Dünyada internet istifadəçilərinin
sayı 3 milyarda çatacaq
Proqnozlarına görə, 2014-cü ilin sonunadək inkişaf etməkdə olan
ölkələrdə ev təsərrüfatının 31 faizi internetə çıxışa
malik olacaq
Beynəlxalq Telekommunikasiya İttifaqının
(BTİ) hesabatına əsasən,
2014-cü ilin sonunadək
dünyada internet istifadəçilərinin
sayı 3 milyarda çatacağı gözlənilir
ki, onların da 66 faizi inkişaf
etməkdə olan ölkələrdə yaşayacaq.
Bununla belə, hələ ki planetimizdə internetin nüfuzetmə səviyyəsi
inkişaf etmiş dövlətlərdə daha
yüksəkdir. 2014-cü ilin dekabrınadək inkişaf etmiş ölkələrdə bu göstərici 78 faiz, inkişaf etməkdə olan ölkələrdə
isə yalnız 32 faiz təşkil edəcək.
“Həftə içi” itar-tass.com saytına
istinadən bildirir ki, bu sahədə
birincilik Avropa ölkələrinə məxsusdur,
orada ilin sonunadək dörd insandan üçü internetə çıxışa
malik olacaq. Həmçinin internetə yüksək
qoşulma tempi Şimali
və Cənubi Amerikada müşahidə
edilməkdədir. Orada ilin
sonunadək üç
insandan ikisi “Ümumdünya Hörümçək
Toru”nun üstünlüklərindən
istifadə etmək imkanına malik olacaq. 2014-cü ilin sonunadək Asiya-Sakit okean regionunda əhalinin üçdə biri internetə qoşulacaq.
Nəhayət, Afrikada bu ilin sonunadək əhalinin 20 faizi internetə çıxışa
malik olacaq. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə bu göstərici 10 faiz təşkil edib. Paralel olaraq mobil rabitə şəbəkəsinin
populyarlığı artır.
İlin sonunadək bu sahədə müqavilələrin sayı
təxminən 7 milyarda
çatacaq ki, onların da 3,6 milyardı Asiya-Sakit okean region ölkələrinin payına
düşəcək.
BTİ-dən bildirilib
ki, 2014-cü ilin sonunadək inkişaf etmiş ölkələrdə
ev təsərrüfatının
78 faizi, inkişaf etməkdə olan ölkələrdə isə
31 faizi internetə çıxışa malik
olacaq. MDB ölkələri
üçün bu göstərici təxminən
50 faiz təşkil edəcək.
Yeri gəlmişkən, hazırda Azərbaycanda
İKT, poçt və
informasiya sektoru üzrə əldə olunan gəlirlərin ümumi daxili məhsulda payı 1,9 faiz təşkil
edir. Ölkədə hər 100 nəfərə
düşən mobil abonentlərin sayı 110-a
bərabərdir. Eyni zamanda
hər 100 nəfərə
düşən internet istifadəçilərinin
sayı 73-ə, genişzolaqlı
internet istifadəçilərinin sayı isə 55-ə çatıb. Amma bununla
bərabər ölkədə
internetin keyfiyyəti ilə bağlı problemlər mövcuddur və istifadəçiləri
internetin keyfiyyəti heç də qane etmir.
Bəs,
görəsən, Azərbaycanda
internetin keyfiyyətinin
artırılması üçün
hansısa addımlar atılırmı? Ümumiyyətlə, ölkədə internetin keyfiyyəti niyə aşağı səviyyədədir?
Məsələyə münasibət açıqlayan
rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib
ki, ölkədə internetin keyfiyyəti o qədər də aşağı deyil: «Bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında internetin keyfiyyəti ilə bağlı Azərbaycan 7
pillə irəliləyərək
dünya ölkələri
içərisində 49-cu yeri
tutub. 20-dən çox göstərici üzrə MDB ölkələri
arasında Azərbaycan
lider mövqe tutub. Mobil telefon
xidmətinin əlçatanlığı
göstəricisinə görə
dünya ölkələri
arasında Azərbaycan
birinci yeri tutub”.
İstifadəçiyə istəyinə uyğun internet
provayderi seçmək
imkanı yaradılır
Nazir
deyib ki, artıq Azərbaycanın
internet servis provayderləri
öz istifadəçiləri
üçün genişzolaqlı
portların daşınması
xidmətini işə
salıblar. Yeni servis
Azərbaycanın mobil
rabitə operatorlarının
şəbəkələrindəki mobil nömrələrin daşınması xidmətinin
analoqudur. Amma mobil
şəbəkələrdən fərqli olaraq servisin bütün internet
provayderləri tərəfindən
eyni vaxtda işə salınması
böyük səy tələb edir, çünki internet bazarında
oyunçuların sayı
xeyli çoxdur.
Yəni, 40-dan artıq
internet provayder var: «Bu
gün xidmət aparıcı internet xidmətlərinin
tədarükçülərinin şəbəkələrində əlçatandır. Xidmətin internet provayderlərin şəbəkələrində
tətbiqi davam edəcək. Onun tətbiqi
bazarda sağlam rəqabət mühiti yaradacaq ki, bu
da öz növbəsində göstərilən
internet xidmətlərinin keyfiyyətinə,
eləcə də tariflərə təsir göstərəcək".
