20 Yanvar faciəsində xarici kəşfiyyat izləri... 

  

24 il ötsə də, barəsində nə qədər araşdırmalar aparılsa da, müdhiş 20 Yanvar faciəsinin sirli məqamları həddindən artıq çoxdur. Və bunu kiçik bir məqalədə tam araşdırmaq mümkün deyil. Yanvar hadisələrini düzgün təhlil etmək üçün əvvəlcə o ərəfədə baş verən prosesləri qiymətləndirmək gərəkdir. Hamıya aydındır ki, o zaman SSRİ məkanında “yenidənqurma” planı adı altında əslində nəhəng bir imperiyanın çökmə prosesi gedirdi.

 

bu işin başında duran ən başlıca fiqur Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP MK) baş katibiSSRİ-nin birincisonuncu prezidenti Mixail Qorbaçov idi. Bəs Qorbaçovun arxasında kim dayanırdı? Artıq orta savadlı bir şəxsə də aydındır ki, Qorbaçovu idarə edən əsasən ABŞ və Böyük Britaniya idi. Və onların məqsədi SSRİ-nin çökdürmək idi. Deməli, Qorbaçovun atdığı hər addım üzdə “sovet xalqının gələcək rifahı naminə” adlansa da, əslində imperiyanın parçalanmasına yönəlmişdi. Qorbaçovun və SSRİ rəhbərliyinin Azərbaycana münasibətinə də, onların törətdiyi Yanvar faciəsinə də məhz bu prizmadan yanaşmaq lazımdır. Əgər Qorbaçov ABŞ-ın, Qərbin adamı idisə, deməli, məntiqlə Yanvar faciəsində dolayısıyla ABŞ və Avropanın da əli var idi...

Yanvar hadisələrində üzdə olan əsas iştirakçı tərəflər kimlər idi? Birincisi, birbaşa Qorbaçovun komandası ilə idarə edilən Ə.Vəzirovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və onun təsiri altında olan Nazirlər Soveti, ikincisi, Azərbaycan xalqının maraqları, Qarabağın erməni təcavüzündən müdafiəsi, müstəqil dövlət qurulması uğrunda mübarizə apardığını iddia edən Əbülfəz Elçibıyin lideri olduğu Azərbaycan Xalq Cəbhəsi, üçüncüsü, “respublikada qanun-qayda yaratmaq” adı ilə ölkəyə yeridilmiş sovet ordusu hissələri və dördüncüsü, bu üçü arasında çaş-baş qalmış xalq kütlələri....

Azərbaycan rəhbərliyinin ayrı-ayrı fərdləri çıxmaq şərti ilə sırf Kremlin nəzarətində davrandığı aydın idi. Bəs AXC? Əvvəlcə aydınlaşdırmaq lazımdır ki, Yanvar hadisələrinədək AXC necə formalaşmış və hansı yolu keçmişdi. Artıq bir çox beynəlxalq və yerli siyasətçi, eləcə də siyasətşünaslar Baltikyanı ölkələrdən başlayaraq keçmiş SSRİ məkanında bütün xalq cəbhələrinin Qərbin planı və Qorbaçovun xeyir-duası ilə yarandığını təsdiqləyirlər. 33 il SSRİ DTK-da çalışmış keçmiş DTK generalı Vyaçeslav Şironin özünün “Yenidənqurma agentləri” kitabında yazır: ”...1988-ci ilin avqustunda Siyasi Büro üzvü, Sov.İKPMK-nın ideolgiya üzrə katibi Aleksandr Yakovlev (Qorbaçovun ən yaxınlarından biri olan bu adam 1960-cı illərdə ABŞ-ın Kolumbiya Universitetində təcrübə keçən zaman MKİ tərəfindən ələ alınıbmış - S.L.) Litvanın paytaxtı Vilnyuaə gəlmişdi. O, yaranmaqda olanxalq cəbhələri”nin liderləri ilə görüşdü və onların əsas məqsədinin SSRİ-dən ayrılmaq olduğunu bildikdə ikili oyuna başladı. O açıq çıxışlarında “xalqlar dostluğundan dəm vurur, arxada isə öz “şagirdlərinə” qarşıya qoyulmuş məqsədə çatmağın taktika və strategiyasını öyrədirdi. Sonradan Litva KP MK-nın ikinci kataibi V.N.Şved bəyan etmişdi ki, Yakovlev həmin səfərində demək olar ki, 1991-ci ilin yanvarında, yəni sovet ordusunun Vilnüsdəki qırğınına aparan proseslərin ideoloji-nəzəri əsaslarını hazırladı. Yakovlevin Vilnüs səfərindən sonraSayudis” (Litva Xalq Cəbhəsi) hiss etdi ki, artıq onu əsas siyasi gücə çevirirlər. Buna görə də təşkilat liderləri faşist ideologiyasından seçilməyən “Litva- yalnız litvalılar üçündür” şüarları ilə hakimiyyətə can atdıqlarını və əsas məqsədlərinin SSRİ-ni dağıtmaq olduğunu etiraf etdilər....

