İKT sektorunda «bulud» texnologiyası 

 

Ekspertlər hesab edirlər ki, Azərbaycanda bu sistemə tam keçid üçün zamana ehtiyac var

 

«Oracle”, “Accenture” və "Longitude Research” şirkətləri məqsədi müasir müəssisələrin maliyyə departamentlərinin əsas fəaliyyətinin qiymətləndirilməsindən ibarət olan araşdırmanın nəticələrini təqdim ediblər. Nəticələrə əsasən, respondentlərin 70 faizi maliyyə direktorunun müasir texnologiyaların tətbiqinin aktiv tərəfdarı olduğunu bildiriblər. Eyni zamanda maliyyə direktorlarının 75 faizibulud” hesablamaları, mobil texnologiyalarsosial medianın müəssisənin maliyyə xidmətinin işinin təşkili prinsipini dəyişəcəyi fikrindədirlər.

Sorğuda iştirak edən respondentlər “bulud” texnologiyalarının yeni keyfiyyətli informasiyanın formalaşmasında potensialının olduğunu fikirləşirlər. Rəyi soruşulanların dörddə bir hissəsindən çoxu (28 faiz) artıq “bulud” texnologiyalarından büdcə, planlaşdırma və proqnozlaşdırma proseslərinin dəstəklənməsi üçün istifadə edir, digər 34 faiz isə il ərzində “bulud” texnologiyalarına keçməyə hazırlaşır. Bundan başqa, rəyi soruşulan rəhbərlərin üçdə iki hissəsi (24 faiz) artıq “bulud” hesablamaları əsasında sistemləri tətbiq edibya bunu etməyi (45 faiz) planlaşdırır. Maliyyə rəhbərləri və biznes liderlərindən olan respondentlərin təxminən 30 faizinin proseslərinin hələ də kağız və əlyazması əməliyyatlarına əsaslanmasını etiraf etməsinə baxmayaraq əməliyyatların avtomatlaşdırılması və onların rəqəmli formaya keçirilməsi üçün aşkar tendensiya mövcuddur. Bundan əlavə, sorğu iştirakçılarının 50 faizi mobil əlavələr, 53 faizi veb-əlavələr və onlayn servislərdən istifadə etdiyini qeyd edib.

Yeri gəlmişkən, beynəlxalq İKT mütəxəssislərinin apardığı araşdırmalara əsasən, yaxın 5-10 il ərzində informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində gözlənilən əsas yeniliklər sırasında "bulud" texnologiyaları da olacaq. Elektron sistemlərin "bulud" texnologiyasına daha çox uyğunlaşdırılacağı bildirilir. Proqnozlarına görə, 2015- ci ilədək "bulud" texnologiyaları sayəsində dünyada 14 milyondan çox yeri yaradılacaq və həmin vaxtadək belə texnologiyalardan əldə olunan mənfəət 1,1 trilyon dolları ötəcək. "Bulud" sistemlərinin tətbiqi nəticəsində ən çox yeni yerləri inkişaf etməkdə olan ölkələrdə, xüsusilə ÇinHindistanda yaranacaq.

Mütəxəssislərin proqnozlarına görə,3 ildən sonra "bulud" texnologiyaları sahəsində4 milyondan çox çinli işləyəcək. Hindistanda isə "bulud" texnologiyaları sayəsində 2,75 milyon peşə yaranacaq.

Bəs, görəsən, «bulud» texnologiyasının əsas özəlliyi nədir? Bu texnologiyanın hansı üstünlükləri var?

Qeyd edək ki, "bulud" sözünun hərfi mənası səmadakı buludu ifadə edir. Yeni texnologiyanın rəmzi də məhz bulud işarəsidir. "Bulud" texnologiyaları umumi kompüter resursları toplusuna (məsələn, şəbəkə, serverlər, məlumat anbarları, proqramlar və servislər) sorğu əsasında şəbəkə vasitəsilə əldə etməyə imkan verən modeldir. Resurslar minimal istismar xərcləri sərf etməklə və ya servis provayderlərinə muraciət etməklə əldə edilir. Burada bütün resurslar bir yerdə toplandığından və oradan paylandığından texnologiya «bulud» adlandırılır. Yəni, "bulud" texnologiyasinda məlumatlarımız öz cihazlarımızda deyil, istifadə etdiyimiz xidmətin serverlərində saxlanılır. Məlumat saxlama arxivində internet vasitəsilə ilə istənilən yerdən hər cür məlumata və fərdi məlumatlara dərhal daxil olma təmin edilir, istənilən əməliyyatları dərhal reallaşdırmaq mümkün olur.

