Sahibkarlıq sektorunda elektronlaşma 

 

Ekspertlər hesab edirlər ki, bu sahədə tətbiq olunan texnoloji yeniliklər ölkədə biznesin inkişafını sürətləndirəcək

 

Son illər Azərbaycanda yeni texnologiyaların tətbiqi müxtəlif sahələrlə yanaşı, sahibkarlıq sektorunda da elektronlaşmanı sürətləndirib. Belə ki, ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq, elektron xidmətlərin tətbiqi sürətləndirilib, fizikihüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin on-layn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanıb, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılıb. Bununla yanaşı, icazələrə dair yaradılmış İnternet portalı icazə xarakterli sənədlər və onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etmək imkanı yaradıb.

Statistik məlumatlara əsasən, 2013-cü ildən müəssisə və təşkilatların elektron qaydada qeydiyyata başlamasından sonra onların sayı əvvəlki ilə nisbətən 8,9 faiz artaraq 86010 olub. Digər tərəfdən, 2013-cü ildə 7879 yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınıb ki, bu da əvvəlki dövrlə müqayisədə yaradılan müəssisələrin sayından 40,5 faiz çoxdur.

Onu da qeyd edək ki, hazırda müxtəlif dövlət qurumları üzrə 428 xidmət elektron formada həyata keçirilir və bunların sayı davamlı olaraq artır. Məsələn, İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi bütün xidmətlər elektronlaşdırılıb və sözügedən qurum tərəfindən 26 xidmət, o cümlədən 7 interaktiv, 19 informativ elektron xidmət təklif edilir. 2013-cü ildə nazirlik tərəfindən göstərilən elektron xidmətlər nəticəsində 15,2 min icazəverici sənədin elektron qaydada verilməsi və 14,5 min ödənişin elektron qaydada aparılması təmin olunub. Bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi təqribən 83 faiz təşkil edib.

Hazırda Azərbaycanda daha çox elektronlaşan qurumlardan biri də Vergilər Nazirliyi hesab olunur. Artıq bu dövlət orqanı tərəfindən göstərilən elektron xidmətlərin sayı 54-ə çatıb. Belə ki, prezidentin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 60 elektron xidmətdən 2012-2013-cü illərdə istifadəyə verilmiş 51 növü üzrə inzibati reqlamentlər “Hüquqi Aktların Dövlət Reyestrin”də elektron variantda dərc edilib. Vergi partnyorluğu Sazişinin bağlanması üçün ərizələrin qəbulu”, “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış”ın təqdim edilməsi və “Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi” üzrə elektron xidmətlərin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb. Elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqifiziki şəxslərdir. Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və http://www.e-taxes.gov.az, http://www.e-gov.az, ünvanlarında istifadəçilərə təqdim olunur.

 

Xərclər azalır

 

Mövzu ilə bağlı fikirlərini jurnalistlərlə bölüşən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev də söyləyib ki, hazırda Azərbaycan dövləti özəl sektorun inkişafına xüsusi önəm verir: «Bir müddət əvvəl ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərman müstəsna əhəmiyyət daşıyır. Yəni, əvvəllər adamları biznes qurarkən müəyyən qədər vaxt itkisi ilə qarşılaşırdılarsa, bu fərmandan irəli gələn vəzifələrin icrası sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılmasına təkan verəcək, elektronlaşmanı sürətləndirəcək. Eləcə də ölkədə həyata keçirilən İKT quruculuğu sahibkarlığın daha da inkişaf etməsinə təkan verəcək".

Məmməd Musayev bildirib ki, bu sahənin elektronlaşması sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının tam şəkildə alacaq: "Məsələn, prezidentin imzaladığı sözügedən fərmanda əsas məqamlardan biri də "bir pəncərə" prinsipinə uyğun elektron qeydiyyat zamanı prosedur və müddətlərin azaldılmasıdır. Yəni, bu günədək sahibkarlara tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin, eləcə də elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili müəyyən çətinliklər yaradırdısa, bu fərmandan irəli gələn fəaliyyət zamanı prosedur, müddət və xərclər azaldılacaq.

