Elektron imzaya marağı artırmağın yolu 

 

Osman Gündüz: «Bu sistemin popluyarlaşması üçün

ilk növbədə düşüncə tərzimizdə dəyişikliyə ehtiyac var»

 

Bir neçə gün öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imzanın qiyməti aşağı salınıb. Yeni tariflərə əsasən, elektron imzanın qiyməti əhali üçün 18 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 36 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün 72 manat təyin edilib. Bu tariflərə 3 illik elektron imza xidmətləri, elektron imza daşıyıcısı olan smart kart və 3 il ərzində vaxt göstəricilərinin qeyd olunması xidmətindən limitsiz istifadə daxildir. Dövlət strukturları üçün elektron imzanın qiyməti isə 80 manat təşkil edir. Bu tarifə elektron imza üçün 3 illik tam xidmətlərlə yanaşı, kart oxuyucusu (cardreader) da daxildir.

Xatırladaq ki, hazırda elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik (məsuliyyətdən yayınmanın mümkünsüzlüyü), işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir.

Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər.

Elektron imza kartı konkret şəxsə aid olduğu üçün bu elektron imzadan yalnız həmin imza sahibi istifadə edərək, elektron sənədi imzalaya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PİN kodun) digər şəxsə bildirilməsi ciddi pozuntu halı hesab edilir. Bundan başqa bir adam istənilən qədər sertifikata sahib ola bilər. Məsələn, bir adamın biri hüquqi, digəri fiziki şəxs kimi iki e-imza kartına sahib olması mümkündür. Elektron imza sertifikatını Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat məntəqələrindən ya onlayn şəkildə əldə etmək mümkündür. Verilən sertifikat üçün fəaliyyət müddəti müəyyən edilir. Hazırda qanunvericiliyə əsasən sertifikatın fəaliyyət müddəti 3 ildir. Bu müddət bitəndə imza sahibinin istəyinə əsasən ona yeni sertifikat verilir. Sertifikatın tətbiq sahəsi qanunvericiliyə əsasən tələb olunan sənədlər əsasında sertifikata daxil edilmiş informasiyadan birbaşa asılıdır. Bu sənəd qədər çox informasiya təşkil edirsə, onun faydalı fəaliyyət müddəti bir o qədər az olur. Bu onunla əlaqədardır ki, informasiya dəyişə bilər onun sahibinə köhnə sertifikatın fəaliyyət müddəti bitənə qədər yenisini vermək lazım gələcək. Bundan əlavə, sertifikatda olan istənilən informasiya ümumaçıq olur. Beləliklə, aydın olur ki, sertifikata mümkün olduqca az informasiya daxil etmək lazımdır. Sertifikatın ləğv edilməsi sertifikatlaşdırma prosesinin tərkib hissəsi hesab edilir. Sertifikatın müddəti bitənə qədər onun ləğv edilməsi üçün bir çox səbəblər mövcuddur. Məsələn, onun sahibi yerini dəyişmiş ya elektron imza kartını itirmişdir. Belə hallarda sertifikatı təcili olaraq ləğv etmək lazımdır. Əsas məqsəd onu təsadüfi istifadədən ya pisniyyətlilərdən qorumaqdan ibarətdir. Elektron imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar.

Bəs, görəsən, Azərbaycanda e-imzanın qiymətinin aşağı salınması gözlənilən idimi? Ümumiyyətlə, bu addım cəmiyyətdə e-imzanın populyarlaşmasına imkan verəcəkmi?

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz «Həftə içi»nə bildirib ki, bu, addım çoxdan gözlənilirdi. Onun sözlərinə görə, electron imza uzun müddətdən bəri tətbiq olunmağına baxmayaraq vətəndaşlar arasında, hökumət qurumları arasında populyarlaşa bilmirdi: “Amma qiymət endirilsə , ümid etmirəm ki, 18 manata elektron imza alan vətəndaş bundan sonra ondan effektiv istifadə edəcək bu imza dərhal populyarlaşacaq. Axı , istifadə üçün gərək bu imzanı ilk növbədə dövlət qurumları tanısınlar. Xidmətlər, xüsusən ictimai-sosial əhəmiyyətli kütləvi xidmətlər gərək bu imzanın üstündəköklənsin”.

