Biletlərin onlayn satışı kütləviləşir
Elektron biletlərin satışında güzəştli şərtlər nəzərdə tutulmayıb
Son zamanlar Azərbaycanda beynəlxalq təcrübənin bir istiqaməti kimi tətbiq edilən yeniliklərdən biri də sərnişin biletlərinin onlayn satışı ilə əlaqədardır. Artıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK), Azərbaycan Hava Yolları» QSC (AZAL) və «Azərbaycan Dəmir Yolları» QSC-də biletlərin elektron formada satışı xidməti təşkil edilib.
«AZAL»ın
vətəndaşların təklif, ərizə və
şikayətləri xidmətinin rəisi Məhərrəm Səfərli
«Həftə içi»nə bildirir ki, elektron sərnişin bileti aviabiletin ənənəvi
kağız blank əvəzinə təklif
olunan elektron
formasıdır və elektron formada aviaşirkətin məlumatlar bazasında etibarlı
saxlanılır. Sərnişinə sərnişin adı, marşrut, tarif, ödəmə,
satış ofisləri və sair, o cümlədən aviadaşıma barəsində
müqavilə haqqında informasiyaya malik olan elektron
aviabiletin qəbzi, yəni Passenger
Itinerary Receipt verilir. Onun sözlərinə
görə, elektron bilet
elektron formada
saxlanıldığına görə müştəri onu unutmaz və ya itirməz, onu oğurlaya bilməzlər: «Sərnişin başqa şəhərdə yaşayan
öz qohumları və ya
dostları üçün elektron bilet ala bilər. Onlara, şəxsiyyəti
təsdiq edən sənədi təqdim etməklə
onların uçuş hava
limanında yalnız qeydiyyat
prosedurasından keçmələri kifayət edəcək».
«AZAL»ın biletlərinin əksəriyyəti onlayn satılıb
Xatırladaq
ki, hazırda «SW Travel»-in kassalarında və ya səlahiyyətli
agentliklərin ofislərində və aviaşirkətin www.azal.az internet səhifəsində
elektron bilet almaq mümkündür. İnternet səhifə elektron
biletin əldə olunması üçün ən sürətli və əlverişli
üsuldur. Məhərrəm Səfərlinin sözlərinə
görə, aviabilet internet
səhifədə sifariş edilir və haqqı ödənilir. Bunun üçün marşrut qəbzi əldə edilir
və sərnişin bu qəbzlə və
şəxsiyyəti təsdiq edən sənədlə birbaşa reysə - qeydiyyatdan
keçmək üçün hava limanına gəlir. «SW Travel»-in kassalarında və
ya səlahiyyətli agentliklərin ofislərində
elektron bilet əldə
edilərkən ödəniş həm VISA/Mastercard
plastik bank kartları
ilə, həm də nağd yolla həyata keçirilə bilər. İnternet səhifədə elektron
bilet əldə edilərkən ödəniş
VİSA plastik bank kartı
vasitəsilə həyata keçirilir.
Elektron bilet üzrə
daşınmanı rəsmiləşdirərkən sərnişinə
elektron biletin qəbzi
və nağd və ya
plastik bank ödəmə
kartı ilə ödəniş edildikdə kassa-nəzarət
texnikası vasitəsilə rəsmiləşdirilmiş xəzinə
qəbzi verilir.
Məhərrəm Səfərli
qeyd edir ki, elektron aviabiletin
qəbzinə, kağız biletə oxşar
olaraq, marşrut,
daşınmanın forması, onun ödənişinin
təfərrüatı, daşınmanın şərtləri
və sair barəsində informasiya
daxildir. O, müştərilərə
elektron aviabiletin qəbzini
bütün səyahət boyu
özləri ilə gəzdirməyi məsləhət görür. Çünki
elektron sərnişin bileti
hava daşınmaları yerinə yetirilərkən
sərnişinin və onun baqajının
daşınması barədə müqavilənin təsdiqlənməsi
üçün istifadə olunan sənəddir. Bundan əlavə, marşrut qəbzi hava
limanına daxil olmadan
öncə və yaxud pasport
nəzarətindən və ya gömrük baxışından keçərkən,
müştərinin «ora və geriyə» biletininin olmağının və ya səyahəti davam
etdirməyinin sübutu kimi
aviasiya təhlükəsizliyi xidmətinə
təqdim etmək üçün
lazım ola bilər.
