İKT-nin asanlaşdırdığı xidmət
Azərbaycanda «ASAN Xidmət»in tətbiqi
imkanlarının
genişliyi
“Elektron hökumət”ə keçidə bağlıdır
Son illər ölkəmizin
informasiya texnologiyaları sahəsində əldə
etdiyi uğurlar həm
də Azərbaycanın özünə məxsus brend yaratmasına imkan verib. Belə ki, ilk dəfə Azərbaycanda tətbiq olunan «ASAN Xidmət» sistemi
artıq bəzi ölkələr üçün
də nümunəyə çevrilib.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin rəhbəri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, fevralın 1-dən etibarən ilk dəfə olaraq “ASAN Xidmət”in səyyar avtobusları Bakıda da vətəndaşlara xidmət göstərməyə başlayacaq. Onun sözlərinə görə, vətəndaşlar mərkəzlərə gəlmədən səyyar avtobuslardakı xidmətlərdən yararlana biləcəklər. “ASAN Xidmət”in səyyar avtobuslarında xidmətlər qanunvericiliyə uyğun, olaraq pullu olacaq: “Yalnız hərəkəti məhdud olan əlillər və sağlamlığı məhdud uşaqlara bu xidmətlərdən tam pulsuz olaraq istifadə edəcəklər».
İnam Kərimov vurğulayıb ki, 2014-cü ildə ilk
növbədə “ASAN Xidmət” mərkəzləri şəbəkəsinin
genişləndirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, bu il regionlarda
4-5 mərkəzin açılması nəzərdə tutulub. Belə ki, mart ayında Sabunçu rayonunda 4 saylı “ASAN Xidmət” mərkəzi
fəaliyyətə başlayacaq. Bundan sonra əhali üçün yaşayış limiti aradan
qaldırılacaq və qeydiyyat yerindən
asılı olmayaraq Bakı sakinləri,
Sumqayıt və Abşeron da daxil olmaqla
istədikləri “ASAN Xidmət” mərkəzlərinə
müraciət edə biləcəklər. Mart
ayından etibarən isə bölgələrdə də
yenidən səyyar avtobuslar fəaliyyətə
başlayacaq.
Agentliyin sədri qeyd edib ki, bəzən vətəndaşlar
hər hansı bir sənədi almaq üçün bir ay və ya müəyyən bir
müddət gözləməli olurlar. Amma “ASAN Xidmət” mərkəzlərində bu məsələlər 1 gün
və ya 5 dəqiqəyə həll edilir: «Düzdür,
"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti
ilə bağlı şikayətlər də daxil
olur. Həmin şikayətlər, müraciətlər
araşdırılır və vətəndaşın hüququ qanunvericiliyin tələblərinə
uyğun təmin edilir.
Bəzi hallarda vətəndaşlarda belə
bir fikir
formalaşır ki, onlara
bütün dövlət sahələri
üzrə xidmət göstərilməlidir, lakin
"ASAN xidmət"də konkret xidmət
sahələri müəyyən edilib.
"ASAN xidmət" mərkəzlərində xidmətlər
dövlət rüsumlarının ödənilməsi ilə
göstərilir. Yığılan rüsumların 30 faizi "ASAN xidmət" mərkəzlərində
qalır və əməkdaşların əməkhaqlarına
əlavə edilir".
Vaxt itkisi aradan qaldırılıb
Xatırladaq ki, ötən 1 il ərzində
“ASAN Xidmət” mərkəzlərində 959 min
vətəndaşın müraciətinə baxılıb. Bu müddət ərzində 90 faizə
yaxın vətəndaşın müraciəti təmin edilib. Belə ki,1 saylı “ASAN
Xidmət” mərkəzi ötən il ərzində
340 min, Sumqayıt “ASAN Xidmət” mərkəzinə
204 min, 2 saylı “ASAN Xidmət” mərkəzinə
250 min, 3 saylı “ASAN Xidmət” mərkəzi
92 min, Gəncə “ASAN Xidmət” mərkəzində
14 min müraciətə baxılıb.
Hazırda isə 5 “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara
9 dövlət orqanı tərəfindən 25 sahəsi
üzrə xidmət göstərilir.
Bəs, görəsən,
«ASAN Xidmət» vətəndaşların işini
asanlaşdıra bilimbi? Bu
xidmətin əhaliyə daha yaxın
olması üçün hansı
addımlar atılmalıdır?
Məsələyə
münasibət açıqlayan Konstitusiya
Araşdırmaları Fondunun prezidenti Əlməmməd Nuriyev
bu xidmət növünü
korrupsiya ilə mübarizə
baxımından faydalı sayır. Ekspert
deyib ki, bəzi sahələr
üzrə xidmətlərin bir qurumda cəmləşməsi həm bürokratik əngəllərin azalmasına,
həm də vətəndaşların vaxt
itkisinin aradan
qaldırılmasına müsbət təsir göstərib. Onun sözlərinə
görə, “ASAN Xidmət” mərkəzlərində xidmətlərin
və agentliyin əsas vəzifəsi orqanlar tərəfindən göstərilən
xidmətləri təşkil etmək, onun
çatdırılması asanlaşdırmaq, operativlik,
şəffaflığı təmin etməkdir:
“Müşahidələrimiz onu deməyə
əsas verir ki, bu xidmətin tətbiqi bürokratiyanın
azalmasına gətirib çıxarıb. Vətəndaşla
dövlət orqanları arasında təmaslar minimuma
endirilib. Bu da rüşvət və korrupsiyanın
azalmasına xidmət edir».
