Bu, Azərbaycan səhiyyəsinin ən ağrılı yeridir

 

Adil Qeybulla: "Xəstələrin xaricə axınının səbəbi Azərbaycanda tibbi xidmətlərin bahalığı, bəzən nəticəsiz müalicələrdən bezmək, peşəkarlğa inamın olmamasındadır"

 

Son illər keçmişdən miras qalmış poliklinika və xəstəxanalar əsaslı təmir olunur, yeni səhiyyə ocaqları tikilir, mövcud tibb müəssisələri müsir avadanlıqlarla təchiz edilir. Amma bütün bunların müqabilində ölkənin səhiyyə sistemində ciddi keyfiyyət dəyişikliyi müşahidə olunmur. Əksinə, son illər Azərbaycanda bir çox xəstəliklərin, o cümlədən ürək-damar və şiş xəstəliklərinin daha geniş yayıldığı müşahidə olunur. Baxmayaraq ki, ölkənin səhiyyə ocaqlarında öz ixtisasının mükəmməl bilicisi olan həkimlər kifayət qədərdir.

 

TANITIM

 

Adil Qeybulla 1984-cü ildə N.Nərimanov adma Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə tam kursunu fərqlənmə diplomu ilə bitirib. Təhsil müddətində Lenin təqaüdçüsü olub. 1984-cü ilin avqustundan 1985-ci ilin oktyabrına qədər M.A.Topçubaşov adına elmi-tədqiqat klinikeksperimental cərrahlıq institutunun mikrocərrahlıq şöbəsində həkim-cərrah vəzifəsində işləyib.

1985-ci ilin oktyabrından 1988-ci ilin oktyabrınadək Azərbaycan Dövbt Tibb İnstitutunda "cərrahlıq" ixtisası üzrə aspiranturada oxuyub. 1988-ci ildə vaxtından bir il əvvəl "Dinamik bağırsaq keçməzliyi zamanı hiperbarik oksigenoterapiya və heparinlə birlikdə uzunmüddətli peridural anesteziyanın tətbiqi" (14.00.27 - cərrahlıq) mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1988-ci ilin dekabrından 1990-cı ilin fevralınadək Dövlət Tibb İnstitutunun II ümumi cərrahiyyə kafedrasında baş laborant vəzifəsində işləyib. Aspiranturadan sonrakı dövrdə M.A.Topçubaşov adına elmi-tədqiqat klinikeksperimental cərrahlıq institutunun döş qəfəsi cərrahlığı şöbəsi ilə birgə "Yemək borusunun yanıqları və xərçəngi zamanı ezofaqoplastikanın nəticələrinin yaxşılaşdırılması yolları" mövzusu üzrə elmi-tədqiqat işi aparıb. 1991-ci ilin noyabrından "Yemək borusunun xərçənginin cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasının fraqmentini başa çatdırmaq və müdafıə etmək üçün Ümumittifaq onkoloji elmi mərkəzinin torakal onkologiya şöbəsinə elmi ezamiyyətə göndərilib. 1992-ci ildə həmin elmi mərkəzdə müvafıq mövzuda doktorluq dissertasiyasını (14.00.14 - onkologiya) müdafıə edib.

1992-ci ilin mayından sentyabrına qədər Elmi-Tədqiqat TravmatologiyaOrtopediya İnstitutunun plastik cərrahlıq və irinli sümük infeksiyası şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində cəbhə bölgələrindən daxil olan yüzlərlə yaralıya ixtisaslaşdırılmış yardım göstərilməsi prosesində fəal iştirak edib. Adil Qeybulla ilk dəfə olaraq təbabətdə kibernetik ekspert sistemlərinin yaradılması işinin əsasını qoyub. Azərbaycan Tibb Universitetinin 1992-ci ilin sentyabrından 2001-ci ilin aprelinədək I cərrahi xəstəliklər kafedrasının professoru, 2005-2008-ci illərdə "Loğmed" Klinikasının baş həkimi vəzifəsində çalışıb. Hazırda ATU-nun I cərrahi xəstəliklər kafedrasının professoru vəzifəsində işləyir.

