Elektron xidmətlər:
operativliyə və
şəffaflığa təminat
DSMF-nin elektron
xidmətləri sığorta-pensiya sistemində
qarşılıqlı
inam və etimad üçün geniş imkanlar yaradıb
“İndiyədək sosial sığorta hesabatlarının kağız formasında verilməsi lap bezdirici idi. Əvvəl qayda belə idi ki, hər rübün sonunda bir dəfə banka gedib, sosial sığorta məbləğini ödəyirdik, ən azı bir dəfə də Sosial Müdafiə Fondunun yerli şöbəsinə gedib gəlirlər barədə hesabat verirdik. Vaxt itkisi, bürokratik mühit, saysız-hesabsız get-gəllər... Bunlar hamısı əlavə çətinliklər, əsəb-stress yaradırdı. İndi bunların hamısı geridə qalıb. Bu ilin əvvəlindən sosial sığorta hesabatlarının verilməsi də elektronlaşdı və artıq evdə, ya işdə kompüterin arxasında oturub beş-on dəqiqənin içində bu işlərin hamısını görürəm. İndi hesabat vermək üçün nə hansısa idarələrə getməyə ehtiyac var, nə də hansısa bürokratik əngəlliklərlə qarşılaşmırsan”.
Pərviz Süleymanov 10 ildən çoxdur
ki, fiziki şəxs olaraq məcburi dövlət sosial
sığorta ödəyicisi kimi Dövlət
Sosial Müdafiə Fondunun
(DSMF) Səbail rayon şöbəsində
qeydiyyatdadır. Müsahibimiz deyir ki, “Elektron-hökumət”
layihəsi bir çoxları kimi onu da
dövlət qurumlarının qapısında saatlarla
ayaq üstə durmaqdan,
məmurlarla canlı təmasdan xilas edib. Belə ki, “e-hökumət”
layihəsinin yaratdığı imkanlar
sayəsində sosial sığorta
hesabatlarının tədqimatı da bu ildən elektronlaşdırılıb. Bu isə o deməkdir ki, Pərviz Süleymanov kimi on minlərlə məcburi dövlət sosial sığorta ödəyicisi
ayrı-ayrı təşkilatlara getmədən, məmurlarla
təmasda olmadan bilavasitə kompüter, hətta mobil telefon vasitəsilə DSMF-yə
hesabatlarını elektron qaydada
təqdim etmək imkanı qazanıb.
Xatırladaq ki, “e-hökumət” layihəsi “Azərbaycan
Respublikasının inkişafı naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə Milli Strategiyaya” əsasən hazırlanıb və
“Elektron Azərbaycan” Dövlət
Proqramı çərçivəsində həyata keçirilir. Layihənin məqsədi
dövlət orqanlarında müasir
İKT-dən istifadəni genişləndirməklə idarəetmə
metod və mexanizmlərini təkmilləşdirmək,
ictimai qərarların qəbul edilməsində
vətəndaşların iştirakına şəraitin
yaradılması, eləcə də hökumət orqanları
ilə əlaqələrin daha sadə
formada elektron üsullarla həyata keçirilməsindən
ibarətdir. Qısası, “e-hökumət” İKT-dən
istifadə etməklə, dövlət təşkilatları
ilə vətəndaşlar arasında operativ
və maneəsiz qarşılıqlı əlaqəni təmin
edən müasir rabitə və idarəetmə
formasıdır. Bu layihənin müsbət
tərəfi ondadır ki,
yaradılmış yeni mexanizm
hökumətlə yanaşı, sadə vətəndaşların
və biznes sektorunun
xeyrinədir. Prezidentin 2014-cü il 2 aprel
tarixli sərəncamı ilə təsdiq
edilən Azərbaycan Respublikasında informasiya
cəmiyyətinin inkişafına dair
2014-2020-ci illər üçün Milli Strategiyada qeyd olunur ki,
ölkədə “e-hökumət”in
formalaşdırılması məmur-vətəndaş
münasibətlərinin sadələşdirilməsinə və
şəffaflaşdırılmasına xidmət edir. Dövlət orqanları tərəfindən
göstərilən elektron xidmətlərin
keyfiyyətinin artırılması və əhatə dairəsinin
genişləndirilməsi, elektron xidmətlərdən
istifadə imkanının artırılması üçün ictimai
çıxış məntəqələri şəbəkəsinin
genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq
səviyyəsinin yüksəldilməsi başlıca prinsiplərdəndir.
