Azərbaycanda yeni radiomonitorinq

sistemi yaradılır 

 

Bu şəbəkənin işə düşməsi ölkənin informasiya

təhlükəsizliyini qorumağa imkan verəcək

 

Yaxın gələcəkdə ölkəmizdə Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Sistemi istifadəyə veriləcək. Artıq bununla bağlı Sahil məntəqəsi üçün nəzərdə tutulmuş avadanlıqların quraşdırılmasına başlanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən verilən məlumata əsasən, Sahil radiomonitorinq məntəqəsində stasionar monitorinq stansiya quraşdırılması üzrə işlərin aprel ayında başa çatdırılması nəzərdə tutulub:

“Hazırda tələb olunan avadanlığın bir hissəsi çatdırılıb və quraşdırılma işləri aparılır. Aprel ayında bütün avadanlıqların ölkəyə çatdırılaraq quraşdırılması planlaşdırılır. Növbəti mərhələdə şəbəkənin 9 regional bölməsində məntəqələrin yaradılması nəzərdə tutulub. Bu, Gəncə, Qəbələ, Masallı, Şirvan, Quba regional mərkəzləri və Qazax, Astara, Beyləqan, Zaqatala köməkçi stansiyalarında fəaliyyət göstərən məntəqələrdir. Hazırda biz daxili vəsaitlərimiz hesabına Gəncədə və Masallıda yer alaraq radiomonitorinq məntəqələri tikirik və onları 3 HHz-dək monitorinq aparmaq imkanına malik olan avadanlıqlarla təchiz edirik. Bakı, Abşeron stansiyaları isə, Sahil məntəqəsi daxil olmaqla, 40 HHz monitorinqpelenqasiya imkanlarına malikdir”.

Nazirlikdə bildirirlər ki, layihənin həyata keçirilməsində "Sinam" şirkəti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi, "Test Solutions"in nümayəndələri iştirak edirlər. Layihənin Bakı və Abşeron seqmentinin yaradılması üçün dövlət büdcəsindən 17 milyon manat ayrılıb.

Xatırladaq ki, ölkə ərazisində mülki məqsədlər üçün nəzərdə tutulan ümumi tezlik spektrinə nəzarətin həyata keçirilməsinə, radio-elektron vasitələrin normal işləməsi üçün onların tezlik daşıyıcılarının tənzimlənməsi1970-ci ildən başlanıb. Hazırda respublika üzrə radiomonitorinq işlərinin həyata keçirilməsi məqsədi ilə Bakı şəhərində 3, regionlarda 5 regional və 4 köməkçi efirə radionəzarət məntəqələri və 1 ədəd mobil stansiya, həmçinin portativ tipli müxtəlif analizatorlardan təşkil olunmuş radiomonitorinq sistemi fəaliyyət göstərir. Mövcud radiomonitorinq sistemi 3 QHs-yə qədər tezlik diapazonunda işləyən REV-in monitorinqinin aparılmasına imkan verir.

Bəs, görəsən, bu istiqamətdə yeni layihənin həyata keçirilməsində məqsəd nədir? Ötən il neçə məntəqədə radiomonitorinq işləri aparılıb?

Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə bölüşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov deyib ki, hazırda respublikamızda genişzolaqlı, yüksəktezlikli radiorabitə sistemlərinin qurulması, ölkəyə gətirilən tezlikşüalandırıcı radioelektron vasitələrin sayının böyük sürətlə artması mövcud radiomonitorinq sisteminin yenidən qurulmasını zəruri edib. Onun sözlərinə görə, bu məqsədlə inkişaf etmiş dünya ölkələrinin təcrübələri öyrənilərək, Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə cavab verən Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Sisteminin ilkin texniki şərtləri hazırlanıb.

 

Məlumatlar mərkəzi serverə ötürüləcək

 

Aparat rəhbəri bildirib ki, Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Sisteminin tərkib hissəsi olan İdarəetmə mərkəzi Bakı şəhərində qurulacaq və mərkəzin regional məntəqələri ilə əlaqəsi GSM, internet, kabelya peyk rabitə sistemlərindən istifadə olunmaqla təmin ediləcək. Radiomonitorinq stansiyalarından alınan məlumatlar mərkəzin serverinə və oradan mərkəzdə yaradılan müvafiq işçi yerlərinə ötürüləcək. İdarəetmə mərkəzindən istənilən radiomonitorinq stansiyasının birbaşa idarə edilməsi nəzərdə tutulur.

Vidadi Zeynalov onu da bildirib ki, regional radiomonitorinq stansiyaları respublikanın coğrafi relyefinə uyğun olaraq bölgələrdə qurulur. Regional stansiyanın İdarəetmə mərkəzi ilə köməkçi, xidmət olunmayanmobil stansiyalarla rabitə əlaqəsi qurulur. Alınan və ötürülən məlumatlar stansiyanın serverinə daxil edilir və serverdən müvafiq işçi yerlərinə ötürülür.

