«Azəriqaz»ın da elektron

məlumatlar bazası var 

 

Bu baza on-line rejimdə qaz şəbəkəsinə nəzarət etməyə,

qəza təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı olur

 

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişaf iqtisadiyyatın digər sahələrində olduğu kimi, respublikanın qaz təsərrüfatında da müəyyən dəyişikliklərin həyata keçirilməsini zəruri edir. Söhbət İKT üzrə nailiyyətlərdən istifadə etməklə, qaz təsərrüfatında informasiyalaşdırılma, elektronlaşdırılma digər proseslərin tətbiqindən gedir.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən «Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəisi Araz Ağayev «Həftə içi»nə müsahibəsində qaz təminatının yaxşılaşdırılması, qaz şəbəkəsinin yenidən qurulması müasir texnologiyaların tətbiqi sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

 

- «Azəriqaz» tərəfindən yaradılmış elektron xəritə ilə bağlı hansı yeniliklər var?

- Əvvəlki «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti ARDNŞ-nin tabeçiliyinə verildikdən sonra ən yeni texnologiyaların tətbiqi ilə müasir şəbəkə yaratmaqla bütün yaşayış məntəqələrinin qazlaşdırılmasını hədəf götürüb. Bu baxımdan da Bakı şəhərinin Abşeron yarımadasının qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması mərkəzdən idarəetmə sisteminin, yəni dispetçer yaradılması işləri ilə əlaqədar paytaxtdakı rayonların ərazilərində yerləşən yeraltı yerüstü orta yüksək təzyiqli qaz kəmərlərinin «ArcGis» proqram təminatında Elektron Məlumatlar Bazası (EMB) yaradılıb. Yeni tətbiq olunan bu sistem, yəni sözügedən proqram təminatı vasitəsilə 2010-2013-cü illərdə Bakı şəhərinin 11 rayonu Abşeron rayonu üzrə orta yüksək təzyiqli qaz şəbəkəsinin elektron xəritələri yaradılıb. Qeyd edim ki, ərazilərdə yerləşən obyektlərin ünvan xüsusiyyətləri təyin olunur. Yeraltı yerüstü orta yüksək təzyiqli qaz kəmərləri müasir elektron ölçmə cihazları vasitəsilə axtarılır, ölçülür, plana alınır elektron xəritənin üzərinə salınır. Nəticədə coğrafi məkan məlumatları ilə əlaqəli analizlərin aparılması mümkün olur. Bu da qaz təsərrüfatında müəyyən müsbət nəticələrin əldə olunması ilə nəticələnib. Orta yüksək təzyiqli qaz şəbəkəsinin EMB-nin yaradılması istiqamətində görülən işlər müvəffəqiyyətlə başa çatıb. Rayonların orta yüksək təzyiqli qaz şəbəkəsinə aid olan bütün qurğular avadanlıqlar, qazpaylayıcı stansiyalar, yeraltı yerüstü orta yüksək təzyiqli qaz xətləri, siyirtmə, ventil, separator sair haqqında qaz istismar sahələri tərəfindən təqdim edilmiş məlumatlar dəqiqləşdirilmiş EMB- yerləşdirilib. Onu da vurğulamaq yerinə düşər ki, adıçəkilən baza on-line rejimdə qaz şəbəkəsinə nəzarət etmək, qəza təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı olmaq baxımından əvəzsiz imkanlara malikdir. Bu bazanın əhəmiyyəti həm qaz itkilərinin qarşısının vaxtında alınması, abonentlərə qüsursuz xidmət göstərilməsi, qaz verilişinin düzgün tənzimlənməsi proqnozlaşdırılmasına şərait yaratmasındadır. Elektron xəritələrin daim operativ şəkildə yenilənmək imkanları var. Köhnə xəritələrdən fərqli olaraq, müasir xəritələrdə əks olunan informasiyalar əsasında bir çox məsələlərin həllinə cavab tapmaq mümkündür.

- «Azəriqaz»ın «ASAN xidmət» mərkəzində abonentlərə təklif etdiyi xidmətlər barədə deyə bilərsiniz?