Qazaxıstanla dənizaltı
kabel magistralının
çəkilməsi ilə
bağlı sualı cavablandıran nazir bildirib ki, bu
yaxınlarda BMT Baş
Assambleyasının 67-ci sessiyasında
Azərbaycanın koordinatorluğu
ilə Avroasiya xüsusi rabitə alyansı yaradılıb:
“Artıq bu alyansın fəaliyyətinə
başlayacağıq. Bu layihələrindən biri
də TASİM layihəsidir.
Həmin
istiqamətdə artıq
müəyyən hazırlıq
işləri görülməkdədir.
Biznes layihəsi böyük operatorlar tərəfindən
hazırlanır və
həyata keçiriləcək.
Azərbaycanın koordinatoru olduğu
bu alyansda belə layihələri sayı çox olacaq”.
Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
Bakı Telefon Rabitəsi İstehsalat
Birliyi (BTRİB) internet
xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə
tədbirlərə başlayıb. BTRİB-dən “”Həftə
içi”nə verilən məlumata əsasən, qeyd edilən tədbirlər çərçivəsində
abunəçilərin toplaşdığı ərazilərə
yaxın yerlərdə telekommunikasiya
şkafları quraşdırılacaq. Optik
kabellər son istifadəçiyə
yaxın yerdə quraşdırılacaq telekommunikasiya
şkaflarında toplanılacaq. Bu, optik kabellər üzərindən
ötürülən trafikinmarşrutlanmasınavə kommutasiyasının
həyata keçirilməsinə imkan verəcək.
Artıq ilkin olaraq bu işlər ATS 493 ərazisində
başlanılıb. Gələcəkdə bütün20-30 minlik iri ATS-lərdə, o cümlədən ATS 566,ATS 561-də bu işlərin aparılması nəzərdə
tutulub. Eyni zamanda, böyük həcmli
telekommunikasiya şkaflarının əsasında
mini-ATS-lərin yaradılması nəzərdə tutulur, bu son
istifadəçilərə göstərilən internet xidmətlərinin keyfiyyətini
artırmağa imkan verəcək.
İnternet niyə keyfiyyətsizdir?
Mövzu ilə bağlı fikirlərini «Həftə
içi» ilə bölüşən Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, provayderlər internetin
qiymətini toplam internet
sürətinə uyğun olaraq müəyyən edirlər: «Yəni, kim çox alırsa ona daha ucuz
verilir. Bu isə,
bildirildiyinə görə 1 Mb/s üçn 20 - 40 manat arasında, bəziləri üçün
isə 10 manat civarındadır. Provayderlər
bu təmiz 1 Mb/s-nı adətən 4 -5
müştəri arasında bölə bilirlər və bu normal hesab
olunur. Amma təəssüf
ki, bizim provayderlər
bu təmiz 1Mb/s-i onlarla, bəzən isə 20 - 30 müştəri
arasında bölürlər və nəticədə də
istifadəçi müqavilədəki sürəti son nöqtədə əldə edə bilmir. Anlaşıqlı desək istifadəçi
çəkidə aldadılır. Provayderin
aldığı toplam İnternet
tutumu müştərilərin sayına uyğun olmur. Provayderlər
aldıqları toplam internet
üçün Delta
Telecom-a ödənilən xərclərin
və internetin müştərilərə
çatdırılması üçün
ATS-lərə ödənilən xərclərin (hər
müştəriyə görə, portlara
görə, ATS-dən , kanalizasiyadan və
s istifadəyə görə ödənilən
xərclər ) xeyli çox olduğunu
bildirirlər. Bunun da
nəticəsi olaraq interneti
baha qiymətə təklif etmək məcburiyyətində
qaldıqlarını söyləyirlər».
Ekspert bu prosesin
gedişində uduzanların müştəri, udanların isə
provayderlər olduğunu vurğulayıb.
Osman Gündüz bildirir ki, bu
hal müştəri üçün
aldadılmadır, istehlakçı hüquqların tapdanmasıdır:
“Təəssüf ki bu
az qala kütləvi olaraq baş verir. Delta Telecom
topdansatış olaraq qazanır və
qiyməti diktə edir. Eyni
zamanda bu sadalanan proses Delta Telecom üçün
həm də o deməkdir ki,
ehtiyac olduğu halda o ölkəyə gətirdiyi
İnterneti son
müştəriyə tam olaraq
sata bilmir. Çünki provayderlər müştərilərə
“yalançı” trafik satır. Güman ki, provayderlərin
nə qədər qazanc əldə etdiyini də təxminən hesablayan
Delta Telecom topdan satdığı internet
qiymətlərini endirməkdə maraqlı deyil.
Beləliklə nəticə ondan ibarət
olur ki əslində bu prosesdə iştirak edən
bütün tərəflər az-çox qazanırlar və itirən
yalnız müştəridir».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 7 may.- S.6.