 

«Elektronlaşmanın əsas elementi «bir pəncərə»dir»

 

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isəHəftə içi”nə açıqlamasında deyib ki, elektronlaşmanın əsas elementibir pəncərəsistemi hesab edilir. Bu zaman məlumatların bir mərkəzdə cəmləşdirilməsi eləcə bütün inzibati qeydiyyatların (vergi qeydiyyatı da daxil olmaqla) tamamilə sinxronlaşdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, belə olan halda adamlarının mərkəzi sistem ilə avtomatik, on-layn davamlı əlaqəsi yaranır: “Faktiki olaraq bu lisenziyaların mərkəzləşdirmiş qaydada elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman təbii ki, qeydiyyat üçün lazım olan proseduraların sayı azalır biznes strukturları elektron qeydiyyat sistemindən faydalanaraq həmçinin vaxt itkisinin qarşısını alırlar».

«Bir pəncərə» sisteminin yaradılması sahəsində beynəlxalq təcrübəyə toxunan ekspert deyib ki, ABŞ-da bu sistemin yaradılması tarixi 1970-1997-ci illərə əhatə edir. Onun sözlərinə görə, ABŞ-da 1990-cı ildən sonra müəssisələrin sayının artması regional “bir pəncərəsistemlərinin yaradılmasına gətirib çıxarıb. 1998-ci ildə isəbir pəncərəsistemində qeydiyyat proseduralarını daha da sadələşdirmək məqsədilə HP şirkəti ORACLE faylarının tətbiqinə başlayıb. 1998-ci ildə keçid ölkələrində ilk dəfə Macarıstanda bu sisteminin tətbiqinə start verilib. Qonşu Gürcüstanda həmin sistem ötən ildən tətbiq edilməyə başlanıb. Dünya Bankının tədqiqatlarına görə, bu sistemin tətbiqi qonşu ölkədə biznesin inkişafına, xüsusən yeni biznes subyektlərinin yaradılmasına pozitiv təsir göstərib: “Əslində, «bir pəncərə» sistemin tətbiqi artıq mürəkkəb hesab edilmir. ABŞ-da Mərkəzi Qeydiyyat Şöbəsi məhz «bir pəncərə» sisteminə nəzarət edir. Bu zaman Mərkəzi Statistika İdarəsi, Vergilər İdarəsi başqa müvafiq qurumlar informasiyaların həm yoxlanması, həm sözügedən şöbəyə göndərilməsi ilə məşğuldurlar. Sadə dillə izah etsək; şöbəyə təqdim edilən məlumat elektron olaraq statistika vergilər idarələri tərəfindən yoxlanılır təsdiq edilir. Şöbə elektron təsdiqləri aldıqdan sonra elektron qeydiyyatla bağlı qərar verir bu zaman qeydiyyat nömrəsi başqa məlumatlar müraciət edən biznes strukturuna göndərilir bununla da həmin təşkilatın qeydiyyatı tamamlanır. Həmin kodu isə biznes strukturu gələcək hesablaşmalarda ya yazışmalarda istifadə edir. Avropa Birliyi ölkələrində biznes strukturlarıqeydiyyat adı parollatəmin olunurlar bu həmin müəssisələrə özləri ilə bağlı məlumatları elektron yeniləşdirməyə imkan verir. Bu qayda artıq, demək olar, «bir pəncərə»ni tətbiq edən bütün ölkələrdə istifadə edilir».

 

Əngəllər aradan qalxır

 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlməmməd Nuriyev isə “Həftə içi”nə bildirib ki, sahibkarlıq sektorunda elektronlaşma bu sahədəki əngəllərin aradan qaldırılmasına şərait yaradır. Onun sözlərinə görə, hazırda Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün bir çoxu, o cümlədən rəsmi sənədlərin verilməsi, vergigömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması ölkəmizdə də tətbiq edilir: “Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə isə www.e-gov.azelektron hökumət” portalı yaradılıb. Yəni, Azərbaycanda tədricən bütün sahələrdə, o cümlədən sahibkarlıq sektorunda elektronlaşma gedir. Təbii ki, bu sahənin elektronlaşması sahibkarlıq subyektlərinə qarşı kənar müdaxilələrin qarşısı almaqla yanaşı, xərclərin azalmasına və vaxt itkisinin aradan qalxmasına şərait yaradır».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 24-26 may.- S.6.