Zeytunçuluğun inkişafında yeni mərhələ  

 

“Azərsun Holdinqin zeytun bağlarının qorunması istiqamətindəki

təşəbbüsləri dövlətin də bu sahəyə dəstəyini artırıb

 

- Zeytun bir çox xəstəliklərin müalicəsində çox faydalıdır. Zeytun yağında xolesterol olmur. Bu yağlar ürək və qan-damar xəstələri üçün çox xeyirlidir, çünki zeytun yağı qandakı xolesterolu nəzarətdə saxlayır.

- Zeytun xərçəng və öd daşı xəstəliyinin müalicəsində də xeyirlidir. Ona görə də öd daşı xəstəliyindən əziyyət çəkənlərə zeytun yağında bişirilən yeməklərdən mümkün qədər çox istifadə etmək məsləhət görülür.

- Zeytun yağı mədə turşusunu azaldır, mədəni qastritxora, böyrəkləri isə duz kristalları xəstəliyindən qoruyur.

-Azərbaycanda kərə yağa niyə üstünlük verildiyini anlaya bilmirəm. Axı, zeytun yağı kərə yağdan daha keyfiyyətlidir! Belə olmasaydı, həkimlər zeytunun müalicəvi bitki olduğunu deməzdilər.

- Zeytun yağının tərkibindəki vitaminləri uşaqların da normal inkişafına, boyatmayasümüyün bərkiməsinə kömək edir.

- Tam yetişmiş zeytun qan təzyiqi yüksək olan insanlara xeyirdi. Zeytunun yarpağı da təzyiqi aşağı salır. Ona görə də həkimlər təzyiq olan xəstələrə zeytun yarpağının qaynadılmış suyunu içməyi məsləhət görür.

-Orqanizm zeytun yağını asanlıqla mənimsəyir, həzmə kömək edir, turşuluğu aşağı salır, maddələr mübadiləsini sürətləndirir.

-Eşitdiyimə görə, zeytun soyuqdəyməyə xeyirdir. Zeytun ağacının kökünü və yarpağını birlikdə qaynadıb içirlər ki, soyuqdəymə çıxsın...

 

Bunlar Bakının məşhur ticarət şəbəkələrinə məxsus iri mağzalarda alıcı və satıçılar arasında zeytunun qidakosmetoloji məhsulları ilə bağlı keçirdiyimi sorğulara ən çox səsləndirilən fikirlərdir. Bu sorğulara verilən cavablardanson vaxtlar mağazalarda satılan zeytun məhsullarının, xüxusilə də çeşidli yağlardan da görünür ki, zeytuna tələbat artır. Halbuki son dərəcə faydalı xüsusiyyətlərinə baxmayaraq, 5-10 il bundan əvvəl paytaxtdakı mağazlarda zeytun məhsullarında az rast gəlinirdi. Üstəlik qiymət yüksək olduğundan yerli bazarlarda bu məhsulların alıcıları da çox deyildi. İndi isə vəziyyət xeyli dəyişib. Belə ki, əvvəllər Azərbaycanda zeytundan yalnız müalicə məqsdilə istifadə olunurdusa, artıq bu məhsullar qida rasinonumuzda da yer tutmağa başlayıb. Üstəlik zeytun məhsulları kosmetik vasitə kimi də çoxlarının işinə yarayır.

Hazırda zeytun bütün dünyada əvəzolumaz qida kimi bir çox üstünlükləri ilə diqqəti çəkir. Məsələn, zeytun yağı bitki mənzəli bütün yağlar ən yüksək kaloriyə malikdir. Belə ki, hər 1000 qram zeytun yağında 930 kalori var. Kərə yağda isə bu göstərici 780 kaloridən çox deyil. Zeytun yağını orqanizm asanlıqla mənimsəyir, həzm orqanlarına yaxşı təsir göstərir, turşuluğu aşağı salır, maddələr mübadiləsini sürətləndirir, ateresklerozun inkişafını zəiflədir.