Adil Qeybulla qarın və döş boşluğu orqanları, tireoid vəzi və damarlar üzərində, həmçinin estetik plastik cərrahlıq üzrə professional səviyyədə cərrahi müdaxilələr aparır. 125-ə yaxın elmi əsərin, o cümlədən 4 monoqrafıyanın, 2 dərs vəsaitinin, 1 elmi-populyar kitabın, 3 ixtiranın və 3 metodik vəsaitin müəllifıdir.

 

Tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla ilə söhbətimiz də bu barədədir:

 

- Müxtəlif xəstəliklərin, xüsusilə də xərçəng və şiş xəstəliklərinin çoxalması cəmiyyəti narahat edir. Sizcə, belə xəstəliklərin çoxalmasına səbəb nədir?

- Xəstəliklərin statistik çoxalması ekoloji faktorgenetik qidalanma ilə bağlıdır. Bu gün genetik modifikasiya olunmuş qidalar, süni qidalar artıb. Bununla yanaşı, atmosferdə havanın çirklənməsi, havada benzopren törəmələri və politsiklik aromatik karbohidratların miqdarı da yüksəlib. Eləcə də siqaret çəkmə, insanların az hərəkətdə olması və stress xərçəng xəstəliyinin artan statistikasına təsir edən amillərdəndir.

- Ümumiyyətlə, xərçəng orqanizmdə necə yaranır? Bu xəstəliyin müalicəsi varmı?

- Xərçəng xəstəliyi bədənin müxtəlif yerlərində müxtəlif lizogenendogen səbəblərdən orqanizmin nəzarəti altında hüceyrələrin mitoz yolla bölünməsi prosesinin pozulmasıdır. Nəzarətdən çıxmış hüceyrələr orqanizmin resuslarından faydalanaraq çoxalmağa başlayır və digər orqanlara yayılır. Buna elmi dildə "metastaz" deyilir. Xeyli xəstəliklər var ki, bunlar xərçəngönü durum kimi dəyərləndirilir. Xroniki axilliq qastrit, xroniki bronxit, uzun müddətli selikli qişanın erroziyaları, dizplaziyaları, metaplaziyaları, xoşxassəli törəmələri xərçəngə keçə bilər. Ona görə də mütəmadi olaraq müayinə olunmalı və xərçəng riski olan xəstələr mütəxəssis tərəfindən dinamik müşahidə altına götürülməlidir. Xərçəngin erkən diaqnostikası və erkən müalicəsi bəzən xəstəliklərin tam sağalmasına gətirib çıxarır. Təəssüf ki, biz xəstəliyi çox vaxt gec aşkar edirik. Çünki xəstələr vaxtında həkimlərə müraciət etmirlər. Bu isə müalicənin nəticələrinə ciddi neqativ təsir edir və onların cərrahiyyə əməliyyatından sonrakı yaşam dövrü qısalır. Onkoloji xəstələrin müalicəsi, reablitasiyası, mümkün olmayan xəstələrin isə qalan ömrünün və həyatının keyfiyyətinin yaxşılaşdırılması üçün xospislər tələb olunur. Bunlar isə hələlik ölkəmizdə yoxdur. Onkoloji xəstəliyə diaqnoz qoyulduqdan sonra cərrahiyyə əməliyyatı göstərişləri əməliyyatın həcmini peşəkar cərrah Ümumdünya Səhiyyə Təşkilatının və beynəlxalq onkoloji mərkəzlərin kliniki protokoları əsasında müəyyən edir. İnoperabol, yəni əməliyyatı mümkün olmayan xəstələr isə kombina olunmuş müalicənin digər növlərinin tətbiqi hazırlanır.

- Bu məsələyə münasibətdə Azərbaycan səhiyyəsinin mövcud durumu nə yerdədir?

