Yeni Suraxanının
sosial infrastrukturu yenilənir
Vahid Danıyev: “Qəsəbədə
aparılan tikinti və abadlıq işlərinin hələ
də davam etdirilməsi vacibdir”
2011-2013-cü illərdə Bakı şəhərinin
və onun ətraf qəsəbələrinin
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı Suraxanı rayonunda uğurla həyata keçirilib. Belə
ki, bu rayonun
qəsəbələrində illərlə yığılıb
qalmış problemlər
artıq proqram çərçivəsində öz həllini tapıb. Bu sırada
Yeni Suraxanı qəsəbəsində görülmüş
işlər xüsusilə
diqqəti çəkir.
Həmin
qəsəbənin ərazisində
böyük abadlıq-quruculuq
və təmir-tikinti işləri aparılıb.
Bir sözlə, Yeni Suraxanı daha da yeniləşərək,
paytaxtın abad qəsəbələrindən birinə
çevrilib.
Qəsəbə icra
nümayəndəsi Vahid
Danıyev “Həftə
içi”nin əməkdaşı
ilə söhbətində
bildirib ki, yerli icra orqanları
öz fəaliyyətini
prezidentin, Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin fərman və sərəncamlarını
rəhbər tutaraq qurur. Onun sözlərinə
görə, Dövlət
Proqramı və ali hakimiyyət
strukturlarının müvafiq
qərarları əsasında
Yeni Suraxanıda aparılan tikinti-quruculuq işlərinin yeri və rolu rayonun
sosial-iqtisadi həyatında
çox qabarıq
hiss olunur. O, buna misal olaraq Dövlət
Proqramı çərçivəsində
Yeni Suraxanı və Əmircan qəsəbələrini birləşdirən
yola 30 min kvadrat metr həcmində asfalt örtüyün çəkilməsini, Yeni
Suraxanı qəsəbəsi-Aeroport
yolunun sol tərəfində
daş hasarın suvanaraq rənglənməsini
xüsusi qeyd edir: “Ötən il qəsəbə ərazisində böyük
işlər görülüb.
Rayon icra hakimiyyəti
və qəsəbə
nümayəndəliyi tərəfindən
5 hektara yaxın ərazisi zibilliklərdən,
tikinti materiallarının
tullantılarından təmizlənərək
yerində abadlıq işləri aparılıb,
çoxlu sayda ağac və kol bitkiləri əkilib”.
Su və kanalizasiya təchizatı yaxşılaşır
Vahid
Danıyev Dövlət
Proqramı çərçivəsində
Bakı və ətraf qəsəbələrin
su təchizatının
yaxşılaşdırılması istiqamətində görülən
işlərdən də
danışıb. Onun dediyinə görə, artıq bu qəsəbənin
də əhalisi fasiləsiz içməli
su ilə təmin olunacaq. Artıq qəsəbənin
su təchizatının
yaxşılaşdırılması üçün “Texno Atinak MMC” tərəfindən
ümumilikdə 13260 p/metr
su xətti çəkilib, 51 ədəd
hidrant quraşdırılıb,
840 mənzilə SMART tipli
su sayğacı qoyulub: “Bununla da qəsəbədə
1200 ailənin su təchizatı yaxşılaşdırılıb.
Bakı-Aeroport yolu sol tərəf
yaşayış sahəsində
isə yeni su şəbəkəsi quraşdırılmaqdadır. Hazırda
7360 p/m müxtəlif diametrli
su xətti çəkilir. Yay mövsümündə
qəsəbənin yuxarı
hissəsində yaşayan
əhalinin su təchizatında yaranan problemi həll etmək məqsədilə
Bakı Sukanal İdarəsi və Suraxanı İcra Hakimiyyəti tərəfindən
yaradılmış komissiya
tərəfindən operativ
addımlar atıldı.