Son illər Azərbaycanda zeytuna tələbatın artdığını Dövlət Statistika Komitəsinin rəsmi statikası da təsdiq edir. Tələbatın artması isə özülüyündə zeytun bağlarının ümumi sahəsinin genişlənməsinə gətirib çıxarıb. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2000-ci ildə Azəbaycanda zeytun bağlarının ümumi sahəsi 1468 hektar, 2005-ci ildə 1525 hektar, 2008-ci ildə 1873 hektar, 2010-cu ildə isə 1869 hektar olub. 2010-cu ildə ölkədə mövcud olan bütün zeytun bağlarının 1848 hektarı, yaxud 98,9 faizi Bakı şəhəri və Abşeron iqtisadi zonasında yerləşib. Bunun 381 hektarı Bakı şəhərinin, 1467 hektarı Abşeron rayonunun, 2 hektarı Sumqayıt şəhərinin ərazisinə düşür. Bundan başqa, rəsmi statistikada Siyəzən rayonu ərazisində 9 hektar, Salyanda 7 hektar, Göyçayda 2 hektar, Goranboy, Yevlax və Beyləqan rayonlarının hər birində 1 hektar ərazidə zeytun sahəsinin olduğu göstərilir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2000-ci ildə Azərbaycanda 952 ton, 2004-cü ildə 1898 ton, 2005-ci ildə 984 ton, 2010-cu ildə isə 1863 ton zeytun istehsal edilib.

 

Azərbaycanda zeytunçuluğun inkişaf tarixi

 

Yeri gəlmişkən, subtropik bitkiçilikdə zeytun mühüm yer tutur və kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. Müvafiq iqlim şəraiti olan ölkələrdə minlərlə hektar zeytun bağları salınır. Azərbaycanda zeytunçuluğun inkişaf tarixi o qədər də uzağa getmir. Belə ki, ölkəmizdə zeytunçuluğun inkişaf dövrü ötən əsrin ortalarına, İkinci Dünya Müharibəsindən sonrakı illərə təsadüf edir. Azərbaycanda zeytunçuluğun inkişafı üçün ən ideal ərazi Abşeron yarımadası hesab olunur. Elə zeytun istehsalı üçün ilk təsərrüfat da 1949-1950-ci illərdə Abşeronun Zığ qəsəbəsində yaradılıb. Zığdakı zeytun sovxozunun formalaşdırılmasından bir qədər sonra isə daha iki ixtisaslaşdırılmış təsərrüfat – 1 və 3 sayı zeytunçuluq sovxozları fəaliyyətə başlayıb. Həmçinin Maştağa zəfəran sovxozu (Bilgəh kəndi) və Maştağa subtropik sovxozunda da iri zeytun bağları yaradılıb.

Azərbaycanda zeytunçuluğun inkişafı istiqamətində kompleks tədbirlər planını isə 1970-ci ilə təsadüf edib. Belə ki, həmin ildən həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə təxminən 3000 hektar ərazini əhatə edən zeytun bağları salınıb. O dövrdə Bakı, Sumqayıt şəhərləri və Abşeronun digər rayonlarında yaşıllıqların salınmasında da da zeytun ağaclarından geniş istifadə edilib. 1988-ci ilin əvvəlinə olan məlumata görə, respublikamızda zeytun bağlarının sahəsi 2600 hektar, o cümlədən məhsuldar sahə 1038 hektar olub. Rəsmi məlumatlard 1990-cı ildə təkcə paytaxt Bakıda 1500 hektar zeytun bağının olduğu bildirilir.