- Azərbaycan səhiyyəsi keçid dövrünü yaşayır, yəni hələ sovet təbabətindən Qərb təbabətinə keçid mərhələsi davam edir. Qərb təbabətinin əsas prinsipləri konkret sahələr üzrə peşəkarlığın olması və innovasion texnologiyaların tətbiqidir. Tibb təhsilinin Qərb standartlarına uyğunlaşdırılması və peşəkar tibbi kadrların yetişdirilməsi prosesi, rezidentura təhsili tədricən tətbiq edilməyə başlanıb. Lakin bunlar hələ qərb standartlarına çatmaq demək deyil. Bununla yanaşı sosial müdafiənin əsas elementitibb xidmətlərinin mühüm forması olan tibbi sığorta indiyə qədər tətbiq edilməyib. Vətəndaşların bütün kateqoriyalarının sığortalanması prosesi, onların "sığorta polisi" deyilən vəsiqə ilə təmin edilməsi və tibbi xidmətlərin növü müəyyənləşdirilməlidir. Səhiyyə sahəsində milli genofondun qorunması təhlükəsizliyi istiqamətində müvafiq dövlət proqramlarının qəbul edilməsi səhiyyə islahatlarının əsasında dayanır. 1999-cu ildə prezidentin fərmanı ilə "Tibb sığorta haqqında" qanun imzalansa da, bu indiyədək tətbiq olunmur. Bu baxımdan səhiyyənin qarşısında qoyulmuş vəzifələrin həllini yetərli saymaq olmaz.

- Tez-tez belə fikirlər səsləndirilir ki, Azərbaycanda peşəkar həkim yoxdur. Doğru fikirdimi?

- Azərbaycanda peşəkar kadrlar var. İstər sovet dövründə, istərsə də indi Amerikada, Türkiyədə rezidentura keşmiş mütəxəssislər Azərbaycanda səhiyyənin konkret sahələrində uğurla fəaliyyət göstərirlər. Lakin bu bütün səhiyyə sistemini, xüsusilə də regionları əhatə etmir. Ona görə də peşəkar kadrların təminat məsələsində hələ bir sıra problemlər qalıb.

- Azərbaycana gətirilən dərmanların keyfiyyəti qaneedicidirmi?

- Azərbaycanda Dövlət Farmokopeyasının və Dərman Maddələrinin Dövlət Reyestrinin olmaması ölkəmizə keyfiyyətsiz dərmanların daxil olmasına şərait yaradır. Dərman bazarının çox ciddi problemləri var. Eyni addaeyni bir kimiyəvi tərkibdə onlarca dərmanların ölkəyə gətirilməsi həmin dərmanların keyfiyyətinin aşağı olması ilə bağlıdır. Bəzi dərmanların istehsal olunduğu firma və zavodların fəaliyyəti, onların texniki standartlara cavab verməsi şübhə doğurur. Dərmanlardan mütəmadi zəhərlənmələr, qəbul olunan dərmanların xəstəyə lazımınca təsir etməməsi hələ də ənənəvi şikayətlər sırasındadır. Dərman təhlükəsizliyi məsələsi Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi olmalıdır.

- Xəstələr müalicə almaq üçün xaricə, xüsusilə də Türkiyə, Almaniyaİrana üz tuturlar. Bu, ölkəmizdəki xəstəxanalara inamsızlıqdanmı irəli gəlir?

- Bu, Azərbaycan səhiyyəsinin ən ağrılı yeridir. Doğrudur, dünyanın hər yerində daha yaxşı tibb xidməti almaq üşün xaricə gedənlər olur. Amma Azərbaycanda bu, axın halını alıb. Xüsusilə də ucuz olması səbəbindən İrana müalicəyə gedənlərin sayı daha çoxdur. Xaricə axının səbəbləri Azərbaycanda tibbi xidmətlərin bahalığı, bəzən nəticəsiz müalicələrdən bezmək, diaqnozun vaxtında qoyulmaması, süründürməçilik, eləcə də peşəkarlğa inamın olmamasındadır. Lakin ümid edirəm ki, Azərbaycan təbabəti də Qərb təbabətinin layiqli üzvlərindən birinə çevriləcək. Sadəcə, bu, zaman məsələsidir.

- Siz həm də Tibb Unverstitetində müəllim işləyirsiniz. Tibbi dərsliklər və ədəbiyatlat yetərincə varmı?

- Keçid dövrü ilə bağlı olaraq tibbi ədəbiyyatlar yenidən işlənilməli və yeni standartlara cavab verməlidir. Bununla bağlı biz standartlarına keçmək istədiyimiz Qərb təbabətinin mənbələrinə müraciət edə bilərik. Yeni dərsliklər, kitablar tərtib olunmalı və burada sınaq suallarında testlərin tibbi biliklərin geniş əhatə etməsinə və məntiqinə diqqət yetirilməlidir. Bu, həm də Azərbaycan tibb tədris sisteminin özəlliyi olardı.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2014.- 14 yanvar.- S.7.