Bank kartlarının elektron
təhlükəsizliyi
Ekspertlər bu sahədə sistemin həhəlik tam formalaşmadığını qənaətindədirlər
Son illər dünyada informasiya texnologiyaları sahəsinin sürətlə
inkişaf etməsi kibercinayətkarları
öz iş
üslublarını durmadan «təkmilləşdirməyə»
vadar edir. Elə bunun nəticəsidir ki, ən
yüksək səviyyədə təhlükəsizlik tədbirləri
həyata keçirilmiş texnoloji vasitələrdən lazımi məlumatları
oğurlamaq kibercinayətkarlar üçün çətinlik yaratmır. Məsələn,
bu yaxınlarda Cənubi Koreyada
3 aparıcı kredit kartı şirkətindən
müştərilərin şəxsi məlumatlarının
kütləvi şəkildə oğurlanması cəmiyyətdə
əks-səda doğurub. Belə
ki, baş vermiş hadisə nəticəsində 80 milyon kredit kartından
aylıq əmək haqqı, aylıq istifadə, kredit reytinqi və kart nömrələri kimi
məlumatların oğurlandığı məlum olub. İlkin ehtimallara görə, kibercinayətkarlar
kartlardakı məlumatları vətəndaşlar elektron qaydada ticarət etdiyi zaman əldə ediblər.
Yerli media isə
kütləvi oğurluğun 50 milyon nəfər əhalisi olan
Cənubi Koreyada kredit
kartı sahiblərinin əksəriyyətinə aid olduğunu xəbər
verir. Müstəntiqlər hələ kartlarda heç bir maliyyə itkisinin qeydə
alınmadığını bildirsələr də, vəsaitlərdən
istifadə olunacağı istisna olunmur.
Yeri gəlmişkən, hazırda elektron ticarətlə alış-veriş bütün dünyada geniş yayılıb. Artıq Azərbaycanda da bu ticarət növü tədricən inkişaf
etməkdədir. Bu sistemin tətbiqi ilə
bağlı ölkəmizdə "Elektron
ticarət haqqında” , "Elektron imza və elektron sənəd
haqqında” müvafiq qanunlar
qəbul olunub. 2008-ci ildə ölkəmizdə
"Golden Pay” adlı
onlayn ödəmə sistemi
qurulub, şirkətlərə və
dövlət qurumlarına təqdim edilib.
Amma hələlik Azərbaycanın ticarət
dövriyyəsində elektron ticarətindən
istifadə göstəricisi elə də yüksək səviyyədə
deyil.
Təhlükəsizlik tam formalaşmayıb
Xatırladaq ki, ötən il Azərbaycanda
elektron pərakəndə ticarət
dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 1,6 dəfə
artaraq 2,6 milyon manat təşkil edib. Azərbaycan
Dövlət Statistika Komitəsindən
verilən məlumata görə, əhali onlayn
rejimi vasitəsilə sifariş
verdikləri istehlak mallarının 82,6 faizini hüquqi, 17,4 faizini fiziki şəxslərin
ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 89,7 faizini qeyri-ərzaq malları təşkil edib.
Bəs, görəsən,
Azərbaycanda kartla elektron
alış-veriş etmək nə dərəcədə təhlükəsizdir?
Ümumiyyətlə, ölkədə bank
kartlarının elektron təhlükəsizliyi
necə təmin olunur?
Məsələyə
münasibət açıqlayan İqtisadi
və Sosial İnkişaf
Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, ölkə vətəndaşlarının
çoxu kartla elektron formada
alış-veriş etməkdən ehtiyatlanırlar. Onun sözlərinə görə, Azərbaycanda
elektron ticarətin zəif inkişaf
etməsinin əsas səbəbi də elə elektron
ticarətlə bağlı təhlükəsizlik
qaydalarının, sisteminin tam olaraq
formalaşmamasıdır: «Elektron ticarətdə
vətəndaş öz kreditindən
istifadə edən zaman təhlükəsizlik
ondan ibarətdir ki, kredit haqqında məlumatları digər üçüncü şəxs ilə
paylaşdırılmasın”.
Ekspert hesab edir
ki, elektron ticarət
ilə bağlı təhlükəsizlik sisteminin
formalaşmaması şirkətlərin, vətəndaşların
elektron ticarət ilə
alış-verişə meylini azaldır.
Digər səbəb vətəndaşların elektron ticarət ilə bağlı təcrübəsinin
hələ də formalaşmamasıdır. Vüqar
Bayramovun fikrincə, hazırda vətəndaşlar
internet deyil, daha çox mağazalardan alqı-satqı etməyə üstünlük verirlər. Bu
isə ölkədə bütövlükdə elektron ticarət dövriyyəsinin
azalmasına gətirib çıxaran amillərdəndir:
“Hazırda plastik kartı olan
vətəndaşlarımızn sayı artıq 3 milyondan çoxdur. Amma bütün bunlara baxmayaq elektron ticarətin inkişafını tam olaraq
stimullaşmayıb. Elektron ticarətin zəif
inkişaf etməsi eyni
zamanda onun bahalı
olması ilə də bağlıdır. Elektron
ticarət adi ticarətdən daha bahalı hesab olunur. Onlayn ödəmə
sistemlərinin, digər avadanlıqların alınması
müəyyən xərc yaratdığı üçün
sahibkarlar elektron ticarətdən
uzaq dururlar. Həmçinin
əhalidə belə ticarət zamanı
aldadılmayacağı inamının aşağı
olması elektron ticarəti əngəlləyən
faktorlardan hesab olunur”.