- Bizim istehsalat birliyi bu ilin fevral ayından başlayaraq, abonentlərə 1 saylı Bakı “ASAN xidmətmərkəzində xidmətlərini təklif etməyə başlayıb. Biz vətəndaşlara yüksək xidmət göstərmək üçün belə addım atmağı qərara almışıq. Yaşadığı ərazidən asılı olmayaraq, bütün abonentlərin müraciət edə biləcəyi bu mərkəzdə vətəndaşlara heç bir müddət müəyyənləşdirilmədən, dərhal icra olunması nəzərdə tutulan 5 növ xidmət göstəriləcək. Abonentlərə göstəriləcək xidmətlər bu xidmətlər zamanı tələb olunan sənədlərin siyahısına gəlincə, birinci xidmətimiz itirilmişsmartkart”ın bərpası ilə əlaqədardır. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, smart tipli sayğacın nömrəsi yaxud abonent kodu tələb olunur. Kartın dəyəri 5 manatdır. Artıq qeydiyyatda olan yerli yaz istismar sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi ikinci xidmətimizdir. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, eləcə smartkarttələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur. Saldoların çap olunması borc haqqında məlumatın verilməsi 3-cü xidmətimizə aiddir. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli yaxud notarial qayadada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, eləcə smartkarttələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur. 4-cü xidmətimizdə smart tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi öz əksini tapıb. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, “smartkart”, həmçinin mülkiyyəti təsdiq edən sənədlərin, yəni mülkiyyətin qeydiyyat vərəqəsinin yaxud alqı-satqı müqaviləsinin əsli tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur. 5-ci xidmətimiz smart tipli sayğacların istismarı ilə bağlı məlumatın verilməsi ilə bağlıdır. Bu xidmət üçün sənəd rüsum tələb olunmur. Onu da bildirim ki, bütün xidmətlərimiz yalnız «İTRON-SOCAR» sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur. GələcəkdəAzəriqaz” İB tərəfindən xidmətlərin sayının artırılması, bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Nəticədə xidmətlər Bakı şəhərində yerləşən 2, 3 4 saylı, eləcə Gəncə Sumqayıt şəhərlərində yerləşən «ASAN xidmət» mərkəzlərini əhatə edəcək.

- “Smartkarttipli sayğaclardan söhbət düşmüşkən, həmin kartlara elektron ödəniş prosesi hansı formada yerinə yetirilir?

- 2013-cü ildə əhali abonentlərinin mənzillərində 449 min 157 məişət qaz sayğacı quraşdırılıb ya əvəz olunub. Onlardan 263 min 905-u “smartkarttipli sayğac olub. 2009-2013-cü illər üzrə isə 1 milyon 510 min 492 ədəd sayğac quraşdırılıb onun 783 min 260-ı “smartkarttiplidir. Smartkarttipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin meydana çıxmasının qarşısını almaq məqsədilə «Azəriqaz» tərəfindən köklü şəkildə yeniliklər tətbiq edilib müvafiq qaydada islahatlar aparılıb. Belə ki, kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac yaratdığından 2013-cü ildən etibarən yenilənmiş proqram təminatının tətbiqinə başlanılıb. Bu isə təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verir. Onu da vurğulayım ki, «AzeriCard» prosessinq mərkəzi «Azəriqaz»ın xidmətlərini «İnternet Banking»in yeni versiyası vasitəsilə ödəmə imkanını abunəçilərin ixtiyarına verib. Abonentlər həmin xidmətlərdən rahatlıqla istifadə edə bilərlər.

- Bəzi abonentlər bildirirlər ki, bəzi hallardasmartkarttipli sayğacları koda düşür. Bu, ilə əlaqədardır?

- Bu problem daha çox sözügedən sayğacların istismarı ilə baglıdır. Həmin sayğaclarla ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə olunan sayğacın göstəricisinin qəbul olunan sərfiyyat miqdarından artıq olması, qaz xəttinə əlavə qoşulmalar, sayğaca hər hansı bir müdaxilə kimi hallar baş verdikdə sayğacın klapanı dərhal qapanır. Ona görə də sayğac avtomatik olaraq koda düşərək bağlanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür. Sayğac koda düşərək bağlanan zaman müdaxilə etməklə onu işə salmaq mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsilə gətirilir. Servis kartları qaz istismar sahələrinin ərazi xidmətlərindədir. Sayğac koda düşərək bağlanan zaman 104 nömrəsinə və ya yerli qaz istismar sahəsinə zəng edərək bu haqda məlumat vermək lazımdır. Qaz istismar sahəsinin əməkdaşları gündüz saatlarında qısa müddətdə ünvana gəlib sayğacı işlək vəziyyətə gətirir. Koda düşmə gecə saatlarında baş verdikdə, problemin həlli üçün zəruri tədbirlər səhər saatlarında həyata keçirilir.

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 7 mart.- S.6.