Bir dövlət orqanında 21 elektron xidmət
2012-ci ildə istifadəyə
istifadəyə verilən “e-hökumət”
portalı (https://www.e-gov.az) artıq səmərə verməkdədir.
Vətəndaşlarla, sahibkar və biznes strukturları ilə birbaşa
əlaqədə olan, ölkənin gələcək
sosial təminatının
formalaşdırılmasında xüsusi rol oynayan DSMF-də də
artıq elektron xidmətlərin tətbiqinə
başlanıb. Hazırda ölkə əhalisinin 40 faizindən
çoxunun sığorta-pensiya sistemi ilə birbaşa əlaqədə
olduğunu nəzərə alsaq, onda bu
sistemdə xidmətlərin
elektronlaşdırılmasının nə qədər mühüm əhəmiyyət
daşıdığı ortaya
çıxır. DSMF-nin hesablamalarına
görə, hazırda bu qurumun
mərkəzi məlumat bazasında 1 milyon
277 min nəfər pensiyaçı və
2 milyon 750 min nəfər
sığortaolunan barədə müvafiq
məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət
göstərən sığorta-pensiya sistemi
mövcuddur və fond
tərəfindən əhaliyə təqdim olunan
elektron xidmətlərin sayı 21-ə
çatdırılıb. Bu xidmətlərdən
biri də məcburi sosial
sığorta hesabatlarının elektron qaydada təqdim edilməsidir ki,
həmin xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatı
DSMF-nin www.sspf.gov.az; www.e-sspf.gov.az saytında yerləşdirilib. “Məcburi dövlət sosial
sığortası üzrə hesabatların (B1, B2) və məcburi
dövlət sosial sığorta haqqı
üzrə sığortaolunanlar haqqında məlumatın
(B3) elektron formada qəbulu”
adlı proqramda sığortaedənlərə
təklif olunan elektron
xidmətlər, onlardan istifadə
qaydaları öz əksini tapıb.
Bura
sığortaedənin DSMF orqanlarında məcburi dövlət
sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın
tərtibi üzrə proqram təminatından
istifadə, mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq sahəsi olan
şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi
üzrə proqram təminatından istifadə,
məcburi dövlət sosial
sığorta haqqı üzrə sığortaolunanlar
haqqında məlumat”ın tərtibi üzrə proqram təminatından istifadə,
hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə
daxildir.
Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada
qəbul edilir. Kiçik ödəniş
edən, mühasibatlığı
avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin
yerli şöbələrində
yaradılmış “Yardım masaları”nın xidmətindən
yararlanmaqla, öz
hesabatlarını elektron formada
təqdim etmək imkanı qazanırlar. “Yardım
masaları”nın fəaliyyətinin genişləndirilməsi
ilə bağlı kiçik ödəniş
edən sığorta edənlərin elektron
hesabatlarının sayının daha da artacağı gözlənilir.
Hökumətin “şərəf lövhəsi”: DSMF ikincidir
Xatırladaq
ki, bu ilin
birinci rübünün
nəticələrinə əsasən, “e-hökumət”
portalına 45 qurum fiziki
olaraq qoşulub və
Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş 428 elektron
xidmətdən 319-u vahid portal,
yəni “bir pəncərə” prinsipi ilə əhaliyə təqdim olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama
Mərkəzinin direktoru Nail
Mərdanov bildirir ki,
“e-hökumət” saytında təqdim edilən xidmətlərdən
ayda təqribən 50 mindən çox insan istifadə edir. Onun sözlərinə
görə, Nazirlər Kabinetinin təsdiq
etdiyi siyahıdakı 428 xidmətdən
253-ü portala inteqrasiya
edilib: “Dövlət saytlarında olan xidmətlərin sayı 459, portalda olan xidmətlərin
sayı isə 331-dir. Aprel ayında bütün qurumlar üzrə
“e-hökumət” portalı tərəfindən təqdim olunan xidmətlərdən ümumilikdə 102
min 127 dəfə istifadə olunub”.
