«Elektron hökumət»in
aktiv və passivi bəllidir
Nail Mərdanov: «Bəzi dövlət qurumlarının
«www.e-gov.az»da yerləşdirilmiş
xidmətləri yoxdur»
Bu ilin birinci rübünün
nəticələrinə əsasən,
«Elektron hökumət»
(«www.e-gov.az») portalına 45 qurum fiziki olaraq
qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş 428 elektron xidmətdən 319-u vahid
portal, yəni «bir pəncərə» prinsipi vasitəsilə əhaliyə
təqdim olunur.
Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyinin (RYTN) Məlumat
Hesablama Mərkəzinin
(MHM) direktoru Nail Mərdanov
«Həftə içi»nə
bildirir ki, rəhbərlik etdiyi qurum tərəfindən hazırlanan və hər ay «Elektron hökumət bülleteni»ndə
yer alan «Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq olunmuş elektron xidmətlərin portala inteqrasiyası barədə Məlumat»a əsasən, elektron xidmətlərin portala inteqrasiyası üzrə
xidmət təchizatçılarını
fəal və qeyri-fəal qurumlara ayırmaq mümkündür.
Onun dediyinə görə, 47 xidmət təchizatçısının
adının yer aldığı siyahıda
aprel ayı ərzində passivliyi ilə seçilən qurumlar çox olub. Maliyyə Nazirliyi (MN), Mədəniyyət
və Turizm Nazirliyi (MTN), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti (SHXÇDX), Alternativ
və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət
Agentliyi (ABOEMDA), Satınalmalar
üzrə Dövlət
Agentliyi (SDA) və Dövlət Mülki Aviasiya Administrasiyası
(DMAA) sözügeldən portala
qoşulan təchizatçılar
arasında qeyri-fəallıq
göstərən əsas
dövlət qurumlarıdır.
Belə ki, MN-in təsdiq olunmuş e-xidmətlərinin
sayı 4-dür.
Yarımçıq iş
Direktor
vurğulayır ki, «Qurumların öz saytlarında yerləşdirilmiş
e-xidmətlərin ümumi
sayı» üzrə
MN-in saytında 8 elektron
xidmət yer alıb. Təsdiq olunmuş e-xidmətlərdən
qurumların öz saytlarında olanların sayı üzrə isə bu nazirliyin
saytında 3 xidmət
yer alıb. Passivliyi ilə seçilən
MTN-in təsdiq olunmuş
e-xidmətlərdən portalda
olanların, eləcə
də portalda yerləşdirilmiş e-xidmətlərinin
ümumi sayı
0-dır. Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin
ümumi sayı» üzrə MTN-in saytında
6 elektron xidmət, Təsdiq olunmuş e-xidmətlərdən qurumların
öz saytlarında olanların sayı üzrə isə 5 xidmət yer alıb. Halbuki bu nazirliyin təsdiq
olunmuş e-xidmətlərinin
sayı 17-dir. Təsdiq
olunmuş e-xidmətlərinin
sayı 5 olan
DQİDK-in təsdiq olunmuş
e-xidmətlərdən portalda
olanların, eləcə
də portalda yerləşdirilmiş e-xidmətlərinin
ümumi sayı
0-dır. Qurumların öz saytlarında
yerləşdirilmiş e-xidmətlərin
ümumi sayı üzrə komitənin saytında, eləcə də təsdiq olunmuş e-xidmətlərdən
qurumların öz saytlarında olanların sayı üzrə də cəmi 1 xidmət yerləşdirilib.
SHXÇDX-nin təsdiq olunmuş e-xidmətlərinin sayı
5 olsa da, təsdiq olunmuş e-xidmətlərdən portalda
olanların, eləcə
də portalda yerləşdirilmiş e-xidmətlərinin
ümumi sayı
0-dır. Qurumların öz saytlarında
yerləşdirilmiş e-xidmətlərin
ümumi sayı» üzrə SHXÇDX-in saytında
8 elektron xidmət yer alıb. Təsdiq olunmuş e-xidmətlərdən qurumların
öz saytlarında olanların sayı üzrə isə qurumun saytında 5 xidmət yer alıb: «Qeyri-fəal təchizatçılardan biri
olan ABOEMDA-nın təsdiq olunmuş e-xidmətlərinin sayı
1, təsdiq olunmuş
e-xidmətlərdən portalda
olanların, eləcə
də portalda yerləşdirilmiş e-xidmətlərinin
ümumi sayı
0-dır. SDA üzrə də təsdiq olunmuş e-xidmətlərinin
sayı 3 olsa da, təsdiq olunmuş e-xidmətlərdən
portalda olanların, eləcə də portalda yerləşdirilmiş
e-xidmətlərinin ümumi
sayı 0-dır. Qurumların öz
saytlarında yerləşdirilmiş
e-xidmətlərin ümumi
sayı üzrə
SDA-nın saytında
3 elektron xidmət yer alıb. Təsdiq olunmuş e-xidmətlərdən
qurumların öz saytlarında olanların sayı üzrə isə qurumun saytında 3 xidmət yerləşdirilib. «Elektron hökumət» portalına inteqrasiyada qeyri-fəal xidmət təchizatçıları sırasına
daxil olan sonuncu qurum DMAA-nın təsdiq olunmuş e-xidmətlərinin
sayı 3-dür, amma təsdiq olunmuş e-xidmətlərdən portalda
olanların, eləcə
də portalda yerləşdirilmiş e-xidmətlərinin
ümumi sayı isə 0-dır. Qurumların öz
saytlarında yerləşdirilmiş
e-xidmətlərin ümumi
sayı üzrə qurumun saytında 3 elektron xidmət yer alıb, həmçinin təsdiq olunmuş e-xidmətlərdən
qurumların öz saytlarında olanların sayı üzrə isə saytda 3 xidmət yerləşdirilib».
