Məşğulluğun
təminatında aktiv məşğulluq
tədbirləri mühüm önəm kəsb
edir
Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi,
ölkənin beynəlxalq rəqabətdən daha
effektli faydalanması, həmçinin əhalinin
rifahının yaxşılaşması və həyat səviyyəsinin
daha da yüksəldilməsi
sosialyönümlü milli
iqtisadiyyatın dünya təsərrüfat
sisteminə uğurlu inteqrasiyasının sürətləndirilməsi ilə
yanaşı, insan kapitalının
inkişafından, əmək ehtiyatlarının keyfiyyətinin
yüksəldilməsindən, vətəndaşların müasir bilik və
bacarıqlara yiyələnməsinin təmin edilməsindən
çox asılıdır.
Ona görə də özəl sektorun
inkişafı vasitəsilə məşğulluğun əldə
edilməsi ilə yanaşı, işaxtaran vətəndaşların
peşə bacarıqlarının əmək bazarının
tələblərinə uyğunlaşdırılması
üçün müvafiq tədbirlərin həyata
keçirilməsi vacibdir. Qeyd edək ki,
2013-cü ildə yoxsulluğun səviyyəsinin
2003-cü ildəki 44,7 faizdən 5,3 faizə düşməsində,
işsizliyin 5 faiz təşkil
etməsində son 10 ildə 900 mini daimi olmaqla
1 milyon 200 min iş yerinin
açılması, məşğulluqda isə özəl sektorun payının 68 faizdən 74 faizə yüksəlməsi, sahibkarlıq subyektlərinin
sayının 2,5 dəfə artması mühüm
rol oynayıb. Ancaq uzun
illərdir yeni iş
yerlərinin açılmasına, zavod və
fabriklərin işə salınmasına, yeni
emal və istehsal sahələrinin
fəaliyyətə başlamasına baxmayaraq,
işsiz və işaxtaran
vətəndaşların peşə-ixtisas təhsilinin və
vərdişlərinin müasir əmək
bazarının tələblərinə cavab verməməsi, hər il
otra məktəbi bitirən təqribən
150 min nəfərə yaxın gəncin
təxminən 87 mininin təhsilini davam etdirmək və peşə əldə
etmək imkanından məhrum olduğu üçün əmək bazarında
özünə yer axtarması işsizlik və yoxsulluq problemlərini dərinləşdirməkdədir.
Üstəlik, regionların sosial-iqtisadi
inkişafı dövlət proqramına uyğun
olaraq bir sıra yeni ixtisasların açılmasına ehtiyac duyulur, regionların
və rayonların ehtiyaclarına uyğun
ixtisaslar üzrə hazırlanacaq mütəxəssislərə
tələbat çoxalır. Ona görə də bazar iqtisadiyyatı şəraitində
texnologiyaların sürətlə dəyişməsi peşə
və ixtisasların artırılmasını, əmək
bazarında rəqabətədavamlı və müasir
tələblərə cavab verən müvafiq peşə və ixtisaslara
yiyələnməni, işsizliyin və yoxsulluğun azaldılması üçün
sosial müdafiəyə ehtiyacı olan vətəndaşların münasib
işlərlə təmin olunmasını tələb edir. Bu baxımdan gənclərin potensial
imkanlarından tam istifadə üçün lazımi şəraitin
yaradılması, gənclərin səmərəli məşğulluğunun
təmin edilməsi, müasir dövrün tələblərinə cavab verən çevik gənc
kadr potensialının
formalaşdırılması, əmək bazarına daxil olan gənc işçi qüvvəsinin
rəqabət qabiliyyətliliyinin və peşə-ixtisas təhsili
sistemi ilə əmək bazarı arasında
uyğunluğun təmin olunması insan kapitalının inkişafı istiqamətində
aparılan dövlət siyasəti üzrə müəyyənləşdirilən
məqsədlər sırasındadır. Bu məqsədlərə nail
olmaq üçün
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq
Xidməti (DMX) aktiv məşğulluq tədbirləri
həyata keçirir. Həmin tədbirlər
nəticəsində təkcə bu ilin yanvar-mart aylarında
6191 nəfər münasib işlərlə
təmin edilib, 268 nəfər haqqı
ödənilən ictimai işlərə
cəlb edilib. DMX tərəfindən
işsiz və işaxtaran
vətəndaşların sosial müdafiəsi,
onların münasib iş
yerləri ilə təmin olunması istiqamətində yeni vasitə kimi tətbiq
olunan Səyyar Əmək Birjalarında
879 nəfəri müvəqqəti işlərlə təmin
edib. 1422 nəfərə işsiz statusu verilib, 1603 nəfərə isə işsizlik mavinəti təyin olunub.
