Elmi tədqiqatların aparılmasında İKT-nin rolu artır
Rasim Əliquliyev: «İnformasiya texnologiyaları əsasında qırıcı təyyarələr üçün «qara qutu» sistemi hazırlanıb»
Son illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişaı yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılmasında, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılmasında, informasiya təhlükəsizliyinin təmin olunmasında və digər aktual məsələlərin reallaşdırılmasında mühüm rol oynayıb. Xüsusilə də tədqiqat işlərinin və müxtəlif sahələr üzrə təhlillərin aparılmasında inofrmasiya texnologiyalarının əhəmiyyəti çox böyükdür.
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, texnika elmləri
doktoru Rasim Əliquliyev
«Həftə içi»nə bildirir ki, məhz İKT-nin potensial imkanlarından istifadə etməklə
aparılan elmi təhlillər və tədqiqatlar
nəticəsində internetin Azərbaycan
qovşaqlarının xidmət keyfiyyəti göstəricilərinin
yaxşılaşdırılması,
onların funksional imkanlarının artırılması,
həmçinin informasiya
resurslarının axtarışının səmərəliliyinin
yüksəldilməsi istiqamətində optimallaşdırma
üsulları və alqoritmləri təklif olunub.
Respublikanın müdafiə qüdrətinin yüksəldilməsi
istiqamətində bir sıra dövlət
əhəmiyyətli işlər görülüb.
Onun sözlərinə görə, yeni informasiya
texnologiyaları əsasında müəyyən sinif xüsusi təyinatlı
aparatların uçuş
informasiyasının operativ emalı və
intellektual təhlili sistemi,
yəni qırıcı təyyarələr üçün
«qara qutu» sistemi hazırlanıb: “Hazırda ölkənin
bütün hərbi aerodromlarında
müvəffəqiyyətlə istismar olunur. Bundan əlavə, hava hücümündan müdafiə sistemi üçün uçan obyektlərin tanınması və bu məqsədlə yaradılmış xüsusi təyinatlı korporativ
şəbəkənin vaitəsilə mərkəzi nəzarət
məntəqəsinə operativ olaraq məlumatların ötürülməsinə
imkan verən sistem
yaradılıb. Hərbi aerodromları operativ
olaraq metoinformasiya ilə
təmin etmək məqsədilə xüsusi
korporativ şəbəkə
yaradılıb».
Korporativ informasiya təhlükəsizliyi naminə
AMEA-nın
müxbir üzvü
vurğulayır ki, İKT-dən istifadə
etməklə aparılan tədqiqat işləri nəticəsində
«Bakı Metropoliteni» üçün
sərnişinlərin bütün stansiyalara daxil olmasına
nəzarəti həyata keçirən sistemlər işlənib. Rasim Əliquliyevin sözlərinə görə,
«Bakı Metropoliteni»ndə hərəkətdə olan qatarların maşinistlərinin, stansiyalarda çalışan növbətçilərin,
dispetçerlərin xidməti danışıqlarının
operativ olaraq
toplanmasına, emal olunmasına imkan verən xüsusi texnoloji təyinatlı korporativ
audioinformasiya şəbəkəsi
işlənib və istismara verilib. Bundan əlavə,
Azərbaycanda idarəetmə, makroiqtisadi,
sosial-humanitar sahələrin
informasiyalaşdırılması üzrə elmi-tədqiqat
işləri aparılır və lazımi tövsiyyələr
hazırlanır. Rəqəm iqtisadiyyatının elmi-nəzəri
əsasları və onun ölkələrdə
ayrı-ayrı tətbiq sahələri tədqiq olunur. Korporativ informasiya fəzasının təhlükəsizliyinin
təmin olunması istiqamətində elmi-tədqiqat işləri
aparılır.
Rasim Əliquliyev deyir ki,
Goğrafi İnformasiya
Sistemi texnologiyasının elmi-nəzəri
əsasları tədqiq olunur və onun respublikamızda müxtəlif sahələrdə
tətbiqi üçün təkliflər
hazırlanır: «Əks olunmuş videosiqnallara əsasən hava
hədəflərinin aşkarlanması, identifikasiyası, avtomatik izlənməsi və bu
informasiyanın real vaxt miqyasında xüsusiləşdirilmiş
kompüter şəbəkəsi vasitəsilə
uzaq məsafəyə ötürülməsi
problemlərinin elmi-nəzəri və praktiki
əsasları araşdırılır. Yuxarıda
sadaladıqlarım bir daha
göstərir ki, elmi
tədiqat işlərində və müxtəlif sahələr
üzrə təhlillərin aparılmasında İKT-nin rolu əvəzsiz
və son dərəcədə əhəmiyyətlidir».
