“Bu,
ədalətsizlikdir, ədəbiyyata
hörmətsizlikdir”
Nəzmiyə Hicran: “Bu gün təqaüd və
yalançı adlar alanlar,
əminəm
ki, 20 ildən sonra ədəbiyyatda qalmayacaqlar”
Düşmən tapdağı
altında qalan Kəlbəcərin hər
daşı, hər qayası, gülü-çiçəyi bir poeziyadı. Qayalar
arasında çırpınan şəlalələrin
şırıltısı, çayların zümzüməsi
və soyuq bulaqların
pıçıltısı həzin nəğmədi Kəlbəcərin.
Bu yurdda doğulub, boya-başa çatan insanlar da şeir dili
ilə danışır. Sinəsi yaralı, daşları
şəhid qanına bələnmiş Kəlbəcər Azərbaycan
poeziyasına neçə-neçə dahilər bəxş edib: Dədə Şəmşir, Sücaət,
Bəhmən Vətənoğlu, Dəmirçi Abbas, Qəmkeş Allahverdi,
Yaqub, Məmməd Aslan,
Adil Cəmil...
Nəzmiyə Hicran isə Kəlbəcərin Azərbaycan
poeziyasına bəxş etdiyi gənclərdəndir.
Gənc olmasına baxmayaraq, onun imzası Azərbaycanda çoxlarına
tanışdır. Xüsusilə də gənc nəsil yazarlar arasında öz
istedadı, özünəməxsus dəst-xətti ilə seçilir. Elə ona
görə də şeirləri oxucular tərəfindən
sevilə-sevilə oxunur. Yurd
niskili, Kəlbəcər
ağrıları onun təkcə
yaradıcılığında yox,
baxışlarında da aydınca sezilir.
Azərbaycan
Yazıçılar Birliyinin (AYB), Azərbaycan
Jurnalistlər Birliyinin, Orta
Asiya Qafqaz Söz Azadlığı Şəbəkəsinin
üzvü, “Qızıl qələm”
mükafatı laureatı, gənc şairə Nəzmiyə Hicran “Ədəbi düşüncə”
rubrikasında “Həftə içi”nin suallarını cavablandırır:
- “Hicran” təxəllüsü yəqin torpaq, el-oba niskilinin ifadəsidir, eləmi?
- Ata nənən məni çox istədiyindən “Hicran” deyə çağırardı. Nənəm dünyasını dəyişəndən sonra xatirə olaraq bu təxəllüsünü götürdüm. Mən uşaqlıqdan şeir, poeziya həvəskarı olmuşam. Hələ orta məktəbdə oxuyanda məndən böyük bacılarım Sücaətin, Bəhmən Vətənoğlunun əlyazmalarını alıb qalın dəftərə köçürərdilər. Mən də həmin şeirləri sevə-sevə oxuyardım. Düzü, Sücaət kimi şairlərin şeirləri o qədər təsirli və gözəl idi ki, onların əlyazmalarını ordan-burdan tapıb oxuyardılar. O cür simaların yaradıcılığını oxuduqca məndə şeirə, ədəbiyyata böyük həvəs yaranırdı. Həm də söz gərək insanın içindən gəlsin. Doğulduğum Vəng kəndində, Kəlbəcər-Bakı yolunun qırağında köndələn bir çəmənlikdə tikilmiş evimiz vardı. Eyvandan baxanda Çiçəklidağ görünürdü. Dağın qoynundakı yaşıl ormanlar, bir-birindən gözəl ətirli çiçəklər sanki məni özünə çəkirdi, içimdə bir hiss, duyğu baş qaldırırdı. Zaman-zaman o hisslər və duyğular sözə, misraya çevrilirdi. Elə ilk şeirim də “Dağlar” oldu. 8-ci sinifdə oxuyanda Kəlbəcərin “Yenilik” qəzetində həmin şeir çap olundu. 1993-cü il Kəlbəcər işğal olunduqdan sonra Bakı şəhərinə pənah gətirdik. O illəri xatırlamaq istəmirəm. Ona görə ki, 1993-95-ci illər acı xatirələrlə xatirəmdə qalıb. Doğma elimdən perik düşüb yurdsuz-yuvasız qalmışdıq. Bu gün də vətən, torpaq, yurd ağrısı ilə yaşayıram. Ata yurdu bu gün də məni özünə çəkir. İnsan yaşa dolduqca qəribçilik onu daha çox sıxır, daha da kövrək olur. Hərdən utanıram “kəlbəcərliyəm” deyəndə. Amma o nisgil, o ağrılar kövrək notlarla misralarıma hopur.
