Elektron bankçılıq inkişaf
mərhələsində
İKT-nin inkişafı bank xidmətlərinin avtomatlaşdırılması üçün yeni imkanlar yaradıb
Bu gün informasiya texnologiyalarının sürətli inkişaf etdiyi bir şəraitdə dünyanın əksər dövlətlərində banklar ənənəvi metodları dəyişməyə və yeni texnologiyaları tətbiq etməyə başlayıblar. Hazırda banklar bir çox xidmətlərini onlayn rejimdə reallaşdırırlar Kİ, bu da elektron bankinqin adlanır.
Qeyd edək ki, elektron bankinq -texnika və texnologiyanın ən son yeniliklərinin ənənəvi
bankçılıq sisteminə tətbiqi nəticəsində
proses və əməliyyatların
elektronlaşması, ənənəvi bankinqin
kompüter, internet, bankomatlar vasitəsilə əvəz
olunması deməkdir. E-bankinq istifadəçilərə
onlayn şəkildə hesabları ödəmək,
borc götürmək, hesab
balansını yoxlamaq, pul
köçürmələri aparmağa imkan verir. E-bankinqin
bank sisteminə və banklararası onlayn rəqabətə böyük
təsiri var.
Bəs, görəsən,
Azərbaycanda elektron
bankçılıqla bağlı vəziyyət hansı səviyyədədir?
Ümumiyyətlə, elektron
bankçılığı həyata keçirən maliyyə
institutları öz təhlükəsizlikləri
necə qurublar?
Məsələyə
münasibət açıqlayan bank sahəsi
üzrə mütəxəssis Rauf Ağayev «Həftə içi»nə
açıqlamasında deyib ki, bank
texnologiyalarının dəyişməsi ilə gündən-günə
daha çox istifadəçi
e-bankinq xidmətlərinə qoşulur.
Onun sözlərinə görə e-bankinq ənənəvi bank
əməliyyatlarının xarakterini dəyişib:
«Texnologiya, rəqabət, həyat tərzində
olan dəyişikliklərin bankların
hazırkı fəaliyyətinə böyük
təsiri var. Rəqabətli bazar şəraitə tab
gətirmək üçün banklar mövcud texnoloji yenilikləri daima
izləməli və öz fəaliyyət
sahələrinə tətbiq etməlidirlər. Məlum məsələdir
ki, ənənəvi qaydada
istifadəçi bank əməliyyatlarını
aparmaq üçün
bankın ofisinə, filialına gəlməlidir. E-bankinq sayəsində isə istifadəçi
vaxta və pula qənaət
edir, belə ki bütün bank əməliyyatlarını
istənilən yerdə istənilən vaxt
apara bilər».
Banklar rəqabətdədirlər
Rauf Ağayev
vurğulayıb ki, e-bankinq
banklar və müştərilər
arasındakı qarşılıqlı əlaqənin xarakterini də dəyişib. Onun
sözlərinə görə, artıq bütün
dünyada, o cümlədən
Azərbaycanda banklar istifadəçilərinin
etibarını qazanmaq məqsədilə
yüksək səviyyəli e-xidmət təklif etməyə
çalışırlar: “E-bankinq xidmətlərinin
inkişafı ilə istifadəçilər hesablarından daha rahat istifadə edir, hesab haqda
ixtiyari məlumatı alır. Hazırda banklar web texnologiyalara
böyük məbləğdə pul investisiya edir və bu
investisiyaların faydalı olacağını gözləyirlər.
Bu baxımdan müştərilərinə
yüksək keyfiyyətli xidmət göstərmək istəyən
şirkət ilk olaraq
istifadəçilərinin tələb və istəklərini
nəzərə almağa
çalışır. Məlum olduğu
kimi web-only yalnız
internetdə fəaliyyət göstərirlər. Buna görə də müştərilərin
məmnun qalmaları e-xidmətin səviyyəsindən
asılıdır. E-xidmətin səviyyəsinə isə
istifadənin asanlığı, web
saytın dizaynı, müştərinin tələbinə
görə uyğunlaşdırma, cavabdehlik
və təminat vermə ciddi təsir
göstərir. Təminat vermə təhlükəsizlik və
məxfilik məsələlərini əhatə edir. Müştərinin etibarının
qazanılmasında bunlar çox
önəmlidilər. Təhlükəsizlik üçüncü
şəxsin istifadəçi haqda məlumat
əldə etməsi ilə bağlıdır. Təbii ki, yerli banklar
da müştəri məmunluğunu təmin
etmək məqsədilə təhlükəsizlik məsələsinə
xüsusi diqqət yetirirlər».
Dünya banklarında beşqatlı təhlükəsizlik
sisteminin qurulduğunu
xatırladan ekspert Azərbaycan
banklarında bu sistemin
maksimum dördqatlı olduğunu
vurğulayıb. Bununla belə, Rauf Ağayev Azərbaycan
banklarında hələlik beşqatlı müdafiə sisteminin olmamasına da
diqqət çəkir. Ancaq onun fikrincə, yerli
bankların təhlükəsizlik sistemini
heç də zif saymaq olmaz: “Çünki bu sistem mütəmadi olaraq
təkmilləşdirmə mərhələsindədir».
