hər cür mənfi
halların qarşısının alınması işində
müvafiq beynəlxalq təşkilatları
ilə əməkdaşlıq edir.
Azərbaycandakı mövcud tolerantlığın bir çox ölkələrə
yaxşı nümunə ola biləcəyi
respublikamıza gələn müxtəlif din
xadimləri və rəsmi şəxslər tərəfindən
də etiraf edilib. Məsələn, 2006-cı il
fevralın 28-dən martın 5-dək Azərbaycanda səfərdə
olan BMT-nin İnsan Hüquqları Komissiyasının din və əqidə azadlığı
üzrə xüsusi məruzəçisi
Asma Cahangir cəmiyyətdə
mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat
yaratdığını demişdi.
Məlumat üçün xatırladaq ki,
1999-cu ildən etibarən ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə 16 noyabr tarixi
Azərbaycanda tolerantlıq günü kimi qeyd edilir.
Hazırda Azərbaycan
ərazisində yüzlərlə dini icma qeydiyyatdan keçib. Bunlardan bəzilərini
diqqətə çatdıraq. Öncə ənənəvi konfessiyalar barədə:
Ortodoks konfessiyası: 1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib) binası Rus pravoslav kilsəsinə
verilib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün
Rusiyanın Patriarxı II Aleksi isə bu məbədə baş
kafedral kilsə statusu
verib.
Hazırda Bakıda 3, Gəncə və Xaçmazın hər
birində 1 rus pravoslav
kilsəsi fəaliyyət göstərir.
Roma-katolik konfessiyası: 1999-cu ildə katolik icması kimi qeydiyyatdan keçib.
2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınıb və sonradan
kilsəyə çevrilib. 2007-ci ildə
Azərbaycan hökuməti ilə Vatikan
arasında əldə olunan
razılığa əsasən, Bakıda Roma
katolik kilsəsinin inşası tamamlanıb. 2002-ci ilin
may ayında Roma katolik kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə
olub və dövlət rəsmiləri,
ictimaiyyət nümayəndələri ilə görüşüb.
2003-cü ilin aprelində Rum
patriarxı II Varfolomey də Azərbaycana
səfər edərək, dövlət rəsmiləri, din xadimləri,
müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə
görüşlər keçirib, eyni zamanda o
zamankı dövlət başçısı H.Əliyev tərəfindən
qəbul olunmuşdu. 2003-cü ildə alban - udi dini
icması dövlət qeydiyyatına alınıb. Şəkinin
Kiş kəndində
tikilən və Qafqazda, eləcə də
bütün dünyada
ən qədim məbədlərdən biri
sayılan alban kilsəsi 2003-cü ildə
əsaslı şəkildə bərpa olunaraq
istifadəyə verili. 2006-cı ilin may ayında Qəbələnin
Nic qəsəbəsində Müqəddəs
Yelisey qədim alban
kilsəsinin yerində Çotari alban - udi kilsəsinin
açılış mərasimi keçirilib.
Protestantlıq cərəyanı:
bura Yevangel - lüteran kilsəsi, Yevangel
xristian - baptist
icması, «7-ci gün adventistləri»,
“Şərqdə ulduz” xristian
incil dini icması, Molokan ruhani xristianların
dini icması, Alban - udi xristian dini
icması daxildir.
Yəhudilərə aid isə Avropa yəhudilərinin
dini icması «Aşkinazi»,
Dağ yəhudiləri icması – sefartlar və Gürcü
yəhudiləri icması fəaliyyət göstərir. Yeri gəlmişkən, yəhudilər Azərbaycanda
2500 ildən artıqdır ki, məskunlaşıblar.
Onlar ölkəmizdə heç
vaxt dini
dözümsüzlüyə və ayrıseçkiliyə məruz
qalmayıb. Hazırda 7 yəhudi dini
icması dövlət qeydiyyata
alınıb. Bakıda 3, Oğuz
və Qubanın hər birində 1 sinaqoq
fəaliyyət göstərir. 2003-cü ilin mart ayında
Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilib.
2003-cü ilin sentyabrında
Bakıda “Od-Avner” Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi
orta ümumtəhsil məktəbi fəaliyyətə başlayıb. Həmçinin Nazirlər
Kabinetinin 5 oktyabr
2006-cı il tarixli, 222 saylı qərarına əsasan Qubanın Qırmızı
qəsəbəsində yerləşən
1 nömrəli məktəbə
İsaak Abramoviç
Xanukovun adı verilib. Ölkədəki mövcud yüksək tolerantlıq dərəcəsi
və yəhudilərə
qarşı heç bir arıseçkiliyin qeydə alınmaması
2006-cı il fevralın 9 - 14-də Azərbaycana
səfər edən
ABŞ-dakı əsas
yəhudi təşkilatları
prezidentlərinin konfransının
nümayəndə heyəti
tərəfindən də
vurğulanıb.
Qeyri-ənənəvi din və təriqətlər:
«Yehova şahidləri»,
Nehemiya Mədh kilsəsi, «Həyatverici lütf», Beynəlxalq Krişna şüuru, Bəhai Novoapostol kilsəsi, Yevangel xristianları icması.
Azərbaycandakı
mövcud dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq
mərkəzlərlə işgüzar
əlaqələr saxlayır,
beynəlxalq dini tədbirlərdə yaxından
iştirak edirlər. Belə ki, QMİ ilə Beynəlxalq İslam Konfransı Təşkilatı
və digər xarici müsəlman, hətta qeyri müsəlman ölkələrinin
dini təşkilatları
arasında sıx əlaqələr mövcuddur.
