İnkişaf etmiş İKT ölkə iqtisadiyyatının lakomatividir 

 

Məlum olduğu kimi informasiyakommunikasiya texnologiyaları (İKT) respublikamızda prioritet sahə və ölkə iqtisadiyyatında neft-qaz sektorundan sonra ikinci əsas sahə elan edilib. Hətta bu gün Azərbaycanda iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makromikro iqtisadi göstəricilərin önündə məhz İKT-nin tutduğu yeronun inkişafı dayanır.

Bu məsələdə teleradio yayımı, telekommunikasiya, internet-infrastruktur və ümumilikdə İKT sektorunda indiəyədək bir çox iri layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edib. Məsələn, peyk sənayesi ən innovativtexnoloji cəhətdən inkişaf etmişdünya üzrə rentabelli sənaye sahələrindən biri sayıldığından 2013-cü ilin fevral ayının 8-də (Kuru kosmodromunda fevralın 7-də) Azərbaycanın ilk telekommunikasiya peykinin - «Azerspace-1»in orbitə çıxarılması həm ölkəmizin peyk rabitəsinə olan daxili tələbatının təmin olunmasında, həm də dünya səviyyəsində peyk rabitə xidmətlərinə artan tələbatın ödənilməsi üzrə ixtisaslaşmış gəlirli bir biznesdə iştirak edən ölkəmizin qazanc əldə etməsində böyük rol oynayıb. Xatırladaq ki, Azərbaycanın televiziya kanallarının xarici ölkələrə məxsus peyklərdən yayımının təşkil edilməsi üçün ildə təxminən 5 milyon dollardan çox xərc çəkilirdi və yaxın gələcəkdə bu xərcin azı 2 dəfə artması gözlənilirdi. Amma milli peykin istismara verilməsi nəticsində həmin vəsait ölkə iqtisadiyyatına yönəldildi və əlavə gəlir mənbəyinə çevrildi. Ötən ilin iyulun 1-dən etibarən Azərbaycan paketinin «Türksat 3A» peykindən mövcud yayımı dayandırıldı və bu paketə daxil olan televiziyaradio kanalları «Azerspace-1 / Africasat-1a, 460 E» peykinə keçirildi. Bundan əlavə, peykimiz üzərindən 60-dan çox yerlixarici kanalın yayımlanması da Azərbaycanın 10 milyon dollardan artıq gəlir əldə etməsi ilə nəticələndi. Xatırladaq ki, «ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən hazırlanan və 230 milyon dollara başa gələn peykimiz ən azı 15 il ərzində telekommunikasiya xidmətləri göstərəcək. Onun texniki imkanlarının 20 faizi Azərbaycanın ehtiyaclarını qarşılayacaq, 80 faizi isə digər ölkələrə və şirkətlərə kirayə veriləcək. Bu da o deməkdir ki, gələcəkdə «Azerspace-1»in texniki imkanlarının digər ölkələrə və şirkətlərə icarəyə verilməsi gəlirlərimizi daha da artıracaq. Bu peyk öz istismarının 7-ci ilində ona yatırılmış investisiyanı doğruldacaq. Üstəlik, Azərbaycan həm yerli, həm də xarici şirkətlər tərəfindən kirayələnən peykdən 650 milyon dollar gəlir əldə etməyi planlaşdırır. Yeri gəlmişkən, «Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı»na və «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiyayeri müşahidə peyklərinin orbitə çıxarılması nəzərdə tutulub. Bunun üçün ötən ilin avqust ayında «Azərkosmos» ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi arasında «Azərspace-2» adlı ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair Qrant Müqaviləsi imzalanıb, müsabiqə keçirilib və «Global Resources» şirkəti qalib elan edilib. «Azərspace-2»nin 2016-cı ildə orbitə çıxarılması planlaşdırılır.