Əlməmməd Nuriyev həmçinin «ASAN Xidmət»in
yaradılmasını Elektron Hökmətə
keçidlə bağlı radikal bir dəyişiklik kimi də
dəyərləndirib. Onun fikrincə, bu addım həm də yeni
idarəetmə modelinin nümunəsidir:
«Doğrudan da ölkə
başçısının dediyi kimi bu bir
Azərbaycan brendidir. Artıq bəzi
ölkələr Azərbaycanın bu təcrübəsini
öyrənməyə başlayıblar. Güman
edirik ki, sistemin genişləndirilməsi vətəndaşların
işini xeyli
asanlaşdıracaq və müxtəlif dövlət
qurumlarının xidməti əhali üçün
daha da əlçatan
olacaq“.
Vahid sistem pərakəndəliyə son qoyub
Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi
yanında elektron xidmətlərin təşviqi
şurasının koordinatoru Osman Gündüz də öz açıqlamasında sözügedən
qurumun qurumun gördüyü işləri müsbət
qiymətləndirib. Onun sözlərinə
görə, daha əvvəl mövcud olan elektron hökumət layihəsi bir sıra səbəblərdən effektiv olmayıb: “Çünki
elektron hökumətlə bağlı
qarşıda elə problemlər vardı idi
ki, RİTN-in tərkibində
fəaliyyət göstərəcək qurumun
bunun öhdəsindən gəlməsi
mümkün deyildi. Burda 3 mühüm səbəb var
idi. İlk öncə,
Azərbaycanda elektron hökumət layihəsinin
reallaşmasında ən böyük maneə
hökumət qurumlarının arasında maliyyə məsələsi
ilə bağlı koordinasiyanın olmaması idi.
Çünki bu gün bir sıra dövlət
qurumları öz xidmətlərini elektron xidmətə keçirib,
bəziləri isə hələ keçirməyib. Bu istiqamətdə dövlət qurumları arasında
bərabərsizlik vardı».
Ekspert həmçinin vurğulayıb ki, indiyədək dövlət qurumları
arasında bir pərakəndəlik hökm sürürdü:
«Hər bir dövlət qurumu
özünün informasiya
sistemini yaratmışdı. Bu informasiya sistemlərinin
özləri arasında əlaqə ciddi
problemə çevrilmişdi. Digər məqam
bir pəncərə məsələsidir.
Bu çox mühüm məsələdir, yeni xidmət tələb olunan
sənədləri bir mərkəzdən
əldə eləmək imkanı yaradıb. Buna
qədər isə bu sahə pərakəndə
idi. Çünki
hansı dövlət qurumu hansı xidməti
istəsə, onu elektron
sistemə keçirirdi, hansını istəmirdisə,
onu keçirmirdi. Yəni
vətəndaş bir qurumda
işini elektron formada həll edirdi, ancaq başqa bir qurumda bu
mümkün olmurdu. Vətəndaş
bir məsələni həll eləmək
üçün bir
neçə quruma müraciət etməli
olurdu. Amma indi bu məsələ həllini
tapıb və vətəndaş bəzi xidmətləri vahid mərkəzdən əldə edə bilir".
Osman Gündüz hesab edir ki,
«ASAN Xidmət»in ən mühüm
üstünlüklərindən biri bu qurumun həm də prezident yanında fəaliyyət göstərməsidir.
Onun sözlərinə görə, əvvəlki
qurum RİTN yanında idi
və onunun digər dövlət
qurumları üzərində üstünlükləri yox idi. Amma
bu qurum prezident yanında olduğundan
daha böyük təsir
imkanlarına malikdir və əksər
qurumları əhatə edə bilir. Bütün
xidmətlərin bir qurumun
əlində cəmləşəşməsinin böyük üstünlükləri olduğunu deyən Osman Gündüz hesab edir ki, prosesin
idarə olunması, qiymətləndirmə, keyfiyyət, yəni
vətəndaş üçün mühüm olan məsələlər
yüksək səviyyədə həyata keçirilir.
“Xidmətlərin bir əldə cəmlənməsi və ən
mühümü şəffaflığın
təmin olunması isə ilk növbədə
vətəndaşın xeyrinədir. Digər tərəfdən
aparılan monitorinqlərin nəticəsi göstərir ki, yeni qurum
dövlət orqanları arasında koordinasiyanı təmin edə
bilib və ən əsası bunun sayəsində vətəndaşlar rahat şəkildə müraciətlərinə
cavab ala bilirlər. Çünki bundan əvvəl
bəzi nazirlik və dövlət
qurumlarında sosial əhəmiyyət kəsb
edən ictimai xidmətləri gizlədirdilər.
Yəni bu xidmətləri
elektronlaşdırmaq istəmirdilər. Bu
zaman qurumlar
arasında uyğunsuzluq yaranırdı. Bu mənada düşünürük
ki, prezident yanında
yaradılan bu qurum
artıq qeyd olunan neqativ halları aradan
qaldırmağa nail olub.
Gələcəkdə isə xidmətin daha
da genişləndirilməsi bütün ölkə vətəndaşlarının
işini asanlaşdıracaq” – deyə, Osman Gündüz
vurğulayıb.
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.-
2014.- 16 yanvar.- S.6.