Vüqar Bayramov onu da vurğulayıb ki, elektron ticarətin inkişafı bütövlükdə dövlətin elektron ticarətlə bağlı həyata keçirdiyi tədbirlərlə bağlıdır. Məsələn, ABŞ-da elektron ticarət ƏDV və ya satış vergisindən azaddır. Azərbaycanda da elektron ticarət ilə bağlı müəyyən güzəştlərinin tətbiq edilməsi sahibkarların elektron ticarətdən istifadələrini stimullaşdıra bilər: “Eyni zamanda elektron ticarətlə bağlı xərclərin azaldılması, bundan başqa xərclərin müəyyən hissəsinin kredit və ya subsidiya formasında qarşı tərəf hesabına ödənilməsi daha məqsədəuyğundur. Bu da sahibkarlığın daha az xərclə elektron ticarətdən istifadə edilməsinə gətirib çıxara bilər».
Kart sahibləri maksimum dərəcədə diqqətli olmalıdırlar
Məsələ ilə
fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, vətəndaşlar elektron
formada alış-veriş edərkən maksimum dərəcədə diqqətli
olmalıdırlar. Onun sözlərinə
görə, əgər müştərinin e-poçt
ünvanına bankın adından hər hansı şəxsi
məlumatla bağlı suallar verən saxta məktublar gəlirsə, buna
cavab verilməməlidir: “Belə bir hal baş
verdikdə, dərhal banka zəng edərək
məktubun doğru
olub-olmadığını yoxlamaq
lazımdır. E-poçtunuza gələn bəzi dələduz məktublarda digər
internet səhifələrinə, hətta,
müştərinin bank saytına keçid üçün
link verildikdə ondan
istifadə edilməməlidir. Çünki
bu cür hallar müştərini dələduz internet səhifələrinə yönəldə
bilər”.
Osman Gündüz deyir ki, heç
bir halda internet resursları vasitəsilə vətəndaş
ödəniş kartına aid olan məlumatı (PİN-kod,
bank resurslarına aid
şifrələr, kredit limiti,
əməliyyatların tarixçəsi, şəxsiyyət və
sürücülük vəsiqəsi ) bölüşməməlidir. İnternet üzərindən edilən əməliyyatlar
üçün xüsusi
ödəniş kartından (maaş, depozit, kredit xətti olan kartlar istisna
olmaqla) istifadə etmək məsləhətdir.
Həmin kart hesabına isə pul vəsaitini ehtiyac olduğundan artıq yükləmək
tövsiyyə olunmur. Yalnız
tanınmış və dəfələrlə öz təhlükəsizliyinə görə
sınaqdan uğurla keçmiş
və yüksək təhlükəsizlik proqramına qoşulmuş e-satış
dükanlarından istifadə etmək lazımdır. Eyni zamanda, əməliyyatı
həyata keçirməmişdən öncə,
e-satış dükanının əlaqə nömrələrini
xüsusi yaddaş
kitabçasına qeyd etmək vacibdir. Bu üsul,
həm də vətəndaşa alınmış əşyanın
geri qaytarılması və ya göstərilmiş xidmətdən
narazı olarkən yaranmış mübahisəni həll etmək
üçün e-satış
dükanı ilə birbaşa əlaqə
yaratmaqda yardımçı ola bilər.
Ekspert həmçinin vətəndaşlara elektron alış-veriş edərkən internet səhifəsinin elektron
ünvanını dəfələrlə yoxlamağı da tövsiyyə edib. Osman Gündüzün sözlərinə görə,
şübhəli internet səhifələrindən
heç bir halda istifadə edilməməlidir, bu cür internet
səhifələri məhz vətəndaşın kart məlumatlarını oğurlamaq
üçün yaradılır: “Əgər
vətəndaş məliyyatı həyata keçirərkən,
hər hansı bir internet
səhifəsinin saxta olmasından
şübhələnirsə, dərhal bankla
əlaqə saxlayıb onları məlumatlandırın və
həmin internet səhifəsini tərk edərək
başqa səhifədən istifadə etməlidir”.
Xatırladaq ki, şəxsi identifikasiya
məlumatlarının, bank hesabı və
ya kart ilə
bağlı məlumatların təhlükəsizliyinin təmin
edilməsi məqsədilə əməliyyatların şəxsi
kompyuter vasitəsilə həyata
keçirilməsi məqsədəuyğundur. E-satış
dükanlarında əməliyyat etmək üçün
təsadüfi internet-kafelərdən istifadə
olunmamalıdır. Bu məkanlarda vətəndaşın
daxil etdiyi məlumatı
oğurlayan xüsusi proqram təminatı yerləşdirilə bilər.
Bundan başqa, internet şəbəkəsi
ilə əməliyyatlar digər kompyuter
vasitəsilə həyata keçirildikdə, əməliyyat başa çatdıqdan sonra
şəxsi identifikasiya məlumatları,
bank hesabı və ya
ödəniş kartı ilə bağlı məlumatların
kompyuterin yaddaşında
qalmadığına əmin olmaq
lazımdır. Səlahiyyətsiz əməliyyatlar nəticəsində
bank hesabı üzrə pul
vəsaitlərinin azalmasında şübhə
yarandığı zaman isə bankı dərhal
məlumatlandırmaq mütləqdir.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 22
yanvar.- S.6.