Qeyd edək
ki, sözügedən birjalarda
vətəndaşlar müxtəlif müəssisələrldə
boş iş yeri ilə tanış olmaq,
atkiv məşğulluq tədbirləri
barədə yerindəcə məsləhət almaq və peşə kurslarına cəlb olunmaq imkanı qazanırlar. Üstəlik, bu birjalar əhalinin məşğulluğunun
gücləndirilməsində, xüsusilə
də sosial müdafiəyə ehtiyacı
olan gənclərin, təqaüdçülərin,
əlillərin, natamam iş
günü və natamam
iş həftəsi əsasında işləyənlərin
boş vaxtları ərzində əlavə
qazanc əldə etmələri üçün müvəqqəti xarakterli, o cümlədən
birdəfəlik, qısa müddətli, mövsümü
işlərlə təmin olunmasında mühüm
rol oynayır. Bu birjalarda
əlillərə, azyaşlı uşaqları tərbiyə
edən tənha analara, gənclərə,
qaçqınlara, məcburi köçkünlərə və
sosial müdafiəyə xüsusi
ehtiyacı olan digər şəxslərə
üstünlük verilməsi, həmin vətəndaşlara
əhalidən və ayrı-ayrı iş
adamlarından müxtəlif növ
işlərin görülməsinə dair
qəbul olunmuş sifarişlərin təklif
edilməsi də təqdirəlayiqdir.
Qeyd edək ki, işaxtaran
və işsiz vətəndaşların əmək
bazarında münasib işlərlə təmin
edilməsi daha çox
onların müasir tələblərə
cavab verən peşələr və ixtisaslar üzrə hazırlıq işinin təşkilindən asılı olduğu üçün
həmin vətəndaşların
sosial adaptasiyasında mühüm
rol oynayan fəal məşğulluq
tədbirləri arasında peşə
hazırlığı, ixtisasın artırılması və
yenidən hazırlığı özünəməxsus yer tutur. Bu baxımdan məşğulluq
xidməti orqanlarında 55 müxtəlif peşə və ixtisas üzrə hazırlıq
kurslarının, Bakıda və Göyçay
rayonundakı Regional Peşə Tədrisi
Mərkəzlərində 70-dən çox
müxtəlif peşə üzrə peşə
hazırlığı kurslarının təşkili aktiv məşğulluq tədbirlərinin
əhəmiyyətini artırır. Bəzi
rayonların məşğulluq mərkəzləri müəssisə,
idarə və təşkilatlardan mövcud
vakansiyalar barədə məlumatları toplamaqla hər ay mini əmək yarmarkaları təşkil edir və bu yarmarkalarda boş iş yerləri təklif edilməklə
yanaşı, işaxtaran və işsiz vətəndaşlar mövcud
əmək bazarının tələblərinə uyğun peşə hazırlığı
kurslarına və haqqı ödənilən ictimai
işlərə cəlb edilirlər. Ona görə də DMX tərəfindən
həyata keçirilən peşəyönümlü tədbirlər,
məsələn, təkcə bu ilin yanvar-mart ayrlarında
651 nəfər işaxtaran vətəndaşın
əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə
hazırlığı kurslarına cəlb
edilməsi, əksəriyyəti yuxarı sinif
şagirdləri olan 26 min
604 nəfərə peşəyönümlü məsləhətlərin
verilməsi gənclərin düzgün
peşə-ixtisas seçimi
aparmalarına, əmək fəaliyyətinə
başlamalarına yaxından köməklik edib.
Gənc
işçi qüvvəsinin əmək
bazarına çıxışının daha
dolğun şəkildə dəstəklənməsini
təmin etmək üçün tələbə
və məzunların əmək bazarına inteqrasiyası
istiqamətində təhsil müəssisələrində təşkil
olunan aktiv məşğulluq
tədbirləri də təqdirəlayiqdir. Təkcə 2007-2013-cü illərdə
Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Mingəçevir
şəhərlərində, həmçinin Abşeron
rayonunda fəaliyyət göstərən
ali təhsil müəssisələrində
«Karyerada ilk addım» devizi altında keçirilən tədbirlərdə
2188 müəssisə 14 min 936 boş (vakant) iş yeri ilə iştirak edib, 2013 nəfər məzun və tələbə
münasib işlə təmin olunub. 2014-cü ildə bir
sıra ali təhsil ocaqlarında
keçirilməsi nəzərdə tutulan
belə tədbirlər gələcək karyeralarının
inkişafı üçün gənclərin
malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə təqdim
edə bilmələrinə, gənclərin əmək
bazarına çıxışının dəstəklənməsinə
və səmərəli məşğulluğunun təminatına
köməklik göstərəcək. Çünki
həmin tədbirlər tələbə və məzunlarla
işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək
bazarı, yəni öz ixtisaslarına uyğun vakansiyalar barədə
məlumatları əldə etməsinə, öz
bacarıq səviyyələrini işəgötürənlərə
təqdim etmək və onlarla ünsiyyət
qurmaq sahəsində müəyyən
təcrübələrin yaranmasına kömək edir. Bu tədbirlər zamanı tələbə və məzunlara
işaxtarma şəbəkəsinin
müəyyənləşdirilməsi, özünü
işəgötürənə təqdim etmək, işə
daxil olmaq üçün müsahibəyə
hazırlaşmaq, CV hazırlamaq və sair
barədə məsləhətlərin verilməsi də aktiv məşğulluq tədbirlərinin
əhəmiyyətini artırır.
