Yeni zeytun bağlarının

salınmasının təşviq olunması 

 

Elmi araşdırmalara görə, bir hektar meşə, kol və yaşıllıq sahəsi ildə 4,6-6,5 ton karbon qazı udur, 3,5-5 ton oksigen ixrac edir. Atmosferin «oksigen fabriki» sayılan meşənin qırılması isə havada oksigen aclığı - hipoksiya törədir. Nəticədə ozon təbəqəsi zədələnir, torpaq erroziyaya, deflyasiyayadeqradasiyaya uğrayır, nəmliyini itirir, sürüşmələr, uçqunlar, kəskin iqlim dəyişkənlikləri, güclü küləklər, qasırğalar, tufanlar, quraqlıq, səhralaşma, təbii və ekoloji fəlakətlər baş verir. Bu səbəbdən də yeni meşələrin, yaşıllıqların və bağların salınması həmişə aktual məsələ olaraq qalır.

Xüsusilə də Bakıda və bölgələrdə zeytun bağlarının salınmasına daha çox ehtiyac duyulur. Ancaq etiraf edək ki, ölkəmizdə zeytunçluğun inkişafı və cəmiyyətdə zeytun bağlarına marağı artırmaq üçün maarrifləndirmə və təbilğat işləri lazımi səviyyədə aparılmadığından təkcə paytaxtda deyil, bölgələrdə də əksər vətəndaşlar zeytunonun emalından alınan məhsullar, eləcə də zeytun ağaclarının təbiət üçün nə qədər önəm daşıması barədə məlumatsızdırlar. Ona görə də zeytun bağlarının salınması üçün təşviqat işləri müxtəlif istiqamətlərdə aparılmalıdır.

Birincisi, ölkə ictimaiyyətinə zeytunondan alınan məhsulların müalicəvi və digər əhəmiyyəti barədə geniş məlumat verilməlidir. Bildirilməlidir ki, zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur. Bu bitkionun yağı qanda xolestrolun miqdarını azaldır. Zeytun yağı sümük toxumalarını, əzələləri, bağırsaqların divarlarını möhkəmləndirir, qocalma prosesini əngəlləyərək orqanizmin cavan qalmasını təmin edir, piylənmənin və ürək xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Bu yağ mədə, bağırsaq və qara ciyərin fəaliyyətini və həzm prosesini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır. Zeytun yağı yara, xora və kəsiklərin sağalmasına kömək edir. Həmin yağın müntəzəm istifadəsi qadınlarda süd vəzilərinin xərçəngi riskini bir neçə dəfə azaldır. Zeytundan yağ, şoraba, çoxçeşidli konservlər və digər ərzaq məhsulları alınır. Zeytun tumu mədə xorasından, qastritdən qurtulmaq, babasildən, bağırsaq keçməzliyindən qorunmaq üçün əvəzsiz vasitədir. Zeytununun çəyirdəyindən yanacaq kimi istifadə edilir. Zeytunun ləti qatılmış kəpək mal-qara üçün çox qidalı yemdir. Bir zeytun ağacından bir litrə qədər, bol məhsul dönəmində isə bir ağacdan iki litr yağ almaq mümkündürsair məlumatlar təbliğatda öz əksini tapmalıdır.

Əhalinin maarifləndirilməsi zamanı qeyd olunmalıdır ki, həmişəyaşıl bitki olan zeytun ağacları əkildiyi əraziyə təbii gözəllik, sərinlik verir. Zeytun bağları biomüxtəlifliyi qoruyur, havanı oksigenlə zənginləşdirir. Bildirilməlidir ki, orqanizm üçün müalicəvi əhəmiyyət daşıyan zeytun plantasiyalarının geniş yayıldığı ölkələrdə ürək-damar və xərçəng xəstəliklərinə daha az rast gəlinir. Bunlardan əlavə, zeytun bağları küləklərin qarşısını alır, kökləri dərinə işlədiyindən zeytun ağacları torpaqları erroziyadan qoruyur. Zeytun həmçinin susuz sahələrdə, cəngəllik və kolluq sahələrdə yaxşı boy atır, inkişaf edirbol məhsul verir. Üstəlik, həm iqlim şəraiti, həm də torpaq strukturu baxımından bir hektar sahədə əkilmiş zeytundan yığılmış məhsuldan 12 ton yağ alına bilər ki, bu yağın satışından 60 min dollardan artıq gəlir əldə etmək mümkündür. Təbii ki, bu cür təbliğat cəmiyyətdə zeytuna marağı artırar və zeytun ağaclarının əkilməsi yolu ilə zeytunçuluq daha da inkişaf etdirilər.