Məsələyə münasibət açıqlayan Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov “Həftə içi”nə bildirib ki, "bulud" texnologiyasının xərclərə xeyli qənaət etməyə imkan verməsi və informasiya texnologiyaları infrastrukturunu mərkəzləşdirməyə kömək etməsi bu texnologiyaya marağı artırır. Onun sözlərinə görə, "bulud" texnologiyaları mobillik imkanı yaradır və İT bazarının drayveri olmaqla bazarın özünü dəyişir: “Artıq "bulud" texnologiyaları müxtəlif sektorlarda geniş tətbiq edilir. Ayrı-ayrı dövlət təşkilatlarının informasiya sistemlərinin "bulud" mühitində yerləşməsinı üstünlük verilir. Bu, bütün dünyada baş verir və Azərbaycan da yeni innovasiyalara uyğunlaşacaq. Öz növbəsində, mövcud tendensiya informasiya texnologiyaları və kompüter bazarını arxasınca aparacaq. Ümumiyyətlə, "bulud" texnologiyasi informasiyanın gələcəyi olaraq bəhs edilir. Yəni,sərhədsiz məlumat yığma və məlumatlarımıza hər yerdən çatma imkanı təqdim etməsidir».

 

Müştəri üçün yeni imkan

 

Ekspert vurğulayıb ki, müasir istifadəçilər istifadə etdikləri cihazlarda daha çox məlumat yığmaq istəyirlər və «bulud» texnologiyası bu sahədə müştərilərə yeni imkanlar yaradır. Qalib Qurbanov bildirir ki, hazırda texnologiya firmaları bu ehtiyaca cavab vermək üçün istehsal etdikləri məhsullarda məlumat tutumunu hər keçən gün artırmağa meyl göstərirlər. İstehsal edilən masaüstü kompüterlər, notebooklar, netbooklar, ağıllı telefonlar, tabletlər və digər mobil cihazların və elektron cihazların tutumları artdıqca qiymətləri də artır. Lakin bu qurğularda olan informasiyadan istifadə etmək üçün həmin qurğuların daim yanımızda olması şərtdir: “Bu mənada "bulud" texnologiyası bu mənada əvəzsizdir. Yalnız internetə girən qurğunun olması kifayətdir ki, müəyyən serverdə saxladığımız informasindan istifadə edə bilək. "Bulud" texnologiyasinda məlumatlarımız öz cihazlarımızda deyil, istifadə etdiyimiz xidmətin serverlərində saxlanılır. Beləcə çox aşağı birtutumlu məlumat saxlama arxiviniz olsa da, belə internet vasitəsilə istədiyiniz hər yerdə hər cür məlumatınızı və fərdi məlumatlarınıza dərhal əldə edə bilir, müxtəlif əməliyyatları reallaşdıra bilirsiniz».

Xatırladaq ki, internetdə informasiyanın USB kartda saxlanan kimi müəyyən serverdə toplanması üçün şəbəkəyə giriş imkanı verən saytproqramlardan istifadə edilməlidir. Həmin saytproqramlar istifadəçiyə aid olan informasiyanın müəyyən yerdə toplanmasına və sonradan istifadə edilməsinə imkan verir. Məsələn, hazırda ən çox müraciət edilən xidmət saytları «Google Drive», «Dropbox», «SkyDrive» və «Box.Net»dir. Məsələn, «Dropbox»un timsalında "bulud" texnologiyasının sadə variantını görə bilərik. Bu xidməti istifadə etmək üçün,www.dropbox.com daxil olaraq, qeydiyyatdan keçmək lazımdır. Daha sonra, məsələn Windows üçün proqram yüklənməlidir.Yüklədiyinizanda, kompüterinizdə «Dropbox» qovluğu yaranır. Burada pulsuz 5 Gb həcmində informasiya saxlamaq olar. Lakin müəyyən ödəniş etməklə bu həcmi limitsiz artırmaq olar. Gələcəkdə "bulud" texnologiyası əsasında işləyən serverlərdə pulsuzinformasiya saxlanılma həcmlərinin 10 dəfələrlə artacağı bildirilir. Artıq electron poçt xidməti göstərən saytlar da "bulud" texnologiyası əsasında pulsuz həcmlərini artırmağa başlayıblar.

 

Zamana ehtiyac var

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiyə cəmiyyəti şöbəsinin müdiri İsbəndiyar Əliyev də «bulud» texnologiyalarının üstünlüklərinə toxunaraq bildirib ki, artıq inkişaf etmiş ölkələrin əksəriyyəti bu sistemə keçid edir. Nazirlik rəsmisi “Həftə içi”nə açıqlamasında texnologiya sahəsində əldə olunan nailiyyətlərin bir-birini izlədiyini deyib. Onun sözlərinə görə, bu mənada «bulud» texnologiyasını İKT sektorunun növbəti yeniliyi kimi vurğulamaq olar: “Bəzi ölkələrdə «elektron hökumət» layihələri «bulud» texnologiyalarının üzərində qurulub. Bu texnologiya ilə sistemi idarə etmək olduqca asandır. Azərbaycanda da «bulud» texnologiyasının bəzi həllərindən istifadə olunur. Amma bu sahə bizim ölkə üçün hələ ki, yenidir. Təbii ki, ölkədə bu sistemə tam keçid həm də kadr səviyyəsindən asılıdır. Etiraf edək ki, bununla bağlı ölkəmizdə kifayət qədər kadr da yoxdur. Yəni, «bulud» texnologiyasına tam keçid gələcəyin işidir».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 23 may.- S.6.