Elekton məlumat bazasına tələbat çoxalıb
AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun “Elmi informasiya” şöbəsi isə “Ədəbiyyatşünasliq
sahəsində bibliometrik təhlilin tətbiqi”
innovativ layihəsi üzərində
çalışır. Şöbənin müdiri
Zakirə Əliyeva “Həftə içi”nə bildirib ki, digər elm sahələrində olduğu
kimi, ədəbiyyatşünaslıq sahəsində
tədqiqatların elmi əhəmiyyətini müəyyən edən
bir sıra faktorlar mövcuddur ki, onlardan biri də bibliometrik təhlildir. Onun dediyinə görə, Bibliometriya ümumilikdə biblioqrafik
məlumatların təhlili bazasında meydana
gələn, elmin inkişafında, elmi idarəetmədə, elmi
tədqiqatların planlaşdırılması və
proqnozlaşdırılmasında, elmə dair
dövlət siyasətinin formalaşdırılmasında zəruri
olan bir sahədir:
«Bibliometriya tətbiqi bir elm sahəsi kimi ən müxtəlif tədqiqat sahələrində
regional, xronoloji əhatədə
elmi inkişaf
dinamikasını izləməyə imkan verir. Ümumilikdə bibliometriya
hər hansı elm sahəsinə birbaşa bağlı olmasa
da, tətbiqi bir elm sahəsidir. Bibliometrik
metodlar bədii ədəbiyyatda, ədəbiyyatşünaslıqda,
mətnşünaslıqda və sairdə geniş
istifadə oluna bilər».
Şöbə müdiri vurğulayır ki,
müasir dövrümüzdə ədəbiyyatşünaslıq
sahəsində yaradılmış və yaradılacaq elektron məlumat bazaları da
bibliometrik təhlillərin
aparılması üçün geniş imkanlar
açır. Belə ki, bu tipli məlumat
bazaları təkcə elmi tədqiqatların,
əsərlərin biblioqrafik təsvirlərindən
deyil, eyni zamanda istinad edilən mənbələrin
siyahılarından da ibarətdir: «Ədəbiyyatşünaslıq
və ədəbi tənqidin ən müxtəlif sahələrindəki
inkişaf dinamikasını, yeniləşmə
istiqamətini, ideya və cərəyanları,
janr və tarixi
dövrləri və sair bibliometrik
təhlilə cəlb etməklə bu elm sahəsinin gələcək
inkişafı perspektivləri və hazırkı vəziyyəti
haqqında maraqlı nəticələr əldə etmək olar. Digər tərəfdən,
mütaliə miqyasının geniş olduğu elektron mühitdə
Azərbaycan dilində və müxtəlif dillərdə təqdim
edilən klassik və müasir
ədəbi irsin mətn
etibarlılığı, ilkin
orijinallığının mühafizəsi məsələlərinin
izlənilməsi üçün də bibliometrik və vebometrik
metodlardan istifadə edilməsi zərurəti
də mövcuddur. Son
nəticədə bibliometrik
xarakteristikanı əks etdirən parametrlər ədəbiyyatşünaslıq
elminin həm regional,
həm də dünya miqyasında inkişaf indikatoru kimi də çıxış edə bilər».
Zakirə Əliyeva deyir ki, tədqiqatda etik bir qayda
olaraq özünü
təsdiq etmiş müxtəlif mənbələrə
istinad etmə müasir
elektron informasiya
mühitimizdə müəlliflik hüququ
problemləri ilə də çarpazlaşır. Bu, nəzəri biliklərlə yanaşı,
ədəbi irsin də həm bibliomertrik, həm də vebometrik
təhlilini zəruri edir: “Elmi əsərlərdəki istinadlara
elmi kommunikasiya vasitəsi
kimi baxılarsa, o zaman bu və ya digər ideyanın inkişaf
və təsir dairəsini müşahidə etmək
imkanı əldə edə bilərik. İstinadlar
ümumilikdə bütün tədqiqatları
özündə birləşdirən bir kompleks yarada bilir və ədəbiyyatşünaslıqda yaranan bu kompleksin elmi
dəyərləndirilməsi bibliometriyanın tətbiqini vacib edən amildir. Ədəbiyyatşünaslığa
dair nəşrlərin statistik
təhlilini həyata keçirən professor
Qordukalova belə nəticəyə gəlir
ki, ənənəvi ədəbi-tarixi metod ədəbi prosesin
dinamikasını dəqiq izləməyə imkan
vermir. Bibliometriya
isə elmi istiqamət kimi
sənədlərin biblioqrafik
xarakteristikasının statistik təhlili metodu əsasında elmi
keyfiyyət göstəricisini müəyyən etməyə qadirdir”.
Zakirə Əliyeva
vurğulayır ki, zəngin elmi-nəzəri
və biblioqrafik bazaya
malik Azərbaycan ədəbiyyatşünaslığında
dünya elmi mühiti ilə qovuşuqluq
səviyyəsində bibliometrik təhlillər
hələ ki aparılmamış
qalır. O qeyd edir ki, müasir elektron məlumat bazaları daha
dəqiq və optimal bibliometrik
təhlillər aparmağa imkan
verir: “Dünya
ölkələrinin elmin inkişafına
verdiyi elmi məhsulun bibliometrik araşdırılmasını aparan fəlsəfə elmləri doktoru, professor
İ.Şaykeviç-Marşakovanın 2002-ci ilin
göstəricilərini əhatə edən cədvəlinə
əsasən, tədqiqat fəallığına görə Ukrayna dünya elmi mühitində 18,4 min
elmi nəşr, Ermənistan və Gürcüstan 1000, Azərbaycan 777 elmi nəşrlə çıxış edir. Sonrakı onillik nisbətən
daha yüksək göstəricilərlə
ifadə olunmuş ola
bilir. Buna nail olmaq üçün
Ədəbiyyatşünaslıq elmimizin bibliometrik təhlilin səmərəli
metodlarının tətbiqinə diqqəti artırmaq və nəticələrə
görə perspektiv inkişaf
strategiyasını müəyyən etmək zamanın tələbidir».
Təbriz Vəfalı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi .- 2014.- 3-5 may.- S.6.