Avtobus üçün 1 sərnişin 4 onlayn bilet sifariş edə bilər
BBAK-ın
növbə rəisi Məhəmməd Abdullayev
və qeyd edir ki, 2013-cü ildən etibarən adıçəkilən
avtovağzal avtobuslarla
sərnişindaşıma sahəsində əhaliyə
göstərilən xidmət səviyyəsinin
yaxşılaşdırılması məqsədilə şəhərlərarası
və beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm
reyslərə sərnişin biletlərinin onlayn
rejmində internet vasitəsilə
satışını təşkil edir. İnternet vasitəsilə sərnişin
biletlərinin satışı reysin yola düşməsinə 10 gün
qalmış başlayır. Onun dediyinə
görə, onlayn rejmində sərnişin
biletlərinin satışı zamanı istifadəçi 1 əməliyyatla
ən çoxu 4 bilet
sifariş edə bilər. Onlayn
bilet satışı sistemilə
sifarişlər hər gün səhər
saat 7:00-dan 23:00-a qədər
aparılır. Sistemdə proflaktik işlərlə
əlaqədar hər gün saat 23:00-dan növbəti günün
saat 07:00-a qədər internet
vasitəsilə sifariş qəbul edilmir: «Biletlərin
alınması üçün internet vasitəsilə sifariş
vermiş və gediş
haqqını plastik kartla
ödəmiş istifadəçi, gediş
biletini şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqə,
beynəlxalq marşrutlar üzrə isə
reysin yola düşməsinə
1 saat qalanadək avtovağzalın bilet kassasına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və yaxud sifariş
blankını təqdim etməklə ala
bilər. Şəhərlərarası marşrutlarda
reysin yola düşməsinə
30 dəqiqədən az vaxt
qaldıqda sifariş verilən yer digər sərnişinə təklif ediləcək
və ödənilən məbləğdən qanuna müfafiq olaraq 25 faiz tutulmaqla 7 gündən 30 günədək sifariş verənin bank
hesabına ödəniləcək».
Onlayn biletlərin satışında güzəştli tariflər yoxdur
Məhəmməd
müəllim bildirir ki,
onlayn rejimində sərnişin biletlərinin
satışı zamanı güzəştli tariflər nəzərdə
tutulmur. Ona görə
də 5 yaşdan 10 yaşadək olan sərnişinlər üçün
uşaq bileti
alınır: «Uşaq bileti
sərnişin biletinin qiymətinin 50 faizini təşkil edir.
Valideynlərdən biri 5 yaşadək bir uşağını özü
ilə pulsuz aparmaq hüququna malikdir. Sərnişin
5 yaşadək ikinci, üçüncü
və sair uşaqlarını da özü ilə aparmaq istədiyi halda həmin
uşaqların hər birinə uşaq bileti almalıdır. Uşaqlı sərnişinlər
avtobusa minərkən uşağın doğum haqqında şəhadətnaməsini
perron nəzarətçisinə təqdim
etməlidir. 10 yaşı tamam olan uşaqlara gediş sənədi tam
tariflə verilir».
Növbə
rəisi qeyd edir ki, internet vasitəsilə
şəhərlərarası və beynəlxalq istiqamətlər
üzrə hərəkət edən müntəzəm reyslərə
onlayn rejimində sərnişin biletlərinin
alınması üçün əldə
olunmuş sifariş
blankı və ya sərnişinin şəxsiyyətini
təsdiq edən sənədlər avtovağzaldakı bilet
kassalarına təqdim olunur. Təqdim olunmuş sifariş blankı və ya
sənədlərdəki məlumatlar kassir
tərəfindən yoxlanıldıqdan sonra
sərnişinə bilet verilir:
«Şəhərlərarası marşrutlarda
reysin yola düşməsinə
30 dəqiqə, beynəlxalq marşrutlar
üzrə isə reysin yola
düşməsinə 1 saat qalanadək internet vasitəsilə sifariş olunmuş biletlər
avtovağzaldakı bilet kassalarında sənədləşdirilməlidir.