161 elektron xidmətdən 102
min 127 dəfə istifadə olunub
MHM rəhbəri bildirir
ki, Vahid portala inteqrasiyada fəallıq göstərən
qurumların siyahısına
Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Səhiyyə
Nazirliyi, RYTN, Qiymətli
Kağızlar üzrə
Dövlət Komitəsi,
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsi,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, Əmlak Məsələləri Dövlət
Komitəsi (ƏMDK), Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası,
Dövlət Dəniz
Administrasiyası daxildir.
Yerdə
qalan qurumlar isə təsdiq olunmuş elektron xidmətlərinin müəyyən
hissəsini portala inteqrasiya edən təchizatçılar sırasında
yer alıblar. Onun sözlərinə görə, «Elektron hökumət» saytında təqdim edilən xidmətlərdən ayda təqribən 50 mindən
çox insan istifadə edir: “Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 428 xidmətdən
253-ü portala inteqrasiya
edilib. Dövlət saytlarında olan xidmətlərin sayı
459, portalda olan xidmətlərin sayı isə 331-dir. Bütün
qurumlar üzrə «Elektron hökumət» portalı tərəfindən
təqdim olunan e-xidmətlərdən istifadə
barədə statistik məlumatlara əsasən,
aprel ayı ərzində 161 elektron xidmətdən ümumilikdə
102 min 127 dəfə istifadə
olunub».
Xatırladaq ki,
b ilin yanvarın 1-dən
aprelin 30-dək «Elektron
hökumət» portalı
vasitəsilə ən
çox istifadə olunan e-xidmətlərin siyahısına 55 min 889 müraciət
sayı ilə RYTN özünün «Telefon nömrəsi üzrə axtarış» xidməti ilə rəhbərlik edib. Portalda fəallığı ilə
seçilən Dövlət
Sosial Müdafiə Fondunun (DSMF) "Sığortaolunanın
onlayn uçota alınması» xidməti isə ikinci yerdə gəlir və bu xidmət
üzrə «www.e-gov.az»-a 11 min 596 müraciət qeydə alınıb. Fondun «Sığortaedənin uçot
nömrəsinin öyrənilməsi»
xidmətinə 7116, «Sığortaolunanın
illər üzrə ödənişləri və
pensiya kapitalı» xidmətinə 4240, «Məcburi
dövlət sosial sığortasına cəlb
olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə
edilməsi» xidmətinə
3444 müraciət olunub.
ƏMDK sıyahında
6-cı pillədə yerləşən
«Daşınmaz əmlakın
ipotekasının dövlət
qeydiyyatı üçün
müraciətin və
sənədlərin qəbulu»
xidməti üzrə
isə portala 1887 daxilolma qeydə alınıb. Növbəti yerlərdə 1676 müraciətlə
DSMF-nın «Pensiya kalkulyatoru», 1541 müraciətlə
«Pensiyaçıya məlumatların
verilməsi», 770 müraciətlə
RYTN-in «Vətəndaşın fərdi məlumatları barədə arayış»
xidmətləri gəlir.
Siyahının
10-cu pilləsində qərarlaşan
Ədliyyə Nazirliyinin
«Azərbaycan adları
barədə məlumatın
verilməsi» xidmətinə
isə 763 müraciət
edilib. Aprel ayında
«Elektron hökumət»
portalı vasitəsilə
ən çox istifadə edilən e-xidmətlərin siyahısında
RYTN-in 11-ci yerdəki «E-İmza
- Operator üçün menyu»
xidmətinə müraciətlərin
sayı 725, 12-ci yerdəki
«FİN-ə görə fərdi
məlumatların axtarışı»
xidmətinə müraciətlərin
sayı isə 662 olub. Daxili İşlər Nazirliyinin
13-cü pilləni tutan
«Yol hərəkəti
qaydalarının pozuntusu
ilə əlaqədar
tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar»
xidməti üzrə
612 daxilolma qeydə alınıb. ƏMDK-nin 15-ci pillədə dayanan «Daşınmaz əmlakın ipotekasının
dövlət qeydiyyatının
ləğvi üçün
müraciətin və
sənədlərin qəbulu»
elektron xidməti üzrə 479 müraciət
qeydə alınıb.
Nail Mərdanov əlavə edir ki, RYTN-in «Mobil
cihazların qeydiyyatdan keçirilməsi» elektron xidmətinə
1 ayda edilmiş müraciətlərin sayı isə 467 olub.
RYTN-in «Cari ay ərzində aparılmış şəhərlərarası
və beynəlxalq danışıqlar üzrə məlumat»
elektron xidmətinə bir ayda 376 müraciət olunub:
«Siyahının 18-ci pilləsində qərarlaşan Vergilər
Nazirliyinin «VÖEN-ə görə ödəyicinin
axtarılması» elektron xidməti üzrə aprel ayında
edilən müraciətlərin sayı isə 374-dür: «Təhsil
Nazirliyinin portal üzərindən həyata keçirilən
«Diplom haqqında məlumatlar» xidməti 369 sayla 19-cu yerdədir.
331 xidmət arasından aprel ayının
elektron xidmətlər sırasına düşə bilən
siyahının sonuncusu RYTN-in «Portal üzərindən
verilmiş arayışların yoxlanılması» xidmətidir
ki, bu xidmət üzrə müraciətlərin sayı da 336
olub».
Təbriz Vəfalı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 20 may.-
S.6.