“Ən çox səməni sifarişini
nişan aparanlar verir”
Bəhruz
Nəcəfov: «Biz səməni
satışından elə
gəlir götürə
bilmirik»
“Səməni, ay səməni,
ildəgöyərdərəm səni!”. Müdiriklərimiz boş yerə
bu misalıçəkməyiblər. Çünki ulu
keçmişimizdən bolluq və məhsuldarlıq
rəmzi kimi sevilən və yad edilən səməni təbiətin
oyanışı, baharın və yazın gəlişinin ilk müjdəsi deməkdir. Artıq bu simvolik rəmzəçevrilib,
səməni milli ənənə kimi hər il Novruz Bayramıərəfəsində becərilir
və bayram süfrələrini bəzəyir.
“Həftə içi”nin əməkdaşı
olaraq səməninin əkilib, becərilməsi ilə
bağlı Bakının qədim kəndlərindən biri
olan Hövsan kəndinəüz tutduq. Bəhruz Nəcəfov 20 ildirsəməninin
satışı işlə məşğul olur.
Onun sözlərinə görə,öz halal zəhməti iləyetişdirdiyi səmənini
gətirib Hövsan qəsəbəsindəkidükanında
satır. Bildirdi ki, səməni
ildə bir dəfə- bayram
ərəfəsindəyetişdirilir: “Səməni baharın
gəlişi ilə bağlıdır. Qədimel adət-ənənələrimizdən
biri də səmənidir. Səməni bolluq, bərəkət deməkdir. Onun növləri çoxdur,
saymaqla qurtaran deyil. Onu xüsusi
qablarda səbətlərdə becəririk.
Bu il at
ili olduğuna görə
at formasında səməninin becərilməsinə
daha çox üstünlük vermişik.Səməni buta, ulduz, dairə,
xonça,sevən ürəklər, ay
şəkilli, dördbucaq, ürək, butulka və sairə formada
göyərdilir. Səməni mart
ayında iki dəfə 1-də və 15-dəəkilir.
15 gün müddətində,25 sels dərəcə temperaturda
istilikxana şəraitindəyetişdirilir.
Onun sözlərinə görə, səməninin
yetişdirilməsində ən keyfiyyətli, ən yüksək
buğda sortundan
istifadə edirlər:«Buğdanı Bərdə rayonundan gətiririk. Ona
görə ki, Bərdədə bitən buğda daha dəyərli
və məhsuldar olur. Buğdanın 1
kiloqramını 1 manata alırıq. Bir kiloqram buğdadan
10 qab səməni çıxır.
Əvvəlcə 100 və 150 qram
buğdanı iri və xırda qablara yerləşdiririk vəüstünə
marlo çəkirik. Marlo
çəkəndən sonra üstündən
sulamağa başlayırıq. Hər gün toxumlar göyərənəcən
onu sulayırıq. Çücərəndən
sonra səmənini az
miqdarda, yəni gündə bir dəfəsulayırıq ki,
qurumasın, ta müştərisi gələnə
kimi. Onu çox sulamaq olmaz, çünki sürətlə
boy verir». B.Nəcəfov
səməninin ömrünün
uzadılması barədə də danışdı. Onun sözlərinə görə, səməni
boy verdikdə onun
uclarını qayçı ilə kəsirsən. Ancaq dibi quruyandan-quruyana
su tökürsən, yəni bir gündən bir
sulayırsan ki, qurumasın: «Səməninin
qiymətləri müxtəlifdir. Xırda qablarda
yetişdirilən səməni 40-50 qəpikdir. 1 manata, 1manat 20 qəpiyə, 4, 7, manata da səməni var. Ən bahalı səməni 30 manatdır.
Bahalı səməniləri sifarişləyetişdiririk.
Artıq məni şəhər sakinləri tanıyır. Hər kəs öz
zövqünə uyğun formada
səməninin becərilməsinin sifarişini
verir və 15 gün
müddətinə kimi də səməni
hazırlanılır. Ən bahalı səmənini nişan zamanı, oğlan
evi nişanlı qız evinə
bayramlığa gedəndəsifariş verirlər. Bu vaxt sevənürəklər,
buta və xonça
şəkilli səmənilər hazırlanır.Ən çox sifarişi nişan aparanlar verir». Səməni satışından gələn
gəlirlə də maraqlandıq: «Biz səməni
satışından elə gəlir götürə bilmirik. İlbəil müştərilərin
sayı azalır. Bu da
milli adət-ənənələrimizin
get-gedə unudulması ilə bağlıdır. Həm də
elə adam var ki, gəlib bizdən səməninin
yetişdirilməsi üsullarınıöyrənir. Ona görə dəəksər adamlar səmənini özləri evlərindəgöyərdirlər.
Allah bərəkət versin,
maya dəyəriniödəyəndən sonra bizə də qəpik-quruş qalır. Biz ən çox gül satmaqla
dolanırıq. Burada müxtəlif cür gülün
satışı ilə məşğuluq, gül
alanlar da bayram ərəfəsində daha
çox olur. Gülləri
dəözümüz əkib, becəririk. Gördüyünüz kimi, elədükanımız da
gül tükanıdır. Ən çox müştəri də gül bağlatdırmağa gəlirlər.Çünki
səməninin sezon dövrüçox
azdır, onun satış müddəti Növruz Bayramına qədərdir. Elə
ki, bayram qurtardı, səməninin
satışı da onunla
bitdi. Axı bayramdan sonra kimdir səməni alan?Amma onu da
unutmayaq ki, səməninin
gözəl halvası olur». Satıcı
səməni halvasının hazırlanmasından da danışdı. Bildirdi
ki, bu çox
çətin bir prosesdir.
Əvvəlcə səməni cücərdilir. Yəni azca yaşıl olanda onu maşından keçirib
suyunu çıxardırlar. Yerdə
qalanını isə bar verən
ağacın dibinə tökürlər. Bir
kiloqram buğdadan
hazırlanmış səməni suyuna 10
kiloqram un əlavə
edib, iri bir qazanda səhər saat 7-8 radələrindən başlayaraq,
gecə saat təxminən 9-10 radələrinə
kimi odun üzərində
bişənə kimi bulayırlar: «Səməni
halvası minbir dərdin dərmanıdır.
Onun dadını yeyənlər bilər. Onu ən çox niyyət
tutanlar bişirir və
süfrə açıb dost-tanışları,
qonşularıhəmin süfrəyə dəvət edir, çay dəmləyir,
hamı süfrə başındaəyləşib, “Allah niyyətinizi qəbul etsin”
deyib çayla içib,halvadan dadırlar. Səməni
halvası həmişə düşərli olur.
O gün olsun, bu il bizim
əkib-becərdiyimiz səməni ölkəmizə bahar müjdəsi gətirsin, ilimiz
bollu- bərəkətli olsun.
Tezliklə yağı-düşmən işğalı
altında qalan Qarabağımız azad edilsin və gələn
il Növruz
Bayramını orada keçirək. Səmənini
Şuşada, Xankəndidə yetişdirək».
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2014.- 18 mart.- S.7.