İkincisi, milli sərvətimiz olan Abşeron zeytununun şöhrətini dünyaya yaymaq baxımından zeytun ağaclarınının əkilməsinin vacibliyi kütləvi şəkildə təbliğ olunmalıdır. Vətəndaşalara xatırlatmaq lazımdır ki, ölkəmizdə zeytun yağı və konservlərinin istehsalı ilə məşğul olan «Azərsun Holdinq» Şirkətlər Qrupu emal məqsədilə zeytunu təkcə xarici ölkələrdən gətirmir, eyni zamanda fiziki şəxslərdən də satın alır. Qeyd etmək lazımdır ki, Azərbaycan daha çox İtaliya, Türkiyə və Yunanıstandan zeytun məhsulu idxal edir. Üstəlik, yerli sakinlərdən xammal üçün zeytunun alınması nəticəsində ölkəmizdə təqribən 5 minə yaxın vətəndaşın işlə təmin olunduğu da vətəndaşlara bildirilməlidir. Bu istiqamətdə aparılan təbliğat zamanı vurğulanmalıdır ki, nə qədər çox zeytun ağacı əkilərsə və məhsul yığılarsa, xaricdən zeytun alınmasına ehtiyac qalmaz. Nəticədə ölkə vətəndaşları həm zeytunçuluğun inkişafında yaxından iştirak edər, həm əkdiyi zeytunu satmaqla pul qazanar, işsizliyinyoxsulluğun daşını atar, həm də zeytunun xaricdən alınmasına çəkilən xərclər Azərbaycanın özünə qalar. Üstəlik, daxili tələbat tam ödəndikdən sonra zeytunun, həm də ondan alınan məhsulların beynəlxalq bazara, əsasən də MDB, Şərq, Orta AsiyaAvropa ölkələrinə ixracının genişləndirilməsi yolu ilə həm dövlətimiz, həm vətəndaşlarımız, həm də «Azərsun Holdinq» əlavə gəlir əldə edər. Bu, həm gəlirlərin artması, həm də Azərbaycan zeytununun şöhrətinin bütün dünyaya yayılması ilə nəticələnər.

Üçüncüsü, Azərbaycanda zeytunçuluğa dövlət dəstəyinin müxtəlif formalarda olması barədə də vətəndaşlar mütləq məlumatlandırılmalıdır. Təbliğat zamanı bildirilməlidir ki, Sahibkarlığa Kömək Milli Fondu sahibkarların zeytunculuğun genişləndirilməsi ilə bağlı layihələrinə güzəştli kreditlər ayırır. Məsələn, bu fond Zirə qəsəbəsində 200 hektar ərazidə zeytunluğun salınması üçün 400 min manat güzəştli kredit verib. 140 hektarda tinglərin salınması başa çatdırılıb və həmin ərazidən 2 min tondan çox məhsul götürülməsi planlaşdırılır. Qeyd edək ki, zeytun bağlarının bar verməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan Abşeronda və digər ərazilərdə zeytun bağlarının salınması üçün müəyyən investisiya qoyulmalı və bu işə külli miqdarda sərmayə yatırılmalıdır. Ona görə də investorların zeytunçuluğun inkişafına maddi dəstək göstərmələri üçün də təbliğat aparmaq mütləq vacibdir. Təşviqat zamanı bildirilməlidir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 18 rayonun ərazisində zeytun kollarının əkilməsini nəzərdə tutub. Belə ki, plana əsasən Mərkəzi Aran rayonlarından tutmuş Masallıya qədər, Masallıdan Xaçmazadək zeytun meşəlikləri salınacaq. Bakının konseptual inkişaf planında, yəni «Böyük Bakının Regional İnkişaf Planı» layihəsində zeytunçuluğun inkişafına xüsusi diqqət ayrılması məsələsi də vətəndaşların nəzərinə çatdırılmalıdır. Qeyd olunmalıdır ki, sözügedən plana əsasən, Abşeron yarımadasında, Bakının mərkəzi hissəsinin ətrafında, xüsusilə də mədən ərazilərində iqlim xüsusiyyətlərinə uyğun olaraq havanın yaxşılaşdırılması məqsədilə geniş yaşıllıq zolaqlarının, eləcə də zeytun bağlarının salınması gözlənilir. Abşeron yarımadasının şimal hissələrində, əsasən də Sabunçu, Balaxanı, Ramanı, Kürdəxanı və Zabrat qəsəbələrindəki mənimsənilməmiş mədən ərazilərində yaşıllıqların salınması və təsərrüfat məqsədli zeytun bağlarının yaradılması həm ekoloji, həm də iqtisadi cəhətdən çox faydalı olacaq.

Təbliğat yolu ilə zeytun bağlarının salınması üçün zeytunçuluq sovxozlarının və emal müəssisələrinin saynın artırılmasına da çalışmaq lazımdır. Bakının Zirə qəsəbəsində salınmış 200 hektara yaxın zeytun bağında əkilən tinglərin Türkiyədən gətirildiyi vurğulanmaqla özəl zeytunçuluq təsərrüfatlarının sayını artırmaq və xüsusi tingyetişdirmə sahəsində hər il minlərlə ting yetişdirmək məsələsinə də aparılacaq təbliğatda geniş yer ayrılmalıdır. Eyni zamanda bu cür təsərrüfatlardan hər kəsin istədiyi qədər əkin materialı əldə etməsinə şəraitin yaradılmalıdır. Üstəlik, zeytunun ən bahalı bitkilərdən biri olduğu bildirilməklə, yetişdirilən tinglərin xarici ölkələrə satışının xeyli gəlir gətirə biləcəyi barədə də təbliğat aparılmalıdır.

