Elektron tullantılar gəlir gətirə bilər
Balaxanı Sənaye Parkında məişət tullantılarının tərkibi çeşidlənərək təkrar emala göndəriləcək
Birləşmiş Millətlər Təşkilatının (BMT) qiymətləndirməsinə əsasən, 2017-ci ilədək dünyada elektron tullantıların həcmi 33 faiz yüksələcək. Qurumun hesabatında qeyd edilir ki, həmin ilə qədər elektron məhsulların tullantısı hər il 65,4 milyon ton artacaq. Tullantılar üzrə ən böyük artım isə inkişaf etməkdə olan ölkələrdə qeydə alınacaq.
Bəs, görəsən,
Azərbaycanda e-tullantılar necə idarə olunur?
Ümumiyyətlə, dünya təcrübəsində
elektron tullantıların idərə
olunması nədən ibarətdir?
Hazırda dünya üzrə ən çox
tullantı elektron məhsullar bazarına liderlik edən Çində yaranır. Hələ
1980-ci illərin sonundan bu
ölkəyə digər ölkələrdən böyük həcmdə elektron
tullantı idxal edilərək,
tullantılar demontaj olunur.
Guiyuda 30 000-dən çox insan elektron tullantıların emal prosesinə cəlb edilib. Yerli hökumətin rəsmi saytlarının təqdimatlarına görə,
şəhər illik gəliri təxminən 75
milyon dollar təşkil
edən 1,5 milyon ton elektron məhsul emal edir.
Ümumilikdə isə
tullantılar ətraf
mühit və insan sağlamlığı
üçün yaratdığı
ziyana görə 5sinfə
bölünür: I sinif
fövqəladə təhlükəli,
II sinif yüksək təhlükəli, III sinif
orta təhlükəli,
IV sinif az
təhlükəli və
V sinif təhlükəsiz.
E-tullantılar təhlükəlilik dərəcəsinə
görə II sinfə
aid edilir. Ənənəvi
qaydada poliqonlara (zibilxanalara) atılmış
tullantılar, günəş
şüaları, yağış,
külək və s. kimi ətraf mühit amillərinin təsiri ilə aşınır və ayrılan metan, karbon dioksid, azot və kükürd
oksidləri, ftorlu hidrogen, ammiak, hidrogen-sulfid və digər zəhərli qazlar havaya ayrılır.
Digər tərəfdən,
özbaşına alışmalar
və törədilən
yanğınlar nəticəsində
əlavə olaraq yaranan dioksinlər, fenol və xlorfenol
birləşmələri və
s. kimi zəhərli maddələr ətrafa yayılaraq ekoloji vəziyyəti, həyat fəaliyyəti üçün
əlverişli təbii
mühiti pisləşdirir,
əhalinin səhhətinə
təsir edir. Nəticədə bir sıra ağır xəstəliklərin
(bədxassəli şişlərin,
qan xəstəliklərinin,
toksikozların və
s.) yaranması ehtimalı
artır. Qeyd olunan ziyanlı maddələr uşaqlar və hamilə qadınlar üçün
xüsusilə təhlükəlidir:
ağır metalların
birləşmələri və
dioksinlər aktiv inkişaf edən orqanizmin hüceyrələrində
daha aktiv toplanmaq xüsusiyyətinə
malikdir. Eyni zamanda tullantı
poliqonlarında yaranan
və ziyanlı kimyəvi və biokimyəvi komponentlərdən
ibarət maddələr
torpağı, su axarlarını, qrunt sularını zəhərləyir.
İsveçrə təcrübəsi öndədir
Dünya
təcrübəsinə nəzər
salsaq görərik ki, elektron tullantıların
idarə edilməsi ilə bağlı İsveçrə təcrübəsi
daha diqqətçəkəndir. Belə ki, 1998-ci ildə ölkədə istismar müddətini başa vurmuş elektrik və elektron qurğuların adi zibil yeşiyinə atılmasını qadağan
edən qanun qəbul edilib. Həmin tarixdən mağazalarda satılan bütün cihazlara tullantıların
utilizasiyası məqsədilə
sosial vergi tətbiq edilir. Beləliklə, qoyulan vergi
cihazın dəyərində
özünü əks
etdirir. Eyni zamanda mağazalar
da utilizasiya obyektinə çevriliblər.
Belə ki, istehlakçılar köhnə kompüter,
TV, soyuducu, tozsoran və digər cihazları mağazaya geri qaytara və
ya köhnə cihazların ayrıca toplama məntəqəsinə
təhvil verə bilərlər. Anbarlara yığılan
bu cihazların hissələri təkrar emal prosesindən keçirilərək, istifadəyə
yararlı hala gətirilir.
İsveçrə
tətbiq etdiyi qadağanın xeyrini də görməkdədir. Verginin tətbiqi nəticəsində təkcə
2003-ci ildə istismar müddətini başa vurmuş 35.000 ton məişət
cihazları, 30 000 ton elektrik
məhsulları emal edilib ki, bu
da yaradılan illik elektron tullantıların 80-93 faizini
təşkil edir.
Tullantıların
idarəçiliyində daha
bir maraqlı məqam ABŞ-la bağlıdır. Məlumatlara
görə, Amerikanın
Lamar qraflığında zibildaşıyan
maşınlar GPS sistemi
vasitəsilə izlənilir.