Hazırda yerli mənşəli və gətirilmə sortlar içərisində müvafiq rayonlarda uzun müddət becərilən, şaxtaya davamlı və yerli şəraitə uyğunlaşmış, yüksək keyfiyyətli məhsuldar sortlar var. Yerli sortlar arasında Azərbaycan zeytunu, Buzovna zeytunu, Armudu zeytun, Şirin zeytun, Qara zeytun adı ilə tanınan bu əvəzolunmaz məhsullar xüsusilə məşhurdur. Ölkəmizdə ən geniş yayılmış sortlar isə Azərbaycan və Bakı zeytunlarıdır. Ən çox xüsusi çəkiyə malik olan Azərbaycan zeytunu sortudur. Zeytun bağlarındakı ağacların sayına görə sonrakı yeri İspan sortu olanPikvalestutur.

 

Azərsun Holdinq”in böyük uğura aparan yolu

 

Bəs, hazırda Azərbaycanda zeytunçuluğun inkişafı hansı səviyyədədir? Ölkənin qida təhlükəsizliyi, sosial-iqtisadi inkişafında neft-qaz ehtiyatları qədər önəmli yer tuta biləcək bu sahədə məhsul istehsalını artırmaq üçün lazımi dövlət dəstəyi varmı? Ölkədə sahibkarlıq mühiti zeytunçuluğun inkişafı üçün yetərlidirmi?

Bu ya digər suallara aydınlıq gətirmək üçün apardığımız araşdırmalar həm zeytunçuluqla məşğul olmaq istəyən özəl sahibkarlıq subyektləri, həm aidiyyəti dövlət qurumları üçün maraqlı nəticələr ortaya qoyur. Məlum olur ki, 1990-cı illərin ortalarındək faktiki olaraq dağıdılmaqda məhv edilməkdə olan zeytun bağlarını bu təhlükədənAzərsun Holdinqxilas edib. Bunu zeytun bağlarının ümumi sahəsinin genişləndiyini özündə əsks etdirən rəsmi statistika da təsdiqləyir. Dövlət müstəqilliyinin ilk illərindən ən iri xarici sərmayədar kimi Azərbaycanda fəaliyyətə başlayanAzərsun Holdinqqida sənayesi üzrə starteji planlarına uyğun olaraq mövcud zeytun bağlarını məhv olmaqdan qorumaq yeni bağlar salmaqla bu sahədə ciddi dönüş yaradıb. Ölkənin qida sənayesi sahəsində lider olan bu şirkət zeytuna zeytun ağaclarına təkcə xammal yox, həm tükənə bilən maddi sərvət kimi qayğı göstərməyə başladı.

2013-cü ildən isə şirkət Bakının bir neçə rayonunda yerli icra hakimiyyətləri ilə birlikdə zeytunçuluğun inkişafı ilə bağlı layihələr həyata keçirir. Bakının bütün rayonlarında mərhələlərlə keçirilən aksiyalarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı şəhər İcra hakimiyyətinin müvafiq idarələrinin və qeyri-hökumət təşkilatlarının könüllüləri iştirak edir. Abşeron yarımadasında zeytun ağaclarına diqqətin artırılması məqsədilə keçirilən layihəyə Nizami rayonundan başlanıb. Layihəyə uyğun olaraq ayrı-ayrı qəsəbələrdə “Azərsun Holdunq”ə məxsus tinglik təsərrüfatlarında yetişdirilən tinglər Bakının müxtəlif ərazilərində əkilir və yerli icra orqanları ilə birgə bu ağaclara qulluq göstərilir.

 

Açıq bazar, geniş imkan

 

