«Elektron hökumət» portalı ilə bağlı yenilik 

 

Hökumət sözügedən portala qoşulmalı olan informasiya sistemlərini müəyyənləşdirib

 

Azərbaycanda “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı təsdiqlənib. Qeyd edək ki, Nazirlər Kabinetinin bununla bağlı verdiyi qərara əsasən, sözügedən portala qoşulmalı olan informasiya sistemlərinin sıyahısına Daxili İşlər Nazirliyi üzrə “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat axtarış, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya, Ədliyyə Nazirliyi üzrə “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya, “Notariat Sənədlərinin Elektron Məlumat Bankı” informasiya, “Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestriinformasiya, “Qeyri-kommersiya hüquqi şəxslər” avtomatlaşdırılmış qeydiyyat informasiya, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya, “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestridaxildir.

Qərarda həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi üzrə İqtisadiyyat və Sənaye Nazirliyinin Vahid Elektron İdarəetmə, Vergilər Nazirliyi üzrə Avtomatlaşdırılmış Vergi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə ünvanlı sosial yardım alan ailələr üzrə informasiya, əlilliyi olan şəxslər üzrə informasiya, sosial müavinət və təqaüdlər üzrə informasiya, məşğulluq üzrə vakansiya və müavinətlərin informasiya sistemləri, Energetika Nazirliyi üzrə Energetika Nazirliyi tərəfindən verilən xüsusi razılıqlar (lisenziyalar) üzrə informasiya ehtiyatı, Mədəniyyət və Turizm Nazirliyi üzrə dövlət rəsm qalereyalarında saxlanılan əsərlərin reyestri, CİS naviqasiya sistemi (gomap.az), Təhsil Nazirliyi üzrə Milli Təhsil Məlumat Bazasının adıçəkilən portala qoşulması nəzərdə tutulub.

Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısına Səhiyyə Nazirliyi üzrə Vətəndaşın Elektron Sağlamlıq və Tibbi Müayinə Kartı sistemləri, tibb kadrlarının vahid reyestri, Nəqliyyat Nazirliyi üzrə Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılıqlar (lisenziyalar), Müdafiə Sənayesi Nazirliyi üzrə İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi ilə bağlı informasiya ehtiyatı, Kənd Təsərrüfatı Nazirliyi üzrə kənd təsərrüfatı subyektlərinin informasiyamonitorinq və kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyat sistemləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən xüsusi razılıq (lisenziya) üzrə informasiya ehtiyatı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə Respublikanın müxtəlif regionlarında faktiki məskunlaşan və elektrik enerjisi istehlakçıları olan məcburi köçkünlərin elektron formatda adlı siyahılarından ibarət informasiya ehtiyatı, verilmiş status sənədləri üzrə informasiya ehtiyatı da daxil edilib.

Dövlət Gömrük Komitəsi üzrə Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə Hüquqifiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatı, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi, Ünvan Reyestri İnformasiya Sistemi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı, Məişət zorakılığı ilə bağlı məlumat bankı «Elektron hökumət» portalında öz əksini tapmalıdır.

 

Sığortaolunanlar və pensiyaçılar

üzrə məlumat almaq asanlaşır

 

Hökumətin qərarına əsasən, Dövlət Statistika Komitəsi üzrə Statistik məlumatların buraxılış təqvimi və mətbu məlumatların yayım təqvimi üzrə informasiya ehtiyatı, Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələr üzrə informasiya ehtiyatı, Statistik məlumatlar (göstəricilər) üzrə informasiya ehtiyatı, Statistik nəşrlər (kitablar) üzrə informasiya ehtiyatı, Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi üzrə Xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədlərinin, ölçmə vasitələrinin, uyğunluq sertifikatları, akkreditasiya olunmuş laboratoriyalar və dövlət standartları üzrə, inzibati qərarların informasiya ehtiyatları, Dövlət Sosial Müdafiə Fondu üzrə fərdi uçot sistemində sığortaolunanların məlumat bazası və pensiyaçılar üzrə informasiya ehtiyatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri, Dövlət Miqrasiya Xidməti üzrə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi, Müəllif Hüquqları Agentliyi üzrə “Qeydiyyatelektron məlumat bazası da daxil edilib.

Eyni zamanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üzrə Alternativ və bərpa olunan enerji mənbələri üzrə elektron kadastr və məlumatların emalı sistemi, Dövlət Dəniz Administrasiyası üzrə Dövlət gəmi və Berbout-çarter Reyestri, dənizçinin şəxsiyyət sənədinin fərdiləşdirilməsi üzrə informasiya sistemi, Milli Arxiv İdarəsi üzrə elektron arxiv məlumat sistemi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə “Azərsu” ASC-nin Abonent SistemiCoğrafi İnformasiya Sistemi, Azərenerji” Açıq Səhmdar Cəmiyyəti üzrə Enerji Təchizatının Avtomatlaşdırılmış İdarəetmə sistemi, Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti üzrə “Bakıelektrikşəbəkə” ASC-nin abunəçiləri üzrə “Əhali” abunə informasiya bazası, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi üzrə Qaz abunəçiləri üzrə informasiya ehtiyatı da siyahıda yer alıb.

 

Dövlət qurumları arasında əlaqələr genişlənəcək

 

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Həftə içi”nə açıqlamasında deyib ki, «Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısının təsdiqlənməsi dövlət qurumları arasında əlaqələri genişləndirəcək. Onun sözlərinə görə, məlumatların vahid sistemə yerləşdirilməsi vətəndaşların da işini xeyli asanlaşdıracaq: «Bu addım «Elektron hökumət» portalının səmərəliliyini xeyldi artıracaq. Çünki məlumatların vahid sistemdə yer alması dövlət qurumlarının orepativliyini artıracaq ki, bu da vaxt itkisinin qarşısını alacaq».

Ekspert onu da xatırladıb ki, bir müddət əvvəl Multimedia Mərkəzi Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura ilə birgə kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlərin siyahısını hazırlayaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinə təqdim edib. Osman Gündüz deyir ki, bu siyahının hazırlanmasında əsas məqsəd elektron hökumətin tam formalaşmasına dəstək verməkdir: “Biz artıq 120 xidmətin daxil olduğu siyahını hazırlayaraq aidiyyəti üzrə təhvil vermişik. Həmin siyahıda 83 xidmət də yer alıb ki, bu xidmətlər yenidir və hökumət tərəfindən təsdiq olunmuş xidmətlər siyahısında yoxdur. Bu vacib xidmətlərin indiyədək cəmi 18-i Elektron Hökumət Portalına yerləşdirilib. Bir məqamı da vurğulayım ki, həmin siyahıda yer alan xidmətlər əsasən, Daxili İşlər Nazirliyini, Ədliyyə Nazirliyini, Vergilər Nazirliyini, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini, Sosial Müdafiə Fondunu əhatə edir. Biz isə düşünürük ki, əgər elektron hökumət qurulursa, internet üzərindən xidmətlər bütün qurumları əhatə etməlidir. Bu mənada düşünürəm ki, Nazirlər Kabinetinin yeni qərarı elektron hökumətin tam formalaşması üçün yeni mərhələ sayıla bilər».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

  

 Həftə içi.- 2014.- 15 may.- S.6.