- Deyəsən, şeirləriniz çox erkən yaşlarınızda çap olunub...
- Bəli, dediyim ki, 8-ci sinifdə oxuyandan. Şeirlərim “Ədəbiyyat”, “525-ci qəzet”lərində, “Azərbaycan”
və “Ulduz” jurnallarında çap olunur. Haqqımda bir sıra şair və tənqidçilər elmi
məqalələr də
yazıblar. “Günəş
könlümün hərarətilə”, ”Haray deyir
ana torpaq”, kitabım işıq üzü görüb və “Yurd nisgili”
kitabımı isə
çapa hazırlayıram.
Poeziya ruhun iradəsidir. O nə təhsil, nə elm, nə də ki alimliklə,
biliklə ölçülmür.
Çünki poeziya insanın
ruhundan, canından gəlir. Poeziya Tanrı pıçıltılarıdır.
- Kəlbəcərdən olan
şairlər əsasən,
qoşma və gəraylı üstündə
yazıb-yaradıblar. Siz hansı
janra daha çox üstünlük
verirsiniz?
- Kəlbəcər aşıqlar oylağı olub. Qoşma insan ruhuna daha
çox yaxındır,
həm də şirindir. Bizdə də yaradıcılıq
elə o aşıqlardan
gəlib. Amma sərbəst
mövzulara da yer ayırıram. Tanınmış tənqidçi
Vaqif Yusifli yaradıcılığımla tanış olandan sonra ”Siz artıq Kəlbəcər şairlərinin
yaradıcılıq ənənəsindən
çıxıb yeni
bir yaradıcılığa
qədəm qoyan bir şairəsiniz. Yəni köhnəliklə
müasirliyi birləşdirən
bir körpüsünüz”
dedi.
- Modern ədəbiyyata münasibətiniz
necədir?
- Modern müasirlik deməkdir.
Zaman daimi hərəkətdə,
inkişafdadır. Həyat köhnəliyi
sevmir. Digər sahələrdə olduğu kimi, ədəbiyyat da inkişaf edir, daimi yeniliyə can atır. Özümüzə dünyanın gözü
ilə baxmalıyıq,
amma hələ də dünya gözündə özümüzü
görə bilmirik.
Təəssüflər ki, modern şeirlərə
üstünlük verib
əndazədən çox
çıxırlar. Bayağı və çılpaq ifadələrlə ədəbiyyatı,
şeriyyəti soldurmaq,
gözdən salmaq olmaz. Mən məşhurluq naminə
mentalitetimizə zidd olan çılpaq ifadələr işlədən
yazarları heç cür qəbul edə bilmirəm. Hətta bu cür gənclərə
üstəlik prezident
təqaüdü də
veriləndə əsəbiləşirəm.
Bu, ədalətsizlikdir, ədəbiyyata hörmətsizlikdir.
Belə adamları görəndə
qələmi sındırıb
atmaq istəyirəm, şeiri atmaq istəyirəm. Çünki özümü əzilmiş,
sıxılmış kimi
hiss edirəm. Hər bir
yazar özünü oxucu gözü ilə görməlidir.
Məşhurlaşmaq heç də
ədəbiyyatda qalmaq
demək deyil. Zaman özü bir xəlbirdir, süzgəcindən
keçirəcək. Bu
gün təqaüd və yalançı adları alanlar, müsabiqələrdə qalib
çıxanlar əminəm
ki, 20 ildən sonra ədəbiyyatda qalmayacaqlar. Sücaət alim deyildi, mükafatı, heç qalaq-qalaq kitabları da yox idi.
Amma o, əsl şair idi, onun şeirləri
dillər əzbəriydi.
