“Azərbaycanda peşəkar tərcüməçi çatışmazlığı var

 

Rəfail Tağızadə: “Necə ki, dünya ədəbiyyatını Azərbaycan dilinə tərcümə edirlər, eləcə də öz ədəbiyyatımızdakı sanballı əsərlər xarici dillərə tərcümə olunub dünyaya yayılmalıdır”

 

Hər kəsin ömrü, keçdiyi həyat yolu doğulduğu torpaqdan, ana vətənindən, doğma yurd yerlərindən başlayır. İnsan övladının vətəni, ata-baba yurdu yoxdursa, demək özü də mənən yoxdur. O da ola söz, qələm, ədəbiyyat adamı...

Tanınmış şair- publisist Rəfail Tağızadə də belə insanlardandır. Onun da doğulub boya-başa çatdığı Qarabağ torpağı indi düşmən tapdağındadır. Görünür elə buna görədir ki, Rəfail Tağızadənin şeirlərinin kökündə Qarabağ ağrıları, vətən yanğısı durur. Beləliklə, “Həftə içinin budəfəki qonağı AYB-nin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laueratı, şair-publisist Rəfail Tağızadədir:

 

- Gəlin söhbətə bir ritorik sualdan başlayaq: hansı ədəbiyyat adamını dindirirsən, deyir ki, mən özümü lap kişik yaşlarımdan dərk edirəm. Niyə belədir?

- Bu fikirlə qəti razılasşa, bilmərik. Amma dünyanı dərk edən gündən mən özümü dərk eləmişəm.

- Bəs necə oldu ki, ixtisasca mühəndis olan bir adam ədəbiyyata meyilləndi?

- Uşaqlıq illərindən poeziyaya böyük həvəsim vardı. Baxmayaraq, dəqiq fənlərə daha çox maraq göstərirdim, amma orta məktəb illərində tanınmış şairlərin şeirlərini böyük həvəslə oxuyub, əzbərləyərdim. Xüsusilə də xalq şairləri Məmməd Araz, Bəxtiyar Vahabzadə və Hüseyn Arif yaradıcılığının vurğunuydum. Çünki onların şeirlərində bir mililik, vətən ruhu vardı. Mən uşaqlıq illərindən daxilən narahat idim, bunu heç özümbilmirdim. Məni içimdən narahat edən bir qüvvə məni məndən qoparardı, çəkib uzaqlara aparardı. Amma mən bunlara əhəmiyyət verməzdim. Bir amalım, məqsədim varıydı - böyüyəndə mühəndis olmaq. Bu istəyə də nail oldum, 1974-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib zavodların birində mühəndis vəzifəsində çalışdım. Amma tələbə vaxtlarımda başladım şeirlər yazmağa. Hətta şeirlərim müntəzəm olaraq təhsil aldığım institutununPolitexnik” qəzetində çap olunurdu. Sonradan ədəbiyyatda 20 il fasilə verdim, bu müddət ərzində şeir yazmadım. 2000-ci ildə yenidən ədəbiyyata qayıtdım.

- Mərhum şairimiz Famil Mehdi siziQarabağ şairi” adlandırırdı? Sizcə, niyə?

- Məlum Qarabağ hadisələri zamanı AğdamFüzuli bölgələrində gedən qanlı döyüşlərində iştirak etmişəm. Yaradıcılığımda da Qarabağ önəmli yer tutub. Çünki hər birimizin ürəyində bir Qarabağ niskili, torpaq ağrısı, el-oba itkisi var. Mən cəbhə bölgəsində bu ağrını çəkə-çəkə bir əlimdə silahbir əlimdə qələm olub. Hər bir gecəmiz qanlı səhərlə açılardı. Həmin bu ağrılar, Qarabağ dərdi içimdən keçə-keçə kövrək misralara çevrilərdi. Yəni şair Famil Mehdi bu mövzulara həssaslığımdan məni “Qarabağ şairi” adlandırıb.

- Şair xəyalları sizi haralara aparır?

- İlk öncə yadıma düşən uşaqlıq xatirələrimdir. İndi isə hər gecə izi itmiş, üstünü toz basmış, üstündə hələ istisi soyumamış giliz yatan uşaqlıq xatirələrimi xatırlayıram. Uçuq evlərin sökük, quzulamış yarımçıq divarlarına qonan indi tanınmaz olan uşaqlıq xatirələrimləyəm. Yollarını kol-kos basmış, cığırı itmiş yurd yerlərimizi qara xəyallarla dolaşıram.

- Dünyanın ən məşhur şairləri öz talelərini həmişə şair taleyinə qurban verib. Siz özünüzü şeirin, ədəbiyyatın qurbanı sayırsınız?

- İnsan hər şeydən əvvəl insandır. Mən bir insan kimi həm şair taleyimi yaşayıram. Axı şairlərin özü insandır. Şair taleyi yaşamaq tamam fərqli bir yaşamdır. Sən şair taleyi ilə yanaşı həm bir övlad, bir ailə başçısı taleyini yaşamalısan.

- Amma yeni ədəbi nəsil köhnə, yaşlı nəsli bəyənmir...