Layihənin məqsədinə gəlincə, nazirlik rəsmisi vurğulayıb ki, bu sistemin formalaşması respublikada mülki məqsədlər üçün nəzərdə tutulan ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsinə, yüksəktezlikli (3 QHs-dən yuxarı) radiosiqnalların qəbuluna imkan verəcək. Vidadi Zeynalovun sözlərinə görə, layihə geniş tezlik zolaqlı siqnalların analizinə, stasionarmobil monitorinq stansiyalarının vahid bir mərkəzdən avtomatik idarə olunmasına, efirə qeyri-qanuni yayımlanan tezlik siqnallarının avtomatik olaraq aşkarlanmasına, tezlikşüalandırıcı vasitələrin yerinin çevikavtomatik olaraq təyin olunmasına şərait yaradacaq.

Bu dəyişikliklərin gözlənilən nəticələrindən danışan Vidadi Zeynalov deyib ki, radiomonitorinq sisteminin avtomatlaşdırılması, tezlik spektrindən səmərəli istifadə, radiomonitorinqin funksionaltexniki imkanlarının genişləndirilməsi, radiotezlik resurslarının istifadəsinin real vəziyyətinin qiymətləndirilməsi, radiotezlik resurslarından istifadəyə görə ödənişlərin qeydiyyatının və nəzarətin avtomatikliyinin təmin olunması əsas hədəflərdən sayılır. Onun sözlərinə görə, layihənin nəticəsi olaraq mübahisəli məsələlərin həllində radiomonitorinqin nəticələrinin əsas götürülməsi, əl əməyinin və səhvlərin azaldılması, vaxta qənaət etmək, ölkənin informasiya təhlükəsizliyini qorumaq mümkün olacaq.

 

Bakı Abşeronda 2 stasionar,

1 mobil, 1 idarəetmə mərkəzi qurulub

 

Aparat rəhbəri deyib ki, respublikada yaradılması nəzərdə tutulan Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Sisteminin qurulması işləri mərhələlər üzrə davam etdirilir. Artıq Mehdiabad Yeni Günəşli yaşayış massivlərində planlaşdırılmış radiomonitorinq məntəqələri tikilib müvafiq radiomonitorinq, yer istiqamət təyini, idarəetmə mərkəzi, anten digər avadanlıqlar, server proqram təminatları quraşdırılıb istismara verilib. Şəbəkənin qurulması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Vidadi Zeynalovun fikrincə, mövcud radiomonitorinq şəbəkəsi ilə müqayisədə yeni qurulan şəbəkə respublikada ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsinə, yüksəktezlikli radiosiqnalların qəbuluna, efirə qeyri-qanuni müdaxilə edən tezlik siqnallarının avtomatik aşkarlanmasına imkan verir, mülki məqsədlər üçün nəzərdə tutulan tezlik spektrinə nəzarəti təmin edə bilir avtomatik idarə olunur: «Monitorinq şəbəkəsinin yaradılması layihəsi çərçivəsində Yeni Günəşlidə, Mehdiabadda Gəncədə yerləşən üç mərkəzləşdirilmiş radiomonitorinq sistemi məntəqəsindən istifadə edilir. Layihə mərhələli şəkildə həyata keçirilir ötən il ərzində şəbəkənin Bakı Abşeron hissəsi üzrə 2 stasionar, 1 mobil 1 idarəetmə mərkəzi yaradılaraq istifadəyə verilib».

Vidadi Zeynalov əməkdaşımızla söhbətində ötən il TV və FM proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə keçirilən monitoriqlərə də toxunub. O, deyib ki, hazırda ölkə ərazisində 87 DVB-T vericidən ibarət olan rəqəmli şəbəkə fəaliyyət göstərir və bu istiqamətdə görülmüş tədbirlər nəticəsində respublika əhalisinin yaşadığı ərazilərin 97 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib. Teleqüllə kompleksində yayımlanan analoq və rəqəmli TV proqramların keyfiyyətli yayımını təmin etmək üçün yeni efirə nəzarət monitorinq sistemi quraşdırılıb: «Respublika ərazisində yayımlanan TV və FM radioproqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə DRİ-nin mütəxəssisləri tərəfindən respublikanın yaşayış məntəqələrində TV siqnallarının elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Həmçinin radiomonitorinq işləri aparılıb. Belə ki, televiziya yayımı üzrə 172 məntəqədə 1638 ölçü, radio yayımı üzrə isə 137 məntəqədə 1446 ölçmə işləri aparılıb. Ölkə ərazisində qonşu dövlətlərdən yayımlanan radioteleviziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə isə 26 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılıb».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

  

 Həftə içi.- 2014.- 19 mart.- S.6.