Onu nəinki kəlbəcərlilər,
bütün Azərbaycan
sevirdi. Bax, ədəbiyyat budur,
ədəbiyyat yedəyi
sevmir. Tanışlarla uzağa getmək
olmaz, sözün qədrini söz sərrafı bilər.
- Son illər qadın yazarlarımız çoxalıb.
Buna münasibətiniz maraqlı
olardı...
- Qadın yazarlardan uzaq qaçıram, ədəbiyyatda ədəbiyyatla
qalmaq lazımdır. Bəzən elə bir şairənin
möhtəşəm, qalın
üzlü kitabı əlimə keçir.
Amma 200 səhifəlik kitabda xoşagələn bir şeirə rast gələ bimirsən.
Bəzən elə qalın şeirlər kitabını görürəm
ki, adam
sanki boğulur. Bəlkə də bu kitabın
müəllifi həyatda
yaxşı bir insandır. Amma o düşünməlidir ki, sözü söz yığnağına
çevirib, onu gözdən salmaq olmaz. Belələri heç haqlı
iradı da qəbul etmir.
- İndiyədək tənqidçi
hədəfinə tuş
gəlmisinizmi?
- Səmimi deyirəm,
haqlı tənqidə
sevinmək lazımdır.
Çünki haqlı tənqid
əsl ədəbiyyatdır,
o da tənqidi sevir. Mən şox istərdim
ki, poeziyamı tərifdən çox haqlı tənqid etsinlər, oradakı qüsurları açıb
ortaya qoysunlar ki, bir də
yaradıcılığımda ona yol verməyim.
2010-cu ildə AYB-də “Natavan” klubunda “Haraylar ana torpaq” kitabımın
təqdimat mərasimində
iştirak edən tanınmış simalardan
yaradıcılığımla bağlı ancaq xoş sözlər eşitdim, bu məni çox təəccübləndirdi. Doğrudanmı, mənim yaradıcılığımda
bir nöqsan yoxdur? Mən istərdim ki,
tərifdən çox
qüsurlarımdan danışsınlar.
Həmişə özümə tənqidi
yanaşmışam. Özümdən razı qalmamışam.
Düşünürəm ki, hələ
ədəbiyyat aləmində
yadda qalacaq nəsə etməmişəm.
Çünki içim o qədər
təlatümlüdür ki,
qələmimdən sızan
yazılarda bir sakitlik duyuram.
- Azərbaycan Yazıçılar
Birliyi gənc yazarlara təqaüd verir. Siz də təqaüd
alırsınızmı?
- Təqaüd üçün şeir
yazmıram. AYB-nin üzvü
kimi rəhbərlik qələmimdən xəbərdardır,
onlar məni görürlər. Amma yenə də deyirəm, adlarını və
imzalarını eşitmədiyim adamlar təqaüd
alanda və onların
yaradıcılığı ilə maraqlananda
təəssüflənirəm və bəzilərinin yerinə,
hətta xəcalət də çəkirəm. Təqaüdü
verən də, onu alan
da ilk öncə
yaradıcılığı gözdən keçirməlidir.
Ona görə də bu
cür təqaüdə özümü
məsləhət bilmirəm. Ədəbiyyatımız
çadırdan tikilmiş qaçqın
düşərgəsinə bənzəyir. Hamı nəsə
axtarır, amma ortalıqda ədəbiyyat
yoxdur. 70-ci illərin ədəbiyyatı
ilə 90-cı illərin ədəbiyyatını müqayisə
ersək, orta heç
nə tapa bilmərik.
- Sizcə, buna səbəb nədir?
- Ona
görə ki, hamı şöhrət, pul-para, arxa-dayaq dalınca
qaçır. Mükafat almaq
üçün də arxan,
dayağın olmalıdır. Efirlərə çıxmaq üçün tanış axtarmalısan.
Efirlər bərbad gündədir. Bir səviyyəli
yazıçını görmürəm efirlərə dəvət
etsinlər. “Get hopan, get tullan” kimi
şeirlər müəllifi gündəmdədir, millətimiz
oxucularımız müasirləşib, amma
zövqdən uzaq düşüblər.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2014.- 14 mart.- S.7.