“Pion”
“Xoşbəxt həyata dəvət” deməkdir
Bakıda “Xoşbəxt
həyata dəvət” adlı sərgi keçirilib.
Hafta.az-ın məlumatına görə, sərginin təşkilatçıları
Nərmin Qəniyeva, Sahibə və Leyla
Xəlilovalardır.
Eksposiziyada N.Qəniyeva və L.Xəlilovanın əl
işləri nümayiş etdirilib. S.Xəlilovanın sözlərinə
görə, onlar öz
birliklərinə “Pion” adını veriblər:
“Pion gülünün
mənası xoşbəxt həyata dəvətdir. Bizim işimiz də xeyir işlərlə bağlı olduğuna görə, birliyimiz
üçün Pion
adını seçmişik. Leyla və Nərmin xanım uzun
illərdir dekorativ tətbiqi sənət
və müxtəlif cür əl işləri
ilə məşğuldurlar. Xanımlar həmçinin ailələrin
şad günlərində məkanların
və əşyaların bəzəndilməsi məsələsində
də köməkçi olurlar”. Ekspozisiyada kofe, qoz, fındıq
ağacları, eləcə də müxtəlif bəzək əşyalarından
hazırlanan maraqlı sənət nümunələri nümayiş etdirilib.
Şəhərin istirahət və əyləncə məkanlarından
birində təşkil edilən sərgidə müğənni
Emma Ələkbərzadə, Günay Malikqızı, eləcə də
Ceyhun Əli, Aytən Səfərova,
Vüsalə Tağıyeva, İlhamiyyə Rza,
Vüsalə Məmmədova kimi
tanınmış jurnalistlər iştirak
edib.
Həftə
içi.- 2014.- 8 yanvar.- S.8.