İnkişafın Azərbaycan modeli:
yeni sığorta-pensiya sistemi
Bu sistemdə elektron xidmətlərin tətbiq
olunması şəffaflığa
əsas təminatdır
Korrupsiyasız, rüşvətsiz, şəffaf vətəndaş
cəmiyyəti. Bu gün Azərbaycanda qurulan "elektron hökumət" məhz
ölkədə dövlət
strukturlarının səmərəli
fəliyyətini, vətəndaş-məmur
münasibətlərinin şəffaf
müstəvidə inkişafını
nəzərdə tutur.
Bunun tərkib hissəsi olaraq Azərbaycanda sığorta-pensiya sistemində
tətbiq olunan elektron xidmətlər Dövlət Sosial Müdafiə Fondunun (DSMF)
fəaliyyətini daha
da şəffaflaşdırmaqla
yanaşı, bu sahədə mövcud nöqsanların aradan qaldırılmasına kömək
edir.
Məlumat üçün
bildirək ki, hazırda Azərbaycanın
sığorta-pensiya sistemi
ölkə əhalisinin
40 faizdən çoxunu
əhatə edir və Fondun mərkəzi məlumat bazasında sayı 1 281
712 nəfər pensiyaçı
və 2 milyon 800 min nəfərə yaxın sığortaolunan barədə
məlumatlar toplanıb.
Dövlət Sosial Müdafiə
Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı artıq 19-a çatdırılıb. “Elektron hökumət” portalının statistikasına
görə, Fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb.
Ötən il
ərzində DSMF-nin həm öz saytı, həm də “elektron hökumət portalı” vasitəsilə əhaliyə
təqdim etdiyi elektron xidmətlərindən
ümumilikdə 700 minə
yaxın vətəndaş
yararlanıb. Bu ilin ilk rübündə isə elektron xidmətlərdən istifadə
edən vətəndaşların
sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. 2013-cü ildə
“Elektron Hökümət
Portalı”nda ən çox istifadə olunan elektron xidmətlər sırasına
“Sığorta olunanlara
məlumatların verilməsi”,
“Sığorta edənin
uçot nömrəsinin
öyrənilməsi”, “Pensiya
kalkulyatoru”, “Pensiyaçıya
məlumatların verilməsi”
daxildir. Ümumilikdə
il ərzində
“Elektron hökumət”
portalına inteqrasiya olunan elektron xidmətlərdən 132 minə
yaxın vətəndaş
yararlanıb.
Avtomatlaşdırılmış pensiya
təyinatı vətəndaşlara
nə verir?
Onu
da vurğulayaq ki, ötən ilin iyul ayından
etibarən Dövlət
Sosial Müdafiə Fondu tərəfindən Şərqi Avropa və MDB məkanında
ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış
qaydada vahid mərkəzdən təyinatına
başlanılıb. Eyni zamanda, pensiya qanunvericiliyinə edilən
ardıcıl dəyişikliklərlə
pensiya təyinatı
tam sadələşdirilib, ödənilən sosial sığorta haqlarının
fərdi uçotu, sığorta-pensiya sistemində
Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastruktur qurulub. Sistemin tətbiq olunduğu 11 iyul
2013-cü il tarixdən 31 mart 2014-cü il
tarixədək 1640 nəfərə
avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.
Onlardan
361-i Bakı şəhərində,
1279-u bölgələrdə yaşayan vətəndaşlardır.
Xatırladaq ki, müasir standartlara uyğun avtomatlaşdırılmış
pensiya təyinatı ölkə prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il
tarixli sərəncamla
təsdiq etdiyi
«2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya
sisteminin inkişafına
dair Dövlət Proqramı»nda əksini tapmış mühüm vəzifələrdəndir. Bundan başqa
Fondun internet səhifəsində
yaradılmış müştəri
xidmətləri sisteminə
istənilən vətəndaş
daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Həmçinin pensiya yaşına
çatmış hər
bir vətəndaş
hər hansı sənəd toplamadan və vaxt itirmədən
«Çağrı Mərkəzi»
nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq
imkanına malikdir.
Avtomatlaşdırılmış qaydada əmək
pensiyası təyinatı
aparılan hər vətəndaşa bir neçə dəqiqə
ərzində ona təyin olunan pensiyanın məbləği
və öz plastik pensiya kartını ala biləcəyi
müvəkkil bankın
filialının ünvanı
bildirilir. Bu islahat tədbiri sistemdə şəffaflığın
daha da artmasına,
əlavə vaxt itkisinin qarşısının
alınmasına, vətəndaşlarla
Fond orqanları arasında
münasibətlərin sadələşdirilməsinə,
insan amilinin rolunun son dərəcə
azaldılmasına imkan
yaradır.
Azərbaycanda
“Sığortaolunanın onlayn
uçota alınması”
xidmətinin tətbiqi
isə sığortaedənlərlə
DSMF orqanları arasında
münasibətlərin daha
da sadələşdirilməsinə
və sığorta-pensiya
sistemində şəffaflığın
artırılmasını imkan
verir. Belə ki,
“Sığortaolunanın onlayn
uçota alınması”
adlı xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin
rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür.