Nail Mərdanov yanvarın 1-dən aprelin 30-dək olan statistikaya əsaslanaraq deyir
ki, hazırda “e-hökumət” portalı
vasitəsilə ən çox istifadə
olunan xidmətlərin siyahısına
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi liderlik edir. Belə ki, bu ilin ilk
4 ayı ərzində nazirliyin “Telefon nömrəsi üzrə axtarış”
xidmətindən 55 min 889 nəfər
istifadə edib. Portalda
fəallığı ilə seçilən DSMF bu siyahıda ikinci yerdə
qərarlaşıb. Yanvar-aprel
aylarında fondun “Sığortaolunanın
onlayn uçota
alınması” xidmətindən 11 min 596
nəfər bəhrələnib. Onun sözlərinə
görə, hesabat dövründə DSMF-nin “Sığortaedənin uçot
nömrəsinin öyrənilməsi” xidmətinə 7116,
“Sığortaolunanın illər üzrə ödənişləri
və pensiya kapitalı” xidmətinə 4240,
“Məcburi dövlət sosial
sığortasına cəlb olunan gəlirlər
və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın
əldə edilməsi” xidmətinə 3444 müraciət olunub.
Hər şey vətəndaşlar üçün
DSMF-nin vətəndaşların
rahatlığı üçün
qurub-yaratdığı elektron xidmətlər
hər bir sosial
sığorta ödəyicisinə şəxsi hesabatı
vaxtaşırı izləməyə, ödənişlərin
hesabda yerləşdirilməsinə nəzarət
etmək imkanı da yaradır. Həmçinin,
hər bir sığorta ödəyicisi fondun elektron xidmətlərindən
istifadə etməklə, gələcəkdə
alacağı pensiyanın məbləğini də hesablaya bilər. Bunun üçün fondun internet saytında (www.sspf.gov.az)
yerləşdirilmiş “pensiya kalkulyatoru”ndan istifadə
etmək kifayətdir.
Beləliklə,
DSMF-nin “e-hökumət” portalına fəal
inteqrasiyası, xidmətlərin
avtomatlaşdırılmış idarəetmə sisteminə uyğun şəkildə
elektronlaşdırılması fondun özünü şəffaf və operativ idarəetmə imkanlarını
stimullaşdırır, vətəndaşları isə bürokratik əngəlliklərdən, vaxt və enerji itkilərindən
və ən əsası
rüşvət və korrupsiya risklərindən
qoruyur. Elektron xidmətlərin
təşkili sığorta-pensiya sistemində qeydiyyatın
sadələşdirilməsinə, rəsmi məlumatların uçotunun daha dəqiq
aparılmasına və bu məlumatların
istənilən vaxt əldə edilməsini
asanlaşdırır. Məcburi sosial
sığorta ödəyicisi kimi DSMF-də
qeydiyyatda olanlar da ödədikləri vəsaitlərin
etibarlı yığımına əmin ola
bilər. Üstəlik olanlar
sığorta hadisəsi ilə üzləşərkən
ödədikləri vəsaitə uyğun
pensiya və ya
müavinətlə təmin olunacaqlarına da
arxayındır. Bu təminatı isə
onlara “e-hökumət” portalına fəal
inteqrasiya, yəni pensiya-sığorta sahəsində
aparılan islahatlar çərçivəsində
informasiya-kommunikasiya texnologiyalarına əsaslanan
xidmət və idarəetmə sistemləri yaradır.
Elxan Salahov
P.S. Yazı Dövlət Sosial Müdafiə Fondunun “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda jurnalistlər üçün keçirdiyi müsabiqəyə təqdim olunur.
Həftə
içi.- 2014.- 21 may.- S.5.