Oxşar ssenari Azərbaycanda qurulmuşdu. 1988-ci ildə Azərbaycan KP MK-nın ikinci katibi V.Polyanişkonun xeyir-duasıyla Elmlər Akademiyası əməkdaşları və bəzi ali təhsil ocaqlarının müəllimlərinin iştirakıyla Alimlər Klubu yaradıldı. Həmin qurumun bazasında isə 1989-cu ildə AXC yaradıldı və AXC İdarə Heyəti formalaşdı. İdarə heyətinin formalaşması çox maraqlı şəkildə baş verdi. Hansı əsasda tutulması aşağılara bəlli olmayan 15 nəfərlik siyahı yarımgizli konfransda birbaşa səsverməyə qoyuldu və təsdiqləndi. Sonradan “aşağıların” təkidi ilə həmin siyahıya Rəhim Qazıyev də əlavə edildi. Azərbaycanın bu günədək başına gələn hadisələrdə, hakimiyyət çevrilişlərində, o cümlədən Yanvar f aciəsində, eləcə də Qarabağın işğalında16 iyul 1989-cu il tarixinin böyük rolu var... Həmin 16 nəfər arasında kimlərinsə birbaşa “KQB”, yaxud digər xarici kəşfiyyat orqanı ilə əlaqədə olduğunu söyləmək üçün əlimizdə sübut yoxdur. Ola bilsin, onların əksəriyyəti Vətənini, xalqını ürəkdən sevən kəslər idi. Amma fakt hamının gözü qarşısındadır ki, orada sanki bilərəkdən, Azərbaycan xalq hərəkatını gələcəkdə parçalamaq məqsədilə ideoloji baxışları və xarakterləri tamamilə bir-birinə zidd olan şəxslər toplanmışdı. Diqqət edin; Zərdüşt Əlizadə- İsa Qəmbər, Etibar Məmmədov-İsa Qəmbər, Nemət Pənahlı-Zərdüşt Əlizadə və s. ziddiyyətləri sonradan özünü hansı proseslərdə, hansı məqamlarda biruzə verdi? Məhz 20 Yanvar ərəfəsində də AXC rəhbərliyində radikalliberal deyə iki qanadın ayrılması, Nemət Pənahlının, Z.Əlizadənin və Leyla Yunusun istefası və nəticədə təpədən-dırnağa silahlanmış imperiya ordusu ilə üz-üzə qalmış xalq kütlələrini çaş-baş vəziyyətə düşməsində də bu amil öz rolunu göstərdi. Yeri gəlmişkən, 1993-cü ildən bəri Azərbaycan müxalifətində gedən parçalanmalar, qarşılıqlı ziddiyyətlər və bu günküMilli Şura” oyunun,liderlərin qarşıdurmıları da məhz 1980-ci illərdən SSRİ və Qərb xüsusi xidmət orqanlarının Azərbaycan xalq hərəkatı və AXC-yə yerləşdirdiyi“gecpartlayan minaların” “qızışması”nın nəticəsidir...

1990-cı ilin yanvar hadisələrinə aparan yolda SSRİ-nin parçalanmasında əsas katalizator rolunu oynamış Qarabağ münaqişəsindən başqa iki əsas hadisə Moskvanın bu cür qəddar hərəkətlərinə bəhanə verən amil kimi qiymətləndirilir. Bunlardan biri 1989-cu ilin dekabrında Naxçıvanda başlayanGüney Azərbaycanla sərhədlərin açılmasın gətirib çıxaran Sərhəd Hərəkatı, digəri isə 1990-cı il yanvarın 13-də Bakıdakı erməni talanları idi.

