Vətəndaşlara
göstərilən səyyar xidmətlər
Azərbaycanda müxtəlif qurumların təşkil
etdiyi
bu
xidmətlər vətəndaşların işini xeyli
asanlaşdırıb
Bu gün dünyada informasiya texnologiyalarının inkişaf etməsi bir sıra sahələrə yeniliklər gətirib. Məsələn, artıq insanlar yeni texnologiyalar hesabına dünyanın istənilən nöqtəsində yaşayan tanışları, qohumları ilə görüntülü danışıq qururlar, evdən çıxmadan alış-veriş edirlər, kommunal xidmət haqqı ödəyirlər, məmurların qəbuluna düşmək üçün növbəyə yazılırlar, hansısa sənədi imzalayırlar və s. Yəni, bu sahənin inkişafı texnoloji yeniliklərin miqyasını durmadan genişləndirir. Hətta indi mütəxəssislər insanları əvəz edə biləcək robortlar hazırlamağa cəhd göstərirlər.
Qeyd edək ki, bu gün Azərbaycanda da ən son texnoloji yeniliklərə yüksək maraq var. Artıq insanlar bu yeniliklər vasitəsilə
öz vaxtlarına maksimum
dərəcədə qənaət edirlər. Son
illər bəzi dövlət qurumlarının
yaratdığı mobil ofislər isə
vətəndaşların işini xeyli asanlaşdırıb.
Məsələn,
ötən il “İnformasiya-kommunikasiya
texnologiyaları ili” çərçivəsində
“Azərpoçt” MMC-nin təşəbbüsü
ilə ölkə əhalisinə qısa vaxt
çərçivəsində yüksək səviyyədə
xidmət göstərmək üçün
“Mobil Xidmət” xidmət növü
fəaliyyətə başlayıb. Bunun üçün
xüsusi modernləşdirilmiş avtonəqliyyat
maşınları alınıb. Bu nəqliyyat
vasitələri mobil, yəni səyyar poçt xidmətlərinin göstərilməsi
üçün nəzərdə tutulur. “Mobil Xidmət”
vasitəsilə artıq respublikanın poçt
şöbəsi olmayan ərazilərində
əhali poçt xidmətlərindən,
eyni zamanda, maliyyə
xidmətlərindən rahat istifadə etmək
imkanına malikdirlər. Bu məqsədlə
nəqliyyat vasitələrində POS-terminallar
quraşdırılıb, kompüterlə təchiz edilib, sistem avadanlıqları
şəbəkəyə qoşulub. Bir sözlə, poçt
sistemində istifadə olunan istənilən
texniki avadanlıqlar bu
maşınlarda mövcuddur. Xüsusilə
nəqliyyat vasitələrinin fövqəladə hallar zamanı, poçt
xidmətlərinin istifadəsinin mümkün
olmadığı şəraitdə fəaliyyəti nəzərdə
tutulub.
Azərbaycanın «ASAN»ı
Amma vurğulamaq yerinə
düşər ki, hazırda ölkəmizdə
vətəndaşlara göstərdiyi səyyar xidmətin
miqyasına və keyfiyyətinə görə dövlət
qurumları arasında «ASAN xidmət» mərkəzi öndə
dayanır. Belə ki, Azərbaycan brendi olan bu
qurum ötən il demək
olar ki, bütün bölgələrdə vətəndaşlara
səyyar xidmət göstərib. Bu il isə səyyar avtobuslar
yenidən bölgələri gəzməyə
başlayıb. Hazırda «ASAN xidmət»in avtobusları
Kürdəmir rayonundadır. Aprelin 29-dan
mayın 8-dən bu rayonunun
105 000-dən çox sakini
səyyar "ASAN xidmət"dən yararlana
biləcəklər. Səyyar şəkildə
göstərilən xidmətlər Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi,
Daxili İşlər Nazirliyi,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, Dövlət Sosial Müdafiə
Fondu və Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlər notariat fəaliyyəti,
şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi,
ümumvətəndaş pasportlarının verilməsi və
dəyişdirilməsi, sürücülük
vəsiqələrinin dəyişdirilməsi,torpaq kadastrı
məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər
üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət
qeydiyyatına alınması barədə
çıxarışların, texniki
pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə,
dövlət qeydiyyatına alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət
reyestrindən arayışların verilməsi, fərdi
yaşayış evləri üzərində mülkiyyət
hüquqlarının təkrar dövlət qeydiyyatına
alınması barədə çıxarışların, texniki pasportların verilməsindən ibarətdir.
2014-cü dekabr ayına qədər
isə səyyar "ASAN xidmət" vasitəsi ilə 35 məntəqədə
41 rayonun sakinlərinə müvafiq
xidmətlərin həyata keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin sektor müdiri Anar Hüseynov «Həftə
içi»nə açıqlamasında deyib
ki, «ASAN xidmət» mərkəzinin
avtobusları hazırda səyyar şəkildə Azərbaycanın
rayon və kəndlərində vətəndaşlara xidmətlər göstərir.