Bu xidmət vasitəsilə
hər bir sığorta edən öz ofisində kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar
üçün sosial
sığorta şəhadətnaməsinin
rəsmiləşdirilməsi imkanına malikdirlər.
2014-cü ilin yanvar ayından indiyədək isə onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 13 mindən
çox fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi
rəsmiləşdirilib.
Yeni sığorta-pensiya sisteminə
pensiyaçı və ekspert baxışı
Hazırda
Azərbaycanda müasir
avtomatlaşdırılmış əsaslarla fəaliyyət
göstərən sığorta-pensiya
sistemini pensiyaçı
vətəndaşlar da
yüksək qiymətləndirirlər. Həmsöhbət olduğumuz pensiyaçıların
sözlərinə görə,
pensiya ödənişinin
avtomatlaşdırılmasının əsas müsbət cəhəti odur ki, təqaüdçülər
təyin olunmuş təqaüdü kart vasitəsilə
tam şəkildə, yaşayış
yerindən asılı
olmayaraq, respublikanın
istənilən yerindən,
rahat, kənar müdaxilə olmadan ala bilirlər. Pensiyaçı Şakir İbrahimovun
sözlərinə görə,
əvvəllər poçt
şöbələrinin işçiləri
təqaüdçülərin tam haqqı çatdığı
məbləğə şərik
çıxırdılar. Belə ki, həmin işçilər təqaüdçülərə
göstərdikləri “xidmətə”
görə heç bir yerdə yazılmayan qanuna əsasən, müəyyən
məbləğ tuturdular.
Bu məbləği ödəməkdən
imtina edən təqaüdçülər isə
pensiyalarını almaq
üçün günlərlə
poçtalyonu axtarmalı
olurdular: «İndi vəziyyət tamamilə dəyişib. Nə bizdən pul
istəyən var, nə də pensiyanı gecikdirən.
Bilirik ki, hər ayın
ikinci ongünlüyünə
kimi pensiyalar ödənilir və rahatca bankomata yaxınlaşaraq pensiyamızı
götürürük».
Ötən ilin
noyabr ayında avtomatlaşdırılmış qaydada pensiya təyin olunan ibtidai sinif müəlliməsi
Kifayət Cəfərova
isə bizimlə söhbətində deyib ki, bu sistem
pensiyaçıların hər
hansı sənəd toplamasının, məmurların
qəbuluna düşmək
üçün günlərlə
növbədə dayanmasının
qarşısını alıb:
«Artıq pensiya yaşına çatmış
vətəndaş hansısa
sənəd toplamadan və vaxt itirmədən
“190-0 Cağrı Mərkəzi”
nə zəng vuraraq pensiya təyinatı hüququnu reallaşdıra bilir. Mən öz təcrübəmdən çıxış
edərək deyə bilərəm ki, Dövlət Sosial Müdafiə Fondundan cəmi 15 dəqiqə ərzində mənə təyin olunan pensiyanın məbləği
və plastik pensiya kartımı ala biləcəyim bank filialının
ünvanı bildirildi.
Yəni,
mən pensiyaya çıxarkən nə
vaxt itirmədim, nə də işimi tezləşdirmək
üçün kiməsə
rüşvət vermədim».
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da qəzetimizə açıqlamasında bildirib ki, pensiyaların kartlar vasitəsilə ödənilməsi,
onların təyinatının avtomatlaşdırılması
son zamanlar
sığorta-pensiya sistemində şəffaflığın
artırılması istiqamətində atılan ən
yaxşı addımlardandır. Ekspert bu fikirdədir
ki, sistemdəki şəffaflığı
normal qiymətləndirmək olar və burada şəffaflığın
az olduğunu iddia etmək də düzgün
sayılmaz: «Təbii ki,
sığorta-pensiya sistemində şəffaflığın
artırılmasının ən düzgün
yollarından biri elektron
hökumətin qurulması və informasiya
texnologiyalarının tətbiqidir. DSMF də artıq buna görə sistemi
avtomatlaşdırıb. Yəni, Fondun təqdim
etdiyi elektron xidmətlər
vətəndaş-məmur münasibətlərini minimuma endirib. Bu sahədə birbaşa
ünsiyyət olmadığı üçün
daha şəffaf şəkildə
müraciət həyata keçirilməsinə imkan yaranır. Eyni zamanda ünsiyyət olmadığı üçün korrupsiyanın yaranma ehtimalı aradan
qalxır. Bundan başqa
sığorta-pensiya sistemində elektron
xidmətlərin tətbiqi xarici ölkə
vətəndaşlarının da ondan səmərəli yararlanmasına geniş imkanlar yaradır.
Bu sistem imkan verir ki,
vətəndaş ödədiyi sosial
sığorta məbləğinə və iş
stajına uyğun pensiya
məbləği ilə təmin olunsun. Bu halda vətəndaşın
aldadılması, pensiya məbləğinin
az hesablanması ehtimalları yoxdur».
Sevinc Osmanova
Yazı Dövlət Sosial Müdafiə Fondunun “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.
Həftə içi.- 2014.- 22 may.-
S.7.