Türk dünyasının böyük ağsaqqalı 

 

Bəşər sivilizasiyası mütərəqqi fikirli dahi şəxslərin mübariz və yaradıcı əzmi ilə zənginləşib, inkişaf edib. Bu müqəddəs yolda dünya xalqları içərisində qədim dövlətçilik və mədəniyyət ənənələri ilə seçilən xalqımızın yetirməsi olan şəxslərin xidmətləri də çox olub.

Onlar həyatının mənasını istiqlaliyyətə həsr edən və sələflərinin yolunu inamla davam etdirərək öz taleyini xalqımızın xoş gələcəyinə həsr ediblər. Bütün türk dünyasının ağsaqqalı, zəmanəmizin ən böyük ictimai xadimi kimi qəbul edilən Heydər Əliyev fenomen şəxsiyyət və ümummilli lider kimi çağdaş dünyamızın dahisidir. O, fəaliyyətinin bütün dövrlərində Azərbaycanın bir dövlət kimi inkişafına çalışıb.

“Hər yaxşı nə varsa insan üçün!” ideyası Heydər Əliyevin prinsipi idi. O, istər sovet Azərbaycanına, istərsə də müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə zəhmət və əmək adamlarının xidmətləri dövlət tərəfindən layiqli qiymətləndirilir və mükafatlandırılır. Azərbaycan vətəndaşının zəhmətinə və fəaliyyətinə verilən bu qiymət ulu öndərin Azərbaycana və Azərbaycançılığa sevgisinin təzahürü idi.

XX əsrin sonu beynəlxalq aləmdə sosializmin iflası və yeni cəmiyyətin formalaşmasına doğru atılan addımlar ittifaq tərkibində olan respublikalar üçün çox ağrılı keçdi. Dağıdıcı proseslərin, kataklizmin dərinləşməsi, ittifaqın varlığına son qoydu. Azərbaycan Respublikası nəticə etibarilə öz müstəqilliyini bərpa etdi. Amma ölkədə xaos dərinləşir, hüquq normalarına hörmətsizlik baş alıb gedirdi. Asayişin pozulması, dövlət nəzarətinin sıradan çıxması qarşısıalınmaz məqamların genişlənməsinə zəmin yaradırdı. Xüsusən böyük dövlətlərin təhriki ilə erməni separatizminin vəhşət doğuran qəddarlığı sayəsində 1988-1990-cı illərdə 200 mindən çox soydaşlarımızın Qərbi Azərbaycandan əzəli torpağından qovulması və yerlərdə Sumqayıt, 20 Yanvar Bakı qırğınlarının törədilməsi faciəni daha da mürəkkəbləşdirirdi. Respublika rəhbərliyi yaranmış bu faciənin qarşısını almaq, imperiyanın planlı və düşünülmüş siyasətinin də ziddinə getmək gücündə deyildi. Xarici qüvvələrin və erməni militarizminin müdaxilələri müstəqilliyimizin ilk dövrünü müharibə və təcavüz şəraitində yaşanmasına təhrik olundu. Hadisələrin ağrılı inkişafı, qüvvələr arasında qarşıdurmaların kəskin xarakter alması vətəndaş müharibəsinin alovlanmasına gətirib çıxartmışdı. Respublikanın ağsaqqalları, ziyalıları bu ağır vəziyyətdən çıxmaq üçün Naxçıvanda Ali Sovetin sədri Heydər Əliyevə müraciət ünvanlandılar. İkinci dəfə respublika rəhbərliyinə gətirilən ulu öndər bu çətin məqamda geniş dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti sayəsində sabitliyin, ictimai asayişin bərpasına nail oldu. Bu qayıdış nəinki azərbaycanlıları, bütün türk dünyasını sevindirdi. Çünki bu qayıdış Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə köhnə sistemin metodları kökündən dəyişdirildi, yeni şəraitdə xalqın mənafeyinə uyğun olaraq yeni yolların, idarəçilik metodların və mexanizmin həyata keçirilməsinə üstünlük verildi. Ulu öndərin siyasətə uzaqgörənliyi dövlətimizin hüquqi cəhətdən dünyəvi, potensiallarının formalaşmasına əsaslanaraq sürətli inkişafımızı bütün dünyaya nümayiş etdirdi. Onun fəaliyyətinin ilk dövrləri ölkəmizin müstəqilliyin qorunub saxlanması, azərbaycançılıq, demokratik ənənələrin geniş miqyasına diqqət gücləndirildi. Beynəlxalq aləmdə dövlətimizin itirilmiş mövqelərinin bərqərar olmasına və Azərbaycanın siyasi arenada tanınmasına xüsusi önəm verildi.

“Əsrin müqaviləsi” ilə dünyanın diqqətini özünə cəlb edən “Bakı-Tiflis-Ceyhan” neft kəməri Azərbaycanın iqtisadiqlobal siyasətini yeni siyasi müstəvidə suverenunitar dövlət kimi dünya arenasında tanıtdı. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi strategiya ölkəmizin hərtərəfli inkişafında böyük nailiyyətlərə səbəb oldu. Azərbaycan dünyanın inkişaf etmiş dövlətlər sırasına çıxdı. Müasir Azərbaycan Respublikasının memarı və yaradıcı sayılan Heydər Əliyev dövlətimizin əsaslarını monolit dayaqlar üzərində qurub və müstəqilliyimizin sarsılmaz və əbədi qarantını müəyyənləşdirib. Beynəlxalq təşkilatların ümummilli liderimizin xarici siyasətdə uğurlu addımları bəyənilib və dəstəklənir.

Dünya dövlətləri və bütün türk dünyası tərəfindən sevilən və hörmətlə yad edilən ulu öndərin siyasi kursunun layiqli ölkə prezidenti İlham Əliyevin düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası öz iqtisadi göstəricilərinə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Bu gün respublikanın hər yerində sosial-iqtisadi inkişafın bütün sahələrində əldə edilən uğurlar həqiqətə çevrilib. Prezidentinneft məqsəd deyil, iqtisadiyyatın başqa sahələrini inkişaf etdirməkdə vasitədir” fikri reallaşıb. Ümummilli liderin ”İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı bu gün özünü doğruldub. Paytaxtın, rayon və kəndlərin sosial həyat tərzi sürətlə inkişaf edir. Sovet dönəmindən miras qalmış inzibati binalar, yaşayış kompleksləri müasir memarlıq üslublarında bərpa ediliryenisi ilə əvəz olunur. Respublikamızın hərtərəfli inkişafında və onun dünya arenasında tanınmasında Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyət siyasətimizin ayrılmaz bir parçasıdır.

Müdrüklərin dediyi kimi, qəlbi vətən sevgisionun xoş gələcəyi uğrunda çarpışan şəxslərin xidmətləri əbədiyyətə qovuşur və hər zaman günəş kimi öz diyarı üzərində şəfəq salır.

 

Vaqif Rüstəmov,

Bakı şəhər 278 saylı tam orta

məktəbin tarix müəllimi

 

Həftə içi.- 2014.- 8  may.- S.7.