1989-cu ilin dekabrında təxminən 100 nəfərlik qrupla naxçıvanda olmuş KQB generalı məhz Baltikyanı ölkələrdəki xarici kəşfiyyat emissarlarıının təhriki və təklifi ilə Naxçıvan XC-nin İranla dövlət sərhədlərini dağıtmaq kimi təxrinbatçı bir hərəkət törətdiklərini qeyd edir. Düzdür, general Şironin ayrı-seçkilik qoymadan erməniləri Naxçıvanın Sədərək kəndini atəşə tutmalarını və Azərbaycanın da cavab atəşləri açdığını və beləliklə, hər iki tərəfdən millətlərarası münaqişəni qızışdıranların olduğunu qeyd edir. General onu da bildirir ki, Kreml qarşısında nə qədər sərhədlərin sökülməsinin qarşısını almaq üçün Naxçıvanda fövqəladə vəziyyət elan edilməsini təkid etsə də, Qorbaçov müxtəlif bəhanələrlə buna yol verməyib...

1990-cı il yanvarın 13-də isə bir qrup çekistlə birgə Bakıya gəlmiş və Əfqanıstanda birlikdə xidmət etdiyi azərbaycanlı “çekistin müşayiəti ilə Bakını gəzən “KQB” generalı Şironin şahidi olduqları baərdə belə yazır:” Küçələrdən birində ermənilərin yaşadığı deyilən binanın qarşısında mitinq gurlayırdı. Ziyalı görünüşlü, eynəkli və saqqalı səliqə ilə qırxılmış bir cavan oğlan meqafonla nəsə qışqırırdı. 700-800 nəfərdən ibarət kütlə isə onu alqışlayır, uğuldayır, fit çalırdı. Bina boyu isə sakit halda, sanki bir az alçaldılmış vəziyyətdə olan insanlar nə üçünsə növbəyə durmuşdular. Sonra yuxarıdakı otaqdan atəş səsləri və çığırtı gəldi... “Bu cəbhəçilərdi, ermənilərin əmlakını “yerazlar” arasında bölüşdürürlər. Biz burada yaşayan ailələri xəbərdar edə bilmişik..” –deyə “əfqan” mənə izah etdi...

Bakıda Ermənistan qaçqınlarını “yeraz” (yəni “Yerevan azərbaycanlıları”) adlandırırdılar. Təxribatçılar onların erməni millətçilərinə qarşı nifrətindən yararlanırdılar. Və heç bir günahı olmayan Bakı ermənilərindən “qisas alaraq” onların taladıqları mülkünün tör-töküntüsünü qaçqınlara paylamaqla guya “ədaləti bərpa edirdilər...”

Daha sonra erməni qarısının vəhşiliklə binadan aşağı atılaraq öldürlməsindən danışan general Bakıya qoşun yeridilməsini belə “əsaslandırır”: “Daha sonrakı talan və qətllərin qarşısını almaq üçün yanvarın 20-ə keçən gecə şəhərə qoşun yeridlidi və fövqəladə vəziyyət elan edildi. AXC hay-küylü etiraz mitinqləri təşkil etdi, küçələrdə barrikadalar quruldu. Hər iki tərəfdən ölən və yaralanan oldu. Ancaq burada çox vacib bir faktı söyləmək istəyirəm: AXC üzvlərindən heç kəs xəsarət almadı. Bir nəfər də! Bakılıları barrikadalara çıxmağa uğurla təhrik edə bilmiş cəbhəçilər tələsik şəhəri tərk etdilər, yaxud əvvəlcədən hazırlanmış sığınacaqlarda gizləndilər. AXC-nin xaricdən təlqin edilmiş hakimiyyətə gəlmək taktikası belə idi. Onu da demək lazımdır ki, xüsusi xidmət orqanlarının nəzərincə bu, savadlı bir taktikadır...”