Sərnişinin avtobusun minməsinə
yalnız öz adına sənədləşdirilmiş
biletlə icazə verilir. İnternet
vasitəsilə sifariş olunmuş
yerlərin başqasının adına dəyişdirilməsi
hallarına yol verilmir».
Güzəştli bilet istəyənlər kassalara müraciət etməilidir
«Azərbaycan
Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir
Əzməmmədov isə deyir ki, xidmətin səviyyəsini
yaxşılaşdırmaq məqsədilə fiziki
şəxslərə plastik kartlardan istifadə etməklə internet vasitəsilə onlayn
rejimində ölkədaxili və beynəlxalq istiqamətlərdə
hərəkət edən sərnişin qatarlarına gediş
sənədlərinin, yəni biletlərin alınması üçün xidmətlər təklif edib. Həmin satış qatarın yola düşməsinə 10 gün
qalmış başlayır. Onun dediyinə
görə, onlayn bilet
satışı sistemində güzəştli tariflərlə
biletlərin sənədləşməsi üçün
sifarişləri ilə bağlı əməliyyat
aparılmır. Bu kateqoriyadan olan
istifadəçilər «Azərbaycan Dəmir
Yolları»nın bilet kassalarına
müraciət etməlidirlər. Şəhərətrafı
istiqamətdə hərəkət edən elektrik
qatarlarına da onlayn bilet satılmır: «İnternet
vasitəsilə bilet sifarişləri hər
gün səhər saat
07:00-dan 23:00-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər
gün saat 23:00-dan
növbəti günün saat
07:00-dək onlayn rejimində sifariş qəbul edilmir. İnternet vasitəsilə bir
əməliyyatla maksimum 4 bilet
sifariş oluna bilər.
Biletlərin alınması üçün
internet vasitəsilə sifariş
vermiş və gediş
haqqını plastik kartla
ödəmiş istifadəçi biletini
10 gün müddətində qatarın yola düşməsinə 1 saat
qalanadək «Azərbaycan Dəmir Yolları»nın bilet kassasına yaxınlaşaraq şəxsiyyətini
təsdiq edən sənədi və yaxud
sifariş blankını təqdim etməklə
ala bilər. İnternet
vasitəsilə biletlər üçün
sifarişlər sərnişin qatarlarının
başlanğıc stansiyadan yola düşməsinə 2 saat
qalmışadək aparılır».
Məlumatlar yoxlamaq lazımdır
İnternet vasitəsi biletlərin alınması üçün railway.gov.az
saytının «Onlayn bilet»
bölməsində qeydiyyatdan keçmək
mütləqdir. Qeyiyyatdan keçərkən
adı, soyadı, elektron ünvanı, əlaqə
telefonunu, şəxsiyyət vəsiqəsinin
(ümumvətəndaşlıq pasportunun)
seriya və nömrəsini və sair məlumatları daxil
etmək lazımdır.Bu zaman məlumatların
dəqiqliyinə diqqət yetirilməlidir. Təhlükəsizlik
kodu qeyd edilərkən
xırda və iri şriftli
hərflərin fərqinə də nəzər yetirmək vacibdir. Ölkədaxili qatarlara
minik üçün
sərnişin bileti şəxsiyyəti təsdiq
edən sənəd (ümumvətəndaşlıq pasportu), uşaq tarifi ilə alınan bilet
isə doğum haqqında
şəhadətnamə və ya
uşağın şəxsiyyətini təsdiq edən sənəd
əsasında aparılır. Ölkədən kənara hərəkət
edən sərnişin qatarlarına isə minik
üçün biletlər yalnız
ümümvətəndaşlıq pasportu
əsasında mümkünləşir. İnternet
vasitəsilə sifariş olunmuş
yerlərin başqasının adına dəyişdirilməsi
hallarına yol verilmir.
Təbriz Vəfalı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 7 mart.- S.7.