Son illərdə ölkəmizdə informasiya-kommunikasiya
texnologiyalarının yüksək sürətli
inkişafı əmək potensialının keyfiyyətcə
yüksəldilməsi və işçi
qüvvəsinin rəqabət qabiliyyətinin əmək
bazarının tələbləri səviyyətinə
çatdırılması üçün
İKT-nin potensial
imkanlarından istifadə
edilməsi zərurətini meydana
çıxarıb. Ona görə də mövcud işçi qüvvəsinin daim
inkişaf edən əmək
bazarının tələblərinə
uyğunlaşdırılması və məşğulluğun
təminatına diqqətin artırılması üçün peşə
hazırlığı işlərinin gücləndirilməsi
ilə yanaşı, gənclər, xüsusilə də bölgələrdə yaşayan
aztəminatlı ailələrdən olan
gənclər, məcburi köçkün
ailələrindən olanlar, əlillik təyin
olunmuş şəxslər və
qadınlar üçün ödənişsiz
kompyuter kurslarının təşkil
edilməsi və onların bu sahədə
biliklərə yiyələnməsi həmin
vətəndaşların kompyuter
texnologiyalarından istifadə imkanlarının
artırılması ilə nəticələnə və bu da gənclərin işsizlik və yoxsulluq
problemlərinin həllinə, onların məşğulluğunun
artırılmasına öz töhfəsini
verə bilər. Bölgələrdə,
xüsusilə də kəndlərdə yaşayan
gənclərin məşğulluq probleminin
həllinə yardım, peşə təhsili mütəxəssislərinin
formalaşması, həmçinin gənclərin sosial-iqtisadi inkişafına dəstək üçün müxtəlif təlimlərin
keçirilməsi, həmin təlimlərdə gənclərə işsizlik probleminin həlli, peşə
bacarıqlarının artırılması, karyera
planlaşdırılması, motivasiya,
özünə inam, hədəfin seçimi və CV yazılışı ilə
bağlı geniş məlumatların
verilməsi də məşğulluğun təminatında mühüm rol oynaya bilər.
«İSCO
88/08-ə uyğun təkmilləşdirilmiş
peşə standartlarının və əlaqədar təlim
standartlarının hazırlanması»
tapşırığı üzrə hazırlanmış
200 peşə standartlı milli əmək
potensialının keyfiyyətcə yüksəldilməsində,
əmək məhsuldarlığının
artırılmasında və əmək bazarının
genişlənməsində,
həmçinin peşəkar kadrların yetişdirilməsində
mühüm əhəmiyyətə malikdir. Ona görə də peşə standartlarının
mahiyyəti, iqtisadi inkişaf
şəraitində əmək bazarında tələb olunan peşələrin müəyyənləşdirilməsi
və vətəndaşların peşə səriştələrinin
yüksəlməsi üçün
Bakıda və bölgələrdə də kütləvi
şəkildə maarifləndirilmə işlərinin
aparılması aktiv məşğulluq tədbirlərinin
əhəmiyyətini daha da
artıra bilər.
Xatırladaq
ki, bu ilin
mayın 1-də İsmayıllı rayonunda
işsiz və işaxataran
vətəndaşlarının məşğulluğunun müasir dünya təcbürəsindən
irəli gələn səmərəli iş
üsulları əsasında təmin olunmasına xidmət edən
Pilot Məşğulluq Mərkəzi açılıb. Bu mərkəzdə
ərazinin əmək bazarı barədə məlumat
bazası yaradılıb, vakant iş yerləri barədə məlumat-informasiya
köşkü
quraşdırılıb, peşəyönümlü məsləhət
və psixoloji adaptasiya
xidmətlərinin göstərilməsi, işaxtaranlara
iş axtarışı
texnologiyasının aşılanması üçün
lazımi kabinələr yaradılıb. Orada müvəqqəti xarakterli iş axtaran şəxslər üçün
əmək birjası, həmçinin iş
axtarışı ilə bağlı öz
təcrübə və informasiyasını könüllü
şəkildə bölüşən vətəndaşlar üçün «İş
klubu» fəaliyyət göstərəcək.
İş üçün
müraciət edən vətəndaşlara köməklik
göstərilməsi imkanlarını artıran belə Pilot Məşğulluq Mərkəzlərinin
digər rayonlarda və bölgələrdə
yaradılması da aktiv
məşğulluq tədbirlərinin əhəmiyyətini
artıracaq.
İnanırıq
ki, gələcəkdə qeyri-neft
sektorunun dinamik
artımı, davamlı dövlət dəstəyi şəraitində
özəl sektorun tərəqqisi və
regionların tarazlaşdırılmış inkişafı gənclərin,
xüsusilə də aztəminatlı ailələrin aktiv sosial müdafiə tədbirlərinə
cəlb olunması ilə nəticələnəcək, daimi
və yeni iş yerlərinin
açılması ölkədə yoxsulluğun
və işsizliyin səviyyəsini azaldaraq minimuma endirəcək.
Təbriz Vəfalı
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün
Həftə
içi.- 2014.- 27 may.- S.7.