Bakıda 20 Yanvar hazırlıqları yekunlaşır
Anım gününə bir
neçə gün qalsa
da, şəhidlərimizin uyuduğu
xiyabana kütləvi ziyarət
başlayıb
Qanlı
20 Yanvar faciəsindən
24 il ötür.
Hər il
olduğu kimi, bu il də
canını vətənin
azadlığı uğrunda
qurban vermiş şəhidlərimizin anım
günü ilə bağlı Şəhidlər
Xiyabanında hazırlıq
işləri aparılır.
“Həftə içi”nin əməkdaşı
olaraq yolumuzu həmin ünvandan saldıq. Hər şeydən əvvəl
anım gününə
bir neçə gün qalmasına baxmayaraq, şəhidlərimizin
uyuduğu xiyabana insan axını hər kəsin diqqətini çəkir.
Ziyarətə gələnlərin əksəriyyəti isə
paytaxtda fəaliyyət
göstərən orta
məktəblərin müəlim
və şagirdləri,
məktəbəqədər tərbiyə müəssisələrindən
olan uşaqlar idi. Azyaşlı uşaqlar və
məktəblilər öz
müəllimlərilə birgə
əllərində gül
dəstəsi şəhidlərimizi
yad edir, 20 Yanvar qurbanlarının məzarları önünə
qərənfillər düzürdülər.
Müəllimləri isə
şagirdlərə 20 Yanvar
şəhidləri barədə
ətraflı məlumatlar
verirdilər...
Bakı
Şəhər İcra
Hakimiyyətinin rəhbərliyi
alıtında xiyabanda
böyük hazırlıq,
təmir və bərpa işləri gedir. Ziyarətə çevrilmiş məzarlığın giriş
hissəsindəki Şəhidlər
Xiyabanı lövhəsinin
ətrafı çiçəklərlə
bəzədilib. Lövhənin qarşı tərəfində
isə çoxlu sayda qərənfillər gətirilib. Bir neçə
fəhlə Bakı kəndlərindən gətirilmiş
qərənfillərdən həmin lövhənin qarşı tərəfində
yerə milli orlamentlərə uyğun
xalı toxuyurdular.
Kənardan baxanda bu hissə sanki zövqlü toxunmuş xalçanı xatırladırdı.
Lövhənin sağ
və sol tərəfindəki
pilləkənlərin üstü
də qərənfillərlə
bəzədilmişdi. Bir-birindən
gözəl görünən
təbii ağ və qırmızı qərənfildən hörülmüş
və xalça kimi toxunmuş şamlar, səkkizguşəli
ulduzlar və şəhidlərin məzarları
istiqamətində uzanan
qərənfil-xalçalar, Şəhidlər Xiyabanına
gələnlərin qəmli
baxışları düz
24 il əvvəli –
1990-cı il yanvarın
20-ni xatırladır.
“Qara Yanvar”ın
24-cü ildönümünə hazırlıqlar təkcə
bununla məhdudlaşmır. Şəhidlərimizun ruhuna
hörmət əlaməti
olaraq xiyaban boyunca yolların sağ və sol divarları ağ
mərmərlə üzlənib,
divarların üzəri
ilə təxminən
5 metrdən bir qara parçaya bükülmüş qərənfil
dibçəkləri qoyulub.
Şəhidlər Xiyabanının “Əbədi Məşəl”
abidəsi önünə
məktəblilər və
müxtəlif təşkilatlar
adından qoyulan əklillər də diqqəti çəkir.
Xiyabanın
Qarabağ şəhidləri
uyuyan ərazisində
də təmir və bərpa işləri davam edir. Ərazilərə şam ağacları
əkilib, çərgəarası
divarlar hörülür
və hörülmüş
divarlara isə mərmər üzlüklər
çəkilirdi. Bir sözlə,
xiyabanda aparılan hazırlıq işləri
buraya gələn hər kəsin diqqətini çəkirdi.
Burada çalışan
fəhlələrin, hazırlıq
işlərinə nəzarət
edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin
dediklərinə görə,
Şəhidlər Xiyabanında
bütün işlər
sabah tam şəkildə başa çatdırılacaq.
Xiyabana
ziyarətə gələn
məktəblilərlə və
sakinlərlə də
görüşdük. Onlar xiyabanda aparılan hazırlıq işlərindən
razı qaldıqlarını
və şəhidlərimizin
heç vaxt unudulmadıqlarını söylədilər.
Ziyarətə gələnlərdən
biri, 85 yaşlı Zibər nənə gənc nəsli imperiya ordusunun xalqımızın başına
gətirdikləri faciəni,
20 Yanvar qırğınını
unutmamağa çağırır:
“Bizim azadlığımız
20 Yanvar şəhidlərindən
keçir. “Qanlı Yanvar” gecəsində
həlak olmuş şəhidlər Azərbaycanın
ilk azadlq qaranquşlarıdır.
Mən hər dəfə ziyarətə gələndə
özümlə kiçik
yaşlı nəvələrimi
də gətirirəm
və onlara bu haqda məlumat
verirəm. Azadlığın nə olduğunu bizim kimi ahıl
adamlar daha yaxşı bilir. Allah hər bir
şəhidlərimizə rəhmət
eləsin. O gün
olsun ki, Qarabağ yağı düşmən tapdağından
azad edilsin və qələbə bayramını doğma Qarabağda qeyd edək. Onda şəhidlərimizin də narahat ruhları şad olacaq”.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2014.- 17 yanvar.- S.7.