 

Əgər adi bir sənəd üçün

əl imzası tələb olunursa

 

Ekspert həmçinin vurğulayıb ki, bu xidmətin genişlənməsi üçün ilk növbədə düşüncələrdə «inqilab» olmalıdır. Osman Gündüzün fikrincə, əgər notariuslar adi bir sənədin təsdiqi üçün vətəndaşın əl imzasını tələb edirlərsə, dövlət qurumları adi bir sənədin notarial qaydada təsdiqini tələb edirlərsə, dövlət qurumlarında məhkəmədə xidmətlərin elektron imza ilə keçərli olması təmin edilməyəcəksə onda mən başa düşmürəm ki bu imza kimə lazım olacaq. Onun sözlərinə görə, hazırda elektron imzanın vətəndaşlar üçün keçərli olduğu, bu üsulla xidmət əldə etməyə imkan verən cəmi 1-2 dövlət qurumu var: “Rabitə Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Khmitəsi, İqtisadiyyat Sənaye Nazirliyi, Vergilər Nazirliyi öz daxili informasiya münasibətlərini özlərininözəlsistemləri ilə daha yaxşı qurublar. Lakin dövlət qurumları dövlət məmurları arasında informasiya münasibətlərinin effektiv qurulmasından danışmaq hələ mümkün deyil. Baxmayaraq belə bir sistem çoxdan yaradılmalıydı, təəssüf ki hələlik ortada yoxdur. Tutaq ki, elə dövlət qurumları var ki, bəlkə Məlumat Hesablama Mərkəzindən 100 elektron imza sertifikatı əldə edib. Amma soruşsan ki, axırıncı dəfə bundan harada istifadə edilib, heç kim konkret bir şey xatırlamayacaq. Yəni, bu xidməti genişləndirmək üçün öncə düşüncə tərzimiz dəyişməlidir".

 

E-imzalayıcı istifadəyə verilib

 

Qeyd edək ki, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) e-imzadan istifadənin genişlənməsi məqsədilə daha bir addım atıb. Belə ki, qurum elektron sənədlərin onlayn imzalanması üçün proqram məhsulu (“e-imzalayıcı”) istifadəyə verib. Sözügedən nazirlikdən «Həftə içi»nə verilən məlumata görə, “e-imzalayıcıproqramı yalnız “Windows” əməliyyat sistemində işlədiyindən, bu, digər əməliyyat sistemlərini istifadə edənlərə problemlər yaradır istifadəçiləri ən yaxşı halda “Windows” əməliyyat sisteminə keçməyə məcbur edir.

Qeyd olunan problemləri nəzərə alaraq, MHM-nin mütəxəssisləri yeni texnologiyaların istifadəsi ilə mövcud “e-imzalayıcıproqramını yenidən qurmaq, əməliyyat sistemləri brauzerdən asılı olmayan, onlayn imzalanma zamanı istifadəçidən minimal əməliyyat icrası tələb edən, rahat dizayna malik, eyni zamanda mövcud olan sistemə inteqrasiya edilmək imkanında olacaq tam yeni proqram məhsulu hazırlayıblar. Bu proqram məhsulunun köməyi ilə sənədlərin birbaşa olaraq veb üzərindən imzalanması mümkün olmaqla yanaşı, istənilən brauzerlərdə əməliyyat sistemlərində istifadəsi, elektron sənəd mübadiləsi sistemlərinə tətbiqi mümkündür.

Proqramın hazırlanmasında əsas məqsəd elektron imzanın tətbiq sahəsinin genişləndirilməsi, elektron sənəd dövriyyəsinin sürətləndirilməsi, “e-hökumətportalı vasitəsilə istifadəçi sahəsinin daha da artırılması onlara daha asan xidmətin göstərilməsidir. Onlayn imzalayıcının əsas üstünlükləri əməliyyat sistemindən asılı olmayan prinsipi, imzalanmış sənəd haqqında informasiyanın çapı, imzalanmış faylın eksport edilməsi, interfeysin Azərbaycan, rus ingilis dillərində olması, imzalanma prosesi zamanı imza sertifikatının avtomatik olaraq seçilməsi sadə interfeys asan istifadə qaydasından ibarətdir.

Hazırda proqramın demo-beta versiyası “e-imza.az” saytında yerləşdirilib istifadəçilərimiz proqramdan istifadə edərək onun imkanlarını qiymətləndirə bilərlər. Proqram əlavəsindən istifadə etməklə, müxtəlif korporativ proqram informasiya sistemlərində sənədləri onlayn, mühiti tərk etmədən imzalanma prosesi aparmaq mümkün olacaq ki, bu isə son nəticədə e-imza həllərindən daha geniş spektrdə istifadəsinə yol açmış olacaq. Onlayn imzalama həmçinin e-imza həllərinin kommersiyalaşmasını, bazarda müxtəlif proqram məhsullarının hazırlanaraq təklif olunmasını sürətləndirəcək.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 8 may.- S.6.