O ki, qaldı zeytunçuluğun sahibkarlıq üçün nə dərəcədə açıq və cəlbedici sahə olmasına, hazırda ölkədə bu sektorda cəmi bir neçə şirkət fəaliyyət göstərir - “Azərsun Holdinq”, “3MS”MMC (Bağ sahəsi 831 hektar), “Kənan-S” MMC (bağ sahəsi 374 hektar), “Abşeron-Zeytun” MMC (təsisçi “GilanHoldinq, sahəsi 95 hektar), “GilanZeytun emalı müəssisəsi (təsisçi “GilanHoldinq). Bunların arasında isə ən böyüyü yenə “Azərsun Holdinqdir. Hətta Şirkətlər Qrupunun ayrıca Zeytun yağ zavodu da var. Burada iri sisternlərə doldurulmuş zeytun yağı holdinqin Bakı Yağ və Qida-Sənaye Zavodunda qablaşdırılır. Zeytun zavodu hər zeytun mövsümündə məhsul yığım kampaniyası keçirir. Əsasən Bakı, Sumqayıt, Zığ, Hovsan, Qala, Maştağa, Buzovna, Zuğulba, Bilgəh, Mərdəkan və Şüvəlan kəndlərindən qəbul məntəqəsinə oktyabr ayından fevralın sonunadək məhsul gətirilir. Hazırda burada məhz zeytundan alınan “Viera”, “Süzmə” və “Tamas” yağları tərkibinə görə yüksək keyfiyyətə malikdir.

 

Bu sahədə məhsul istehsalını artırmaq üçün dövlət dəstəyinə gəlincə, zeytunçuluqla məşğul olanlar ortaya çıxan bütün problemləri 3 qrupa bölürlər:

- ümumi xarakterli problemlər;

- zeytunun becərilməsi ilə məşğul olan müəssisələrin üzləşdiyi problemlər;

- zeytun məhsullarının istehsalı müəssisələrinin üzləşdiyi problemlər.

 

Ümumi xarakterli problemlərə əkin üçün torpaqların məhdudluğu, suvarma suyunun əlçatan olmaması, kanalizasiya və tullantı sularının sahələrə axması kimi məsələlər daxildir. Zeytunun becərilməsi ilə məşğul olan müəssisələrin üzləşdiyi problemlər isə əsasən, texniki təminat məsələlərində, torpaq sahəsinin icarəsi və qeydiyyatında yaranır. Belə ki, müəssisələrin yenimüasir tələblərə cavab verən texnika almaq imkanları yoxdur. “Aqrolizinq” ASC-dən isə güzəştli şərtlərlə lizinqə texnika götürmək üçün torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur. Lakin belə sənədlər olmadığından zeytun becərilməsi ilə məşğul olan müəssisələr lizinqə texnika götürə bilmirlər. Zeytun məhsullarının istehsalı müəssisələrin üzləşdiyi problemlər əsasən kiçik şirkətlərə aiddir. Məsələn, “3MS” MMC-nin özünün emal sahəsi var və müəssisə əvvəllər zeytun yağı , zeytun konservləri istehsalı ilə məşğul olub. Lakin ortaya çıxan problemlər üzündən şirkət istehsal sahəsinin fəaliyyətini dayandırmağa məcbur olub. Bu səbəbdən də “3MS” MMC hazırda topladığı məhsulu dugər iri şirkətlərə, xüsusən də “Azərsun Holdinq”ə satır.

Bununla belə, ölkədə zeytunçuluğun inkişafına yönəlik dövlət dəstəyi iri şirkətlərlə yanaşı kiçik müəssisələr üçüngeniş imkanlar yaradıb. Belə ki, digər təsrrüfat sahələrində olduğu kimi, zeytunçuluqla məşğul olan müəssisələr də dövlətdən güzəştli şərtlərlə kredit götürə bilir. Xüsusilə də “Azərsun Holdinqkimi özünü təsdiqləmiş şirkətlər həm kommersiya banklarından, həm də Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) güzəştli kreditlər əldə etməkdə çətinlik çəkmir. Bu isə Azərbaycanda zeytunçuluğun inkişafı, bu məhsulun əvvəlki şöhrətinin qaytarılması üçün ən vacib şərtlərdən biridir.

 

Elxan Salahov

 

P.S. Yazı Azərbaycan Mətbuat Şurası “Azərsun Holdinq”lə birgə ““Zeytun bağları” Azərbaycan zeytununun şöhrətidir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Həftə içi.- 2014.- 14 mart.- S.5.