Belə ki, Missisipi ştatında
yerləşən qraflıqda
munisepal avtonəqliyyatın
GPS naviqasiya sistemi vasitəsilə izlənilməsi
tətbiq olunub, peyk kontrolu altına
birinci düşən
nəqliyyat da zibildaşıyan maşınlar
olub. Peyk nəzarət sistemi
və nəqliyyat üçün cihazlar 41
min ABŞ dollarına başa
gəlib. Lakin bu rəqəm yerli hakimiyyət orqanlarını
heç də qorxutmur. Onlar düşünürlər ki, GPS texnologiyalarından istifadənin iqtisadi effekti bu sistemin
əldə olunması
üçün xərclənən
bütün vəsaiti
üstələyəcək.
Azərbaycan
təcrübəsinə gəlincə,
Bakı şəhərində
bərk məişət
tullantılarının idarəçiliyi
üzrə 20 illik strategiya layihəsi və toplama sisteminin təkmilləşdirilməsi
planı hazırlanıb,
ölkədə bərk
məişət tullantılarının
idarəçiliyi üzrə
ilkin araşdırmalar
aparılıb. Həmçinin regionda ilk çeşidləmə
zavodu olan Balaxanı Bərk Məişət Tullantıları
Zavodu fəaliyyət göstərir. "Təmiz
Şəhər" ASC-nin
məlumatına görə,
Balaxanı Sənaye Parkında məişət
tullantılarının tərkibində
mövcud olan təkrar emala yararlı materialların ümumi kütlədən
ayrılaraq təkrar emalı ilə yanaşı, qeyri-məişət
tullantıları hesab
edilən avtomobil şinləri, elektrik və elektron cihazlar, məişətdə
əmələ gələn
təhlükəli tullantılar
və digər tullantı növlərinin
emalının təşkili
planlaşdırılır.
Yeri
gəlmişkən, «Təmiz
Şəhər»ASC tullantıların
idarəçiliyində digər
layihə üzərində
də işləyir. Belə ki, "www.tulantim.az" internet səhifəsi də hazırlanmaqdadır. Portalın əsas
məqsədi evlərimizdə
olan və artıq istifadə etmədiyimiz, lakin kiminsə ehtiyacını
ödəyə biləcək
əşyaların tullantı
kimi atılmasının
qarşısını almaq,
bu əşyaları digər istifadəçilərə
təklif etməkdir.
"Bir şəxs üçün lazımsız
olan əşya, digəri üçün
gərəkli ola bilər" şüarı altında
hazırlanan portal həm
tullantıların miqdarını
azaltmağa, həm də əhalidə mübadilə mədəniyyətini
inkişaf etdirməyə
xidmət edəcək.
Bu baxımdan yerli ekspertlər də bildirirlər ki, müasir dövrdə elektrik və elektron tullantıların Balaxanı Sənaye Parkında düzgün şəkildə emal olunması resurslara və enerjiyə qənaət, xammal idxalı asılılığını
azaltmaqla ölkədə
"yaşıl iqtisadiyyat"ın
inkişafına təkan
verəməklə yanaşı,
ətraf mühit və insan səhhətinə
mənfi təsirləri
və riskləri azaltmış olacaq.
Araşdırmalar bu il
də davam etdiriləcək
Onu
da qeyd edək
ki, Azərbaycanda elektron tullantı problemləri üzrə araşdırmalar 2014-cü ildə
də davam etdiriləcək. E-tullantılar
problemlərinin həlli
məqsədilə çərçivə
konsepsiyasının işlənməsi
ilə yanaşı,
AMEA İnformasiya Texnologiyaları
İnstitutunda (İTİ) ümumi
istifadəli audioinformasiya
şəbəkələrində nitq tranzaksiyalarının
qorunması metodları,
audiobazalardan operativ idarəedici qərarların
qəbulu üçün
verilənlərin aşkarlanması
metod və alqoritmlərinin işlənməsi,
paylanmış audioinformasiya
şəbəkələri üzərində multimedia servislərinin
sintezi və analizi problemlərinin tədqiqi kimi mövzular üzrə də elmi tədqiqat
işləri yerinə
yetiriləcək. İnstitutun
şöbə midiri,
fəlsəfə doktoru
Bikəs Ağayev bildirib ki, bu
il şöbədə
ümumilikdə 3 elmi
istiqamət, 3 problem, 4 mövzu,
8 iş üzrə araşdırmaların aparılması
planlaşdırılır. Bundan başqa, elmi-innovasiya fəaliyyəti çərçivəsində
şöbədə “Neft-qaz
sahələrinin operativ-dispetçer
idarəetmə kompleksləri
üçün dispetçer
danışıqlarının və idarəetmə əməliyyatlarının qeydiyyatı
və intellektual emalı sisteminin yaradılması” mövzusunda
qrant layihəsinin hazırlanması da nəzərdə tutulur.
Araşdırmaların
nəticələri üzrə
4 elmi-texniki konfransda məruzələrin edilməsi,
nüfuzlu yerli və xarici jurnallarda məqalələrin
dərci və görülən işlərin
KİV-də təbliği
planlaşdırılır. Həmçinin şöbə
cari ildə müvafiq sahələrdə
ölkədaxili və
beynəlxalq elmi-texniki
əlaqələri genişləndirmək,
gənc kadrların şöbəyə cəlb
edilməsi ilə bağlı məqsədyönlü
işlər həyata
keçirmək niyyətindədir
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.-
6 mart.- S.6.