Azərbaycanda elektron bankçılıq xidmətlərinə
müştərilərin marağına gəlincə, ekspert deyib ki,
insanlar kütləvi olmasa
da, tədricən ənənəvi ənənəvi bank xidmətlər
imtina edirlər. Rauf Ağayev
hesab edir ki, insanların birmanalı şəkildə elektron bankçılıq xidmətlərinə
üstünlük verəcəyini
gözləmək hələ tezdir: “Çünki burada vətəndaşların
ikt biliklərinin nə dərəcədə
olması da mühim rol oynayır. Amma
ümumilikdə götürsək görərik ki, vətəndaşların elektron
bankçılığa marağı yüksəkdir».
Xatırladaq ki, hazırda respublikada fəaliyyət
göstərən 43 bankdan təxminən
30-a yaxını müştərilərinə elektron bankçılıq xidmətləri təqdim
edir. Xidmətlərin çeşidi isə bankların infrastruktur imkanından asılı olaraq fərqlənir. Ölkəmizdə banklar tərəfindən müştərilərinə
əsasən, hesab üzrə balansın
yoxlanılması, hesab üzrə
çıxarışın əldə edilməsi, kartdan-karta pul
köçürmə, hesabdan-hesaba pul köçürmə (ölkədaxili), konvertasiya əməliyyatı, kartın bloklaşdırılması,
birbaşa debitləşmə, ödənişlər
(kommunal, sığorta, internet,
telefon və mobil telefon üzrə haqlar və
s.). a elektron
bankçılıq xidmətləri təqdim edilir.
Həm iqtisadiyyatımızı, həm də
İKT
biliklərimizi
inkişaf etdirməliyik
Nazirlər Kabinetinin sabiq şöbə
müdiri Oqtay Haqverdiyev də elektron
bankçılığının əhəmiyyətini
xüsusi qeyd edir. O, “Həftə içi”nə
açıqlamasında deyib ki, bu xidmət istifadəçiyə
istədiyi vaxt istədiyi yerdə bank əməliyyatlarını
aparmağa imkan verir: «Bu xidmət həftənin 7 günü,
günün 24 saatı istifadəyə hazırdır. Onlayn
bankinq xidməti sayəsində bankın xərcləri
azalır, nəticədəsə müştərilərdən
tutulan haqq da azalır. Eyni zamanda, e-bankinq vasitəsilə
sövdələşmə aparmaq asanlaşır. Bura ATM-lərin,
kredit və debet kartların, bankın onlayn səhifələrinin
istifadəsi daxildir. Elektron bankinqin verdiyi faydaya 2 mövqedən,
yəni bankın və istifadəçilərin mövqeyindən
baxmaq olar. Məsələn, bazar şəraitində istənilən
şirkət və ya müəssisənin əsas istəyi xərcləri
azaltmaq və gəliri çoxaltmaqdır”.
Oqtay Haqverdiyev bildirir
ki, e-bankinq xidmətlərinə
keçid bankların xərclərini nisbətən
azaldır. Çünki onlayn
rejimdə fəaliyyət göstərən bankın çoxlu sayda filiallara ehtiyacı olmur, nəticə
etibarı ilə də bankda işləyən
işçilərin sayı da avtomatik aşağı düşür. Onun sözlərinə
görə, bütün bunlar
bankın xərclərinin azalması ilə nəticələnir.
Həmçinin müştəri e-bankinq
xidmətlərindən istifadəyə görə haqq ödəməli olur ki, bu da
banka gəlir gətirir: “Elektron bankinq xidmətlərinə
istifadəçilərin mövqeyindən baxanda
isə aydın olur ki,
istifadəçi üçün bu xidmətin ən üstün
cəhəti rahatlıq və vaxta qənaətdir.
İstifadəçi ona rahat
olan vaxtda lazımi bank əməliyyatlarını apara bilər. Belə ki,
elektron bankinq xidməti
əməliyyatları 24/7 rejimində aparmağa
imkan verir».
Ekspert onu da
qeyd edib ki, sistemin mövcud
üstünlükləri ilə yanaşı onun
çatışmazlıqları da mövcuddur. Oqtay Haqverdiyev bildirir ki, e-bankinqdəki əməliyyatları
çətinləşdirən bəzi məsələlərdən
biri istifadəçinin fərdi kompüter vasitəsilə internetə
qoşulması ilə bağlıdır: “Bu,
o deməkdir ki bank hesabına giriş ilk olaraq texnologiyadan
asılıdır. Onlayn bankinq
web server və
kompüterlərin etibarlığından asılıdır. Onlarda nəsə problem baş versə istifadəçi öz hesabına daxil ola bilməyəcək. Texnika
və texnologiyanın bu qədər geniş yayılmasına baxmayaraq
elə insanlar var ki kompüterdən istifadə edə bilmirlər.
Belə insanlar üçün
onlayn bankinqdən istifadə
ağlasığmaz gəlir. Yəni, indiki
şəraitdə biz Azərbaycanda həyata
keçirilən elektron
bankçılıq xidmətlərini hansı Avropa ölkəsi ilə müqayisə edə
bilmərik. Bunun üçün
həm bizim iqtisadiyyat
Avropa ölkələrinin
iqtisadiyyatına çatmalı, həm də vətəndaşlarımız
İKTbiliklərini artırmalıdırlar. Əks halda göstərilən
e-bankçılıq xidmətindən ancaq
bir qrup insan faydalanacaq ki, bunun da
cəmiyyətə elə bir təsiri olmayacaq».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 22 may.-
S.6.