Beynəlxalq təcrübələrə əsasən deyə bilərik ki, adətən bir peyklə marketinq işlərini aparmaq çox çətindir. Çünki istənilən ölkə peykdən istifadə etməyi düşünərkən soruşur ki, başqa bir peyk varmı, hər hansı bir hadisə baş verən zaman həmin peykə keçmək mümkün olacaqmı? Hətta tenderlərdə də belə məqamlara xüsusi diqqət yetirilir. Ona görə də iki peyk olanda hər kəs peyklərin sahibi olan şirkəti dərindən işləyən bir qurum kimi qəbul edirçox rahatlıqla marketinq işlərini aparmaq mümkün olur. Bu baxımdan da ikinci peykin istismarı növbəti illərdə marketinq işləri baxımından iqtisadi uğurlarımızı və Azərbaycanın gəlirlərini daha da artıracaq. Bundan əlavə, 2015-cı ildə isə aşağı orbitli peykin, yəni ilk milli Yerin Müşahidə Peykinin istismara verilməsi gözlənilir. 2016-cı ildə yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə müzakirələr gedir. 2017-ci ildə Azərbaycana məxsus yüksək ayırdetməli optik peykin orbitə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə də danışıqlar aparılır. Həmin layihələrin reallaşdırılması da gəlirlərin artacağından xəbər verir.

Məlumdur ki, ölkəmizdə İKT sahəsində fəaliyyətin stimullaşdırılması məqsədilə 2012-ci ildə dövlət başçısının sərəncamı ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. «Yüksək Texnologiyalar Parkı»nın rezidentlərinin, biznes-inkubator layihələrinin, elmi və tədqiqat mərkəzləri üçün maliyyə-donor rolunun bir hissəsinin bu fond tərəfindən yerinə yetirilməsi gözlənilir. Artıq dövlət büdcəsindən 5 milyon manat ayrılıb və fond yaxın zamanlarda qrantinvestisiya layihələrinin qəbuluna başlayacaq. Təbii ki, qəbul ediləcək layihələr və onların icrası İKT üzrə gəlirlərin daha da artması ilə nəticələnəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) maliyyə dəstəyi ilə həyata keçirilən və ölkəmizdə optik infrastrukturun genişləndirilməsini nəzərdə tutan Fiber to Home («evə optika») layihəsi təxminən 500 milyon dollar məbləğində qiymətləndirilir. ARDNF artıq 132 milyon dollar ayırıb. Bu üçillik layihə yüksək gəlirli hesab edilir. İkinci ildən etibarən ümumi dəyərin 30-35 faizi yenidən sərmayələrin qoyulması hesabına maliyyələşdiriləcək. Layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri daxil olmaqla bütün ölkə ərazisinin 10-100 Mbit/saniyə sürətində yüksəksürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da ölkəmizin 2017-ci ilə dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olmasına imkan verəcək. Yaxın perspektivdə Azərbaycanın təşəbbüskarı olduğu daha bir beynəlxalq layihənin icrası da gözlənilir. Söhbət Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) çəkilməsindən gedir. BMT Baş Asambleyasının iki xüsusi qətnaməsi ilə dəstəklənən bu layihə Honkonqu Frankfurtla birləşdirərək geniş Avrasiya məkanını yüksəksürətli internetlə təmin edəcək optik lif magistralının çəkilməsini nəzərdə tutur. Bu layihənin icrası Azərbaycana Xəzəryanı regionun əsas informasiya mərkəzi olmağa və gəlirlərini artırmağa imkan verəcək.

