Əmək müqaviləsi:
əməyinə və gələcək
sosial təminatına sahib ol!
Azərbaycan artıq keçid dövrünü
başa vuraraq
dayanıqlı iqtisadi bazis
üzərində hüquqi və sosial dövlət quruculuğu
yolunda inamla irəliləməkdədir.
Əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş
iqtisadi inkişaf
strategiyasında insan amili
özynəməxsus yer tutur.
Keçən illər ərzində vətəndaşların
sosial-iqtisadi həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
atılan addımlar bir milyondan
artıq yeni iş
yerlərinin açılması ilə nəticələnib. Bu amil əmək
bazarında hüquqi tənzimlənməni
zərurətə çevirir.
Əmək sistemində əsas
normativ-hüquqi baza rolunda isə təbii ki, hər bir vətəndaşın
sabit iqtisadi gəlir əldə etməsinə, təqaüd
yaşı çatdığında müasir standartlara
uyğun ölkə qanunvericiliyi əsasında sosial təminatına,
təhlükəsiz iş şəraitində
çalışmasına və s. imkan yaradan əmək
müqaviləsi çıxış edir.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan
Prezidenti İlham Əliyev 2020-ci ilə kimi ölkəmizin
inkişaf etmiş dövlətlər sırasına daxil
olacağını açıqlayıb. Bu strateji siyasət
“Azərbaycan 2020: gələcəyə baxış”
inkişaf konsepsiyasi əsasında
reallaşdırılır. Konsepsiyanın 7.3-cü bəndi məhz
sosial müdafiə sisteminin təkmilləşdirilməsinə
həsr edilib. Sənəddə bildirilir: «İşləyən
vətəndaşların layiqli həyat səviyyəsini təmin
etmək məqsədi ilə iqtisadiyyatın
inkişafından asılı olaraq minimum əməkhaqqı
məbləğinin tədricən minimum yaşayış
standartlarına və Avropa ölkələrində müəyyən
edilmiş normativə - orta aylıq əməkhaqqının
60 faizi məbləğinə çatdırılması
istiqamətində tədbirlər görüləcək; əhalinin
ümumi gəlirlərində əməyin ödənilməsi
payının artırılması üçün işlərin
davam etdirilməsi və sosial müdafiə sahəsində
müvafiq tədbirlərin həyata keçirilməsi əsasında
əhalinin gəlirlər üzrə diferensiasiyasının
azaldılmasına nail olunacaqdır. İşləyən vətəndaşların
təhlükəsiz və sağlam əmək şəraitinin
təmin edilməsi sahəsində iş gücləndiriləcək,
əməyin mühafizəsi və əmək şəraitinin
yaxşılaşdırılması üzrə Dövlət
Proqramı hazırlanacaqdır. Əmək və məşğulluq
sahəsində milli informasiya sistemi yaradılacaq, əmək
bazarında yaranan vəziyyətin monitorinqi və təhlili
sistemi qurulacaq, qeyri-formal məşğulluğun
qarşısının alınması üzrə ciddi tədbirlər
görüləcəkdir».
Ölkənin gələcək hərtərəfli
inkişafının əsasını təşkil edən
konspsiyanın müddəaları ilə tanış olduqda
bir daha görünür ki, yeni sosial-iqtisadi inkişaf mərhələsinə
qədəm qoyan Azərbaycan Respublikası hüquqi cəmiyyət
quruculuğu yolunda mühüm addımlar atan, əmək
ehtiyatlarından səmərəli istifadənin təmin
olunması, əmək bazarında mövcud münasibətlər
sisteminin tam hüquqi müstəvidə qurulması,
işçi hüquqlarının etibarlı müdafiəsi
və qeyri-leqal məşğulluq hallarının
leqallaşdırılması istiqamətində məqsədyönlü
siyasət yürüdən bir ölkədir.
Onu da bildirək ki, Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanı ilə təsdiqlənmiş
Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə
əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi (ƏƏSMN) ölkədə əmək bazarına
nəzarətin gücləndirilməsinə, qeyri-leqal məşğul¬luğun
aradan qaldırılmasına, habelə işçilərin
hüquqlarının daha etibarlı qorunmasına xidmət edən
yeni sistemin yaradıl¬masına başlayıb. Prezidentin fərmanı
bu sahədə mühüm addımların
atılmasını şərtləndirməklə qeyri-leqal
məşğulluqla mübarizənin gücləndirilməsi,
bu sahədə çevik və səmərəli, müasir tələblərə
uyğun iş üsullarının
formalaşdırılması üçün geniş imkanlar
açır.
Əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini İdris İsayev “Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi
barədə Azərbaycan prezidentinin 2014-cü il 3 fevral tarixli
Fərmanına əsasən, əmək müqaviləsi
bildirişlərinin elektron hökumət portalı üzərindən
elektron informasiya sisteminə (EİS) daxil edilərək
qeydiyyata alınması mexanizminin
hazırlandığını bildirib.
Əmək müqaviləsi bildirişlərinin
elektron şəkildə qeydiyyata alınması
üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq
olunacaq: “EİS-in proqram təminatı artıq hazırdır
və yaxın aylarda sistemin tətbiqinə başlanacaq. Bu
mexanizm əmək bazarında mövcud münasibətlər
sisteminin elektron qaydada hüquqi müstəvidə əhatə
olunmasına imkan yaratmaqla həm işçilərin, həm
də biznes strukturlarının əmək bazarında mənafelərini
ifadə edəcək”.
EİS-dən istifadə
ilə bağlı müvafiq məlumatlandırma
işlərin aparıldığını deyən İ.İsayev eyni zamanda əməyin təhlükəsizliyi və
sağlamlaşdırılması üzrə hazırlanan Milli Strategiya layihəsindən
bəhs edib. O, layihəyə əsasən
ölkədə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə
Milli İnformasiya Mərkəzinin,
əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin
yaradılacağını bildirib. Aparılan islahatlarda sosial tərəfdaşlarla, o
cümlədən işəgötürənlərlə əməkdaşlığa
mühüm önəm verildiyini
qeyd edən İ.İsayev
ayrı-ayrı iri şirkətlərlə
əməkdaşlığa dair
Memorandumların, peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığortanın təmin
edilməsi üçün 3 iri sığorta şirkəti ilə
sazişlərin imzalandığını söyləyib.
Yeni iş yerlərinin
açılması və müvəqqəti sərbəstləşmiş
işçi qüvvəsinin sosial müdafiəsi sahəsində
görülən tədbirlərlə yanaşı, bu gün əmək
bazarının ölkənin sosial-iqtisadi
inkişaf tempinə və xüsusiyyətlərinə
uyğunlaşdırılması mexanizminin
müasir səviyyədə qurulması, əmək
potensialından daha dolğun
istifadə edilməsi məsələləri də diqqət
mərkəzində dayanır. Əmək bazarı cəmiyyətin
siyasi və iqtisadi həyatında
ən vacib sahədir. Burada işçi
qüvvəsinin dəyəri qiymətləndirilməklə
yanaşı, icarə şərtləri, əməkhaqqının
kəmiyyəti, əməyin şərtləri, təhsil almaq imkanları, məşğulluğun təminatları
və digər amillər müəyyənləşir və
bazardakı dinamikanın əsas tendensiyaları əks olunur. Əmək münasibətlərinə
operativ nəzarət edilməsi isə əmək
bazarına yeni baxışın
formalaşmasına gətirib çıxaracaq.
Əmək müqavilələrinin
imzalanması sahəsində bir neçə
statistik rəqəmi də xatırlatmaq
yerinə düşərdi. Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə
başçısı sürətli iqtisvadi
inkişaf fonunda
sahibkarlıq subyektlərinin vətəndaşların əmək
hüquqlarını pozması hallarının qarşısının
alınması barədə ciddi
tapşırıqlar verdi.
Butapşırıqlardan sonra aparılan
araşdırmalar və görülən inzabi
tədbirlər nəticəsində 2012-ci ildə 180 mindən
çox əmək müqaviləsinin
bağlanılması təmin edildi.
Dövlət Statistika Komitəsinin açıqlamasına
görə, 2012-ci ildə Azərbaycanda 4 milyon
665 min məşğul insan
qeydə alınıb. Bunlar arasında muzdla işləyənlərin sayı 1 milyon 425 min nəfərdir,
muzdla işləyənlərin əksəriyyəti
əmək müqaviləsi imzalamadan
çalışır. Aparılan araşdırmalar göstərir
ki, əmək müqaviləsi olmadan çalışma halları əsasən
özəl sektorda, iaşə obyektlərində,
nəqliyyatın bəzi sahələrində, eləcə də
tikinti sferasında müşahidə edilir. Müqaviləni imzalamadan
çalışan işçilər öz
əmək hüquqları barədə məlumatsızdırlar
və əmək müqaviləsinin imzalanmasının vacibliyini anlamırlar. Dövlət Sosial Müdafiə Fondunun
keçirdiyi sorğunun
nəticələrinə görə, 38,1 faiz
insan əmək müqaviləsi imzalamadan çalışır, 4 faiz insan ümumiyyətlə
belə bir müqavilənin olmasından məlumatsızdır.