Dördüncüsü, ətraf mühitə ziyan vuranların zeytun ağacları əkməklə cəzalandırılması çox efıfektli təbliğat vasitəsi ola bilər. Xatırladaq ki, ötən ilin may ayının 15-də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Şirvan şəhərində, bölgə rayonlarının əhalisi ilə görüşündə Saatlı rayonunun Əhmədbəyli kənd orta məktəbinin müəllimi Aydın İbadovonun işsiz olan əmisi oğlu Balaxan İbayev ətraf mühitə vurduqları ziyana görə ETSN-nin əməkdaşları tərəfindən onların ayrı-ayrılıqda 650 manat cərimə olunduqlarını bildiriblər. Onlar səhvlərini etiraf edərək maddi durumlarına görə cəriməni ödəyə bilmədiklərini deyiblər və nazirdən cərimə məbləğinin bağışlanılmasını xahiş ediblər. Nazir isə təbiətə vurulan ziyanın ağac əkməklə ödənilməsini təklif edib. Aydın İbadovBalaxan İbayev təbiətə vurduqları ziyanın cəriməsini 25 may 2013-cü ildə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində, Bakı-Qazax yolunun kənarında 30 ədəd zeytun ağacı əkməklə ödəyiblər. Təbii ki, belə bir metod da zeytunçuluğa marağı artıra bilər.

Beşincisi, təbliğatın yüksək səviyyədə aparılması yolu ilə Azərbaycan hökumətini zeytunçuluğun inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsinin vacibliyinə inandırmaq lazımdır. Çünki sözügedən proqramın qəbulu həm hüquqi-normativ bazanın yaradılmasına və zeytunçuluğun inkişafını əngəlləyən bir sıra problemlərin həllinə gətirib çıxarar, həm də Bakıətrafı ərazilərdə və bölgələrdə yeni zeytun bağlarının salınması ilə nəticələnər.

Onu da bildirək ki, yeni zeytun bağlarının salınmasının təşviq olunmasında ən yüksək nəticələrin əldə edilməsi üçün təbliğat kampaniyası sistemli xarakter daşımalıdır.

Məsələn, əhalinin zeytunçuluğun inkişafı, zeytunondan alınan məhsullar və digər məsələlər barədə məlumatlandırılması üçün Kütləvi İnformasiya Vasitələrində təbliğata geniş yer ayrılmalıdır. Zeytun bağlarının salınmasının əhəmiyyətini özündən əks etdirən məlumatlarla və süjetlərlə zəngin reklam çarxlarının və roliklərinin hazırlanması, onların telekanallardaelektron mediada yayımının təşkil olunması da vacibdir. Təbliğat kampaniyasına ictimai və qeyri-hökumət təşkilatları da cəlb edilməlidir. Həm Bakıda, həm də bölgələrdə həmin təşkilatlarla birgə maarifləndirici xarakterli tədbirlər mütəmadi və davamlı keçirilməlidir. Sakinlərlə, eləcə də məktəblərdə şagirdlər və müəllim kollektivi ilə maarifləndirici xarakterli söhbətlər aparılmalıdır. Ailələrlə təbliğat işi elə qurulmalıdır ki, valideynlər öz övladlarını zeytun bağlarının əhəmiyyəti barədə məlumatlandıra bilsin. Bunlardan əlavə, zeytunçuluğun inkişafı və zeytun bağlarının salınmasının əhəmiyyəti ilə bağlı dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına xüsusi ehtiyac var. Qiymətli dərsliklərin nəşri üçün müsabiqələr keçirilməli, görkəmli alimlər bu işə cəlb olunmalı, onlara lazımi şərait yaradılmalı və alimlər bu işə həvəsləndirilməlidir.

İnanırıq ki, yuxarıda sadaladığımız problemlərin həlli, həmçinin zeytun bağlarının salınması istiqamətində təşviqatın yüksək səviyyədə aparılması yolu ilə ölkə əhalisinin zeytunçuluğa marağının artırılması nəticəsində yaxın gələcəkdə zeytunun əvvəlki şöhrəti bərpa ediləcək, sayı artan zeytun bağlarının hesabına zeytunayağa olan tələbatımız daxili istehsal hesabına ödəniləcək və gəlirlərimiz ilbəil artacaq.

 

Təbriz VƏFALI

 

Yazı Azərbaycan Mətbuat Şurası və “Azərsun Holdinq”lə birgə keçirdiyiZeytun Bağları” Azərbaycan zeytununun şöhrəti” mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir

 

Həftə içi.- 2014.- 12 mart.- S.7.