Göründüyü kimi, “çekistgeneral Bakıya qoşun yeridilməsinə haqq qazandırır və əsas günahı AXC-nin üzərinə qoyur. Ancaq cənab general Moskvadan Bakıya nə məqsədlə gəldiyini, gördüyü təxribatların qarşısınlı almaq üçün gördüyünü, həmin təxribatçıların kimlər olduğunu niyə müəyyən etməyə çalışmadıqlarını izah etmir...

O vaxtkı AXC liderlərindən daha çox adı hallanan Etibar Məmmədov(xatırladım ki, Etibar bəy qəzetimizə 20 Yanvar barədə müsahibə verməkdən imtin etdi) və Nemət Pənahlıdır ki, onların guya paytaxt küçələrini avtomobiullə gəzərək xalqı barrikadalara gedib sovet ordusunun qarşısına çıxmağa səsləyiblər. Onlar isə təkidlə belə bir addım atmadıqlarını söyləyir, hətta guya DTK-nın onların oxşarlarını küçələrdə gəzdirdiyini iddia edirlər...

Aydın BalayevRasim Mirzənin 2000-ci ildə yazdığı “20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər” kitabından da göründüyü kimi, AXC-nin 20 Yanvar ərəfəsində qəbul eydiyi heç bir sənəddə xalqı küçələrə ordu qarşısına çağıran bir cümlə belə yoxdur. Amma əvvəlki mövqelərinin əksinə olaraq kommunist rəhbərlərin radikal çıxışlar etdiyi məlum olur. KPMK-nın I katibi Ə.Vəzirov 1990-cı il yanvarın 15-də məişət soyuducuları zavodu işçiləri ilə görşündə əli silah tuta bilənləri könüllü dəstələrə yazıılmağa çağırıb və onları silahla təmin edəcəyinə söz verib. Çoxlarının bildiyi kimi, oxşar çağırışı və Səttarxan adına zavodda avtomat silah istehsal edildiyini söyləməsi də sonradan guya İranda qaçıb gizlənməyə məcbur olan Nemət Pənahlının adına da “yazılır”... Belə çıxır ki, xalqı fitnəkarlığa təhrik etmək barədə komanda hər iki tərəfə; həm respublika rəhbərliyinə, həm də bəzi hərəkat liderlərinə verilmiş imiş...

O zaman “təxribarçı hərəkətlərinə görə” şair Xəlil Rza, Rəhim Qazıyev, Etibar Məmmədov, Nemət Pənahlı həbs edilərək Moskvaya Lefortovo zindanına atıldılar. Nəticədə onlar xalq arasında daha da populyarlaşaraq qəhrəmana çevrildilər. Və bir müddət sonra “günahları sübut edilmədiyindən” azadlığa buraxıldılar və fəaliyyətlərini davam etdirdilər...

Beləliklə, qeyri-rəsmi məlumatlara görə, 400-ə yaxın insanın qətli, 1000-ə yaxın insanın həbsi və itkin düşməsi ilə nəticələnmiş dəhşətli Yanvar qırğınının baş baiskarı Qorbaçov başda olmaqla təxribatlarla məşğul olmuş digər şəxslərin də heç biri cəzasına çatmayıb. “KQB” generalı Şironin Baltikyanı ölkələrdə olduğu kimi, Bakıdakı hadisələrin də Qərbin, o cümlədən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin təxribat və oyunları əsasında təşkil olunduğunu yazsa da, Bakıda DTK tərəfindən hər hansı bir xarici kəşfiyyat agentinin açığa çıxarılması və ələ keçirilməsi barədə yazmır. Belə nəticəyə gəlmək olar ki, SSRİ-nin çökməsinə yönəldilmiş proseslər MKİ-nin və DTK-nın Qorbaçovun xətti ilə ələ alınmış rəhbər əməkdaşlarının müştərək ssenarisi əsasında hazırlandığından 20 Yanvar faciəsinin sirləri hələ uzun müddət qapalı qalacaq. Adətən xüsusi xidmət orqanları üzərindən 30 il keçmiş əməiyyatların arxivlərini açırlar. Onda hələ 6 il, Qara Yanvarın 30 illiyini - 2020-ci ili gözləməli olacağıq...

 

Sultan Laçın

 

Həftə içi.- 2014.- 18-21 yanvar.- S.4.