Belə ki, Yuxarı Mədən küçəsindəki
1000 kubmetr həcm olan su anbarından
Hövsan xəttinə
yardımçı xətt
birləşdirilib. Bununla da
1000 ailəyə içməli
su verilib”.
Vahid Danıyev Dövlət Proqramı çərçivəsində Yeni Suraxanı qəsəbəsinin elektrik
enerjisi və təbii qazla təchizatında da ciddi irəliləyişlərə
nail olunduğunu deyib.
Belə ki, son 3 ildə qəsəbəyə
51955 p/m yeni qaz xətti çəkilib, 3
ədəd şkaf və 50-ə yaxın siyirtmə quraşdırılıb.
Hazırda isə bu istiqamətdə işlər
davam edir. Onun sözlərinə görə,
elektrik enerjisi təchizatının yaxşılaşdırılması
məqsədilə qəsəbə
ərazisində uzun müddət istismarda olan və yararsız
vəziyyətə düşmüş
transformator kompleksi əsaslı təmir edilərək müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. Eləcə də istismara yararsız paylayıcı
şəbəkələr daha müasir avadanlıqlarla əvəzlənib.
Məhz bu tədbirlərin nəticəsində qəsəbə
sakinləri daimi və fasiləsiz elektrik enerjisi ilə təchiz olunub.
Həllini gözləyən problemlər
var
İcra
nümayəndəsi onu
da deyib ki, Dövlət Proqramı çərçivəsində
qəsəbədə yerləşən
2 saylı Bərpa Müalicə Xəstəxanasının
binası sökülərək
müasir standartlara uyğun şəkildə
yenidən qurulur. Hazırda isə həmin tibb müəssisəsində
tikinti işləri davam edir. Bununla yanaşı Səhiyyə
Nazirliyi tərəfindən
12 saylı Bakı Şəhər Xəstəxanasında
əsaslı təmir
və tikinti işləri aparılıb.
Yeni avadanlıqlarla təchiz olunmuş xəstəxana artıq sakinlərin istifadəsinə verilib.
Onun sözlərinə
görə, qəsəbədə
təhsil ocaqlarının
da yerləşdiyi binalarda əsaslı yenidənqurma işləri
aparılıb və hazırda bu proses davam edir:
“Yeni Suraxanıda fəaliyyət göstərən
85 və 95 saylı orta məktəb binaları əsaslı təmir olunub. 101 saylı məktəb
üçün 20 əlavə
sinif otağının
tikintisi də artıq başa çatıb. Qəsəbədəki
Mədəniyyət Evində
isə təmir işlərinə start verilib.
323 saylı uşaq
bağçasının binası
əsaslı təmir
olunaraq sakinlərin ixtiyarına verilib. Həmçinin “Göyərçin” körpələr evinin də təmir olunması nəzərdə
tutulub”.
Vahid
Danıyev 2011-2013-cü illəri
əhatə edən Dövlət Proqramı çərçivəsində Yeni Suraxanıda çoxlu işlərin görüldüyünü desə
də, hələ qəsəbədə bir sıra problemlərin mövcud olduğunu söyləyir. Onun
sözlərinə görə,
qəsəbədaxili yolların
asfaltlanması və işıqlandırma sisteminin
qurulması, qəsəbənin
su və kanalizasiya olmayan küçələrinə yeni
xətlər çəkilməsi,
“Müstəqilliyin 20 illiyi”
küçəsində istirahət
parkının salınması,
çoxmənzilli binalarda
istilik sisteminin olmaması kimi məsələlər hələ
öz həllini tapmayıb: “Qəsəbədə
aparılan tikinti-abadlıq
işlərinin də
davam etdirilməsi vacibdir. Çünki qəsəbədə öz həllini gözləyən problemlər
çoxdur. Belə problemlərin
həlli yolları axtarılmalı və aidiyyəti üzrə müəyyən olunmuş
təşkilatlarla həll
olunmalıdır”.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2014.- 15 yanvar.- S.7.