Bu, çox
acınacaqlı haldır və bunun nəticəsində
də sonda zərərçəkən
dövlət və vətəndaş olur.
Ümumilikdə isə
əmək qanunvericiliyinin əsasını
Əmək Məcəlləsi təşkil edir.
Məcəllədə də bildirilir ki, Əmək munasibətləri yazılı
formada əmək muqaviləsi
bağlandıqda yaranır. Bu səbəbdən
hər bir vətəndaş gələcək
sosial təminatı naminə işə
girərkən işə götürənlə əmək
müqaviləsini bağlamalı və öz
hüquqlarını təmin etməlidir.
Həmişə əmək
müqaviləsi barədə məqalələr yazılanda,
təhlillər aparılanda hamı dərhal bu
aktın vətəndaş üçün
verdiyi üstünlük,
bəhrə və divdentlərdən söz
açılır. Lakn bu
əqdin bağlanması təkcə vətəndaşa deyil, həm də dövlət üçün xüsusi
səmərəyə malikdir. Belə ki, əmək müyaviləsi
vətəndaşa fərdi qaydada yüzlərlə
manat mənfəət, hüquqi
və sosial sığorta
qazandırırsa, sözügedən sənədin
reallaşması dövlət büdcəsinə milyonlarla manat vəsait cəlb
edə bilir. Hər bir
işləyən vətəndaşın əmək
hüquqlarının qorunmasına təminat verən və ilk baxışdan çox
sadə görünən, iki nüsxədən
ibarət əmək müqaviləsidir. Həmin sənədin
nüsxələrindən biri
işçidə, digəri isə işəgötürəndə
qalmalıdır.
ƏƏSMN
yanında Dövlət Əmək Müfəttişliyi Xidmətiin
rəisi Fuad Əlizadənin sözlərinə
görə , rəhbərlik etdiyi qurum əsasən, Əmək Məcəlləsi
və Xidmətin Əsasnaməsi çərçivəsində
əmək qanunvericiliyinə riayət olunmasına dövlət
nəzarətini həyata
keçirir. Görülmüş
tədbirlər nəticəsində bu ilin yanvar-aprel aylarında
işəgötürənlərlə işçilər
arasında 3513 əmək müqaviləsinin imzalanması təmin
edilib. Xidmət əmək
münasibətlərini rəsmiləşdirməkdən
yayınan işəgötürənlərə qarşı
qanunvericiliyə uyğun qaydada
cərimələr tətbiq edir. İnzibati Xətalar Məcəlləsinin
53.1-ci maddəsinə əsasən, Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsi
(kontraktı) hüquqi qüvvəyə
minmədən işəgötürən tərəfindən
fiziki şəxslərin hər hansı
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edilməsinə görə fiziki şəxslər
min manatdan üç min manatadək,
vəzifəli şəxslər üç
min manatdan beş min
manatadək, hüquqi şəxslər iyirmi min manatdan
iyirmi beş min manatadək məbləğdə cərimə
edilir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən on və daha çox şəxsin işə cəlb edilməsi
isə Cinayət Məcəlləsinə əsasən, cinayət
məsuliyyətinə səbəb olduğundan
həmin məlumatlar aidiyyəti qurumlara
göndərilir. Dövlət Əmək Müfəttişliyi
Xidməti işəgötürənlərin maarifləndirilməsi
məqsədi ilə rayonlarda «Əmək
müqaviləsi bu günün
tələbi, sabahın təminatıdır» mövzusunda
kon¬franslar təşkil edir.
Bu tədbirlərə işçi
kontingenti çox olan, eyni zamanda
əmək qanunvericiliyinin pozulması
hallarına daha çox
rast gəlinən sahələr üzrə
işəgötürənlərin cəlb edilməsi diqqətdə
saxlanılır. Konfranslar zamanı işəgötürənləri
maraqlandıran məsələlərə aydınlıq gətirilməklə
yanaşı, proqram təminatının daha da təkmilləşdirilməsi
üçün fikir
mübadiləsi aparılır, rəy və təkliflər nəzərə
alınır.
Azad Əliyev
"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu iləbirgəmüsabiqəyə təqdim etmək üçün”
Həftə
içi.- 2014.- 30 may.- S.4.