Xatırladaq ki, 2013-cü ildə İKT sektorunun gəlirləri 10,7 faiz artıb və bu sahə üzrə ümumi gəlirlər 2 milyon dolları ötüb. Ötən il müəssisələrə və əhaliyə ümumilikdə 1528,1 milyon manatlıq rabitə xidmətləri göstərilib. Əldə edilmiş gəlirlərin 59,1 faizi isə mobil rabitə xidmətlərinə məxsusdur. Bunlar yüksək göstəricilər olsa da, bəzi amillər İKT sektorunda gəlirlərin daha da artırılmasına əngəl törədir. Məsələn, investisiya qoyuluşlarının artırılması yolu ilə İKT sahəsini inkişaf etdirmək mümkün olduğu halda, İKT bazarına qoyulan investisiyaların 70-80 faizədək hiisəsi mobil operatorların payına düşür. Özəl sektorda, xüsusən də internet sahəsində ciddi yatırımlar müşahidə edilmir. İnvestorlar tərəfindən qeyri-mobil İKT layihələrinə yetərli investisiyaların qoyulmaması üzündən İKT bazarının inkişafı bir o qədər də nəzərə çarpmır. Yaxud, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kommersiya, dövlət idarəetməsi və tənzimləmə ilə məşğul olduğundan bir sıra kommersiya yönümlü layihələri nazirliyin qurumları həyata keçirir. Bu da İKT sahəsində sərbəst və azad rəqabətin qarşısını alır. Bundan başqa, hökumətin İKT sektoru üçün konkret güzəştlər müəyyənləşdirməməsi də gəlirlərin artımını əngəlləyir. Məsələn, ölkəmizdə onlayn ticarətin yetərincə inkişaf etməməsi bu istiqamətdə vergi güzəştlərinin olmaması və onlayn ticarətlə məşğul olanlara dəstək verilməməsi ilə əlaqədadırdır. Əgər hökumət bu sahəyə güzəştli kreditlər ayırsa, o zaman gəlirlərdə ciddi artımlar müşahidə edilər. İKT üzrə gəlirlərin artırılması üçün dövlət səviyyəsində texnoparkların yaradılmasına və azad iqtisadi zonaların genişləndirilməsinə diqqət daha da artırılmalıdır. Düzdür, Azərbaycanda yeni texnoparklar, azad iqtisadi zonalar yaradılıb. Artıq 17 zavoddan ibarət olan Sumqayıt Texnologiyalar Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən, müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Balaxanı Texnoparkının tikintisi davam edir. Amma texnoparkların sayının artırılması mütləq vacibdir. Çünki dünya iqtisadiyyatında innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi sayılan texnoparklar milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında, biliklərin və ixtiraların texnologiyalara, bu texnologiyaların isə kommersiya məhsuluna çevrilməsində, tədqiqatlara yönəldilmiş milli xərclərin səmərəliliyinin yüksəldilməsində müstəsna rol oynayır.

Yeri gəlmişkən, gələcəkdə ölkəmizin İKT sektronda əldə etdiyi gəlirlərin qeyri-neft sahəsində əsas paya malik olması hədəf kimi götürülüb. «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasına əsasən, yaxın 8-10 ildə ölkənin ümumi daxili məhsulun (ÜDM) həcmi ikiqat artırılmalıdır. Buna qeyri-neft sektorunun, o cümlədən İKT sahəsinin inkişaf etdirilməsi sayəsində nail olmaq nəzərdə tutulur. Bu da o deməkdir ki, 8-10 ilədək İKT bazarının həcmi 4 - 4,5 dəfə artırılmalı, 2020-ci ildə İKT sektorundakı gəlir 9 milyard dollara çatmalıdır. Bu məqsədlər üçün təkcə dövlət xətti ilə 3,6 milyard dollar məbləğində investisiyaların yatırılması planlaşdırılır, eyni həcmli qoyuluşları beynəlxalq investorlar daxil olmaqla özəl sektor təmin etməlidir. 2020-ci ildən başlayaraq, Azərbaycanda ÜDM-in əsas hissəsi qeyri-neft sektorunun hesabına formalaşacaq. 2020-ci ildə ölkədə İKT-nin orta illik artım tempinin 20 faiz civarında olacağı gözlənilir ki, bu da ümumdünya orta göstəricisindən 2-2,5 dəfə çoxdur. Ümumilikdə İKT gəlirləri 2020-ci ildə 8-9 milyard dollar olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 8-9 faizini təşkil edəcək. İKT sektorunun orta illik artım sürətini 2020-ci ildə 20 faiz təşkil etməsi bu sahənin ixrac potensialını da artıracaq. Beynəlxalq təşkilatların proqnozlarına əsasən, sahə islahatlarının davam etdirilməsi və xüsusilə potensial investorlar üçün imtiyazlı şəraitin yaradılması 2025-ci ilə İKT sahəsinin gəlirlər səviyyəsini ölkə ÜDM-nin 10 faizinədək çatdırmağa imkan verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində İKT sahəsi üzrə nəzərdə tutulan gəlir səviyyəsi ilə uyğun gəlir.

Əminik ki, yuxarıda sadaladığımız problemlərin həlli və həyata keçiriləcək layihələr gələcəkdə İKT sektorunun daha yüksək templi inkişafına təkan verəcək, Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına gətirib çıxaracaq. Eyni zamanda, əldə olunan gəlirlərin ilbəil artması ölkə iqtisadiyyatının daha da güclənməsi, əhalinin sosial-müdafiəsinin möhkəməndirilməsi ilə nəticələnəcək.

 

Təbriz VƏFALI

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 

Həftə içi.- 2014.- 5 mart.- S.5.