Mərkəzin kompüterləri internet
şəbəkəsi ilə təchiz edilib,
vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür
şərait yaradılıb: «Hazırda 2 avtobusumuz
fəaliyyətdədir.Asan xidmət avtobusları əsasən
İT infrastruktur cəhətdən diqqəti
cəlb edir. Ultra
şirkətinin texniki dəstəyi ilə
təşkil olunmuş İT avadanlıq
və bütün mobil
vasitələr unikallığı, səmərəliyi ilə
“Asan xidmətin” personalına və bu xidmətdən istifadə edəcək vətəndaşlara
xususi imkanlar verir. Hərəkət edən ofislər
başlıca olaraq maksimal
mobilliyi ilə və rəddədavamlığa,
gərginliyə dayanıqlılığına görə seçilir. IT infrastruktrun
simsiz avadanlıqla təşkil
olunması bu layihədə muhüm rol oynayıb. Sistemin fasiləsiz işini
təşkil etmək məqsədilə qeyri-ənənəvi
enerji mənbəyi olan
və avtobusun üst
hissəsində quraşdırılmış günəş
batareyalarından istifadə olunub. Bundan başqa bütün periferiya
qurguları mobil şərtlərdə
işləməyə imkan verən və
əməkdaşların rahatlığına
uyğunlaşdırılıb».
Qurum rəsmisi həmçinin vurğulayıb ki, hər işçi stolu muasir daşınabilən
noutbuk , HP Envy seriyalı
çoxfunksiyalı mobil printer,
Cisco İP telefonları, növbə sistemini və video nəzarət
sistemini təşkil edən mobil komponentlər kimi müasir avadanlıqlarla təchiz edilib. Regional və mərkəzi ASAN ilə əlaqəni
təmin etmək üçün avtobusda Cisco marşrutizatoru və komutatoru,
HP ProLiant DL300 seriya server avadanlığı kimi
müasir avadanlıqlar yerləşdirilib.
Eyni zamanda avtobus fasiləsiz qeydiyyat aparmağa və məsafədən
baxışa imkan yaradan
yüksək keyfiyyətli CCTV kamera və
mərkəzi video qeydiyyat
sistemləri ilə təchiz olunub. Avtobusun yuxarı hissəsində xüsusi LED panel
quraşdırılıb. O, məlumat displeyi kimi istifadə edilir və burada vətəndaşlar
üçün dövlət
rüsumları, asan xidmətləri, həmçinin
növbə sistemi barədə lazımi
məlumatlarəks olunub. Əlaqə xətlərinin
keyfiyyətini nəzərə alaraq sputnik əlaqəsi, mobil
3G şəbəkə kimi müasir qabaqcıl simsiz
texnologiyalardan istifadə edilib.
«AtaMatik" bankomat olmayan əraziləri gəzir
Azərbaycanda dövlət
orqanları ilə yanaşı, özəl qurumlar
da vətəndaşlara səyyar xidmət
göstərməkdə maraqlıdırlar. Məsələn,
ötən il "AtaBank"
ASC ucqar bölgələrdəki vətəndaşlar
üçün səyyar bankomat
xidməti olan "AtaMatik"i istifadəyə verib.
Bankın Marketinq Departamentinin
direktoru Sənan Mahmudov
qəzetimizə açıqlamasında deyib
ki, artıq bütün
bölgələrdə səyyar bankomat
xidməti təqdim olunub. Onun sözlərinə
görə, "AtaMatik"in imkanları bankomat xidməti
ilə məhdudlaşmır: «İlk dəfə
bu xidməti Şəmkir və Gədəbəy
rayonları ərazisində istifadəyə verərək sosial işçilərə, müəllimlərə
və dövlət qulluğundakı digər işçilərə,
eləcə də sadə vətəndaşlara plastik kartlardan istifadədə
rahatlıq təqdim etdik. Bundan sonra
"AtaBank" ASC "AtaMatik"i müntəzəm cədvəllə işə
salaraq bölgədəki sosial
işçilərə daha yaxın olmağa başladı. Vətəndaşlar,
"AtaMatik" avtomobilləri içərisinə
quraşdırılan lazımi avadanlıqlar və təyin olunan əməkdaşlar vasitəsilə bütün bank
işlərini rahatlıqla görə bilirlər. Təbii ki, layihənin əsas məqsədi də bank xidmətləri göstərilməyən,
bankomatlar quraşdırılmayan ərazilərdə
əhaliyə bu xidmətləri səyyar
şəkildə göstərməkdir».
Qurum rəsmisi onu da deyib ki,
səyyar bankomat xidmətinə vətəndaşlar
arasında yüksək maraq olduğundan sözügedən qurğunun texniki
imkanları daha da
genişləndirilib: «Bu məqsədlə
xüsusi, yüksək təhlükəsizlik
qabiliyyətinə malik və daxilində bankomatlar quraşdırılmış 3 ədəd
avtomobilimiz var.
Avtomobillər fasiləsiz enerji təchizatı
üçün generator,
işıqlandırma və rahat istifadə
üçün digər lazımi qurğularla təmin olunub.
Eyni zamanda, bu qurğunun xidmətindən
24 saat istifadə etmək mümkündür".
Yeri gəlmişkən xatırladaq
ki,ölkəmizdə ilk dəfə səyyar
xidmət «Azercell» Telekom
MMC tərəfindən təqdim olunub. Blə
ki, 2009-cu ildə şirkət Mobil Diş
Klinikasını yaradaraq səyyar şəkildə
vətəndaşlara xidmət göstərib. 2011-ci ildə
isə «Azercell» Telekom
MMC növbəti faydalı və orijinal
layihəyə imza ataraq
Mobil Göz
Klinikası istifadəyə verir. Səyyar
klinika məxsusi olaraq
bu layihənin icrası üçün
alınmış avtobusda fəaliyyət
göstərib. Həmin avtobus gözlərin
müayinəsinin aparılması üçün
zəruri olan modern tibbi avadanlıqla təchiz olunub.
Layihənin məqsədi valideyn himayəsindən
məhrum olan uşaqlarda
göz xəstəliklərinin
profilaktikasının aparılması, onların hərtərəfli
müayinəsinin təşkilini təmin etmək olub.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 1 may.- S.6.