- Bu formada yanaşmanı heç cür qəbul etmirəm. İndiki gənclər ən çox modern ədəbiyyatı qəbul edir. Təbii ki, mən modern ədəbiyyatı ciddiyə almıram. Amma keçmişə arxa çevirəni onu qəbul etməyəni mən qəbul etmirəm. Axı ədəbiyyat bir yerdə dayana bilməz, dünya ədəbiyyatı ilə ayaqlaşmalıdır. Ümumiyyətlə, ədəbiyyat bütün proseslərin hərəkətverici qüvvəsidir bütün prosesləri öz ardınca aparır. Şərt şeirin hansı vəzində yazmaq deyil, yeni yazılan şeirdə bir yenilik, yeni fikir, yeni nəfəs olmalıdır. Lakin bu da bir gerçəklikdir ki, hər bir yazarın öz oxucusu var. Bir yazı, bir şeir hamının xoşuna gələ bilməz. Şeirinin ruhu duyğuları oxucunun duyğuları ruhu ilə üst-üstə düşürsə, o sənin oxucundur. Oxucular şeirdə səmimiyyəti daha çox sevirlər. Xalq daha çox axıcı şeirləri, daha tez yadda qalan şeirləri xoşlayır. Müasir gənclərlə hazırlıqlı oxucuların yanaşmaları fərqlidir. Bu səbəbdən şeirin hansı üslubda yazılması əsas deyil.

- Necə hesab edirsiniz, doğrudanmı şairlərAllahın elçısidir”dir?

- Şairlər ilahi fikri ifadə edənlərdir. Bu söz təkcə şairlərə aid deyil. Ruh adamları da Tanrı ilə təmasda olur. Çünki elə şeirlər var ki, onlar ancaq ilahidən gələn şeirlərdir, belə əsərlər düzəlişsiz yazılır, onlara nəyisə əlavə etmək mümkün deyil.

- Amma Azərbaycan ədəbi mühitində oxucu qıtlığını hər kəs müşahidə edir...

- Bu, çox ağrılı müşahidələrdir. Ölkədə kitab mağazalarının azlığı oxucuların da azalmasına təsir edən faktordur. Çox şükürlər ki, son dövrlər kitab mağazalarının az da olsa, artımı hiss olunmaqdadır. Elektron kitabların artması kitaba meyilliyi üstələyib. Amma kitabla təmas insanda fərqli bir ovqat yaradır. Bunu heç ilə əvəz etmək mümkün deyil. Bəlamız odur ki, istər metroda, istərsə avtobuslarda kitab oxuyanlar o qədər azdır ki, belələrini görəndə hətta təəccüblənirlər .

- Sizcə, yeni ədəbi əsərlərlə niyə biz dünya ədəbiyyatı səviyyəsinə çıxa bilmirik?

- Çünki oxucusu böyük xalqlar dünya ədəbiyyatına çıxır. Kiçik xalqlar isə çıxa bilmir. Bu gün bizi tərcümə edib dünyaya tanıdan yoxdur.

- Məgər Azərbaycanda tərcüməçi qıtlığı var ki?!

- Tərcüməçi qıtlığı yoxdur, peşəkar tərcüməçi çatışmazlığı var. Əgər peşəkar tərcüməçi kifayət qədər olsaydı, onlar Azərbaycan şairlərinin şeirlərini başqa dillərə tərcümə edib onu ictimaiyyətə təqdim edərdilər. Kiminsə xarici ölkələrdə kitabları çap olunubsa da, bu onların özlərinin xüsusi fəaliyyəti nəticəsində olub.

- Demək istəyirsiniz ki, Azərbaycanda yeni ədəbi əsərlərin təbliğatında biganəlik var?

- Əvvəla əlbəttə ki, Azərbaycanda yeni ədəbi əsərlərin təbliğatında biganəlik, soyuqqanlılıq, hətta bəzən qısqanclıq var. İkinci bir tərəfdən, söhbət təbliğat məsələsindən getmir. Sadəcə necə ki, dünya ədəbiyyatını Azərbaycan dilinə tərcümə edib ondan pul qazanırlar, eləcə öz ədəbiyyatımızdakı sanballı əsərlər xarici dillərə tərcümə olunub dünyaya yayılmalıdır. Şairlik şou deyil ki, onu təbliğ edəsən! Şair ruh, hiss adamıdır. Bəzən deyirlər ki, şairlər insanı tənhalıqdan xilas edir. Amma şairlər həmişə tənhalığı sevirlər. Şair həm özünə tənqidçi kimi yanaşmalıdır. Şair xoşlamadığı şeiri cırıb atmağı bacarmalıdır.

- İndiyədək tənqidçi qələminə tuş gəlmisiniz?

- Tənqidçi bir oxucudur. Amma tənqidçi həm yeni yaranan əsərlərə ədəbi təhlil gözü ilə baxır, şair yazıçılara doğru yol göstərir. Əsl şair tənqidçi qələmindən qorxmamalıdır. Tənqidçi o deyil ki, elə əsəri tənqid ya tərif etsin. Tənqidçi odur ki, hər bir əsəri oxuyub, öz süzgəcindən keçirib onu bədii cəhətdən təhlil etsin.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2014.- 16 yanvar.- S.7.