Bakıdakı Rus pravoslav kilsələrinin yepiskopluğu
Xəzəryanı bölgələrin
xristian - pravoslav kilsələrinə rəhbərlik
etməklə yanaşı,
ölkədaxili və
xarici dini mərkəzlərlə geniş
əlaqələrə malikdir.
Azərbaycanın yəhudi
icmaları «Soxnut», «Aqudit İsrail» və «Tşuva İsrail» kimi beynəlxalq təşkilatlarla,
eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin
yəhudi icmaları ilə sıxı əlaqə saxlayırlar.
Respublika ərazisində
xristian və yəhudi dini tədris müəssisələri,
o cümlədən pravoslav
kilsələri yanında
bazar günü məktəbləri, yevangel
- xristian protestant icmalarının
Bibliya kursları, «Həyatverici lütf» icmasının Bibliya institutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini
öyrədən kursları
və s. fəaliyyət
göstərir. Mərkəzləri əsasən ABŞ-da, İsveçdə və Almaniyada olan dini icmalar xarici
ölkədəki dini
mərkəzlər ilə
qanun çərçivəsində
maneəsiz əməkdaşlıq
edir, onlardan maddi və mənəvi,
o cümlədən dini
ayinlərin icrası üçün metodik yardım alaraq fəaliyyət göstərirlər.
Müxtəlif
dini icmaların rəhbərləri Azərbycanı
bütün dinlərin
ardıcıllarının yaşaması üçün
ən layiqli ölkə adlandırırlar. Bunlardan bəzilərinin qəzetimizə dediklərini
diqqətə çatdıraq:
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının başçısı
Aleksandr Ata ölkəmizdə
pravoslavların yaşaması
və sərbəst ibadətlərinə hər
cür şərait yaradıldığını dedi.
Onun fikrincə, əslində başqa dinlərə və millətlərə
tolerant münasibət Azərbaycan
xalqının qanındadır
və mövcud hakimiyyət tarixən mövcud olan bu əvəzsiz münasibəti dövlət
səviyyəsində davam
etdirir. O əlavə
etdi ki, Azərbaycan tolerant mühütü
ilə multikulturalizm deyilən prosesin açıq təzahürüdür:
«Heydər Əliyevin sözləri həmişə
yadımdadır: "çoxmillətlilik
bizim sərvətimizdir".
Bu, Azərbaycanın daxili siyasətinin mənasıdır». Aleksandr
Ata bildirdi ki, onun üçün əlamətdar hadisələrdən
biri Azərbaycanda dini icmaların dirçəlməsidir: «Biz ibadətxanaların
abadlaşdırılmasını, memarlıq və mədəniyyət irsi olan gözəl məscidlərin bərpasını
müşahidə edirik.
Son vaxtlar pravoslav
kafedral kilsəsinin və sinaqoqun binasının bərpa edildiyini gördük.
Bu onu göstərir
ki, Azərbaycan barəsində fikir söyləyəcək hər
kəsin bu ölkədə sabitliyin olduğunu, burada müxtəlif dinlərə,
millətlərə və
mədəniyyətlərə mənsub insanlar arasında qarşılıqlı
hörmətin mövcudluğunu
təsdiqləmələri üçün lazım olan hər şeyi
edir».
Dağ yəhudiləri
dini icmasının sədri Miliks Yevdayev də Azərbaycanda dövlətin
dinlərə münasibətini
alqışlayır: «Azərbaycanda
dövlət-din münasibətləri
o qədər mükəmməldir
ki, əlavə şərh verməyə lüzum görmürəm.
Azərbaycanda bütün xalqlar
sülh, əmin-amanlıq
şəraitində, xoşbəxt
yaşayır. Bu ölkədə heç vaxt dinlərarası, millətlərarası zəmində
mübahisə, digər
xoşagəlməz hallar
olmayıb. Bilirsiniz niyə,
ona görə ki, ulu öndər
Heydər Əliyevin dediyi kimi, tolerantlıq
yüksək mədəniyyətin
nəticəsidir. Azərbaycanda əsrlər boyu tolerantlıq olub, var və olacaq».
Katolik
icması da Azərbaycanda heç bir problem və təzyiqlə üzləşmir. Qəzetimizə müsahibəsində
Roma Katolik Kilsəsinin
ordinarisi Vladimir Fekete dedi ki, Azərbaycandakı
katolik icması kiçik olsa da, ona münasibət
digərlərindən fərqlənmir:
"Bu gün Azərbaycanda
icmamızın üzvlərinin
sayı 500 nəfərdir
ki. Onun da bir hissəsi xarici vətəndaşlardır. Azərbaycanda fəaliyyətə başladığımız ilk illərdən dini qurumlarla işləyən
dövlət müəssisələri
ilə əlaqələrimiz
çox normal şəkildə
davam edir. Burdakı dinlərarası əlaqələr
çox yüksəkdir.
Bir vaxtlar Roma Papası II İohan Pavel Bakıya gələndə,
minlərcə insanı
onun görüş keçirdiyi binanın ətrafında görüb
şəxsən yamanca
təəccübləndim. Hiss etdim ki, xalqınızın
ürəyi çox genişdir. Dövlət də məhz
xalqın təbii olaraq görmək istədiyi siyasi xətti tutub və tolerant mühütün
qorunması üçün
hər şeyi edir».
Vüsal
Tağıbəyli
Yazı
"Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün”
hazırlanıb
Həftə içi.- 2014.-
5 mart.- S.4.