Fransız
xoreoqrafları Bakıda
İlk dəfə olaraq Azərbaycanda fransız xoreoqrafları Enni Viqye və Frank Apertet (birlikdə “les gens d’Uterpan” kollektivi) öz yaradıcılıqlarını təqdim edəcəklər.
Bakı proqramı
çərçivəsində sənətkarlar martın
23-də “YAY!” Qalereyasında, martın 24-də Muzey Mərkəzində
performanslarını nümayiş etdirəcəklər.
Martın 25-də isə Beynəlxalq Muğam Mərkəzində
sənətkarlarla görüş keçiriləcəkdir.
Nümayişlər
Azərbaycanda Fransız İnstitutunun dəstəyi və
bilavasitə iştirakı ilə “YARAT!” Müasir İncəsənət
Məkanı tərəfindən təşkil olunacaqdır. Tədbirlə
bağlı Avropa Mədəniyyət Fondunun dəstəyi də
xüsusi qeyd olunmalıdır.
“YARAT!” Müasir
İncəsənət Məkanından Hafta.az-a bildirmişlər
ki, Parisdə yaşayıb fəaliyyət göstərən
fransız xoreoqrafları Enni Viqye və Frank Apertet CAC Bretigny təşkilatı
ilə əməkdaşlıq çərçivəsində
“X-Event” adlı silsilə performansları yaradıb
populyarlaşdırmışlar. Onların
yaradıcılığı söhbət canlı
tamaşadan getdiyi halda tamaşaçını rəqs və
plastika sənəti arasında sərhədin haradan keçməsi
üzərində düşünməyə vadar edir.
Enni Viqye və Frank
Apertet ənənəvi xoreoqrafiyanın çərçivələrini
aşaraq ifaçı, quruluşçu və
tamaşaçı arasındakı rolların yeni tərzdə
interpretasiyasını təqdim edirlər. Bu silsilənin hər
performansı Viktor Torresin bariton səsinin müşayiəti
altında baş tutur. Nikolas Martsın rejissor həlləri səsin
rolu və funksional mənasını müəyyən edir.
Daha əvvəl kollektivin layihələri Project Art
Center (Dublin, İrlandiya), Tate Modern Qalereyası və
Müasir İncəsənət İnstitutu (London, Birləşmiş
Krallıq), Kunsthalle (Bazel, İsveçrə), Kali Performans
Festivalı (Kolumbiya), Vermello Qalereyası (San Paulo, Braziliya),
Müasir İncəsənət Muzeyi (Varşava, Polşa),
Museum Joanneum (Avstriya), Berlin Müasir İncəsənət
Biennalesi (Almaniya), həmçinin Seul, Nyu-York, Şanxay,
Zaqreb, Vilnüs, Lion, Paris və Tokioda nümayiş
etdirilmişdir.
Yaradıcı kollektiv haqqında daha geniş məlumatı
www.lesgensduterpan.com saytından əldə etmək
mümkündür.
Martın 23-də “YAY!” Qalereyasında video-art və
X-Event 2.6 “Le gout” performansı təqdim olunacaqdır.
Rəqqaslar sərbəst şəkildə müəyyən
edilmiş müstəvi boyu addımlayırlar. Onlar bir-birilərinə
və yaxud seyrçilərə tamamilə neytral, məna kəsb
etməyən nəzərlər yetirirlər. Performans boyu
ifaçılar heç bir söz söyləməyərək,
bir kimsə ilə göz-gözə gəlməyə cəhd
etmədən yerdə əyləşir və yaxud
uzanırlar. Bu ifa bir neçə saatdan bir neçə
sutkayadək davam edə bilər.
Nümayiş təcrübəsini fərqləndirərək
hər bir X-Event ifasının zaman çərçivəsi
məzmun və rəqqasların canlı qüvvə kimi
enerji potensialından asılı olaraq müəyyən
edilir.
Martın 23-dən etibarən “YAY!” Qalereyasında daha əvvəl
Enni Viqye və Frank Apertet tərəfindən
yaradılmış performansların videogörüntüləri
nümayiş etdiriləcəkdir.
Martın 24-də Muzey Mərkəzində X-Event 2.3 “Les
chutes” (“Yıxılma”) performansı təqdim olunacaq. Bir qrup rəqqas
bir-birini itələyərək iki çarpaz
trayektoriyanın müəyyən etdiyi mərkəzi perimetrdən
kənara tullayır. Yıxıldıqdan sonra hər rəqqas
ayağa qalxaraq başqa rəqqası itələmək və
yenidən yıxılmaq üçün perimetrə daxil
olur. Bu hərəkət qrupun gücünün tükənməsinə
qədər davam etdirilə bilər. X-Event
performanslarında istifadə edilən vahid prinsip əvvəlki
vəziyyətə qayıdış taktikasıdır. Bu taktika məzmun və ifaçılar
baxımından saxlanma və müstəsna məhdudlaşmaları
qabartma vasitəsilə əvvəlki vəziyyətə
qaçılmaz şəkildə dönüş şəraiti
yaradır. Bu isə fərdlərin azad olması və məkanın
aydın şəkildə qavranılmasıdır.
Martın 25-də Beynəlxalq
Muğam Mərkəzində sənətkarlarla
görüş keçiriləcəkdir.“Les gens d’Uterpan”
yaradıcı kollektivi - Enni Viqye və Frank 17 yaradıcı
strategiyalardan nümunə gətirərək reaksiya prosesi,
onun əsası və məqsədləri barədə
söhbət açacaqlar. Tamaşaçıların xoreoqrafa
sual vermək və bu sənət sahəsi barədə
müzakirə aparmaq imkanları olacaqdır.
Həftə
içi.- 2014.- 12 mart.- S.8.